Məhkəmə qərarları › İş №1(102)-973/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-973/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-973/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X69, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X86 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmünə əsasən Təqs irləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim X176) 23 noyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1988-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, Salyan rayonu, Gomuşlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinay ət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin Həmin maddələrinin hər biri üzrə ayrı-ayrılıqda qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 25 günlük müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, islah işləri cəzasını faktiki çəkmiş hesab edilməsi və məhkəmə iclas zalından azad edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2 022-ci il tarixli qərarı ilə (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X87 və X46 ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-406/2021 saylı, 23 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyrisinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış və satmış, qeyrisinin təhriki ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə qanunsuz olaraq istifadə etmişdir. Belə ki, o, 12 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 dekabr 2019-cu il ildən direktoru işlədiyi müddətdə işçilərin işə qəbul və işdən azad edilməsi, başqa fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılması, öhdəliklərin götürülməsi və öhdəliklərə görə cavabdehlik daşınılması, turizm fəaliyyəti ilə əlaqədar ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi kimi başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs qismin də, Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə tibbi müayinədən keçmədən qanuni şəkildə tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan neqativ nəticəli saxta COVİD-19-a dair PCR test sənədlərinin hazırlanmasında köməklik göstərilməsinə dair 16 may 2021-ci il tarixdə özünə müraciət etmiş tanışı X12 həmin müraciəti ilə əlaqədar tanışı olmaqla "xxxx" MMC-nin təsisçisi və direktoru X88 ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Seymur Mürsəlovla 101 ədəd test nəticəsinə görə hər biri 120 manatdan olmaqla, ümumilikdə 12.120 manat məbləğində pul müqabilində göstərilən şəxslərin adlarına saxta sənədləri hazırlayıb təqdim edəcəklərinə dair 17 may 2021-ci il tarixdə razılaşmaqla sövdələşib, Seymur Mürsəlovun təhriki ilə Tünzalə Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 17 may 2021-ci il tarixdə 7.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 12.410 manat məbləğində pul vəsaitini Seymur Mürsəlovun göndərdiyi, cinayətdən xəbərsiz “Elşən” adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “MONTE KARLO” şadlıq sarayının yaxınlığında şəxsən aldıqdan sonra həmin pul vəsaitini Tünzalə Əliyeva ilə aralarında bölüb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD- 19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımaların təşkili üzrə müvəqəti Qaydaları”n 2.1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVİD-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinlərin reysə qəbul edilməli olmasına baxmayaraq, cinayətdən xəbərsiz X31 16 mart 2021-ci il tarixdə test verərkən sonuncuya ölkə hüdudlarından kənara uçuş bileti almağa köməklik edən Tünzalə Əliyevanın istifadəsində olan “Elektron ünvan ” elekton poçt ünvanını “X178” klinikasına təqdim etməsi nəticəsində Qönçə Nağıyevanın adına tərtib edilmiş COVİD-19a dair PCR testlərin neqativ nəticəsini təsdiq edən 21- 393883/A731086 saylı sənədi “PDF” formatda əldə etmiş qabacadan əlbir olduğu X88 ilə sonuncunun istifadəsində ola n “Huawei” markalı kompyuterin yaddaşına yükləməklə “PDF” və “WORD” formatda olan faylların bir-birilərinə konvertasiyası, üzərində dəyişiklik üçün istifadə olunan “iLovePDF” proqramından istifadə etməklə 17 may 2021-ci il tarixdə istintaqla müəyyən edilməyən yerdə həmin sənədin “Barcode/Card Number” qrafasında göstərilən “21-393883/A731086” yazını saxlamaqla, 8 rəqəmdən ibarət olmalı olan “Document №” qrafasına 10 rəqəm qeyd etməklə “X178” klinikası tərəfindən verilməsi görüntüsü yaradan 48 ədəd, o cümlədən, X20 adına ********** nömrəli, X8 adına ********** nömrəli, X89 adına ********** nömrəli, X70 adına ********** nömrəli, X71 adına ********** nömrəli, X2 adına ********** nömrəli, X47 adına ********** nömrəli, X32 adına ********** nömrəli, X9 adına ********** nömrəli, X6 adına ********* * nömrəli, X90 adına ********** nömrəli, X48 adına ********** nömrəli, X49 adına ********** nömrəli, X33 adına ********** nömrəli, X13 adına ********** nömrəli, X72 adına ********** nömrəli, X14 adına ********** nömrəli, X102 adına ********** nömrəli, X3 adına ********** nömrəli, X91 adına ********** nömrəli, X73 adına ********** nömrəli, X117 adına ********** nömrəli, X50 adına ********** nömrəli, X51 adına ********** nömrəli, X74 adına ********** nömrəli, X99 adına ********** nömrəli, X15 adına ********** nömrəli, Məmmədov İlkin Vəkil oğlunun adına 59800418 nömrəli, X92 adına ********** nömrəli, X16 adına ********** nömrəli, X34 adına ********** nömrəli, X75 adına ********** nömrəli, X68 adına ********** nömrəli, X35 adına 59800418 nömrəli, X52 adına ********** nömrəli, X53 adına ******* *** nömrəli, X54 adına ********** nömrəli, X10 adına ********** nömrəli, X21 adına ********** nömrəli, X55 adına ********** nömrəli, X103 adına ********** nömrəli, X22 adına ********** nömrəli, X36 adına ********** nömrəli, X23 adına ********** nömrəli, X76 adına ********** nömrəli, X93 adına ********** nömrəli, X56 adına ********** nömrəli və X4 adına ********** nömrəli, eyni niyyətlə, "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan 53 ədəd, o cümlədən, X57 adına 00785085/C01530286 nömrəli, X24 adına 00785103/C00867450 nömrəli, X58 adına 00785084/C02787772 nömrəli, X59 adına 00785086/C01555247 nömrəli, X84 adına 00785082/C02946717 nömrəli, X25 adına 00785072/C03225783 nömrəli, Şahid12 adına 00785122/C01453246 nömrəli, X94 adına 00785116/C01604797 nömrəli, X37 adına 00785095/C01743867 nömrəl i, X104 adına, 00785091/C01298192 nömrəli, X100 adına 00785073/C00930825 nömrəli, X38 adına 00785089/C01652920 nömrəli, X1 adına 00785107/C00954939 nömrəli, X7 adına 00785108/C02971090 nömrəli, X5 adına 00785081/C02044159 nömrəli, X60 adına 00785120/C01393646 nömrəli, X105 adına 00785102/C03131047 nömrəli, X61 adına 00785111/C00465302 nömrəli, X26 adına 00785114/C01558268 nömrəli, X106 adına 00785068/P5125514 nömrəli, X77 adına 00785079/C02828405 nömrəli, X78 adına 00785074/C02828403 nömrəli, X107 adına 00785098/C03607695 nömrəli, Məlikov İlkin Nazim oğlunun adına 00785094/C03134280 nömrəli, X11 adına 00785110/C01664266 nömrəli, X39 adına 00785104/C01583209 nömrəli, X40 adına 00785101/C00790830 nömrəli, X62 adına 00785109/C01862753 nömrəli, X27 adına 00785119/C00803773 nömrəli, X108 adına 00785124/P4749113 nömrəli, X79 adına 00785069/C01678500 nömrəli, X17 adına 00785117/C00029310 nömrəli, X28 adına 00785070/C01492033 nömrəli, X80 adına 00785087/C02099014 nömrəli, X41 adına 00785106/C00920244 nömrəli, X29 adına 00785115/P4866198 nömrəli, X63 adına 00785096/C00658448 nömrəli, X95 adına 00785080/C00200678 nömrəli, X96 adına 00785090/C5137889 nömrəli, X64 adına 00785113/C01329315 nömrəli, X97 adına 00785105/C00920556 nömrəli, Rüstəmov Azər Nuru oğlunun adına 00785077/C03087716 nömrəli, X30 adına 00785071/C03087715 nömrəli, X109 adına 00785099/C02848648 nömrəli, X42 adına 00785100/C02397884 nömrəli, X18 adına 00785092/C01458296 nömrəli, X65 adına 00785112/C01449883 nömrəli, X43 adına 00785093/C01077198 nömrəli, X44 adına 00785078/C01216833 nömrəli, X66 adına 00785076/C03140633 nömrəli, X110 adına 00785097/C01663790 nömrəli, X111 adına 00785088/C01909231 nömrəli və X45 adına 00785118/C01938465 nömrəli olmaqla, 2 klinikanın adından cəmi 101 ədəd COVİD-19-a dair PCR test nəticələrinin məzumununa bilə-bilə həmin şəxslərin ümumvətəndaş pasportlarının seriya nömrələri əsasında PCR test nəticələrinin neqativ olmasına dair yalan qeydlər etməklə Seymur Mürsəlovun təhriki ilə X88 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənəd hesab edilən COVİD-19-a dair PCR test nəticələrini satmaq məqsədi ilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və satmış, hazırladığı hüquq verən saxta rəsmi sənədləri Seymur Mürsəlovun cinayətdən xəbərsiz tanışı Şahid2 18 may 2021 -ci il tarixdə saat 00 radələrində Yasamal rayonu ərazisində yerləşən 3 sa ylı “ASAN xidmət” mərkəzinin yaxınlığında şəxsən təhvil verməklə Seymur Mürsəlovun təhriki ilə X88 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta rəsmi sənədlərdən vahid niyyətlə qanunsuz olaraq istifadə etmiş, Seymur Mürsəlovun təhriki ilə X88 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması ilə əlaqədar koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşların sağlamlığının təmin edilməsi və qorunması, icra strukturlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi istiqamətində məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X155 Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verildiyindən, həmçinin cəza təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq normalarının tələblərinə əməl edilmə diyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmələr Təqsirləndirilən şəxs əməlini CM-in 308.1-ci maddəsinə tövsif etdiyindən və həmin maddədə zərər vurma tələb edildiyindən tövsifin bu və ya tövsifedici əlamət üzrə olmasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə ziyan vurulmadığını hesab etməsi yanlışdır. İşin faktiki hallarına əsasən isə görünür kimi, Təqsirləndirilən şəxs öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, onun qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüqu q verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi İlə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamaqla satması kimi hərəkətləri nəticəsində koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması ilə əlaqədar koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşların sağlamlığının təmin edilməsi və qorunması, eləcə də bu sahədə nəzarəti həyata keçirən dövlət qurumu olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyəti əhəmiyyətli dərəcədə pozulmuşdur. Başqa sözlə, sadalanan ağır nəticələr subyektiv cəhətdən bilavasitə Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuş hərəkətlərlə bağlı olmuşdur. Belə olan halda onun hərəkətləri ağır nət icələrə səbəb kimi qiymətləndirilməli idi. Məhkəmə-hüquq praktikasında daim qeyd edildiyi kimi, CM-in 308.2-ci maddəsində nəzərdə tutulan ağır nəticələr anlayışı təkcə dövlətə əmlak xarakterli ziyan vurmanı deyil, eləcə də dövlət idarə və müəssisəsinin işini pozma, vətəndaşların hüquq və azadlıqlarını kütləvi, dəfələrlə pozma, vətəndaşlara, dövlətə və ya ayrı-ayrı təşkilatlara əmlak xarakterli mühüm ziyan vurma və s. başa düşülür. Əgər məhkəmə müvafiq əməlləri “ziyan vurulmasını” nəzərdə tutan CM-in 308.1-ci maddəsinə tövsif edirdisə, bu halda vurulmuş ziyanın ağır nəticə olmadığını əsaslandırıb, qəbul etdiyi ağır nəticə hüdudlarını göstərməli idi. Hazırki iş üzrə də dövlətin qurumu olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə əmlak ziyanı vurulmasa da, onun işi pozulmaqla qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm ziyan vurulmuşdur. Lakin məhkəmə qeyd olunan halları nəzərə almayaraq ağır nəticələrin nədən ibarət olmasının, hər hansısa bir şəxsə münasibətdə ağır maddi zərərin vurulmasının ittihamda qeyd edilməməsini göstərmiş və belə bir qənaətə gəlmişdir ki, ağır nəticələrə səbəb olma yalnız maddi ziyan vurulma hallarına aiddir və nəticədə əsassız olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 308.2-ci maddəsindən həmin Məcəllənin 308.1-cİ maddəsinə tövsif edilməsi ilə razılaşmışdır. Sadalananlarla yanaşı, müvafiq məhkəmələr tərəfindən cəza təyin etmə ilə bağlı cinayət qanunvericiliyinin müddəalarının tələblərinə də riayət edilməmişdir. Məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiy i qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz və yüngül cəza təyin olunmuşdur. Məhkəmələr Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, işin hallan, cinayət əməllərinin ağır nəticələrini, CM-in 34.8-ci maddəsinin birbaşa tələbinə əsasən, “bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllərin bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olmasının göstərildiyini, bununla qanunun həmin şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsinə imkan vermədiyini nəzərə almalı idi. Lakin hökmdən, eləcə də mübahisələndirilən yekun qərardan göründüyü kimi cəza təyini zamanı ümumiyyətlə yuxarıda qeyd edilən maddənin (CM 34.8) tələbləri nəzərə alınmamış, məhkuma cəza təyin edilərkən onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan islah işləri təyin edilmişdir, jQulluq mənafeyi (CM 308) və idarəetmə əleyhinə (CM 320) olan cinayətləri törətmiş şəxsə mahiyyət etibarilə iş yeri üzrə çəkilməsini müəyyən edən cəza növü olan islah işləri cəzasını təyin edilməsi nəinki şəxsin islah olunmasına yönəlir, əksinə şəxsə yenidən qanunsuz fəaliyyətlə məşğul olmaq üçün zəmin yaradır. Eləcə də, məhkəmənin Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə təqsirli bilərək, ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə ilə bağ lı əlavə cəzanı təyin etməməsi də bunu təsdiq edən hallardandır. Məhkəmə tərəfindən təyin edilmiş cəzanın müvafiq vəzifəni icra etməkdə davam edən Təqsirləndirilən şəxs islah etməsi, eyni xarakterli vəzifələri yerinə yetirən şəxslərə xəbərdaredici təsir göstərməsi, analoji ağır nəticələrə səbəb olan halların qarşısını alması, sosial ədaləti bərpa etməsi mümkün deyil. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, istintaq orqanına cinayət əməlinin aşkar edilməsində köməklik göstərməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə hökmdə olduğu kimi “CM-in 59-cu maddəsinin konkret bəndləri göstərilmədən" ey ni əsaslandırma təkrarlanmışdır. Cinayət işində Təqsirləndirilən şəxs “ailəyə yeganə qazanc gətirən şəxs olması" barədə heç bir təsdiqedici sənəd və ya digər material yoxdur, məhkəmə baxışı zamanı da belə hal heç nə ilə təsdiq edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, bu əməldən peşman olması cəzanı yüngülləşdirən hal kimi qeyd edilərkən nəzərə alınmamışdır ki, “səmimi peşmançılıq" ifadəsinin hüquqi müstəvidəki anlayışı CM-in 72-ci maddəsində kifayət qədər dəqiq və birmənalı şəkildə ifadə olunmuşdur və həmin maddənin tələbinə görə səmimi peşmançılığın mənası böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib jtəqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ö dəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi başa düşülməlidir. Lakin Təqsirləndirilən şəxs hərəkətlərində isə könüllü gəlib təqsirini boynuna alma və cinayətin üstünün açılmasına fəal kömək etmə halı olmamış, onun ifadəsində “əməlimdən səmimi peşmanam” deməsi heç də hüquqi müstəvidə “səmimi peşmançılıq" anlayışını ehtiva etmir. Bu əsasla nə CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulan “könüllü gəlib təqsirini boynuna alma", nə də CM-in 72-ci maddəsində nəzərdə tutulan “səmimi peşmançılıq" mövcud olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa cinayət əməlinin aşkar edilməsində köməklik göstərməsi cəzanı yüngülləşdirən hal kimi göstərilsə də, konkret olaraq həmin köməkliyin nədən ibarət olması açıqlanmamış, bununla da həmin xüsusatın cəzanı yüngülləşdirən hal ki mi nəzərə alınması əsassız olmuşdur. Birinci və apellyasiya instansiyası məhkəmələrinin nümayiş etdirdiyi mövqe və təyin edilmiş cəza Təqsirləndirilən şəxs islah etmir, CM-in 42-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədini təmin etmir, bu sahədə cinayətkarlıqla mübarizəyə xidmət etmir. Bakı Apellyasİya Məhkəməsinin Cinayət kolegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş, bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhv ə yol verilmiş, həmçinin cəza təyini zamanı məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin olunmuşdur. Kassasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə müdafiə tərəfinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısın ın çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhk um edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 308.2-ci maddəsindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbayca n Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzi fə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamə tlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqs irsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun əməlinin Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış "Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-dən daxil olmuş 19 may 2021- ci il tarixli 09990 nömrəli məktubda göstərilmişdir ki, 18 may 2021-ci il tarixdə 8716 saylı Gəncə-SankPeterburq reysi ilə uçuşdan 4 saat əvvəl uçası 216 sərnişinin müayinələri zamanı "Oksigen Klinik xəstəxanası” və "X178” klinikası tərəfindən COVİD-19 testinin nəticəsi barədə verilmiş 96 arayışın əsaslılığı, saxta olması şübhə doğurmuşdur. Həmin nəticələrin COVİD-19 testlərinin nəticələrinin mərkəzləşdirilmiş qeydiyyat sistemində əks olunmadığı müəyyən edilmişdir. Qanuna müvafiq tədbirlər təmin edilmiş, sərnişinlər uçuşdan kənarlaşdırılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış "X178” MMC-dən daxil olmuş 09 iyul 2021-ci il tarixli 08119-ç nömrəli məktubda göstərilmişdir ki, "Goncha Naghıyeva” adlı pasiyentdən COVİD-19 PCR testi tibb bacısı Səadət Seyidova tərəfindən götürülmüş, həkim-laborant Şahid5 tərəfindən işlənmiş, nəticəsi qeydiyyatçı Şahid6 tərəfindən kağız daş ıyıcıda təqdim olunmuşdur. "X178”MMCdə COVİD-19 PCR testi verən pasiyentlərin şəxsiyyət vəsiqələrinin surəti saxlanılmır, lakin şəxsiyət vəsiqəsinin FİN kodu qeyd edilir. Odur ki, "Goncha Naghıyeva” adlı pasiyentin şəxsiyət vəsiqəsinin FİN kodu: 7BX99P5, mobil nömrəsi +994 50 *** ** ** olmuşdur. "X178” MMC-nin tərtib etdiyi COVİD-19 PCR testlərinin nəticələrini əks etdirən sənədlərdə "Barcode/Card Number” hər bir nəticə üçün dəyişən göstəricidir, "Document №” isə klinikaya müraciət etmiş pasiyentlərin sayını göstərməklə bir pasiyentin dəfələrlə müraciət etməsindən asılı olmayaraq sabit qalır. "Document №” bölməsi üzrə qeydiyyat 2012-ci ildən etibarən aparılır və təqdim olunan sənədlərin əksinə olaraq 10 (on) yox, 8 (səkkiz) rəqəmdən ibarət olur. Sorğuya əlavə edilmiş cədvəldə göstərilən "B arcode/Card Number” və "Document №” barədə məlumatlar sistemdə aşkar olunmadığı üçün "X178” tərəfindən tərtib edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış "Oksigen Klinik xəstəxanasından daxil olmuş 27 iyul 2021-ci il tarixli 122/21 nömrəli məktubda göstərilmişdir ki, "Oksigen Klinik xəstəxanası” MMC- nin tərtib etdiyi "COVİD19”a dair PCR testlərin neqativ nəticəsini təsdiq edən sənəddə "Sənəd/ Kart Nömrə” qrafasında göstərilən məlumatlar həmin şəxslər haqqında olan məlumatlardır. "Oksigen Klinik xəstəxanası” MMC-yə təqdim olunmuş 53 nəfərdən ibarət olan siyahıda adları qeyd olunan şəxslər "COVİD- 19”-la bağlı klinikaya müraciət etməmiş və müayinədən keçməmişlər. Həmin şəxslərə "Oksigen Klinik xəstəxanası” MMC tərəfindən "COVİD-19”-a dair PCR t estin nəticələrinə dair arayış verilməmiş və qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 15 iyul 2021 ci il tarixli 7/2509 nömrəli məktuba əlavə edilmiş X67 məxsus 01 ədəd "Xiaomi M i 10T(5G)” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda iş materiallarında olan 81 nəfər şəxsin xarici pasport şəkillərinin olması, X125 Bayramovun bacısı Şahid14 "whatsapp” sosial şəbəkəsi vasitəsilə 18 may 2021-ci il tarixdə saat 01:38dən saat 03:46-dək olan müdət ərzində iş materiallarında olan şəxslərin adına "X178” klinikasının və "Oksigen Klinik xəstəxanası” tərəfindən verilməsi görüntüsü yaradan saxta COVİD-19a dair PCR test nəticəsinə dair tərti b edilmiş sənədləri PDF formatda göndərməsi müəyyən edilmişdir. Bu barədə 17 iyul 2021-ci il tarixli protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs 12 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "ƏSR TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 dekabr 2019-cu il ildən direktoru işlədiyi müddətdə işçilərin işə qəbul və işdən azad edilməsi, başqa fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılması, öhdəliklərin götürülməsi və öhdəliklərə g örə cavabdehlik daşınılması, turizm fəaliyyəti ilə əlaqədar ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi kimi başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən aşağı instansiya məhkəmələri hesab etmişlər ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş Cinayət Məcəlləsinin 308.2-ci maddə ilə bağlı ittiham, vurulmuş zərərin nəticələrinə münasibətdə, yəni vurulmuş ziyanın nəticələrinin ağırlığı ilə bağlı olmuşdur. Yəni Cinayət Məcəlləsinin 308-ci maddəsinə münasibə tdə törədilmiş cinayətin ağırlığına səbəb olan meyarlar və nəticələr, vurulmuş ziyanın nəticələrinin ağırlığını müəyyən edən ziyanın miqdarı ilə bağlı olmamışdır. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə hər hansı məbləğdə ziyan vurulmamış, məhkumun törətdiyi cinayət əməli hər hansı ağır nəticələrə səbəb olmamış, əməl aşkarlanaraq ictimai təhlükəli nəticələri aradan qaldırılmışdır. Həmin əməllə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurulduğu qeyd edilsə də, ağır nəticələrin nədən ibarət olması itt ihamda qeyd edilməmişdir. Saxta sənədlərin hazırlanması, satılması və ya istifadə edilməsi nəticəsində digər hər hansı bir ağır nəticənin, yəni hazırkı verilmiş ittihama xas ola biləcək nəticələr kimi, həmin saxta sənədlərdən istifadə nəticəsində digər şəxslərin xəstəliyə yoluxması, səhhətlərinə zərər dəyməsi, hər hansısa bir şəxsə miqdarına münasibətdə ağır maddi zərərin vurulması ittihamda qeyd edilməmişdir. Həmçinin hazırlanan həmin saxta sənədlərin hüquqvericiliyi uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarında istifadə etmək üçün olduğundan, həmin sənədin COVlD-19-a dair PCR test nəticələrinin saxtalaşdırılması ilə əlaqədar olub-olmaması, həmin əməl üzrə CM-in 308.2-ci maddəsinin tərkibini yaradan, xüsusi tövsifedici əlamət olan, ağır nəticələrə səbəb olan mühüm zərər vurma ki mi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə əməlinin Cinayət Məcəlləsinin 308.2-ci maddəsində göstərilən ağır nəticələrə deyil, Cinayət M əcəlləsinin 308.1-ci maddəsində göstərilən mühüm zərər vurma ilə nəticələnməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, Cinayət Məcəlləsinin 308.1.-ci maddəsində isə vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda, 308.2-ci maddəsində isə həmin əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə cinayət məsuliyyətinin nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, h abelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Vəzifə səlahiyyətlərindən sui-istifadə nin obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və ya hüquqi şəxslərin hüquql arına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. CM-in 308.2-ci maddəsində isə vəzifə səlahiyyətindən sui-istifadə etmənin ağırlaşdırıcı əlamətlərinə — CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin ağır nəticələrə səbəb olmasına və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Burada ağır nəticələr dedikdə, dövlət idarə və müəssisəsinin işini pozma, vətəndaşların hüquq və azadlıqlarını kütləvi şəkildə pozma, vətəndaşlara, dövlətə və ya ayrı-ayrı təşkilatlara əmlak xarakterli mühüm ziyan vurma və s. başa düşülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin törədilmi ş əməlin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan, hazırkı cinayət işi üzrə isə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə CM-in 308.2-ci maddəsində göstərilən ağır nəticələrə deyil, CM-in 308.1-ci maddəsində göstərilən mühüm zərər vurması ilə bağlı gəldikləri nəticə əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin m ötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun m üvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməs i üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasınd a nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayə t əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalana nlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Kassasiya protestində mübahisələndirilən digər məsələ isə məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngül olması ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpas ına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndi rilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə döv lət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin o lunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, o cümlədən məhkumun ailənin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, istintaqa cinayət əməlinin aşkar edilməsində köməklik göstərməsini və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cə za təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kassasiya protestinin Təqsirləndirilən şəxs təyin edilmiş, Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının yüngül cəza olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmələrin göstərilən məhkumun cəmiyyətdən təcrid olunmadan islah olunması barədə qənaəti qanunvericiliyin cəza təyininə dair müəyyən etdiyi tələblərə cavab verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilmə mişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar