Məhkəmə qərarları › İş №1(102)-972/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-972/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-972/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Müdafiəçilər - məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1, Məhkumun qanuni nümayəndəsi - Nümayəndə, Zərərçəkmiş şəxsin qanuni nüma yəndəsi - Şahid1 və onun nümayəndəsi X4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsasən qapalı məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-613/2021 saylı, 05 noyabr 2021-ci il tarixli hökmü (X1 (sədrlik edən və məruzəçi), X16 və X8 ibarət tərkibdə) ilə x x xxxx 2005-ci ildə Sabirabad rayonunun Cavad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 11-ci sinif şagirdi, Sabirabad rayonu Cavad kəndində yaşayan və qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə ona 05 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2021-ci ildən hesablanmışdır. Həmin hökmdən məhkumun müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-177/2022 saylı, 02 mart 2022-ci il tarix li qərarı ilə (hakimlər: Əliyev Elşad İbiş oğlunun sədrliyi və məruzəsi ilə, X17 və X2 ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə, Sabirabad rayonu Cavad kənd sakini, xx xxxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində həmin kənddə yaşayan xalası qızı, xx xxxx 2009-cu ildə doğulmuş, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs evdə tək olduğunu bilərək onlara getmiş, Zərərçəkmiş şəxs mətbəxdə təmizlik işləri apardığını görmüş, həmin vaxt öz cinsi ehtirasını təmin etmək üçün evdə tək və köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə zor tədbiq etməklə cinsi əlaqədə olmaq fikrinə düşmüş, bu məqsədlə Zərərçəkmiş şəxs arxa tərəfinə keçib onu quçaqlayaraq zorla yataq otağına tərəf aparmış, bu zaman müqavimət göstərməklə qışqıraraq səs-küy salıb, kömək istəyən Zərərçəkmiş şəxs onun əlindən çıxmağa çalışaraq özünü müdafiə etmək üçün divara söykənmiş oxlovu əlinə götürmüş, buna baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yataq otağına apraraq çarpayının üzərinə atmış, zərbənin təsirindən çarpayının taxta birləşməsi sınmış, Zərərçəkmiş şəxs əlində olan oxlovla onu vurub sağ saidin aşağı 1/3-də bayır səthdə sıyrıqla müşayiət edilən, sağlamlığına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirsə də, Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirərək oxlovu Solmazın əlindən alıb kənara atmış, o nun dizləri üzərində oturub zor tətbiq etməklə sonuncuya, sol döşün yuxarı bayır kdvardarında, sağ saidin yuxarı 1/3-də arxa səthdə qançırlar, sağ bazunun yuxarı 1/3-də bayır səthdə sol dirsək oynağının arxa səthində, sağ baldırın aşağı 1/3-də ön səthdə sıyrıqlarla müşayiət olunan sağlmalığına zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, əyninə geydiyi şortunu və tumanını aşağı çəkmiş, əllərini Solmazın döşünə və cinsiyyət orqanına sürtmüş, daha sonra öz cinsiyyət orqanını çıxarmaq üçün şalvarının zəncirbəndini açmaq istədikdə, Zərərçəkmiş şəxs müqavimətini davam etdirməklə təpiklə onun sinə nahiyəsindən vurub çarpayıdan yerə yıxmış və dərhal çarpayıdan durub qaçaraq otaqdan çıxdığından Təqsirləndirilən şəxs bilavasitə Zərərçəkmiş şəxs zorlamağa yönəlmiş əməl ini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək onu zorlamağa cəhd etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli, 1(106)-177/2022 saylı qərarından məhkumun müdafiəçiləri və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından məhkum X3 müdafiəçisi Müdafiəçi1 Nazim oğlu kassasiya şikayəti verərək qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tar ixli qərarı qanuni və ədalətli olmadığı, məhkumun əmlində heç-bir cinayət tərkibi oladığı üçün ləğv edilməlidir. Bildirmək istəyirəm ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həmdə məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək belə bir cinayət əməlini törətmədiyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi hadisənin baş vermə sxemi həqiqətə uyğun olmamışdır. Zərərçəkmiş şəxsin ifadəsinin nə dərəcədə doğru olması ilə bağlı məhkəmə prosesinə dəvət edilmiş pedaqoq X22 oğluna verilmiş suala cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında bildirdikləri həqiqətə uyğun deyildir. Qeyd etmək istəyirəm ki, iş materiallarında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi barədə heç bir mötəbər sü but mövcud deyildir. Belə ki, müdafiəçisi olduğum təqsirləndirilən şəxsə cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin qərarının qanunsuz hesab edilməsi və qərarın kasassiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır. Qeyd edirəm ki, cinayət işinin məhkəmə istintaqı zamanı işin bir sıra faktiki əsasları obyektiv araşdırmamış və nəticədə həmin əsaslar məhkəmə istintaqının obyektiv araşdırmasından kənarda qalaraq müdafiəçisi olduğum şəxsin hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 kassaiya şik ayətin də apellyasiya məhkəməsinin qərarının əsaslı və qanuna uyğun olmadığını və məhkumun əməlində cinayət tərkibi olmadığını qeyd edərək qərarın ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş edir. Kassator şikayətində göstərir ki, iş materiallarında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxsə cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin qərarının qanunsuz hesab edilməsi və qərarın kasassiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır. Qeyd edirəm ki, cinayət işinin məhkəmə istintaqı zamanı işin bir sıra faktiki əsasları obyektiv araşdırmamış və nəticədə həmin əsaslar məhkəmə istintaqının obyektiv araşdırmasından kənarda qalaraq təqsirləndirilən şəxsin hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmişdir. Qeyd etmək istəyirəm ki, Təqsirləndirilən şəxs mənim qızıma heç bir zorakı hərəkətlər etməmişdir. Qızım Zərərçəkmiş şəxs mənə etiraf etmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı heç bir nalayiq hərəkəti olmamışdır. Təqsirləndirilən şəxs evdə, polis bölməsində və məhkəmədə verdiyi ifadələr tamamilə həqiqətə uyğun olmuşdur. Qızım azyaşlı olduğuna görə bu işin bu qədər ciddiləşəcəyini təsəvvür belə etməmiş və artıq iş polisə getdikdən sonra sözünü geri götürməyə qorxmuşdur. Lakin, Təqsirləndirilən şəxs gözlərinin önündə qan dallanaraq aparılmasından sonra dözə bilməmiş və hər şeyi mənə etiraf etmişdir. Mən bütün bunları bilən kimi Təqsirləndirilən şəxs günahsız olduğunu anlamış və ilk fürsətdə appelyasiya şikayəti vermişəm. Qızım atasından çəkindiyinə görə məsələni atasına açmamış və bütün həqiqətləri məhkəmə salonuna saxlamağı qərara almışdıq. Appelyasiya prosesinə çağırış məktubu bizə proses olduqdan və qərar verildikdən sonra gəlmişdir. Beləliklə biz məhkəmə salonunda ifadə verə bilmədik və proses tamamlandı. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş edir. Müdafiəçi2 kassasiya şikayətinə əlavədə bildirir ki, məhkumun əməlində cinayət tərkibi yoxdur, məhkəmələr belə nəticəyə gəlməkdə səhvə yol vermişdir. Kassasiya şikayətinə əlavədə göstərilir ki, Sabirabad rayon Polis İdarəsinin istintaq bölməsinin müstəntiqi polis kapitanı X6 xx.xx.2021-ci il tarixində yetkinlik yaşına çatmayan, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində şikayət olunan ağır cinayətlə bağlı izahatını almış və onu tək dindirmiş, dindirilməsində valideyninin və müdafiəçinin iştirakını təmin etməmişdir, (bax. Cinayət işi cild-1, səh. 23-24) Bundan başqa Sabirabad RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Mirzahid Abbasov xx.xx.2021-ci il tarixində yetkinlik yaşına çatmayan, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evdə, ona məxsus paltarlara baxış və götürmə istintaq hərəkəti aparmış və bu barədə hal şahidlərinin iştirakı ilə xx.xx.2021-ci il tarixili protokol tərtib etmişdir. Lakin baxış və götürmə istintaq hərəkətində yetkinlik yaşına çatmayanın valideyninin işt irakını təmin etməmişdir, (bax. Cin. işi cild-1, səh. 25-26) Bundan başqa Sabirabad rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri xx.xx.2021-ci il tarixində yetkinlik yaşına çatmayan, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində şikayət olunan ağır cinayətlə bağlı izahatını almış və onu tək dindirmiş, dindirilməsində valideyninin və müdafiəçinin iştirakını təmin etməmişdir, (bax. Cinayət işi cild-1, səh. 41-44) Sabirabad RPŞ İB-nin müstəntiqi və prokurorun müavini tərəfindən alınmış və kompüter formatında yazılmış izahatlardan görünür ki, dindirməni aparan şəxslər baş verməsi ehtimal edilən hadisə və hadisənin baş vermə mexanizmləri barədə yetkinlik yaşına çamayan şəxsə onun başa düşmədiyi və təqsirləndirici suallar vermişlər və özlərinin tərtib etdikləri cavabları da i zahata yazmışlar. Halbuki, hüquqlarını müdafiə etdiyim şəxs ümumiyyətlə belə bir hadisənin olmadığını bildirmiş və ona etmədiyini bildirdiyi cinayətin baş vermə mexanizmləri ilə bağlı başa düşmədiyi sualların valideynin və müdafiəçinin iştirakı olmadan verilməsi bilavasitə yetkinlik yaşına çatmayanın müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Yuxarıda qeyd edilənlərə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən dindirilməsi və digər istintaq hərəkətlərinin aparılması prosesində valideyninin və müdafiəçinin iştirakı təmin edilmədiyi halda, işə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayət işini ibtidai istintaqa qaytarmalı olduğu halda, ciddi prosessual pozuntu ilə istintaqı aparılmış cinayət işini icraata qəbul etmiş, hüquqlarını müdafiə e tdiyim şəxs barəsində ittiham hökmü çıxarmışdır. Şirvan Apellyasiya Məhkəməsi isə həmin məhkəmənin hökmünü qüvvədə saxlamaqla pozuntunu təsdiq etmişdir. Lakin cinayət işinin 2-ci ildindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən şikayət vermiş şəxsləri, o cümlədən apellyasiya şikayəti vermiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 apellyasiya baxışında iştirakını təmin etməmiş, onun öz apellyasiya şikayətini müdafiə etməsinə nümayəndəsi Şahid1 ünvanlanmış bildirişlər olsa da, həmin bildirişlərin Şahid1 göndərilməsi və çatdırılması barədə poçt göndərişi və ya xəbərnaməsi mövcud deyildir, (bax. Cin. İşi 2-ci cild səh. 119, 125,131, 138) Bu hal məhkumun qanuni nümayəndəsinin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmədə iştirak etmək hüqu qlarının kobud pozulması deməkdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından kassasiya şikayəti verərək bildirmişdir ki, “Təqsirləndirilən şəxs mənim qızıma heç bir zorakı hərəkətlər etməmişdir, qızım yalandan danışır, elə bir hadisə olmamışdır. Hadisə baş verən gün, qızım evdə olmuş, sonradan qızım Solmaz mənə yalan danışdığını demiş və Təqsirləndirilən şəxs tərəfindən zorlamağa cəhd hadisəsi etməmişdir. Bildirmək istəyirəm ki, Lənkəran ağır cinayətlər məhkəməsinin yekun prosesindən, yəni, Təqsirləndirilən şəxs həbs olunmasından bir gün sonra qızım ağlayaraq mənə yaxınlaşmış və bütün həqiqətləri etiraf etmişdir. Qızım Zərərçəkmiş şəxs mənə etiraf etmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı heç bir nalayiq hərəkəti olmamışdır. Təqsirləndirilən şəxs evdə, polis bölməsində və məhkəmədə verdiyi ifadələr tamamilə həqiqətə uyğun olmuşdur. Belə ki, hadisə baş verməzdən bir-iki gün öncə digər uşaqlarla birgə oynayarkən Ağakərimlə aralarında kiçik bir mübahisə olmuş və küsmüşlər. Hadisə baş verən gün qızım Zərərçəkmiş şəxs evdə tək olmuş və oynayarkən yatağın üzərində tullanıb düşmüş, bir neçə dəfədən sonra yatağın ayağı sınmışdır. Bu zaman qızım bizim ona hirslənəcəyimizdən qorxaraq mətbəxə * getmiş və təmizlik işlərinə başlamışdır. Bir neçə dəqiqə sonra mənim xahişimlə maraqlanmağa gələn Ağakərimi görən zaman yatağın sınmasını onun üstünə yıxmaq üçün belə bir şey ağlına gəlmişdir. Qızım azyaşlı olduğuna görə bu işin bu qədər ciddiləşəcəyini təsəvvür belə etməmiş və artıq iş polisə ge tdikdən sonra sözünü geri götürməyə qorxmuşdur. Lakin, Təqsirləndirilən şəxs gözlərinin önündə qandallanaraq aparılmasından sonra dözə bilməmiş və hər şeyi mənə etiraf etmişdir. Mən bütün bunları bilən kimi Təqsirləndirilən şəxs günahsız olduğunu anlamış və ilk fürsətdə appelyasiya şikayəti vermişəm. Qızım atasından çəkindiyinə görə məsələni atasına açmamış və bütün həqiqətləri məhkəmə salonuna saxlamağı qərara saxlamışdıq. Appelyasiya prosesinə çağırış məktubu bizə proses olduqdan və qərar verildikdən sonra gəlmişdir. Beləliklə biz məhkəmə salonunda ifadə verə bilmədik və proses tamamlandı”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və işin apellyasiya məhkəməsinə yeni apellyasiya baxışına təyin edilməsini qaytarılmasını xahiş edir. Hüquqi m əsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçilərin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin de yil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətlərdə məhkum Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mə nəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 29, 149.3.3-cü maddəsi ilə təqsirli bilərkən CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş, şahid ifadələrində və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının Ağakərim Ağyevin həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin qanun pozuntusunu aradan qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməs ində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-c ı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hö kmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səvi yyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və on lar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblə rinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri tə qsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ba ş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikas ı Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 Nazim oğlu, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar