Məhkəmə qərarları › İş №1(102)-971/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-971/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-971/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilə n şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, X7 və X3 ibarət tərkibdə) 05 fevral 2021 il tarixli hökmü ilə xx xxxx 1993-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri R.Sadıqov küçəsi ev 36-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbayca n Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2020-ci ildən hesablanmış, Zərərçəkmiş şəxs ASC-yə mülki mühakimə icraatı qaydasında dəymiş maddi ziyanın tələb edilməsi ilə bağlı iddia vermək hüququna malik olması izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X11 (sədrlik edən), X13 və X2 ibarət tərkibdə) 21 sentyabr 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Müdafiəçi1 və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lən kəran Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(099)158/2021 saylı hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs və digər şəxs istifadələrində olan “Azercell” mobil operatoruna məxsus nömrələrdən mövcud depozit məbləğini məxaric etdikdən sonra texniki nasazlıq səbəbindən depozitdəki pul silinmədiyi üçün qabaqcadan əlbir olub bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcısından və informasiya texnologiyasından istifadə etməklə, yəni eyni məbləğləri dəfələrlə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Zərərçəkmiş şəxs ASC) məxsus ATM-dən (ing. X9 – azr. verilənlərin ötürülməsinin asinxron vasitəsi) s orğulayaraq həmin banka məxsus pul vəsaitini nağd qaydada ələ keçirib aralarında bölməklə bağlı razılığa gəldikdən sonra vahid niyyətlə 06 fevral 2020-ci ildən 11 fevral 2020-ci ilədək olan dövrdə ***-***-**-** mobil nömrədə mövcud 55 manat depozit məbləğini Sumqayıt şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 252 dəfə (ilk dəfə çıxarma istisna olmaqla) sorğulamaqla ümumilikdə 13860 manat, eyni üsulla ***-***-**-** mobil nömrədən istifadə etməklə Xaçmaz şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 04 mart 2020-ci il tarixdə 133 manat və 05 mart 2020-ci il tarixdə 2000 manat, 06 mart 2020-ci il tarixdə Quba şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 3600 manat, Qusar şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, Şabran şəhəri ndə yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 3400 manat, Xaçmaz şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 4400 manat, Qusar şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, 07 mart 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, Qusar şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Quba şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 3400 manat, 08 mart 2020-ci il tarixdə Hacıqabul şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Şirvan şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, Sabirabad şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 1600 manat, Saatlı şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 20 00 manat, İmişli şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 1200 manat, Beyləqan şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Ağdam rayonunda yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, 09 mart 2020-ci il tarixdə Bərdə şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, Goranboy şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 5600 manat, Naftalan şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, Göygöl şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Tərtər şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Ağdam rayonunda yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, Ağcabədi şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 3600 ma nat, 10 mart 2020-ci il tarixdə Beyləqan şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, İmişli şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, Biləsuvar şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat və Salyan rayonunda yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 1000 manat pulu gizli tamalamqla Zərərçəkmiş şəxs ASC-yə 62593 manat miqdarında maddi ziyan vurmuşlar. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət qanununun normaları düzgün tətbiq edilməmiş, yəni törədilmiş əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif edilmədiyinə görə hər iki məhkəmə instansiyasının qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, Cinayət M əcəlləsinin 177.3.2-ci maddəsi 177.1 və 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə və digər tövsifedici əlamətlərə görə cinayət məsuliyyətini müəyyən edir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologilarından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağa görə məsuliyyət nəzərdə tutmuşdur. Onun törətdiyi əməldə isə bu cinayətin əlamətləri yoxdur. Belə ki, o, kiminsə kartını oğurlamamış, nə də hər hansı bankın kompyuter sisteminə daxil olmamışdır. O sadəcə özünə məxsus mobil telefon nömrənin hesabına daxil olan vəsaiti çıxarmış, bu zaman bank kartından, xüsusi alət və qurğulardan istifadə etməmişdir. İş üzrə zərərçəkmiş şəxs “Azercell” şirkəti tanınmalı olduğu halda "xxxx" ASC tanınmış, halbuki o, “Azercell” şirkətinin müştərisi və onun xidmətinin istifadəçisidir. Bundan başqa cəza təyin edilərkən ilk məhkumluğu, əməlindən səmimi peşiman olmağı, qardaşının respublikanın ərazi bütövlüyü uğrunda 44 günlük müharibədə iştirak edərək qazi olması, həmçinin qardaşının "xxxx" ASC-yə 500 manat ödəniş edərək zərərin bir qismini azaltması da nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və əməlinin Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə özbaşınalıq kimi tövsif edilməsini, ya da əsassız varlanma kimi qiymətləndirilməsini, yaxud yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza və ya tətbiq olunan cəzanın aşağı həddə qədər azaldılmasını xahiş edir və eyni zamanda bildirir ki, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni baxışa təyin edilməsinə də etiraz etmir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Müdafiəçi1 kassasiya şikayətində Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi ziyanın ödənilmədiyini, ona təyin edilən cəzanın yüngül olmasını, törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun gəlmədiyini, cəzanın ümumi məqsədlərinə xidmət etmədiyini bildirərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə məhkumun, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qa nunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini məhkumun kassasiya şikayətinin əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zama nı tədqiq edilmiş Zərərçəkmiş şəxs ASC-nin Hüquq və Komplayens idarəsinin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin 16 mart 2020-ci il tarixli 158000/011 nömrəli məktubu və ona əlavə olunmuş hesabdan çıxarış cədvəllərdən görünür ki, 06 fevral 2020-ci ildən 11 fevral 2020-ci ilədək olan dövrdə ***-***-**-** mobil nömrənin depozitindən Sumqayıt şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 252 dəfə olmaqla cəmi 13860 manat, ***-***-**-** mobil nömrənin depozitindən 245 dəfə olmaqla cəmi 48733 manat, yəni Xaçmaz şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 04 mart 2020-ci il tarixdə 133 manat və 05 mart 2020-ci il tarixdə 2000 manat, 06 mart 2020-ci il tarixdə Quba şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 3600 manat, Qusar şəhərində yerləşən Zərərç əkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, Şabran şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 3400 manat, Xaçmaz şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 4400 manat, Qusar şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, 07 mart 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, Qusar şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Quba şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 3400 manat, 08 mart 2020-ci il tarixdə Hacıqabul şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Şirvan şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, Sabirabad şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 1600 manat, Saatlı şə hərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, İmişli şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 1200 manat, Beyləqan şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Ağdam rayonunda yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, 09 mart 2020-ci il tarixdə Bərdə şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, Goranboy şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 5600 manat, Naftalan şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, Göygöl şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Tərtər şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, Ağdam rayonunda yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 400 manat, Ağcabədi şəhərin də yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 3600 manat, 10 mart 2020-ci il tarixdə Beyləqan şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 800 manat, İmişli şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat, Biləsuvar şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 2000 manat və Salyan rayonunda yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 1000 manat pul məxaric edilmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti arasında mövcud olan 2012-0350 saylı 02 iyul 2012-ci il tarixli bank xidməti müqaviləsinə dəyişikliklərin edilməsi barədə 13 iyul 2017-ci il tarixli 2 saylı sazişin 4.1.1.1-ci yarımb əndinə əsasən “Azercell” tərəfindən müəyyən edilən abunəçilərə bankın bankomatları vasitəsi ilə məbləği 500 manatdan artıq olmamaq şərti ilə depozit məbləğlərinin tam, bir dəfəyə, qəpiksiz həftənin 7 günü ərzində 24 saat ərzində qaytarılması xidmətini fasiləsiz təmin edir. Bu halda abunəçiyə bankın sms xidməti vasitəsi ilə göndərilən birdəfəlik məxfi kod bankomata daxil edilməlidir və depozitdə olan məbləğ dəqiq qeyd edilməlidir ki, məbləğ bankomat tərəfindən bir dəfəyə, tam şəkildə və qəpiksiz qaytarılsın. Bank öz sms məlumatlandırılması ilə bağlı, habelə özünün göndərdiyi birdəfəlik məxfi kodla, o cümlədən bu yarımbənddə qeyd edilənlərlə bağlı Azercell və üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır, həmçinin bu xidmətlə bağlı bankdan asılı olaraq yaranan texniki problemlərlə bağlı banka müraciət edən abunəçilərin müraciətlərini Azercellə yönləndirmədən birbaşa həll edir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ASC-nin Hüquq və Komplayens idarəsi idarəsinin 21 may 2020-ci il tarixli 158000/017 nömrəli məktubunun məzmunundan görünür ki, 06 fevral 2020-ci ildən 10 mart 2020-ci ilədək mövcud olan texniki nasazlıq istifadə edən Təqsirləndirilən şəxs +**********192 mobil nömrəsində olan depozit qalığını 252 dəfə sorğulamaqla 13860 manat, X6 +**********251 mobil nömrəsində olan depozit qalığını 245 dəfə sorğulamaqla 48733 manat pulu Zərərçəkmiş şəxs ASC-nin müxtəlif rayonlarında yerləşən ATM-dən məxaric etmişlər. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində mə hkəmə istintaqı zamanı tədqiq edilmiş «Diskə baxış keçirilməsi haqqında» 08 iyul 2020-ci il və 21 noyabr 2020-ci il tarixli protokollardan görünür ki, diskdə “Hecetov Famil – Nebiyev Elmar” adlı faylda “166001 Hecetov Famil – Nebiyev Elmar”, “AO100195 Nebiyev Elmar” və “AO166001 Hecetov Famil” faylar var. “166001 Hecetov Famil – Nebiyev Elmar” adlı faylda olan 19 ədəd, “AO100195 Nebiyev Elmar” adlı faylda olan 126 ədəd və “AO166001 Hecetov Famil” faylda olan 19 ədəd ədəd foto və video görüntüdə Təqsirləndirilən şəxslə Famil Həcətovun ATM-dən pul çıxardıqları, eləcə də, pulu çıxaran şəxsin (bu həm, Elmar, həm də, Famil olub) pulu saxlamaq üçün digər şəxsə (bu həm, Elmar, həm də, Famil olub)verməsi əks olunub. Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsində olan depozit qalığını 252 dəf ə sorğulamaqla cəmi 13860 manat, X6 ***-***-**-** mobil nömrəsində olan depozit qalığını 245 dəfə sorğulamaqla cəmi 48733 manat pulu Zərərçəkmiş şəxs ASC-nə məxsus Quba, Qusar, Xaçmaz, Şabran, Hacıqabıl, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağdam, Bərdə Goranboy, Naftalan, Göygöl, Tərtər Ağcabədi və Salyan rayonlarında yerləşən ATM-dən çıxarmışdır. Müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qeyd olunan fayllarda əks olunmuş görüntünün özünə və Famil Həcətova məxsus olmasını bildirmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri o lub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı) Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) görə, həmin Məcəllənin 177.3.2-ci maddəsi isə bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda ziyan vurmaqla törədilməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, o və digər şəxs istifadələrində olan “Azercell” mobil operatoruna məxsus nömrələrdən mövcud depozit məbləğini məxaric etdikdən sonra texniki nasazlıq səbəbindən depozitdəki pul silinmədiyi üçün qabaqcadan əlbir olub bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcısından və informasiya texnologiyasından istifadə etməklə, yəni eyni məbləğləri dəfələrlə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus ATM-dən (ing. X9 – azr. verilənlərin ötürülməsinin asinxron vasitəsi) sorğulayaraq həmin banka məxsus pul vəsaitini nağd qaydada ələ keçirib aralarında bölməklə bağlı razılığa gəldikdən sonra vahid niyyətlə 06 fevral 2020-ci ildən 11 fevral 2020-ci ilədək olan dövrdə ***-***-**-** mobil nömrədə mövcud 55 manat depozit məbləğini Sumqayıt şəhərində yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən 252 dəfə (ilk dəfə çıxarma istisna olmaqla) sorğulamaqla ümumilikdə 13860 manat, eyni üsull a ***-***-**-** mobil nömrədən istifadə etməklə digər rayon və şəhərlərdə Zərərçəkmiş şəxs ASC-yə məxsus ATM-dən izli talamqqla Zərərçəkmiş şəxs ASC-yə 62593 manat miqdarında maddi ziyan vurmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zam anı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs və digər şəxs istifadələrində olan “Azercell” mobil operatoruna məxsus nömrələrdən mövcud depozit məbləğini məxaric etdikdən sonra texniki nasazlıq səbəbindən depozitdəki pul silinmədiyi üçün qabaqcadan əlbir olub bir qrup şəxs halında elektron məlumat daşıyıcısından və informasiya texnologiyasından istifadə etməklə özgə əmlakını gizli olaraq külli miqdarda talaması barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkumun kassasiya şikayətində əməlin tövsifi ilə bağlı qeyd edilən hallar əsassız olmaqla hər hansı sübutla öz təsdiqi tapmır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, məhkumun kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Bu baxımdan Konstitu siya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsinə sasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin möt əbərliyi müəyyənləşdirilir. Bu qanunların mənasına görə sübutlar həm ibtidai araşdırma və həm də məhkəmə baxışı zamanı toplanır və toplanmış bütün sübutlar məhkəmə iclasında təhlil edilməli, bir-biri ilə müqayisə edilməli, onların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli və bu qaydada sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər süb utların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkum Təqsirləndirilən şəxs ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş, məhkumun və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətlərində mübahisələndirilən cəzaya dair isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM- in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, səzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədil məsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətlən dirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəy yən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilm iş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, o cümlədən yaşayış yer üzrə müsbət xar akterizə edilməsini, qardaşı X5 xx.xx.2020-ci ildə başlamış Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və “Döş qəfəsinin sol yarısını deşib-keçən güllə yarası, soltərəfli hemopnevmotoraksa və sağ bazının 1/3-nin, sağ saidin aşağı 1/3-nin çoxsaylı qəlpə yarası” xəsarətləri almasını, gəncliyini və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsi həmçinin nəzərə almışdır ki, apellyasiya baxışında iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ASC-nin xx.xx.2021-ci il tarixli, 157000/4273 nömrəli məktubuna əsasən hökm çıxdıqdan sonra X8 tərəfindən Zərərçəkmiş şəxs ASC-yə vurulmuş 62593 manat məbləğində ziyandan 500 manat ödənilmişdir. Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyası daxilində cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin edilmiş və düzgün olaraq cəzanın ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkilməsini müəyyən edilmişdir. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olması barədə mövqeyini əsaslı saymaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məh kəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin isla h olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində və dəymiş ziyandan qismən ödənilməklə apellyasiya baxışında müəyyən edilmiş cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alıb məh kəmə kollegiyası zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsinin kassasiya şikayətinin Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağırlaşdırılmasına dair dəlillərini əsassız sayır. Həmçinin Təqsirləndirilən şəxs təyin edilən cəzanın azaldılması və ya ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, məhkumun kassasiya şikayətinin bu barədə dəlilləri də əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və məhz həmin cəza da onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cina yət-prosessual qanunvericiliyin, Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətləri təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar