Məhkəmə qərarları › İş №1(102)-971/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-971/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-971/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Legal Servis” Vəkil Bürosunun vəkili Nurəliyev Rəcəb Rza oğlunun iştirakları ilə xx xxxxxx 1959-cu il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, marşr ut xətti üzrə sürücü işləmiş, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olan, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli 1(106)-462/2023 nömrəli qərarından məhkumun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 may 2023-cü il tarixli 1(099)-141/2023 nömrəli hökmü ilə (hakimlər: İ.Ə.Neymanov (sədrlik edən), N.F.Quliyev və N.N.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bi linərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli 1(106)-462/2023 nömrəli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 may 2023-cü il tarixli 1(099)-141/2023 nömrəli hökmü cəza təyin edilmə hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə əsas cəzası 6 (altı) ilədək artırılmaqla ağırlaşdırılmış, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə əsas cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 7 (yeddi) ay 7 ( yeddi) gün müddətə azadlıqdan məhrum etmə əsas cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 5 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, 4 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi "Mercedes Benz 208” markalı, "**-SX-***” dövlət qeydiyyat nişanlı mikroavtobusla Lənkəran-Lerik avtomobil yolunun Lerik rayonu, Günəşli kəndi ərazisindən keçən 45-ci km-də, Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavəsinin 1-ci hissəsinin 5-ci bəndinin) tələblərini pozara q, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, avtomobili hərəkəti istiqamətində yolun sağ kənarına çıxarmış, bu zaman mikroavtobusun sağ yan hissəsi beton sədlərə çırpmaqla aşmış, nəticədə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin, yəni avtomobildə olan sərnişinlər Lənkəran rayonu, Boladi kənd sakinləri X9 döş qəfəsin deformasiyası, sağ (İİ-X) və sol (V-Vİİ) qabırğaların iki tərəfli yerini dəyişən sınıqları, hər iki plevra və ağciyərlərin zədələnməsi, döş boşluğunda qansız ma (1600 ml), alın-təpə nahiyəsinin yumşaq toxumalar altına yayılmış qansızma, döş qəfəsinin yumşaq toxumaları altına qansızmalar, sol bazu oynağı-bazu nahiyəsində qançır kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələnən, sərnişin X1 (İİ-Xİİ) qabırğaların yerini dəyişən sınıqları, sağ plevra və sağ ağciyər, qaraciyərin zədələnməsi, döş və qarın boşluğunda qansızma (1500 ml), alın-sağ gicgah nahiyəsinin yumşaq toxumalar altına yayılmış qansızma, döş və qarının ön səthindəki yumşaq toxumaları altına qansızmalar, sağ bazu oynağının çıxığı, qarın nahiyəsində kəsilmiş-cırılmış yara, döş-qarın, sağ dirsək nahiyələrində sıyrıqlar, sağ dirsək oynağı, sağ bud nahiyələrində qançırlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələnən, sərnişin X11 açıq kəllə beyin travması, kəllə sümüklərinin açıq çox qəlpəli sınıqları, baş beyinin ağır dərəcədə əzilib-dağılması, sağ (İİİ-Vİİİ) qabırğaların yerini dəyişən sınıqları, sağ plevra və sağ ağciyərlərin zədələnməsi, döş boşluğunda qansızma (650 ml), sağ said sümüklərinin sınığı, ənsə nahiyəsində əzilmiş yara, sağ baldır nahiyəsində sıyrıq, sağ baldır nahiyəsində qançır kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələn, sərnişin X6 (İİ-X) və sol (İİVİİİ) qabırğaların yerini dəyişən sınıqları, hər iki plevra və hər iki ağciyərlərin zədələnməsi, döş boşluğunda qansızma (1400 ml), sağ körpücük sümüyünün sınığı, döş qəfəsini n ön səthindəki yumşaq toxumaları altına qansızmalar, sağ bazu, sağ bud nahiyələrində qançırlar, hər iki diz qapağı nahiyələrində sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələn, sərnişin X14 döş qəfəsin deformasiyası, sağ (Vİ-Xİİ) və sol (İİİ-Xİ) qabırğaların iki tərəfli yerini dəyişən sınıqları, hər iki plevra və ağciyərlərin zədələnməsi, döş boşluğunda qansızma (1000 ml), sağ bazu sümüyünün yuxarı 1/3-dən tam amputasiyasıkəskin qanitirmə, sağ körpücük sümüyünün sınığı, sağ gicgah nahiyəsinin yumşaq toxumalar altına yayılmış qansızma, burun sümüklərinin yerini dəyişən sınıqları, burun, sağ göz qapaqları-gözaltı nahiyələrində qançırlar, sol diz qapağı nahiyəsində sıyrıq, alın, sağ qulaq seyvanı, sağ qu laqaltı, sağ diz qapağı nahiyələrində əzilmiş-cırılmış yaralar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələn, sərnişin X3 (İ-Xİ) və sol (Vİİ-X) qabırğaların yerini dəyişən sınıqları, hər iki plevra və ağciyərlər, qaraciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qansızma (1500 ml), ənsə nahiyəsinin yumşaq toxumalar altına yayılmış qansızma, sol əlin İİİ barmağının dırnaq falanqasının sınığı, başın ənsə nahiyəsində əzilmiş-cırılmış yara, sağ bazu, sol diz qapağı nahiyələrində qançırlar, burun, sağ said nahiyələrində sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələn, sərnişin X2 (İ-İV) və sol (İV) qabırğaların iki tərəfli yeri ni dəyişən sınıqları, hər iki plevra və ağciyərlərin zədələnməsi, döş boşluğunda qansızma (1000 ml), alın-təpə nahiyəsinin yumşaq toxumalar altına yayılmış qansızma, sol bazu, sağ baldır nahiyələrində qançırlar, sağ baldır, hər iki əl nahiyələrində sıyrıqlar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələn, sərnişin Lənkəran rayonu, Göyşaban kənd sakini X4 (sağ gicgah, ənsə) sümüklərinin sınıqları, baş beynin ağır dərəcədə əzilməsi, alın-sağ gicgah-təpə-ənsə nahiyələrində yumşaq toxumalar altında yayılmış qansızma, sol (Vİ-X) qabırğaların yerini dəyişən sınıqları, sol plevra, sol ağciyərin zədələnməsi, döş boşluğunda qansızma (350 ml), sağ baldır sümüklərinin açıq sınığı, sağ diz qapağının sınığı, sağ əlin İİ-İİİ da raq sümüklərinin sınığı, sağ qulaq seyvanı, sağ kürəküstü, sağ gicgah, sağ əl, sağ diz qapağı, sağ baldır nahiyələrində əzilmiş-cırılmış yaralar, sol diz oynağı nahiyəsində sıyrıq kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələn, sərnişin Zərərçəkmiş şəxs1 Xİİ döş və İ bel fəqərələrinin köndələn çıxıntılarının sınıqları, sağ Vİİ qabırğanın sınığı, iki tərəfli “hematoraks”, burun, sağ əng, sağ almacıq sümüklərinin sınıqları, alın-təpə, sağ gicgah, burun, sağ almacıq, sağ ord (sifət) nahiyələrində əzilmiş yaralar, alın, sol təpə nahiyəsində yumşaq toxumalar altına yayılmış qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, sərnişin Zərərçəkmiş şəxs3 döş qəfəsi və b aşın küt qarışıq travması, sağ V, VİİX qabırğaların yerini dəyişən sınıqları, iki tərəfli “hemotoraks”, İ bel fəqərəsinin sınığı, hər iki kürək sümüyünün sınığı, sağ orbitanın aşağı divarının qəlpəli sınığı, sağ almacıq sümüyünün basılmış sınığı, sol baldır nahiyəsində qançır kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs4 döş qəfəsinin qapalı travması, sağ İ-V, sol VİX qabırğaların yerini dəyişən qəlpəli sınıqları, sağ tərəfli “hemotoraks”, sağ kürək sümüyünün sınığı, alt çənə, sağ əl nahiyələrində kəsilmiş yaralar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs5 döş qəfəsinin qapalı travması, sağ V, Vİİ-İX, sol İV-Vİİİ qabırğaların yerini dəyişən qəlpəli sını qları, iki tərəfli “hematoraks”, İ bel fəqərə çıxıntısının sınığı, alt çənə, sağ əl nahiyələrində kəsilmiş yaralar kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, sərnişin Zərərçəkmiş şəxs6 döş qəfəsinin qapalı travması, sol İİİ-Vİİİ qabırğaların sınıqları, “hemopnevmatoraks”, sağ mil və dirsək sümüklərinin sınıqları, sol kürək sümüyünün sınığı, sağ said nahiyəsində əzilmiş yara kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, sərnişin Zərərçəkmiş şəxs2 sol bazu, sol kürək sümüklərinin sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına və sərnişin Zərərçəkmiş şəxs7 sağ Vİİ-Vİİİ qabırğaların yerini dəyişməyən sınığı, sa ğ gicgah-təpə nahiyələrindəki yumşaq toxumaları altına yayılmış qansızma, sağ gicgah-təpə nahiyəsində əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli 1(106)462/2023 nömrəli qərarının dəyişdirilməsi və Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayəti nin təmin edilməsi barədə müdafiəçi R.Nurəliyev, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həll i qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə əsassız məhkum olunduğu bildirilir, eyni zamanda məhkuma ağır cəza təyin edildiyi qeyd edilməklə cəzasının yüngülləşdirilməsinə dair qərar qəb ul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinə görə “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda— beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunver iciliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş pr esedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı mad dəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, özünün qismən et iraf edici ifadəsi, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəz ərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun n əticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum CM-in 263.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 ifadələri, zərərçəkmiş şəxslərin hüquqi varisləri X37, X16, X27, X42, X21, X33, X17 və X20 ifadələri, Lənkəran MTE və PA Zona Mərkəzinin 04 sentyabr 2022-ci il tarixli 5, 6, 7, 8, 10 və 12 saylı rəyləri, Lənkəran MTE və PA Zona Mərkəzinin 20 noyabr 2022-ci il tarixli 139, 140, 141, 142, 143, 144, 145 və 147 saylı rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin 2 dekabr 2022-ci il tarixli 8/2880 nömrəli ekspert rəyi və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks e tdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperi mentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarı nda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM -in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstəril mişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1, zərərçə kmiş şəxslərin hüquqi varisləri X16, X27, X42, X21, X33, X17 və X28 ilə barışmasını, habelə törətdiyi cinayət əməlində səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, hadisə nəticəsində özü və həyat yoldaşı ciddi xəsarətlər almasını cəzasını yüngülləşdirən hallar qismində və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq norm alarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibinin mövcud olması nəticəsinə gəlinərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli 1(106)-462/2023 nömrəli qərarı qan uni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli 1(106)-462/2023 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar