Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-972/2019 01.10.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 972/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 01 oktyabr 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Gülzar Lətif qızı Rzayeva (sədrlik edən və məruzəçi), İnqilab Maşallah oğlu Nəsirov və Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə, Nigar Vidadi qızı Adilovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Abaslı Abbas Ələkbər oğlu və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 25 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən) R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibarət tərkibdə), 01 iyun 1962-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 08 iyul 2008-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.1, 17 8.2.2 və 178.2.4-cü maddələri ilə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 21 iyun 2012-ci il tarixli qərarına əsasən, 22 iyun 2012-ci il tarixdə cəzasının 1 ay 9 gün hissəsindən şərti olaraq, vaxtından əvvəl azad edilmiş, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olub həmin ünvanda da yaşamış, Məhkum, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 26 sentyabr 2015-ci il tarixdən 28 sentyabr 2015-ci il tarixədək, 15 mart 2016-cı il tarixdən 17 mart 2016-cı il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün təyin edilmiş cəza müddətinə daxil olunmaqla məhkumun üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 26 (iyirmi al tı) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəli 27 oktyabr 2016-cı il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökmlə X5 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd oğlu, (sədrlik edən və məruzəçi), X12 və X4 oğlundan ibarət tərkibdə) 18 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Məhkum 26 sentyabr 2015-ci il t arixdən 28 sentyabr 2015-ci il tarixədək, 15 mart 2016-cı il tarixdən 17 mart 2016-cı il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün, təyin edilmiş cəza müddətinə hesablanmaqla onun üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2016-cı il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının çəkilməmiş hissəsini azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tamah n iyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 məişət və elektrik mallarının satışı ilə məşğul olan X14 oğlunun etibarından sui-istifadə edərək, sonuncunun satışa çıxardığı avadanlıqları səyyar satacağını vəd verib aldadaraq, 19 dekabr 2014-cü il tarixdə ünvan 1 adlanan yerdə, 6-cı sırada yerləşən ünvan 2 adlı mağazadan bir ədəd 485 manat dəyərində “Atlant” markalı soyuducunu, bir ədəd 490 manat dəyərində “LG-106-42-smart” markalı televizoru, hər birinin qiyməti 865 manat olmaqla ümumilikdə, 2.595 manat dəyərində üç ədəd “LG-119-smart-47-Lb-65” markalı televizoru, bir ədəd qiyməti 440 manat olan “LG-106-led 42” markalı televizoru, bir ədəd 119 manat dəyərində Türkiyə istehsallı, “Firuzə” markalı xalçanı, bir ədəd 815 m anat dəyərində “LG-119-smart-47-LB” markalı televizoru, bir ədəd 53 manat dəyərində Çin istehsallı, “Kinq” markalı televizoru ələ keçirməklə onun 4.997 manat məbləğində, 21 dekabr 2014-cü il tarixdə eyni ünvanda bir ədəd 332 manat dəyərində İran istehsallı, 3x4 ölçülü xalçanı, bir ədəd 277 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 139 manat dəyərində Türkiyə istehsallı, “Sürpriz” markalı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 95 manat dəyərində Türkiyə istehsallı, “Sürpriz” markalı, 2x3 ölçülü xalçanı, bir ədəd 125 manat dəyərində Türkiyə istehsallı, “İnci” markalı, 2,5x4 ölçülü xalçanı, bir ədəd 95 manat dəyərində Türkiyə istehsallı, “Paşa” markalı, 2,5x4 ölçülü xalçanı, hər birinin qiyməti 95 manat olmaqla ümumilikdə, 190 manat dəyərində iki ədəd Türkiyə istehsallı, “Sürpriz” markalı, 2x3 ölçülü xalçanı, hər birinin qiyməti 125 manat olmaqla ümumilikdə, 250 manat dəyərində iki ədəd “İnci” markalı xalçanı, bir ədəd 190 manat dəyərində Türkiyə istehsallı, “Kanzas” markalı, 2x3 ölçülü xalçanı, bir ədəd 76 manat dəyərində Türkiyə istehsallı, “Kashmir” markalı xalçanı, hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə, 120 manat dəyərində iki ədəd “Fuma-1505” markalı yemək bişirən aparatı, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə, 60 manat dəyərində iki ədəd “Fuma-982” markalı yemək bişirən aparatı, bir ədəd 560 manat dəyərində “Poverful-70-10 FS” markalı paltaryuyanı, bir ədəd 305 manat dəyərində “İndezit” markalı paltaryuyanı, bir ədəd 430 manat dəyərində “Ariston” markalı paltaryuyanı, bir ədəd 390 manat dəyərində “Ariston” markalı paltaryuyanı, b ir ədəd 370 manat dəyərində “Atlant 2835” markalı soyuducunu, bir ədəd 510 manat dəyərində “Atlant 4421” markalı soyuducunu, hər birinin qiyməti 660 manat olmaqla ümumilikdə, 6.600 manat dəyərində on ədəd “LG-42 LB-652-smart-3D” markalı televizoru, hər birinin qiyməti 865 manat olmaqla ümumilikdə, 6.055 manat dəyərində yeddi ədəd “LG-47 LB-652-smart-3D” markalı televizoru, bir ədəd 53 manat dəyərində “Kinq” markalı tozsoranı, hər birinin qiyməti 55 manat olmaqla ümumilikdə, 155 manat dəyərində üç ədəd “Fuma-714” markalı samovarı, bir ədəd 55 manat dəyərində “Fuma802” markalı şirəçəkəni, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə, 100 manat dəyərində iki ədəd“Kenvud” markalı mutlivarka aparatını, hər birinin qiyməti 28 manat manat olmaqla ümumilikdə, 56 manat dəyərində iki ədəd “Five r” markalı əl süpürgəsini, hər birinin qiyməti 73 manat olmaqla ümumilikdə, 292 manat dəyərində dörd ədəd “Fuma 818” markalı ətçəkən aparatı, bir ədəd 28 manat dəyərində “Simbo” markalı samovarı, bir ədəd 26 manat dəyərində “Love” markalı samovarı, bir ədəd 19 manat dəyərində “Harlin” markalı qızdırıcı peçi, bir ədəd 44 manat dəyərində “Fumo 346” markalı ətçəkən aparatı, hər birinin qiyməti 32 manat olmaqla ümumilikdə, 64 manat dəyərində iki ədəd “Fumo 451” markalı tosteri, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə, 100 manat dəyərində iki ədəd buxarla bişirən aparatı, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə, 100 manat dəyərində iki ədəd “Fumo 1100” markalı yeməkbişirən aparatı, bir ədəd 40 manat dəyərində “Harlin” markalı elektrik soba aparatını, hər birinin qiyməti 23 manat olmaqla ümumilikdə, 230 manat dəyərində on ədəd “Açkılız” markalı şirəçəkən aparatı, hər birinin qiyməti 65 manat olmaqla ümumilikdə, 130 manat dəyərində iki ədəd “Testa” markalı elektrik soba aparatını, hər birinin qiyməti 28 manat olmaqla ümumilikdə, 140 manat dəyərində beş ədəd “3088” markalı çaşkalı mikser aparatını, hər birinin qiyməti 17 manat olmaqla ümumilikdə, 85 manat dəyərində beş ədəd “Fumo 711” markalı ütünü, hər birinin qiyməti 65 manat olmaqla ümumilikdə, 130 manat dəyərində iki ədəd “Fumo 450” markalı tozsoranı, hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə, 80 manat dəyərində iki ədəd “Fumo499” markalı tozsoran aparatı, hər birinin qiyməti 33 manat olmaqla ümumilikdə, 66 manat dəyərində iki ədəd “Fumo789” markalı kartof bişirən aparatı, hər birinin qiyməti 19 manat olma qla ümumilikdə, 38 manat dəyərində iki ədəd “Fumo 991” markalı bıçaq dəstini, hər birinin qiyməti 75 manat olmaqla ümumilikdə, 225 manat dəyərində üç ədəd istehsal yeri və markası istintaqa məlum olmayan plasmas materiallı paltaryuyan aparatı, bir ədəd 11 manat dəyərində istehsal yeri və markası istintaqa məlum olmayan yemək termosunu, bir ədəd 18 manat dəyərində “Kinq 716” markalı blendoru, hər birinin qiyməti 28 manat olmaqla ümumilikdə, 56 manat dəyərində iki ədəd “Gepas” markalı termopod (su qızdırıcı) aparatını, bir ədəd 490 manat dəyərində “42 smart” markalı televizoru ələ keçirərək, onun 20.010 manat məbləğində, 23 dekabr 2014cü il tarixdə eyni ünvanda hər birinin qiyməti 65 manat olmaqla ümumilikdə, 130 manat dəyərində iki ədəd “Testa” markalı elektrik soba aparatını, bir ədəd 50 m anat dəyərində “6003” markalı lüsturu, bir ədəd 300 manat dəyərində “8005” markalı lüsturu, bir ədəd 75 manat dəyərində “Arçelik” markalı yeməkbişirən aparatı, bir ədəd 390 manat dəyərində “Paverful” markalı paltaryuyanı, bir ədəd 305 manat dəyərində “İndezit” markalı paltaryuyanı, hər birinin qiyməti 90 manat olmaqla ümumilikdə, 180 manat dəyərində iki ədəd “Fumo 114” markalı elektrik soba aparatını, bir ədəd 200 manat dəyərində “Fumo 944” markalı yeməkbişirən aparatı, bir ədəd 390 manat dəyərində “İndezit” markalı soyuducunu, bir ədəd 560 manat dəyərində “Atlant 6224” markalı soyuducunu, bir ədəd 290 manat dəyərində “İndezit” markalı paltaryuyanı, bir ədəd 305 manat dəyərində “İndezit (5 ekranlı)” markalı paltaryuyanı, bir ədəd 37 manat dəyərində “Mertsan” markalı elektrik soba aparatını, bir ədəd 60 manat dəyərində “Saturn” markalı tozsoranı, bir ədəd 25 manat dəyərində “Simbo” markalı ətçəkən aparatı, bir ədəd 25 manat dəyərində “Optima” markalı ətçəkən aparatı, hər birinin qiyməti 65 manat olmaqla ümumilikdə, 130 manat dəyərində iki ədəd “Fumo 450” markalı tozsoranı, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə, 90 manat dəyərində iki ədəd “Fumo-329-02” markalı ətçəkən aparatı ələ keçirərək, onun 3.542 manat məbləğində, 25 dekabr 2014-cü il tarixdə eyni ünvanda hər birinin qiyməti 865 manat olmaqla ümumilikdə, 4.325 manat dəyərində beş ədəd “LG47smart” televizoru, hər birinin qiyməti 490 manat olmaqla ümumilikdə, 2.940 manat dəyərində altı ədəd “LG42 smart” markalı televizoru, hər birinin qiyməti 440 manat olmaqla ümumilikdə, 880 manat dəyərində iki ədəd “LG42 led -02” markalı televizoru, bir ədəd 415 manat dəyərində İran istehsallı, 3x5 ölçülü xalçanı, bir ədəd 346 manat dəyərində İran istehsallı, 2,5x5 ölçülü xalçanı, bir ədəd 95 manat dəyərində Türkiyə istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 237 manat dəyərində İran istehsallı, 2x3 ölçülü xalçanı, hər birinin qiyməti 948 manat olmaqla ümumilikdə, 1.896 manat dəyərində iki ədəd İran istehsallı, 3x4 ölçülü xalçanı, bir ədəd 380 manat dəyərində Türkiyə istehsallı, 3x4 ölçülü xalçanı, bir ədəd 342 manat dəyərində Türkiyə istehsallı, 4x6 ölçülü xalçanı, hər birinin qiyməti 342 manat olmaqla ümumilikdə, 684 manat dəyərində iki ədəd İran istehsallı, 4x6 ölçülü xalçanı, hər birinin qiyməti 256 manat olmaqla ümumilikdə, 1.792 manat dəyərində yeddi ədəd İran istehsallı, 3x3 ölçülü xalçanı, hər birinin qiy məti 107 manat olmaqla ümumilikdə, 428 manat dəyərində dörd ədəd İran istehsallı 2,5x3 ölçülü xalçanı, hər birinin qiyməti 86 manat olmaqla ümumilikdə, 172 manat dəyərində iki ədəd İran istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 277 manat dəyərində Türkiyə istehsallı, 2,5x4 ölçülü xalçanı, bir ədəd 139 manat dəyərində İran istehsallı, 2,5x3,5 ölçülü xalçanı, hər birinin qiyməti 415 manat olmaqla ümumilikdə, 1.660 manat dəyərində dörd ədəd Türkiyə istehsallı, 3x5 ölçülü xalçanı, bir ədəd 332 manat dəyərində Türkiyə istehsallı, 3x4 ölçülü xalçanı, hər birinin qiyməti 242 manat olmaqla ümumilikdə, 484 manat dəyərində iki ədəd Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, hər birinin qiyməti 125 manat olmaqla ümumilikdə, 375 manat dəyərində üç ədəd İran istehsallı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 125 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 166 manat dəyərində İran istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 125 manat dəyərində İran istehsallı 2,5x3,5 ölçülü xalçanı, hər birinin qiyməti 277 manat olmaqla ümumilikdə, 831 manat dəyərində üç ədəd İran istehsallı, 2,5x4 ölçülü xalçanı, hər birinin qiyməti 277 manat olmaqla ümumilikdə, 1.939 manat dəyərində yeddi ədəd Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, hər birinin qiyməti 332 manat olmaqla ümumilikdə, 2.656 manat dəyərində səkkiz ədəd İran istehsallı, 2x4 ölçülü xalçanı, hər birinin qiyməti 166 manat olmaqla ümumilikdə, 498 manat dəyərində üç ədəd Türkiyə istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 188 manat dəyərində Türkiyə istehsallı, 2,5x5 ölçülü xalçanı, hər birinin qiyməti 242 manat olmaqla ümumilik də, 484 manat dəyərində iki ədəd İran istehsallı, 2,5x3,5 ölçülü xalçanı, hər birinin qiyməti 291 manat olmaqla ümumilikdə, 582 manat dəyərində iki ədəd İran istehsallı, 3x3,5 ölçülü xalçanı, bir ədəd 474 manat dəyərində Türkiyə istehsallı, 3x5 ölçülü xalçanı, bir ədəd 173 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, hər birinin qiyməti 249 manat olmaqla ümumilikdə, 747 manat dəyərində üç ədəd İran istehsallı, 3x3 ölçülü xalçanı, bir ədəd 415 manat dəyərində Türkiyə istehsallı, 3x5 ölçülü xalçanı, bir ədəd 239 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 242 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 411 manat manat dəyərində İran istehsallı, 2,5x4,5 ölçülü xalçanı, bir ədəd 431 manat dəyərində İran istehsallı, 2,5x5 ölçülü x alçanı, bir ədəd 237 manat dəyərində İran istehsallı, 3x4 ölçülü xalçanı ələ keçirərək, onun 29.162 manat məbləğində, 26 dekabr 2014-cü il tarixdə eyni ünvanda bir ədəd 208 manat dəyərində Türkiyə istehsallı, 2x3 ölçülü xalçanı, hər birinin qiyməti 95 manat olmaqla ümumilikdə, 285 manat dəyərində üç ədəd Türkiyə istehsallı xalçanı, bir ədəd 150 manat dəyərində “Nord” markalı qaz peçini, bir ədəd 20 manat dəyərində “4655” markalı toster aparatını, bir ədəd 35 manat dəyərində “Bosh” markalı tozsoranı, bir ədəd 47 manat dəyərində “Bosh” markalı çaşkalı tozsoranı, bir ədəd 75 manat dəyərində “Testa” markalı elektrik soba aparatını, hər birinin qiyməti 28 manat olmaqla ümumilikdə, 56 manat dəyərində iki ədəd “Simbo” markalı samovarı, hər birinin qiyməti 46 manat olmaqla ümumilikdə, 92 manat dəy ərində iki ədəd “Kinq” markalı elektrik soba aparatını, hər birinin qiyməti 35 manat olmaqla ümumilikdə, 105 manat dəyərində üç ədəd “Nurqaz” markalı elektrik soba aparatını, hər birinin qiyməti 90 manat olmaqla ümumilikdə, 720 manat dəyərində səkkiz ədəd “Fumo” markalı elektrik soba aparatını, bir ədəd 19 manat dəyərində istehsal yeri istintaqa məlum olmayan qızdırıcı piltəni, bir ədəd 105 manat dəyərində Türkiyə istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 190 manat dəyərində Türkiyə istehsallı, 3x4 ölçülü xalçanı, bir ədəd 20 manat dəyərində “Polaris” markalı ütünü, bir ədəd 360 manat dəyərində “Atlant 60C88” markalı paltaryuyanı, bir ədəd 325 manat dəyərində “Atlant(7 kiloqramlıq)” markalı paltaryuyanı, hər birinin qiyməti 490 manat olmaqla ümumilikdə, 2.450 manat dəyərində beş ədəd “LG- 42 smart” markalı televizoru, hər birinin qiyməti 865 manat olmaqla ümumilikdə, 1.730 manat dəyərində iki ədəd “LG-47 smart” markalı televizoru, hər birinin qiyməti 332 manat olmaqla ümumilikdə, 664 manat dəyərində iki ədəd Türkiyə istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 45 manat dəyərində “FU 714” markalı samovarı, hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə, 24 manat dəyərində iki ədəd “SevenStar” markalı blendor aparatını, bir ədəd 35 manat dəyərində “King” markalı elektrik qazanını, bir ədəd 260 manat dəyərində “Atlant60c88” markalı paltaryuyanı, bir ədəd 610 manat dəyərində “Atlant 4421-080” markalı soyuducunu, bir ədəd 485 manat dəyərində “Atlant 4421-000” markalı soyuducunu, hər birinin qiyməti 865 manat olmaqla ümumilikdə, 2.595 manat dəyərində üç ədəd “LG47smart119” markalı t elevizoru, hər birinin qiyməti 490 manat olmaqla ümumilikdə, 1.960 manat dəyərində dörd ədəd “LG42smart” markalı televizoru ələ keçirərək, onun 13.768 manat məbləğində, 27 dekabr 2014-cü il tarixdə eyni ünvanda bir ədəd 390 manat dəyərində “İndezit NBS18AA” markalı soyuducunu, bir ədəd 530 manat dəyərində “İndezit BAA18NBX” markalı soyuducunu, bir ədəd 350 manat dəyərində “Atlant 2835-08” markalı soyuducunu, bir ədəd 325 manat dəyərində “Atlant2835-90” markalı soyuducunu, bir ədəd 325 manat dəyərində “Atlant (7kiloqramlıq)” markalı paltaryuyanı, bir ədəd 277 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 125 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, hər birinin qiyməti 190 manat olmaqla ümumilikdə, 760 manat dəyərində dörd ədəd Türkiyə istehsallı, 3x 4 ölçülü xalçanı, hər birinin qiyməti 332 manat olmaqla ümumilikdə, 664 manat dəyərində iki ədəd Türkiyə istehsallı, 3x4 ölçülü xalçanı, bir ədəd 125 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 171 manat dəyərində Türkiyə istehsallı, 3x4 ölçülü xalçanı, bir ədəd 95 manat dəyərində Türkiyə istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 139 manat dəyərində Türkiyə istehsallı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 60 manat dəyərində Türkiyə istehsallı, 1,5x2,3 ölçülü xalçanı, bir ədəd 119 manat dəyərində İran istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 166 manat dəyərində Türkiyə istehsallı, 2x3 ölçülü xalçanı, bir ədəd 560 manat dəyərində “Atlant6224-060” markalı soyuducunu, bir ədəd 485 manat dəyərində “Atlant 3101-080” markalı soyuducunu, bir ədəd 510 manat dəyərində “Atlant4521 ” markalı soyuducunu, bir ədəd 400 manat dəyərində “Atlant4021-000” markalı soyuducunu, bir ədəd 400 manat dəyərində “Atlant4010” markalı soyuducunu, bir ədəd 260 manat dəyərində “Atlant 60C88” markalı paltaryuyan maşını, bir ədəd 650 manat dəyərində “Ariston” markalı qabyuyan aparatını, bir ədəd 269 manat dəyərində Türkiyə istehsallı, “Armada” markalı, 3x4 ölçülü xalçanı, bir ədəd 152 manat dəyərində Türkiyə istehsallı, “Kraliça” markalı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 139 manat dəyərində Türkiyə istehsallı, “Sürpriz” markalı, 2,5x3,5 ölçülü xalçanı, bir ədəd 291 manat dəyərində İran istehsallı, 3x3,5 ölçülü xalçanı, bir ədəd 332 manat manat dəyərində İran istehsallı, 3x4 ölçülü xalçanı ələ keçirərək, onun 9.356 manat məbləğində, 29 dekabr 2014-cü il tarixdə eyni ünvanda hər birinin qiy məti 15 manat olmaqla ümumilikdə, 180 manat dəyərində on iki ədəd “Simbo” markalı ütünü, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə, 225 manat dəyərində beş ədəd “Fumo” markalı ətçəkən aparatı, hər birinin qiyməti 47 manat olmaqla ümumilikdə, 94 manat dəyərində iki ədəd “Bosh” markalı tozsoranı, bir ədəd 45 manat dəyərində “Fumo 714” markalı samovarı, hər birinin qiyməti 47 manat olmaqla ümumilikdə, 94 manat dəyərində iki ədəd “Fiver” markalı samovarı, bir ədəd 50 manat dəyərində “Kenvud” markalı yeməkbişirən aparatı, hər birinin qiyməti 28 manat olmaqla ümumilikdə, 168 manat dəyərində altı ədəd “Fumo 742-06” markalı çaşkalı-miksel aparatını, bir ədəd 60 manat dəyərində “Fumo1505” markalı yeməkbişirən aparatı, hər birinin qiyməti 73 manat olmaqla ümumilikdə, 146 manat dəyərində iki əd əd “Fumo 818-02” markalı ətçəkən maşını, bir ədəd 40 manat dəyərində “Fumo 620” markalı qoşaçayniki, bir ədəd 45 manat dəyərində “Fumo 714” markalı samovarı, bir ədəd 65 manat dəyərində “Fumo 450” markalı tozsoranı, bir ədəd 48 manat dəyərində “Malnex” markalı şirəçəkən aparatı, bir ədəd 36 manat dəyərində “Nurqaz” markalı elektrik soba aparatını, hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə, 36 manat dəyərində iki ədəd “Polaris” markalı mətbəx tərəzisini, bir ədəd 28 manat dəyərində “Fumo 1014” markalı kofebişirən aparatı, bir ədəd 24 manat dəyərində “Fumo 1009” markalı kofeüyüdən aparatı, bir ədəd 35 manat dəyərində “Kinq” markalı elektrik qazanını, bir ədəd 25 manat dəyərində “Nikay” markalı elektrik qazanını, bir ədəd 18 manat dəyərində “Quick” markalı feni, bir ədəd 55 manat dəyə rində “SSACHİ” markalı radiatoru ələ keçirərək, onun 1.517 manat manat məbləğində əmlakını vahid niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs X3 ümumilikdə, 82.352 manat məbləğində - külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətində cəzasının çəkilməmiş hissəsini azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanu nuna əsasən residivə dair müddəaların qərardan çıxarılması, məhkumun cəzasını ümumi rejimli cəza cəkmə müəssəsində müəyyən edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxı şının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayəti cəzanın çəkilməmiş qalan hissəsinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü ilə əvəz edilməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətində qeyd etdiyi hallar ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə əsas vermir, Məhkum təyin ed ilmiş azadlıqdan məhrumetmə cəzasının təqsirli bilindiyi maddənin sanksiyası daxilində azaldılmasını məqsədə müvafiq hesab edir. Məhkum “xxxx” MMC-yə qarşı törətdiyi dələduzluq epizodunda hazırki qanunvericiliyə əsasən xeyli miqdarda, yəni 42.700 manat məbləğində ziyan vurmaqla və ünvan 1 adlanan yerdə, 6-cı sırada yerləşən ünvan 2 adlı mağazadan müxtəlif adda əmlakını vahid niyyətlə ələ keçirməklə X3 ümumilikdə, 82.352 manat məbləğində - külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinə edilmiş dəyişikliyə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəz ərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1 -177.2.32, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Qanunun 2.6-cı maddəsində göstərilir ki, Bu Qanun qüvvəyə minənədək məhk um edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.4 və 2.5-ci maddələrində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında 5 (b eş) ildən 10 (on) ilə qədər azadlıqdan məhrumetmə cəzasının həddi müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X14 oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsində dəymiş ziyanın ödənilməsi, həmçinin zərərçəkmiş şəxslər “xxxx” MMC-nin nümayəndəsi X15 oğlunun və X8 ərizəsində təqsirləndirilən şəxs Məhkum qarşı şikayət və tələblərinin olmaması göstərilmişdir. Məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halı da nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəzasının 5 (beş) ilə endirilməsi cəzanın məqsədi barədə qanunun tələbinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il ke çdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamani nəzərə alınmır. Kollegiya hesab edir ki, Nərimanov rayon məhkəməsinin 08 iyul 2008-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 21 iyun 2012-ci il tarixli qərarına əsasən, 22 iyun 2012ci il tarixdə cəzasının 1 ay 9 gün hissəsindən şərti olaraq, vaxtından əvvəl azad edilmiş Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən, məhkəmə aktlarından residivə aid müddəalar çıxarılmalıdır. Azərbaycan R espublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkəmə aktlarından cinayətin residivin ə dair müddəalar çıxarılsın. Məhkum təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilsin. Məhkum 26 sentyabr 2015-ci il tarixdən 28 sentyabr 2015-ci il tarixədək, 15 mart 2016-cı il tarixdən 17 mart 2016-cı il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) gün, təyin edilmiş cəza müddətinə hesablanmaqla onun üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-972/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-972/2019
01.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver