Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-971/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Bakı şəhəri “Medleks” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosun un vəkili Müdafiəçi5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(105)-727/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 və Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 22 avqust 1985-cı il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Quba şəhəri, S.Vurgun küçəsi ev 54-də qeydi yyatda olmaqla yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 05 oktyabr 2023-cü il tarixdə saat 17:15 radələrində idarə etdiyi “KİA Spotage” markalı **-ZN-*** qeydiyyat nişanlı minik avtomobillə saatda 20 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1ci hissəsinin tələblərinə riayət etməklə dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək Quba şəhəri H.Əliyev prospektinin S.Vurgun küçəsinin kəsişdiyi dörd yol ayrıcından, S.Vurgun küçəsinə sola dönmə edərkən həmin küçə ilə H.Əliyev prospektinə doğru əks istiqamətə yolu düzünə piyada keçmək istəyən Zərərçəkmiş şəx s ehtiyatsızlıqdan vuraraq sonuncunun sağlamlığına az ağır xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur.
3. Quba Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 9 sentyabr 2024-cü il tarixli, 1(027)-70/2024 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum CM-in 263.1-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin əvvəlinin çəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin h ökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh (təqsirləndirilən şəxs) Məhkum xx.xx.2024-cü il tarixə kimi müalicə və reabilitasiya xərclərinə görə 11.998,66 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi reabilitasiya xərclərinə görə 1365 manat, əmək qabiliyyətini itirdiyinə görə 22.500 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 1500 manat, 221 manat məbləğində dövlət rüsumu, mənəvi zərərə görə 1.000 manat olmaqla ümumilikdə 38584,66 manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən Məhkum və zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Sumqayıt Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X6 və X3 ibraət məhkəmə tərkibində) 11 dekabr 2024-cü il tarixli, 1(105)727/2024 nömrəli qərarı ilə Quba Rayon Məhkəməsinin 1(027)-70/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(105)-727/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 və Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi3 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etiraz lar:
7. Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində cinayət işinin faktiki hallarına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticələrə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, hər iki instansiya məhkəməsi həm cəza təyin edilməsi, həm də mülki iddianın qismən təmin edilməsi hissəsində yalnışlığa yol vermişdir, təyin edilən azadlıqdan məhrum etmə növündə cəza sosial ədaləti bərpa etmir, hətta məhkum tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi müddətini təxirə salan haldır. Həmçinin məhkum dəfələrlə zərərçəkmiş şəxslə, onun yaxınları ilə barışıq əldə etməyə cəhd etsə də, zərərçəkmiş şəxs qəbul etməmişdir, o, yaşayış yeri üzrə müsbət xarakterizə edilir və ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilir. Qeyd edilən halla rın heç biri məhkəmələr tərəfindən nə cəza təyini zamanı, nə də ki, zərərçəkmiş şəxsin mülki iddiasının təmini zamanı nəzərə alınmamışdır.
8. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 1(105)-727/2024 nömrəli qərarını Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirərək, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, mülki iddianın Zərərçəkmiş şəxs müalicə və reabilitasiya xərclərinə görə 9.000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 600 manat, ümumilikdə 9.600 manat məbləğində pulun cavabdeh Məhkum tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması, reabilitasiya xərclərinə görə 1365 manat, əmək qabiliyyətini itirdiyinə görə 22.500 manat, mənəvi zərərə görə 1.000 manat hissədə i sə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi3 kassasiya şikayətində cinayət işinin faktiki hallarına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticələrə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, cinayət işi materiallarında məhkumun məsuliyyətini ağırlaşdıran halların olmasına baxmayaraq, məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin başına gələn bu bədbəxt hadisədən sonra təqsirləndirilən şəxs təcili yardıma zəng etsə də, zərərçəkmişin əməliyyat olunduğu, reabilitasiya aldığı müddətlər ərzində heç bir zaman onunla maraqlanmamışdır, onun müalicə xərclərinin qarşılanması barədə heç bir təklif irəli sürməmişdir, onunla ba rışmağa cəhd etməmişdir. Həmçinin qeyd edilmişdir ki, mənəvi və maddi zərər hissəsində mülki iddianın qismən təmin edilməsi ilə məhkəmələr yanlışlığa yol vermişlər. Səhhətinin uzun müddət pozulması, ağır əməliyyatlar keçirməyi və müalicələr almağı zərərçəkmiş şəxsdə dərin iztirablara, psixoloji sarsıntılara səbəb olmuşdur və bu hadisə zərərcəkmiş şəxsin həyatında fiziki məhdudiyyətlərin yaranmasına səbəb olmuşdur. Maddi ziyanla bağlı təmin edilən məbləğ şəxsin ötən illərdə qazandığı məbləğlərdən aşağı olmuşdur. Bununla yanaşı təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin nəticəsi olaraq şəxs əmək qabiliyyətini uzun müddət itirmişdir və halhazırda şəxsin səhhətində hələ də qalmaqda olan qüsurlar onun əvvəlki iş yerinə bərpasını qeyri-mümkün edir. Belə ki, şəxs bu bədbaxt hadisəyə görə a rtıq neçə aylardır ki, yaşadığı yer olan ABŞ-a qayıda bilmir və işsizdir, ona vurulan zərər isə hələ də davam etməkdədir.
10. Müdafiəçi kassasiya şikayətində qeyd etdiklərinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 1(105)-727/2024 nömrəli qərarını ləğv edərək təqsirləndirilən şəxs X9 barəsində CM-in 263.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə cəza təyin edilməsi, əlavə olaraq zərərçəkmiş şəxs tərəfindən verilmiş iddianın tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayə tinin dəlillərinə qarşı zərərçəkmiş şəxsin nümayəndəsi etiraz ünvanlayaraq, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə qarşı məhkumun müdafiəçisi etiraz ünvanlayaraq, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etmişdir.
12. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi5 hər biri ayrı-ayrılıqda ittiham tərəfindən zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Müdafiəçi3 hər biri ayrı-ayrılıqda müdafiə tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X10 müdafiə və ittiham tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxıl ması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin (bundan sonra mətndə: “Azərbaycan Respublikası CPM-in”) 419-cu maddəsi müəyyən edir.
17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəy yən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
19. İttiham tərəfindən verilmiş kassasiya müraciətinin dəlilləri qismində məhkuma təyin edilmiş cəzanın həddinin aşağı olmaqla, qanuni və ədalətli olmaması, həmçinin zərərçəkmiş şəxsin mülki iddiasının tam təmin edilməli olması iddia edilsə də, həmçinin müdafiə tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində məhkum barəsində təyin edilmiş əsas cəzanın növünün düzgün müəyyən edilməməsi, ona həddindən artıq ağır növdə cəza təyin edilməsi, həmçinin mülki iddianın əsassız şəkildə yüksək məbləğdə təmin edilməsi mübahisələndirilsə də, mübahisələndirilən qərarın ləğv edilməsi barədə t ələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı konkret hallarla əlaqələndirməmişlər, yalnın məhkumun müdafiəçisi kassasiya şikayətinin məzmununda sözügedən maddənin bütün müddəalarının sadalanması ilə kifayətlənmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən bu cür qərarların kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsaslarına konkretliklə müraciət etməmələrini onların mövqeyinin kifayət qədər əsaslandırılmadığını göstərən hal kimi qiymətləndirir.
20. Bununla belə, kollegiya məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin nümyəndəsinin (vəkilinin) kassasiya şikay ətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(105)-727/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Məhkəmə kollegiyası ilk növbədə, müdafiə və ittiham tərəfinin hazırki qərarın “Kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş məhkuma təyin edilmiş cəzaya dair dəlillərinə qiymət verilməsini zəruri hesab edir.
22. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ict imai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
23. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddə aları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
24. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
25. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alın a bilməz.
26. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
28. C PM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
29. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
30. Məhkumun müdafiəçisinin, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya müraciətinin cəza təyini ilə bağlı dəlillərinə uyğun olan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirə n və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül və ya ağır olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
31. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül və ya ağır hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.
32. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
33. Lakin, məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətl ərində irəli sürülmüş dəlillərinə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəzanın açıq-aydın yüngül və ya ağır olmasına dəlalət etmədiyi müəyyən olunur.
34. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 263.1-ci maddəsi ilə təyin etdiyi cəza (1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəz anı yüngülləşdirən (cinayət əməlini etiraf etməklə səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi) və ağırlaşdıran halların (müəyyən edilməmişdir), cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül və ya ağır cəza kimi qiymətləndirilə bilməz.
35. Məhkəmə kollegiyası eyni zamanda, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayələrinin dəlilləri qismində zərərçəkmiş şəxs tərəfindən irəli sürülən mülki iddianın maddi və mənəvi hissəsində qismən təmin edilməsi ilə məhkəmələr tərəfindən qanunv ericiliyin müddəalarının pozulmasına münasibətdə qeyd edir ki, eyni dəlillər həm ittiham, həm də müdafiə tərəfindən apellyasiya müraciətlərinin dəlilləri qismində apellyasiya məhkəməsi qarşısında mübahisələndirilmiş, apellyasiya instansiya məhkəməsi cinayət işi materiallarında olan zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın həcmini müəyyən edən sübutlara, cinayət-prosessual qanunvericiliyin, Mülki Məcəllənin, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Pelnum qərarının müvafiq bəndlərinə, həmçinin beynəlxalq təcrübəni formalaşdıran Avropa Məhkəməsinin presedentlərinə istinadlar edərək hər iki tərəfin müraciətinin dəlilləri formal mülahizə kimi qiymətləndirilərək hesab edilmişdir ki, Zərərçəkmiş şəxs müalicə olunduğu müddət ərzində əmək qabiliyyətini itirdiyinə görə işləmədiyi dövr 9 ay müəyyən edildiyindən və əvvəlki illər üzrə gəlirlər nəzərə alınmaqla bu nisbətdə orta aylıın 2500 manat gəlir halında cəmi 22.500 manat məbləğ mülki cavabdeh Məhkum tutulmalı olması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmin halın apellyasiya şikayətində əsaslı şübhə yaratmayan mötəbər sübutla əsassızlığı sübuta yetirilməmişdir. İddia tələbinin mənəvi zərərə görə tələb edilən məbləğin qismən təmin edilməsi barədə gəlinən nəticə ədalətli hesab edilməlidir. İctimai təhlükəli əməl qəsdən deyil, ehtiyatsızlıqla törədilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ictimai təhlükəli əməli ehtiyatsızlıqla törədildikdən sonra baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə ilkin tibbi yardımın göstərilməsindən ötrü təcili yardım çağırmış, təcil i yardım maşını gəlib həmin qadını Quba RDM-nə aparmış və orada sonuncuya zəruri tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmaq üçün cəhdlər etdiyini, lakin zərərçəkmiş şəxs tərəfindən barışığa razılıq verilmədiyini bildirmişdir. Mənəvi zərərin ödənilməsinə dair tələb üzrə dəyərləndirilmə aparılarkən qeyd edilən xüsusatlar dəyərləndirilmə zamanı nəzərə alınması istisna edilməyən hallardan təşkil edir. Çünki, bu xüsusatlar təqsirləndirilən şəxsin əmələ tənqidi münasibətin göstəricisi olmaqla peşmançılıq hissi keçirməsinin məntiqi nəticəsidir. Törədilmiş əməlin xarakteri, əməlin törədilməsi zamanı təqsirin forması, xəsarətin dərəcəsi, mənəvi iztirabın azaldılmasından ötrü təqsirləndirilən şəxsin barışıq üçün cəhdlər etməsi nəzərə alınarsa, tələb edilən məbləğə görə təyin edilən mənəvi zərərin məbləği ədalətli hesab edilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edərək qeyd edir ki, hazırda müdafiə və ittiham tərəfindən apellyasiya instansiya məhkəməsinin araşdıraraq təhqiq etdiyi mövqeyini təkzib edəcək heç bir dəlil gətirilməmişdir.
36. Məhkum cəza təyin edilərkən, həmçinin zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilərkən, birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsb it olunmuş ədalət prinsipi gözlənilmişdir.
37. Təsvir olunanlar zərərçəkmiş şəxsin nümayəndəsinin (vəkilinin) və məhkumun müdafiəçisinin kassasiya şikayətlərinə baxılması nəticəsində CPM-in 416-cı maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətlərinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.
38. Beləliklə, məhkəmə kollegiyası məhkumun, onun müdafiəçisinin,zərərçəkmiş şəxsin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(105)-727/2024 nömrəli qərarı dəyişdirilmədən saxlan ılmalıdır.
39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(105)-727/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi5 və Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin ed