Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-972/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü i lə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1996-cı il tarixdə Samux rayonunun Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, Samux rayonu Tatlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzaya məhkum edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum 23600 (iyirmi üç min altı yüz) manat pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə 09 avqust 2020-ci il tarixdə, saat 13 radələrində yaşadığı Samux rayonun Tatlı kəndində yerləşən evində olarkən əvvəllər “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**** mobil nömrəyə +**********42 mobil nömrədən "WhatsApp" vasitəsilə zəng edərək özündə olan, Zərərçəkmiş şəxs yarıçılpaq şəkillərini ona göstərib həmin şəkilləri, yəni şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatları onun ailə üzvlərinə göndərmək və sosial şəbəkələrdə yaymaq hədəsi ilə ondan 4 (dörd) min manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs ailə üzvlərinin yanında və müəllim işlədiyi kollektivdə biyabır olmamaq üçün ondan tələb olunan məbləğdə pulu vermək məqsədi ilə 10 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsi ərazisində olan “Kapital Bank”a gedərək öz adına kredit alarkən kredit mütəxəssisi ilə onun danışığını eşidib, bankın Zərərçəkmiş şəxs 4400 (dö rd min dörd yüz) manat məbləğində kredit verə biləcəyini öyrənib, onu həmin məbləği götürməyə məcbur edib, yaxınlıqda olan "Ballı" adlanan marketdə quraşdırılmış "Milliön" ödəniş terminalı vasitəsilə özünün “Kapital bank” kartındakı hesabına köçürtməklə Zərərçəkmiş şəxs barəsində özündə olan şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatları yaymaqla onu hədələyib qəsdən onun 4400 (dörd min dörd yüz) manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib həmin tarixdə ünvan 1 ünvanında yerləşən 22 saylı poçt şöbəsinin terminalından məxaric etməklə ələ keçirmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını hədəqorxu ilə tələb etmək məqsədi ilə qəsdən vahid niyyətlə 12 avqust 2020-ci il tarixdən həmin ilin sentyabr ayının axırlarınadək olan müddət ərzində əvvəl lər “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə +**********42 mobil nömrədən" WhatsApp" vasitəsilə zəng edərək özündə olan, Zərərçəkmiş şəxs yarı çılpaq şəkillərini, yəni şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatları onun ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə yayma hədəsi ilə yaşadığı Samux rayon Tatlı kəndində yerləşən evində olarkən 12 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan 4 (dörd ) min manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib, 3100 (üç min yüz) manat məbləğində pulu “Kapital bank” kartındakı hesabına köçürtməklə 13 avqust 2020-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 101A ünvanında yerləşən Gəncə Kart Mərkəzində olan terminaldan məxaric etməklə ələ keçirmiş, 17 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan yenidən 4 (dörd) min manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib “Kapital bank” kartındakı hesabına köçürtməklə 18 və 19 avqust 2020-ci il tarixlərdə hissə-hissə Mingəçevir şəhəri ərazisində yerləşən müxtəlif terminallardan məxaric etməklə ələ keçirmiş, 20 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan 5 (beş) min manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib anası Şahid5 adına olan “Kapital bank” kartındakı hesabına xx.xx.2020-ci il tarixdə 4300 (dörd min üç yüz) manat miqdarında pulunu köçürtdürməklə hədə-qorxu ilə tələb edib həmin tarixdə ünvan 4 ünvanında yerləşən 22 saylı poçt şöbəsinin terminalından məxaric etməklə ələ keçirmiş, 21 avqust 2020-ci il tarixdə, saat 22 radələrində ondan 4 (dörd) yüz manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib xx.xx.2020-ci il tarixdə “Kapital bank” kartındakı hesabına köçürtməklə 24 avqust 2020-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində yerləşən terminaldan məxaric etməklə ələ keçirmiş, 23 avqust 2020-ci il tarixdə, saat 14:30 radələrində ondan 300 (üç yüz) manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib həmin tarixdə “Kapital bank” kartındakı hesabına köçürtməklə 24 avqust 2020-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində yerləşən terminaldan məxaric etməklə ələ keçirmiş, 27 avqust 2020-ci il tarixdə səhər saatlarında ondan 1 (bir) yüz manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib həmin tarixdə “Kapital bank” kartındakı hesabına köçürtməklə xx.xx.2020-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən te rminaldan məxaric etməklə ələ keçirmiş, 27 avqust 2020-ci il tarixdə, təqribən saat 22 radələrində 7 (yeddi) min manat miqdarında pulunu hədə-qorxu ilə tələb edib 28 avqut 2020-ci il tarixdə “Kapital bank” kartındakı hesabına köçürtməklə 28 və və 31 avqust 2020-ci il tarixlərdə Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən terminaldan məxaric etməklə ələ keçirmiş, 2020-ci ilin sentyabr ayının axırlarında müəyyən edilə bilməyən gündə və vaxtda isə Türkiyə Respublikasının ərazisində olarkən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**** mobil nömrəyə +**********01 mobil nömrədən" WhatsApp" vasitəsilə zəng edərək 6 (altı) min manat olmaqla ondan qəsdən təkrarən, xeyli miqdar təşkil edən cəmi 26800 (iyirmi altı min səkkiz yüz) manat miqdarında pulu Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edib, cəmi tələb etdiyi pullardan 19200 (on doqquz min iki yüz) manatını müxtəlif bank hesablarına köçürtdürüb terminallardan məxaric etməklə ondan alıb ələ keçirmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin Böyükxan oğlundan ibarət tərkibdə) 20 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan R espublikası CM-nin və Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edərək işin müəyyən edilmiş həmin faktiki halları mübahisələndirən, lakin bununla bağlı tutarlı dəlillərə əsaslanmayan Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət qanununun normaları kobud surətdə pozulmuş, iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, ibtidai istintaqla məhkəmə istintaqı arasında olan ziddiyyətlər aradan qaldırılmamış, üzləşdirmə protokolları düzgün tərtib edilməmiş, onun təqsirli bilinərək məhkum olunduğu cinayət işi üzrə Şahid1 ifadələri isə təhrif edilmiş, ona qarşı ifaədə verə bilən hər hansı şahid isə müəyyən edilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum barəsində olan cinayət işi üzrə bütün h alların düzgün və obyektiv araşdırılması üçün apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini və ya barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Məhkum kassasiya şikayətinə yazılı etirazını Ali Məhkəmənin Cinayət Kollegiyasına göndərək həmin etirazında şikayətin təmin olunmaması, sonuncunun barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müva fiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etd irilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və o, əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPMnin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən mübahisələndirilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatğırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətl ərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassa siya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyi n edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləl iklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-et məməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunaraq sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödəni lməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin və ya cinayətlərin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəl b edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatə tlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatma yanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümum i hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdı rılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları araşdırmaqla və onları qanuna müvafiq qaydada qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə hökmdən verilmiş apellyasiya şikayətinə əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan baxaraq həmin məhkəmənin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri nəticə düzg ündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Odur ki, Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi, habelə məhkumun ona istinad olunan əməlləri törətməsinin sübuta yetirilməməsi, həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Məhkəmələrin ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsin in məhkəmə iclasında tam, hərtərəfli və obyektiv sübutlara əsasən müəyyən etdimkləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum 09 avqust 2020-ci il tarixdən başlayaraq 31 avqust 2020-ci il tarixdək olan müddətə ərzində Zərərçəkmiş şəxs yarı çılpaq şəkillərini, yəni şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatları onun ailə üzvlərinə göndərmək və sosial şəbəkələrdə yaymaq hədəsi ilə təkrarən ona məxsus əmlakı – cəmisi 23.600 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək həmin məbləğdə pulu yalnız biznes qurmaq məqsədilə borc kimi almasını göstərsə də onun bu ifadələri ilk növbədə zərərçəkmiş Zərərçəkmiş şəxs, daha sonra isə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri ilə, telefon məlumatlarına baxış keçirilməsi və bir sıra digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, sübut əhəmiyyətli bir çox sənədlərlə və digər sübutlarla tam təsdiq edilmişdir (bu sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə, bir hissəsi isə apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların təkrarən hazırki qərarda təsvirinə ehtiyac görmür). İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması, o cümldən istər zərər çəkmiş şəxsin, istərsə də şahidlərin dindirilməsi zamanı hər hansı bir qanun pozu ntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən işin təkzib olunmayan faktiki halları müəyyən edilmişdir. Eyni zamanda məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında sübutları təsvir etməklə kifayətlənməyib həmin sübutlara mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verərək onları Məhkum təqsirliliyinin müəyyən edilməsi üçün kifayət edən hesab etmiş və sonuncunun törətdiyi əməllərin CM-nin 180.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edilməsi barədə ibtidai araşdırma orqanının mövqeyi ilə razlaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmalı olması barədə mötəbər yekun nəticəyə gəlmişlər. Məhkəmə kolleiyası məhkəmələrin bu nəticəsini qanuni və əsaslı hesab edərək on u da vurğulamağı lazım bilir ki, məhkəmələr iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarını əsaslandırarkən qanun pozuntusu ilə, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə olunmuş heç bir sübuta istinad etməmiş, çünki belə sübutların olması ümumiyyətlə müəyyən edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olma q, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Eyni zamanda həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında mülahizələrə deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış və istər işə mahiyyəti üzrə baxarkən, istərsə də yekun məhkəmə aktları qəbul edərkən prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmiş, həmçinin bunlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzərə almışlar. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nis bətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kif ayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2- ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət proses ində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elm i baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktl arın müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndir ilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri, məhkəmə iclasında isə tədqiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqınd a” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi akt ı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz v ə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında isə vrğulanmışdır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsir i olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, Məhkum və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması da müəyyən edilməmiş, həmin ifadələr iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq Məhkum məhkəmə iclaslarında verdiyi ifadəl ərini işin faktiki hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirib qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına məhz araşdırılmış və qiymət verilmiş başqa sübutları qoymuş, bu sübutların əsasında da sonuncunun CM-nin 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, Məhkum kassasiya şikayətində göstərdiyi mücərrəd dəlillər və irəli sürdüyü, lakin heç bir əsası olmayan tələb eyni ilə birinci instansiyası məhkəməsinin hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətində də əksini tapmış və apellyasiya instansiyası məhkəməsi həmin şikayətə məhkəmə istintaqı aparm adan baxaraq irəli sürülmüş bütün dəlillərə və tələbə əsaslandırılmış şəkildə, qanunvericiliyin tələblərinə uyğun olaraq cavab vermiş, göstərilən şikayətlər üzrə gəldiyi nəticəni isə qəbul etdiyi yekun qərarında ətraflı şərh etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikaytinin cavablandırılması, sübutlara isə qanuna müvafiq qaydada qiymətləndirilməsi ilə tam razılaşır və həmin məhkəmənin qərarında göstərdiyi halların, istinad etdiyi normaların bir daha hazırki qərarda təkrlanmasına lüzum görmür. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və bu dəlillər onun tərəfindən özünün cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Kass asiya şikayətində Məhkum ona təqsirli bilindiyi CM-nin 182.2 və 182.2.4-cü maddələri ilə (CM-nin 182.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin edilmiş cəzanın açıq-aşkar ağır olmasını mübahisələndirməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi onun barəsində həmin maddələrlə cəza təyin edilməsi məsələsini həll edərkən CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək məhkumun törətdiyi cinayət əməllərinin xarakeri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, habelə CM-n in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona qeyd olunan maddələrin sanksiyası həddində qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu məsələ üzrə də həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası da Məhkum təyin edilmiş cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar görmür və buna görə apellyasiya instansiyası məhkəməsinin mübahisələnlirilən qərarının bu məsələyə dair hissədə də dəyişdirilməsini mümkün bilmir. Beləliklə, təsvir olunanlardan görünür ki, Məhkum kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 182.2.2 və 182.2.4-cü maddələ ri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-972/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-972/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver