Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-973/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi Mustafayev Məhərrəm İsa oğlunun və Məhkum müdafiəçisi Qo cayev Ramil Alim oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), İmanov Daşqın Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx xxx il tarixdə Goranboy rayonunu n Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 07 fevral 2020-ci il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində olan zaman həmkəndlisi X10 ona digər həmkəndliləri X6 qardaşı X arvadı X2 həmkəndliləri X7 ilə əlaqəsi olması barədə söhbətlər aparmasını bildirdiyi üçün o, X22 ilə “whatsapp” proqramı vasitəsi ilə həmin mövzuda əvvəl yazışıb, daha sonra isə danışaraq müba hisə edib bir-birlərini qarşılıqlı söyüb təhqir etdikdən sonra qəsəbəyə gələcəyini, bu söhbəti üzbəüz aydınlaşdıracağını bildirib aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədilə 09 fevral 2020-ci il tarixdə təyyarə ilə Bakı şəhərinə, oradan isə 10 fevral 2020-ci il tarixdə saat 01 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gəlib həmin gecə X22 ilə görüşmək məqsədi ilə ona bir neçə dəfə telefonla zəng edib, mesaj yazsa da, sonuncu ona cavab vermədiyi üçün onunla görüşə bilməmiş, bundan sonra 10 fevral 2020-ci il tarixdə səhər yaşadığı evdən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağını götürüb cibinə qoyaraq saat 12 radələrində X22 ilə telefon əlaqəsi saxlayıb sonuncunun Qızılhacıl ı qəsəbəsinin mərkəzində yerləşən “Lələnin çayçısı” adlanan yerdə olması barədə məlumat alıb idarə etdiyi, özünə məxsus “X” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə getmiş, X22nin ümumi dostları X23la yolun kənarında durduğunu görüb avtomaşını onların yanında saxlayaraq başı ilə X22yə qabaq oturacaqda oturmasını işarə etmiş, X23 da avtomobilə minmək istəyərkən o, X22lə söhbətləri olmasını bildirib buna imkan verməyib, avtomobili qəsəbənin Xanqərvənd kəndi istiqamətində idarə edib yolun sağ tərəfində yerləşən əkin sahəsinin yanında saxlamış, orada hər ikisi avtomobildən düşmüş və o, sonuncuya qardaşı İsanın arvadı Pərvinin həmkəndliləri x44a münasibətinin olması barədə danışdıqlarının haradan eşitdiyini, bəlkə doğru dediyini soruşmuş, sonuncu ona əvvəl belə bir s öz demədiyini, sonra isə söhbətin davamında bəlkə də dediyini, nə üçün bu əhəmiyyətsiz sözün dalma düşdüyünü, deyibsə də artıq üzr istədiyini etinasız olaraq bildirdikdə şəxsi münasibətlər zəmində mübahisə edib dalaşaraq X22ni əvvəl sifət və baş nahiyələrindən yumruqla vurub sonuncuya sağ gözün üst qapağının qançırı, sağ göz altı nahiyəsinin, sağ gözün tış hissəsinin, sağ qulaq seyvanının, burunun, alt və üst dodağın sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, X22 gödəkcəsinin sol içəri cibindən mətbəx bıçağını çıxardıqda isə, sol əli ilə həmin bıçağın tiyə hissəsindən tutub bıçağın tiyəsini dartaraq dəstəyindən ayırıb kənara atmış və qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə şalvarının arxa sağ cibindən əvvəlcədən öz ü ilə götürdüyü bıçağı çıxarıb X22nin sinə nahiyyəsindən qəsdən vuraraq sonuncunya döş qəfəsinin sol yarısının aşağıdan yuxarıya doğru istiqamətdə deşilmiş-kəsilmiş yarası zamanı ürəyin zədələnməsi, daxili qanaxma, daxili orqanların azqanlığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və X22 həmin xəsarətlərin təsiri nəticəsində baş vermiş kəskin daxili qanitirmə səbəbindən ölmüş, bununla da o, X6 ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən məhkumun müdafiəçisi Z.K.Qəhrəmanov və zərərçəkmiş şəxsin hüquqi varisi X66 və onun nümayəndəsi M.İ.Mustafayev tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 20 noyabr 2020-ci il tarixli hökmü ilə müdafiəçinin apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin apellyasiya şikayəti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ləğv edilmiş, və Məhkum əməlləri qəsdən adam öldürmə cinayəti kimi qiymətləndirilərək o, CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 20 noyabr 2020-ci il tarixli hökmündən: - məhkumun müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini; - zərər çəkmiş şəxsin hüquqi varisi X66 isə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın dəyişdirilməsini və Məhkum ağır cəza təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi Z.K.Qəhrəmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, Məhkum əməli düzgün tövsif edilməmiş, nəticədə isə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Müdafiəçi öz şikayətində cinayət işinin materiallarına istinad edərək bildirir ki, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ziddiyətli olmuş, zərər çəkmiş şəxs məhkuma birinci hücum etmişdir və Məhkum özünü müdafiə etmək məqsədi ilə onu vurmuşdur. Bundan başqa, aldığı xəsarətin təsiri nəticəsində X22ni yerə yıxıldıqdan sonra Məhkum iş üzrə şahid olmuş bir neçə şəxsi hadisə yerinə çağırıb yaralı vəziyyətdə olan zərərçəkmişi xəstəxan aya çatdırılmasını təmin etmişdir. Bunlardan belə nəticəyə gəlmək olar ki, Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, o sadəcə özünü qorumaq istəyirdi və hadisə zamanı özünü müdafiə vəziyyətində olmuşdur. Şərh olunanlara əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi X66 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, Məhkum yüngül cəza təyin etməklə məhkumun əməlindən peşman olmamasını və təqsirini etiraf etməməsini nəzərə almamışdır. Kassasiya şikayətinin müəllifi bildirir ki, o, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təqsirlən dirilən şəxsdən şikayətçi olduğunu bildirməsinə baxmayaraq, məhkəmə Məhkum yüngül cəza təyin etmişdir, işin faktiki hallarından da göründüyü kimi, təqsirləndirilən şəxs bu gündə törətdiyi əməldən peşman deyil, özünü müdafiə etməyə çalışır, hətta bildir ki, onun oğlunu öldürmək məqsədi izləməmişdir. Bu halların özü onun göstəricisidir ki, o hələ də islah olunmaq fikrində deyil. Buna görə də o, Məhkum ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçirləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, məhkumun müdafiəçisi Z.K.Qəhrəmanov, zərər çəkmiş şəxsi n hüquqi varisi X66 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, müdafiəçi Z.K.Qəhrəmanovun və zərər çəkmiş şəxsin hüquqi varisi X66un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, müdafiəçi Z.K.Qəhrəmanovun kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və hüquqlarını müdafiə etdiyi şəxsin əməllərində cinayə tərkibi olmadığı halda o, əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X66un verdiyi kassasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən verdiyi həmin şikayətində o, məhkəmə tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini və Məhkum yüngül cəza təyin edildiyini iddia edir. Beləliklə, müdafiəçi və zərər çəkmiş şəxs öz kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilirlər. CPM-nin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdik də. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və zərər çəkmiş şəxsin hüquqi varisinin şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, ki fayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsasl anaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya i nstansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, ka ssasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdı rılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəind ə göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində qeyd olunur ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində göstərilmişdir ki, y alnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək; Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki,cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Qanunun bu normasının mənasına görə, bu tələbə təkcə cinayət törətmiş şəxslərə deyil, eyni zamanda cinayət prosesinin bütün iş tirakçılarına, o cümlədən cinayət xarakterli qəsdlərdən zərər çəkmiş şəxslərə də münasibətdə əməl olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əs asən isə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145-ci maddəsində hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsi tələb olunur. CPM-nin 146.1-ci maddəsinə əsasə n isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o demək dir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə adı çəkilən məhkumun məhz qəsdən adam öldürmə cinayətini törətməsi barədə nəticəyə gəlmiş, bu nəticəni isə iş üzrə çıxardığı 24 avqust 2020-ci il tarixli hökmdə araşdırdığı sübutlara istinad etməklə kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir mötəbər ə sas yoxdur. Müdafiəçi Z.K.Qəhrəmanovun kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, müxtəlif ekspertizaların rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən onların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublik ası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, məhkumun müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətində irəli sürdüyü apellyasiy a instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması, həmin qərarın ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş materiallarından göründüyü kimi, bu halların əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq apellyasiya instansiy ası məhkəməsi hökmün çıxarılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin dindirilmələri, ekspertizaların keçirilməsi və onların rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçiri lmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş (bu məsələlər müdafiəçinin və zərər çəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətlərində də mübahisələndirilmir), nəticə etibarı ilə isə ibtidai aradırma orqanının mövqeyi ilə razılaşaraq Məhkum əməlini CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsini və onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edil məsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsi ni, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İş materialları ilə müəyyən edilir ki, Məhkum məhkəmə iclaslarında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin iştirakı ilə sərbəst şəkildə ifadələr verərkən həmin ittiham üzrə cinayət əməllərini törədilməsini etiraf edərək bu cinayətin halları barədə göstərmişdir ki, həmkəndlisi X10 ona digər həmkəndlisi X6 qardaşı İsanın arvadı X2 X7 ilə əlaqəsi olması barədə söhbətlə r aparmasını bildirdiyi üçün o, X22dən qısas almaq məqsədi ilə onu öldürmək qərarına gəlmişdir. O, bu məqsədlə olduğu Rusiya Felerasiyasındın yaşadığı qəsəbəyə gəldikdən sonra X22 ilə görüşmək üçün onu axtarmış, ona dəfələrlə telefonla zənglər etmiş, ona mesajlar göndərmiş və nəhayət 10 fevral 2020-ci il tarixdə sonuncunun olduğu yer barədə məlumat alaraq həmin gün saat 12 radələrində səhər yaşadığı evdən bıçaq gtürüb həmin yerə jetmişdir. Həmin yerdən o, X22i də götürüb idarə etdiyi avtomaşınla Qızılhacılı qəsəbəsindən Xanqərvənd kəndi istiqamətində getmiş və Qızılhacılı qəsəbəsinin ərazisində, yolun qırağında, sağ hissədə su arxı tərəfə dönüb avtomaşını saxlamışdır. Ora dönməyinin səbəbi isə su arxının üstündə sarı rəngli uzun qamışlıqların olması və həmin ərazinin yol tərəfdən görünməmə si, orada X22lə onun rahat söhbət edə biləcəyini fikirləşməyi olmuşdur. Avtomobili saxladıqdan sonra avtomaşından düşərək o, X22in də düşməsini tələb etmiş və sonuncu bu tələbi yerinə yetirmişdir. Avtomaşından təxminən iki metr aralandıqdan sonra onlar orada dayanmış və o, İsgəndərlinin qardaşı arvadı barədə qəsəbədə həqiqətə uyğun olmayan söhbətlər yaydığına görə ona iradını bildirmişdir. X22 isə belə söhbətlər etməsini israrla inkar etmiş, lakin o, buna inanmamış, X22 isə hər bir halda ondan üzr istəmiş və qardaşı İsadan da üzr istədiyini və eyni zamanda həmkəndliləri X44ın qardaşı x15 arvadı ilə münasibət qurmaq istəməsini bildirmişdir. O, bu sözlərdən daha da əsəbləşərək X22in sifət nahiyyəsinə yumruqla zərbələr vurmuş, bu zərbələrin təsirindən İsgəndərli yerə yıxılmış və sağ əlini k urtkasının sol iç cibinə salaraq dəstəyi ağ rəngli plastmasdan olan, dəstəyinin üzərində rəngləri olan, lakin həmin vaxtı hansı rənglərin olmasının fikir vermədiyi bıçaq çıxararaq üstünə gəlmişdir. O, bıçağın tiyəsindən tutaraq X22lə süpürləşmiş və bu vaxt bıçağın tiyəsi bıçaqdan ayrılaraq onun əlində qalmışdır. Bundan sonra o, özü ilə gətirdiyi bıçağı şalvarının arxa sağ cibindən çıxarıb X22nin sinə nahiyəsindən bir zərbə endirmiş, bıçağı isə yenidən qatlayıb cibinə qoymuş və oradan getmək istəmiş, lakin bıçaq zərbəsindən yerə yıxılmış X22nin xırıldadığını görərək ona yazığı gəldiyindən dostu X99nə zəng edib əmisi oğlu X46n yanında olub-olmadığını soruşub, orada olduğu təqdirdə dəstəyi X46a verməsini bildirmiş və X33 dəstəyi X46a verdikdən sonra sonuncuya “X22i mundar eləmişəm. Gəlin bunu xəstəxanaya aparın, Xanqərvənd yolunun üstündəyəm” sözlərini demişdir. Bundan bir neçə dəqiqə sonra X46,X88, X90 və X91 gəlib X22i X46 avtomobilinə mindirib xəstəxanaya aparmış, o, isə oradan öz avtomobili ilə Gəncə şəhərində yaşayan bibisi X85gilə getmişdir. Həmin gün polis əməkdaşları oraya gəlib onu saxlayaraq Goranboy Rayon Polis şöbəsinə aparmışlar. Məhkum həmçinin göstərmişdir ki, o, X22nin qətlə yetirməsində istifadə etdiyi bıçağı avtomobili ilə Gəncəyə gedərkən Goran qəsəbəsində təxminən mebel mağazalarının qurtardığı yerdə avtomobilini idarə edə-edə pəncərədən yola atmış, güzgüdən də baxarkən bıçağın yolun ortasına düşdüyünü görmüşdür. X22 İsgəndrliyə cəmi 1 bıçaq zərbəsini onun döş qəfəsinə vurmuşdur. Sonradan Məhkum zərərçəkmiş şəxs X22 ona hücum etdiyi üçün, özünü müdafiə etmə k məqsədi ilə onu bıçaqla vurmasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkum tərəfindən ifadələrini dəfələrlə dəyişməsini, bu ifadələrin həm biri-biri ilə, həm də araşdırılmış digər sübutlarla ziddiyət təşkil etməsini nəzərə alaraq həmin ifadələri onun məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş, digər, biri-biri ilə obyektiv şəkildə uzlaşan sübutları çıxardığı hökmün əsası kimi qəbul etmişdir. Araşdırılmış həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda məhkumların kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsin ə hazırki qərarda da istinad etməyi zəruri bilir. İşin obyektiv hallarından da göründüyü kimi, gəlinləri ilə bağlı yayılmış söhbət qardaşı X29 tərəfindən aydınlaşdırılıb bu söhbətlərə son qoyulmasına baxmayaraq Məhkum sırf belə söhbətlər etdiyinə görə X22dən qisas almaq və onu öldürmək qərarına gələrək yalnız bu məqsədlərlə Rusiya Federasiyasının Stavsropol şəhərindən Goranboy rayonuna gəlmiş, sonra X22 ilə görüşməyə nail olub onu özü ilə tənha bir yerə aparmış və orada əvvəl yumruqla sifət nahiyyəsinə bir neçə zərbə, sonra isə əvvəlcədən özü ilə götürdüyü bıçaqla həyat üçün vacib olan orqan – ürək nahiyyəsindən bir zərbə vurmuşdur. Məhkumun bundan sonrakı hərəkətləri, onun əmisi oğlu X46la etdiyi söhbətlərin məzmunu isə məhkəmə kollegiyasına Məhkum X22yə vurduğu bıçaq zərbəsi ilə sonuncun un aldığı xəsarətlərdən hər bir halda öləcəyinə əmin olmasına dəlalət etdiyini göstərir. Belə ki, göründüyü kimi, X22 bıçaq zərbəsinin təsiri nəticəsində xəsarətlər alaraq ölümcül vəziyyətdə olmasına baxmayaraq Məhkum ona yardım etmək məqsədində olmayraq onu öz avtomaşını xəstəxanaya aparılması üçün heç bir hərəkət etməmiş və bunun üçün başqa şəxslərə müraciət edərək zərərçəkmişi həmin vəziyyətdə qoyub hadisə yerindən qaçıb getmişdir. Müdafiəçinin kassasiya şikayətində iddia edildiyi kimi, Məhkum X22 ilə mübahisə və münaqişə zamanı özünü müdafiə vəziyyətində olması məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası yenə də işin obyektiv hallarına əsaslanaraq müdafiəçinin bu məsələ ilə bağlı dəlillərinin də əsassız olması barədə qənaətə gəlir. Belə ki, işin müəyyən edilmiş faktiki halarına və bu halları təsdiq edən Məhkum ifadələrinə və araşdırılmış digər sübutlara görə, 12 fevral 2019-cu il tarixdə məhkumun təşəbbüsü ilə onun və X22nin əvvəl biri-biri ilə apardıqları söhbətlə başlanmış mübahisələri zamanı X30 X79 arvadı barədə etdiyi söhbətlərə görə İsadan artıq üzr istədiyini, bu söz-söhbətlərin qurtardığını bildirmiş və hadisə yerində Məhkum da üzr istəmişdir. Məhkum isə mübahisəni başa çatdırmaq əvəzinə onu davam etdirməyə, X22ni cəzalandırmağa üstünlük vermiş və bu niyyətlə sonuncunun sifət nahiyyəsindən zərbələr endirərək ona sağ gözün üst qapağının qançırı, sağ göz altı nahiyəsinin, sağ gözün tış hissəsinin, sağ qulaq seyvanının, burunun, alt və üst dodağın sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, İsgəndərli is ə məhz ona edlmiş hücumdan özünü müdafi etmək məqsədlə özündə olan mətbəx bıçağını kurtkasının cibindən çıxardaraq istifadə etmək istədikdə Məhkum bu müdafiənin də qarşısını almaq məqsədilə həmin bıçağın tiyəsini bıçaqdan ayıraraq onu ələ keçirməyə müvəffəq olmuşdur. Bu zaman da məhkum olunmuş şəxs münaqişəni başa çatdırmaq iqtidarında olsa da özünü müdafiə eməyə cəhd etmiş X22ni öldürmək niyyətindən əl çəkməyərək özündə olan (əvvəlcədən hazırladığı) başqa bıçaqla ona öldürücü xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X22 yalnız özünü müdafiə etmək məqsədilə özündə olan bıçağı istifadəyə etməyə cəhd etmiş, Məhkum isə bunun qarşısını almış və belə vəziyyətdə özünü ona edilmiş hücumdan müdafiə olunan şəxsə hücum edən Məhkum özünü müdafiə vəziyyətində olmasından söhbət gedə b ilməz. Bu qənaəti ilə əlaqədar məhkəmə kollegyiası qeyd etməyi zəruri bilir ki, zəruri müdafiə institutu təsbit edilmiş CM-nin 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.2-ci maddəsində göstərilmişdir ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunu r. CM-nin 36.3-cü maddəsinin tələbinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Göründüyü kimi, cinayət qanunvericiliyi qəsdə məruz qalan şəxsə təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verir. Buna görə də hücuma və ya digər qəsdə məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda da zəruri müdafə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanuna uyğun hesab edilir. Qəsd edənə zərər vurma yolu ilə ictimai-təhlükəli qəsdin qarşısını almağa yönəldilən hərəkə t formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Qanunun mənasına görə, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüqulilik şərtləri. Qəsdə aid olan şərtlər isə ondan ibarətdir ki: - əməl ictimai-təhlükəli olmaqla şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; - qəsd real olmalıdır, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalıdır; - qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır və bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır. Müdafəyə aid olan şərtlər isə aşağıdakılardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır; - müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, şəxsin zəruri müdafiə vəziyyətində olub-olmamsı, o cümlədən belə vəziyyətdə olaraq zəruri müdafiə həddini aşıb-aşmaması barədə nəticəyə gəlmək üçün yuxarıda göstərilən hər iki qrup şərtlərin olması müəyyən edilməldir. Yalnız belə şərtlərin möv cudluğunda Məhkum ona istinad edilən əməlin zəruri müdafiə vəziyyətində törətməsi və ya zəruri müdafiə həddini aşaraq törətməsi, kassasiya şikayətində irəli sürülmüş dəlillərə və tələbə müvafiq olaraq müzakirə predmeti ola bilər. Hazırki işin materiallarından isə görünür ki, Məhkum X22nin özünü müdafiə etmək məqsədilə nümayiş etdirdiyi bıçağın tiyəsini ələ keçirdikdən sonra hətta sonuncunun həyata keçirmək istədiyi belə qəsdi başa çatmış, davam etməmiş, bundan sonra isə X24 Məmmədova qarşı qəsd etməsi ilə bağlı heç bir hərəkət etməmiş və sonuncunun özünü zərər çəkmiş şəxs tərəfindən edilmədiyi halda hər hansı qəsddən özünü müdafiə etmək hüququ yaranmamışdır. Bu hal isə bir daha CM-nin 36-cı maddəsinin tələblərinə yuxarıda göstərilən qaydada verilən təfsirə uyğun olaraq Məhkum baş vermiş ha disənin istənilən mərhələsində özünü müdafiə etmə vəziyyətində olmadığını göstərir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, müdafiəyə aid olan şərtlərin mövcudluğu qəsdə aid olan şərtlərin müəyyən edilib-edilməməsindən asılıdır. Yəni əgər cinayət işi üzrə toplanmış sübutlarla təqsirkara qarşı hər hansı qəsdin edilməsi müəyyən olunmursa, bundan sonra onun müdafiə vəziyyətində olub-olmamasının aydınlaşdırılmasına ehtiyac qalmır. Çünki, qeyd olunduğu kimi, CM-nin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyəti o halda yarana bilər ki, şəxs özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən hər hansı hərəkət etmiş olsun. Bu baxımdan, X22nin Məhkum tərəfindən məhz qəsdən ö ldürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və onun əməlinin CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır, həmin nəticəni qanu hesab edir və qeyd edir ki, həmin nəticə iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq qanunvericiliyin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliy üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur, digər tərəfdən isə bu nəticə cinayət və cinayət-prosessual qanunvericiliklərinin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiy a şikayətində göstərdikləri dəlillər araşdırılmış sübutlarla təkzib edilir və buna görə həmin dəlilləri və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416.1ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmədiyindən müdafiəçinin kassasiya şikayəti təmin edilə bilməz. Zərər çəkmiş şəxsin hüquqi varisi X66un kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgü n qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər həmin şikayətin müəllifi tərəfindən mübahisələndirilmir və yalnız Məhkum təyin edilmiş cəzanın yüngül olması haqda dəlil irəli sürülərək həmin əsasla apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsi tələb olunur. Əvvəla məhkəmə kollegyiası CPM-nin 419-cu maddəsinn tələblərinə əsaslanaraq qeyd etməyi zəruri bilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından və ya hökmündən verilmiş kassasiya şikayətində və ya kassasiya protestində cinayət törətmiş şəxsin əməlinin ona elan olunmuş ittihamdan fərqli olaraq CM-nin daha yüngül maddəsi ilə tövsif edilməsi, ona yüngül cəzanın təyin edilməsi, iş üzrə verilmiş mülki iddianın həmin iddiada göstərilən məbləğdən az məbləğdə təmin olunması və məhkumun vəziyyətinin başqa əsaslarla ağırlaşdırılması tələbi irəli sürüldükdə, kassasiya instansiyası məhkəməsi isə belə tələblərin əsasında duran dəlillərlə razlaşdıqda, həmin məhkəmənin apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktını ləğv etmək və təqsirkar barəsində onun vəziyyətini pisləşdirən qərar qəbul etmək səlahiyyəti yoxdur. Belə hallarda kassasiya instansiyası məhkəməsi CPM-nin 419.12-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətində və ya kassasiya protestində mübahisələndirilən məsələləri, o cümlədən cəza təyini məsələsini əvvəlcədən həll etmədən apellyasiya instansiyası məhkəməsnin hökmünü və ya qərarını ləğv edərək CPM-nin 419.10.2-ci maddəsində nəzərdə tutulmuş qərarı – işin apellyasiya instansiyası məhkəməsində y enidən baxılmasının təyin olunması barədə qərar qəbul edir. CPM-nin 419.12-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Zərər çəkmiş şəxsin hüquqi varisisin kassasiya şikayətində irəli sürdüyü yeganə dəlillə bağlı – Məhkum təyin edilmiş cəzanın yüngül olması barədə dəlillə cavab verən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkumun təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin normalarında və bu məsələ ilə bağlı məhkəmələrin müəyyən etdikləri hallardan çıxış edərək, məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə, Məhkum təqsirli bilindiyi maddə ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzanının 12 (on iki) il müddətində olmasının yüngül hesab edilməsi və buna görə də ape llyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir k i, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçıları nın ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəl lənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 19 99-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin ob yektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ict imai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətnin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş aşağıdakı hallar a müraciət etməyi zəruri sayır. Əvvəla, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri təsiri altında törədilməsini, əməlindən peşmançılıq çəkməsini, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan apellyasiya instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-nin 120.1-c i maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın həddə kifayət qədər ədalətli cəza təyin etmişdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, həm təhlil edilən cəzanı yüngülləşdirən halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini düzgün olaraq nəzərə almış, digər tərəfdən isə istər apellyasiya, istərsə də kassasiya şikayətlərinə məhkəmə baxışları zamanı cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilməmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zərur iliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Bu baxımdan məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisi X66un da kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya şikayətlərinin dəlillərini bir daha nəzərdən keçirib, həmin şikayətləri müdafiə edən cinayət prosesi iştirakçılarının (Məhkum müdafiəçisinin və zərər çəkmiş şəxs x22 nümayəndəsi M.İ.Mustafayevin) kassasiya şikayətlərinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, həm məhkumun müdafiəçisinin, həm də zərər çəkmiş şəxsin hüquqi varisi X66un kassasiya şikayətləri təmin edilməməli, Məhkum CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli hökmü isə kassa siya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-973/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-973/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver