Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-972/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu, məhkum Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Novruzov Söyüdmalı Məmmədalı oğlunun iştirakları il ə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hüseynov Cavid İbadulla oğlu (sədlrik edən), İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxx 1983-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əv vəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 1178.2.2, 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə olmaqla, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmənin əvvəli xx xxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Əsgərov İmaməli Məmmədağa oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs dələduzluq yəni, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müşaviri kimi təqdim edərək Zərərçəkmiş şəxs2 qardaşı Məmmədov Mövlan Fərrux oğlunun Gəncə Ağır Cinayətlər Məhkə məsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair baxılan cinayət işində onun cəzasının yüngülləşdiriləcəyi barədə yalandan vəd verib aldadaraq 2016-cı ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs2 yaşadığı Samux rayonu, Alıuşağı kəndindəki fərdi yaşayış evində 13.500 manat məbləğində, 2016-cı ilin avqust ayının ortalarında Gəncə şəhəri, Atatürk prospekti 256 ünvanında yerləşən Gəncə Ağır ( Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında 1.500 manat məbləğində, vahid ^qəsdlə əhatə olunan, ümumilikdə 15.000 manat məbləğində xeyli miqdarda nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndiri lən şəxs təkrarən dələduzluq, yəni etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs1 onun övladı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyi barədə yalandan vəd verib aldadaraq xx xxxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Oğuz rayonu, Böyük Söyüdlü kəndindəki fərdi yaşayış evində 225 manat dəyərində olan 9 kiloqram bal, 80 manat dəyərində bir quzunun yarısı və 8.000 manat məbləğində nağd pul vəsaiti olmaqla, ümumilikdə xeyli miqdarda, yəni 8.305 manat dəyərində əmlak və nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ k eçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ayrı-ayrılıqda çəkiləri 1,790 qram, 2,140 qram və 2,350 qram olmaqla cəmi üç ədəd bükümdə ümumi təmiz çəkisi 6,280 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in İ siyahısına daxil edilən ayrı-ayrılıqda çəkiləri 1,300 qram və 1,175 qram olmaqla cəmi iki ədəd bükümdə ümumi təmiz çəkisi 2,475 qram olan ağ rəngli kristal! şəkilli psixotrop maddə sayılan metamfetamini əldə edib üzərində qanunsuz daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cin ayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra: Azərbaycan Respublikası DİN-nin BMCMİ-si və ya BMCMİ) daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxx 2017-ci il tarixdə, saat 17:00da'ünvan 4 ünvanının yaxınlığında yerləşən «Universal» avtoservisin qarşısında saxlanılarkən polis əməkdaşlarının təklifinə əsasən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda, yəni 6,280 qram çəkidə narkotik vasitə olan heroini əynindəki şalvarın sol yan cibindən üç ədəd bükümdə, 2,475 qram çəkidə psixotrop maddə olan metamfetaimni əynindəki şalvarın sol yan cibindən iki ədəd bükümdə çıxarıb təqdim etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq düzgün aparılmamış, məhkəmə baxışı zamanı bir sıra faktlar öz təsdiqini tapmamış, işin ayrı-ayrı halları üzrə müəyyən edilmiş xüsusatları məhkəmə nəzərə almamış, cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətmədiyini, cinayət hadisələri ilə əlaqəsi olmaması barədə toplanılmış, biri digərinə kifayət qədər uyğun gələn sübutlara düzgün qiymət verilmədən, ehtimallara əsaslanaraq ədalətsiz qərar qəbul edilmişdir. Məhkum qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilmə sini və barəsində bəraət qərarı qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinc i və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübu tların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarında olan məhkumun, zərərçəkmiş şəxslərin və şahid ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirsiz bilməsinə dair kassasiya şikayətində qeyd etdiyi dəlillər əsassızdır, müdafiə xarakteri daşıyır. Bundan başqa, iş materiallarında olan məhkum Təqsirləndirilən şəxs ibtifai istintaq zamanı vermiş ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmiş, əməlini etiraf edib ittihamın mahiyyəti üzrə göstərmişdir ki, “tutulmamışdan təxminən 2-3 gün əvvəl Lökbatan qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığındakı yoldan keçərkən kiçik bir sellofan torba görüb yerdən götürmüş, içərisinə baxdıqda 5 ədəd büküm ol duğunu görmüşdür. Sellofan torbanı kənara atıb bükümləri açdıqda üç bükümün içərisində heroin, ikisində isə psixotrop maddənin olduğunu, psixotrop maddənin kristal şəkilli olduğunu görmüşdür. Kənardan tanımadığı şəxslərin onu müşahidə etdiyini görüb əlindəki bükümləri yerə atmaqdan çəkinmiş, əynindəki göy rəngli şalvarın sol cibinə qoymuş və meylinə düşəcəyi təqdirdə istifadə edəcəyini düşünmüşdür. xx xxx 2017-ci il tarixdə, günorta saatlarından sonra yaxın dostları ilə görüşmək üçün Yasamal rayonu ərazisinə getmiş, saat 17:00-da Şərifzadə küçəsində yerləşən «Universal» avtoservisin qarşısına çatmış və orada duran zaman bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb onu saxlamışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib onun şəxsiyyəti ilə bağlı so rğu etmişlər. Onun üzərinə baxış keçirilən zamanı, o əynindəki şalvarın sol yan cibindən içərisində heroin olan üç ədəd bükümü və içərisində psixotrop maddə olan iki ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir...” Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların, özünün məhkəmədə verdiyi ifadəsi və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məhkəmədəki ifadələrinə uyğun gələn hissəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla məcmusu ilə təsdiq edilmişdir, həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-972/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-972/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver