Məhkəmə qərarları › İş №1(102)-972/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-972/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-972/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkumun iştirakları ilə Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 186.2.2 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X8) xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3, 186.2.2 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 170.1-ci maddəsi ilə 01 (bir il) 06 (al tı) ay müddətə, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 186.2.2ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 221.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 15 oktyabr 2017-ci ildən 17 oktyabr 2017-ci ilədək, 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökmdən məhkumun müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətin ə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim F.K.Soltanov, hakimlər R.M.Cəfərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 05 sentyabr 2019-cu il tarixli qərarı ilə Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə, özgənin əmlakını yandırma yolu ilə qəsdən məhv etməklə xeyli ziyan vurma, ictimai qaydanı kobud surətdə pozan, c əmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq və qabaqcadan əlbir olan oir qrup şəxslə yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətlərini törətmişdir. Belə ki, o, 18 mart 1999-cu il təvəllüdlü X12 və 10 yanvar 1997-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatmadığı dövrdə yəni, 13 iyul 2013-cü il tarixdə aldadıb özgəsinin əmlakını yandırma yolu ilə qəsdən məhv etmək məqsədi ilə cinayətkar fəaliyyətə cəlb edərək, həmin tarixdə gecə saat 05 radələrində birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsi ev 14-də yaşayan X16 məxsus evin həyətində yerləşən tövləyə yaxınlaşmış, Pərvin İman ov pusquda durmuş, Məhkum tövlənin çardaq hissəsindəki ot tayasını yandırmaq üçün X12 çiyninə qaldırmış, sonuncu alışqanla ot tayasını odlamış, nəticədə 2000 ədəd ot bağlamaları və tövlənin yanar konstruksiyası tam yandığına görə zərər çəkmiş şəxsə 8600 manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Bundan başqa o, 05 oktyabr 2017-ci il tarixdə, saat 18 radələrində sol ayağından xəsarət aldığına görə Cəlilabad rayon Göytəpə şəhər xəstəxanasının 3-cü mərtəbəsində yerləşən cərrahiyyə şöbəsinin sarğı otağında tibbi yardım göstərilərkən, orta dərəcəli sərxoş vəziyyətdə olduğu halda, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, otaqda olan tibb bacıları X10 və X3 qarşı laqeydlik v ə etinasızlıq göstərərək ona tibbi yardım göstərən həkim-cərrah X2 cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir etmiş, daha sonra öz qərəzli hərəkətlərini davam etdirib azğınlaşmaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaradan hərəkətlər edib üzərində tibbi alətlər olan stolu sağ ayağı ilə vurub aşırmaqla tibbi ləvazimatları dağıtmış, X1 qollarından tutaraq divara çırpıb, ona sol bazu nahiyəsində qançır əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, belə bir şəraitdə ictimai qaydanın pozulmasının qarşısını alan tibb qardaşı X5 əlləri ilə itələyərək divara vurub, ona sağ əli n arxa səthində qançır əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə şəxslər üzərində zor tətbiq olunması, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini inadkarlıqla uzun müddət davam etdirmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmayan 12 aprel 2001-ci il təvəllüdlü bacısı oğlu X4 aldadaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tamah niyyəti ilə cinayətkar fəaliyyətə cəlb etməklə tanışı X6 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək, 18 dekabr 2017-ci ildə saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə şəhər sakini X7 yaşadığı A.Xanışov küçəsində yerləşən 56 N-li evin küçə qapısından həyətə keçmiş, aralarında olan rol b ölgüsünə görə Məhkum pusquda dayanmış, giriş qapısından qanunsuz olaraq yaşayış sahəsinə daxil olan Elşən Bayramov soyucudakı 1 manat qiymətində olan boşqabı içərisindəki 5 manat qiymətində cücə əti və 10 manat qiymətində qaz əti ilə birlikdə, İntiqam Dadaşov isə otaqdakı divardan asılmış 700 manat qiyməti olan “LG” markalı 1 ədəd televizoru, cəmi 716 manat məbləğdə özgənin akını gizli olaraq talamaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı CM-nin 177 və 221.2.2-ci maddələri ilə ona ittiham edilmiş cinayət əməllərini törətmədiyini bildirmişdir. Təqsirli bilindiyi digər maddələrlə gəldikdə isə zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, ona qarşı şikayət və tələb yoxdur. Himayəsində iki azyaşlı övladı vardır və hərbi xidmətdə olarkən travma almışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, təqsirli bilindiyi CM-nin 177 və 221.2.2-ci maddələrinin ittihamdan xaric edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən CM-nin 177.2.1, 177.2.3 və 221.2.2-ci madələri ilə qanunsuz və ədalətsiz olaraq məhkum edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə, özgənin əmlakını yandırma yolu ilə qəsdən məhv etməklə xeyli ziyan vurma, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq və qabaqcadan əlbir olan oir qrup şəxslə yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3, 186.2.2 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum ona hökml ə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələr belə q ənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələ rin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində iki azyaşlı uşağının olması və zərərçəkmiş şəxslərdən XXXXə vurulmuş ziyanın aradan qaldırılması), cəzasını ağırlaşdıran hal (cinayətlərin residivi) habelə təyin olunmuş cəzanın onun ailəsinə, h əyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikli ksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 186.2.2 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar