Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-973/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı şəhər Sabunçu rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 28 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Ağayev) Məhkum- xx xxxx 1989-cu il tarixdə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR-nın ************************ qeydiyyatda olan, Bakı şəhəri ************************, yeni yaşayış massivində yaşayan, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzasını məntəqə tpli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) i l 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 27 iyun 2018-ci il tarixdə, saat 17:30 radələrində, idarə etdiyi "Mersedes-Benz E320 CDİ" markalı Az-**--*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindən keçən Pirşağı-Novxanı avtomobil yolunun 1-ci kilometrlik hissəsində, "Xəzər” dənizi istiqamətindən yol ayrıcına 15 km/saat sürətlə daxil olan zaman, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edib, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların s onrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda bunu etməmiş, baş yolla Pirşağı qəsəbəsi istiqamətindən Novxanı qəsəbəsi istiqamətində yol ayrıcına daxil olan Zərərçəkmiş şəxs3 60 km\saat sürətlə idarə etdiyi "Kia Rio" markalı Az-**-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, toqquşmadan sonra "Kia Rio" markalı Az-**--*** dövlət qeydiyyat nişanlı avtomobili Novxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində yol ayrıcına daxil olan Zərərçəkmiş şəxs4 30 km\saat sürətlə idarə etdiyi "Toyota Prado" markalı Az-**--*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, Məhkum ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs3 sol bud, sol qamış sümüklərinin yerini dəyişən qapalı sınıqları, baş beyin silkələnməsi, sol alm, sol gicgah, sol bud və sol baldır nahiyələrinin əzilmiş yaraları, sol bazu, sol qalça və sağ diz oynağı nahiyələrinin qançırlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almış, Zərərçəkmiş şəxs4 sağ əlin əzilmiş yarası və sıyrığmdan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almış, "Kia Rio" markalı Az- **--*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 ümumilikdə 19.360 manat maddi ziyan vurmuş, "Toyota Prado" markalı Az-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs4 12.365 manat ziyan vurmuş, "Mersedes- Benz E320 CDİ" markalı Az-**--*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs2 4.410 manat maddi ziyan vurmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibdə) 28 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, ona azadlıqdan məhrum etməilə əlaqədar olmayan cəza təyin edilməsini və ya şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməsi, törət diyi əməli etiraf edib səmimi peşimançılığını bildirməsi, zərərçəkmiş şəxsə tibbi və digər yardım göstərməsi, cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərəri ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmamış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən də hökm dəyişdirilmədən saxlanmışdır. Badəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olması cəza təyini zamanı nəzərə alınmamışdır. Göstərilənlərə əsasn kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edi lməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi, ona azadlıqdan məhrum etməilə əlaqədar olmayan cəza təyin edilməsi və ya şərti məhkum edilməsi barədədir. Birinci instansiya məhkə məsinin hökmündən görünür ki, məhkəmə cinayətin hadisələrin təsadüfi axarı zəminində baş verdiyini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, hadisə zamanı “KİA-RİA” markalı avtomobilə 19.360 manat maddi ziyan vurulmuşdur və bu ziyan ödənməmişdir. Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına notarial arizələr təqdim edərək təqsirləndirilən şəxslə barışdıqlarını ondan şikayət və tələblərinin olmadığını bildirmişlər. Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyası məhkumun apellyasiya şikayətinə baxarkən göstərilən halları müzakirə etmiş və hesab etmişdir ki, məhkuma təyin edilmiş əsas və əlavə cəzaların növü və həddi Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş hallara, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusuna, eləcə də cəzanın məqsədləri barədə CM-nin 41.2-ci maddəsinin tələblərinə cavab verir və ona görə də hökm dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və birinci instansiya məhkəməsi iclasında tədqiqi edilmiş sübutların məcmusunu nəzərə alaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına və cəza təyin etmənin ümumi prinsipləri və cəzanın məqsədi barədə qanunun tələblərinə uyğundur. Kassasiya şikayətinin dəli lləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə qərarının dəyişdirilməsi üçün əsas vermir. Ona görə də kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarı dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-973/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-973/2019
23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver