Məhkəmə qərarları › İş №1(102)-973/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-973/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-973/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, xüsusi ittihamçı X9 nümayəndəsi Rzayev Elvin Rəşid oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 148-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallar ü zrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarından məhkum Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Zaur Arif oğlundan ibarət tərkibdə) X2, 05 iyun 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Publik Hüquqi Şəxs olan "Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci”ndə müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və ona, CM-nin 14 7.2-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: X14 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X1 CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X2 özünə məxsus instaqram profilindən və fake səhifələrdən 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayınadək, həmin ayların müxtəlif günlərində, "instaqram” internet saytında X12 məxsus olan "st_group_inshaat” səhifəsinə onun tutduğu işinə, şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan, təhqiramiz sözlərlə və böhtanlarla hər kəsin görə və oxuya biləcəyi şəkildə onu təhqir etmiş, yalan informasiyalar y erləşdirmişdir. Məhkum1 onun barəsində yalan olduğunu bilə-bilə, onun ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqət uyğun olmayan təhqir və böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaymaqla, ona cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində şərəf və ləyaqətini alçaltmış, tikinti, təmir və ümumiyyətlə inşaat sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Qeyd edilən hallar "instaqram” internet saytında "st_gropu_inshaat” internet səhifəsində, həmçinin ailə həyatı quracağı X5 "dr_inare” adlı instaqram səhifəsində bilə-bilə, onun ləyqatəni ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli məlumatlar yerləşdirməsi öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 özünə məxsus olan “mehri.7171” adlı instagram səhifəsində X9 ünvanına “maşennik, dələduz” kimi ifadələr işlətməklə onu təhqir etmiş, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında X9un şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, bununla da CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətmişdir. Hökmdən məhkum Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə) 15 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tar ixli qərarından məhkum Məhkum1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının Qərarlarına istinad edən məhkum Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış və o, əsassız olaraq CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. O, CM-nin 148-ci maddəsi ilə özünü təqsirli bilmir və h esab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. Məhkum Məhkum1 kassasiya şikayətində bildirir ki, X9u təhqir etməmiş, əksinə sonuncu onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmişdir. Belə ki, o, evinin təmiri üçün X9a müraciət edərək, ona 32 900 manat məbləğində pul vermiş, lakin X9 onu aldatmış və təmir işlərinin yarımçıq saxlanılmasına baxmayaraq onun evinin görüntülərini sosial şəbəkədə yayaraq fəxrlə iş gördüyünü qeyd etmişdir. Halbuki, evi təmir edib başa çatdırmadığına görə X9un ona 17 000 manatdan çox borcu qalmışdır. Bununla bağlı o, polis bölməsinə şikayət etmiş və X9 özü Sumqayıt ŞPİ-də ərizə vermişdir ki, ona olan pul borcunu qaytaracaq, əgər qaytarmasa cinayət törətdiyini boynuna alacaq. X9a sosial şəbəkədə yaydığı şəki lləri silməsini tələb etsə də, sonuncu bunu etməmiş və buna görə də o, instaqram hesabında özünə məxsus "mehri.7171” adlı səhifədə onu "maşennik, dələduz” adlandırmışdır. Kassasiya şikayətinin müəllifi hesab edir ki, bu sözləri yazmaqla o, həqiqəti əks etdirmiş və X9un şərəf və ləyaqətini nalayiq formada alçaltmamış, məhkəmələr isə onun X9un ünvanına yazdığı sözlərin təhqir olubolmamasını müəyyən etməmiş, bununla bağlı ekspertiza təyin olunub keçirilməmiş, nəticə də o, əsassız olaraq məhkum olunmuşdur. Qeyd olunan dəlillərə əsaslanaraq Məhkum1 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Məhkum1 və xüsusi itihamçı X9 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı xüsusi ittihamçı X9un nümayəndəsi E.R.Rzayevin rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Məhkum1nın və xüsusi ittihamçı X9un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiy a şikayətinin məzmunundan göründüyü kimi, məhkum Məhkum1nın kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, onun xüsusi ittiham qaydasında şikayət üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, Məhkum1 apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq itt iham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum1nın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam veri lməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunması nı, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə n əzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddələsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilm əsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında t ədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin t ələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanun vericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişd irsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kim i, qanunvericiliyin yuxarıda təsvir edilmiş normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirl ər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunanlara həmçinin xüsusi ittiham qaydasında verilmiş şikaytlərə baxılarkən də əməl olunmalıdır. Əvvəla, xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallarla müəyyən edilir ki, X9 yaşayış və qeyri yaşayış sahələrinin təmir və tikinti işləri ilə məşğul olur və Məhkum1 onun müştərisi olmuşdur. Sonuncu evini təmir etdirmək məqsədi ilə X9a müəyyən məbləğdə pul vermiş və xüsusi ittiamçı pulu alaraq evin təmirini başa çatdırmadığına görə Məhkum1 onun barəsində hüquq mühafizə orqanlarına şikayət etsə də, onun müraciətinə əsasən araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra isə Məhkum1 X9un rəhbərlik etdiyi şirkətin internet səhifəsində özünün yarımçıq təmir edilmiş mənzilini gördükdə, buna görə hiddətlənmiş və “instaqram” sosial şəbəkəsində açdığı “mehri.7171” adlı səhifəsində “İnsan nə qədər üzsüz olarmış, bu ev mənə mexsusdur, 9 aydı təmir bitmir, hələ itin günündədir təmiri də paylaşır. İnanmayın bu şirkətə maşennikdi. Başda X9 olmaqla. Düz adamsan silmə rəyi” və “şəkli sil şikayət edəcəm sizi instaqrama” sözlərini yazmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum1 özünü ona qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, “mehri.7171” adlı instagram səhifəsinin ona məxsus olduğunu və həmin səhifə vasitəsilə X9un ünvanına “maşennik, dələduz” kimi ifadələr işlətdiyini etiraf etmiş, lakin digər instagram hesablarının ona məxsus olmadığını bildirərək qeyd etmişdir ki, nalayiq olmayan bu ifadələri işlətməklə X9un şərəf və layaqətini alçaltmamış, onun belə niyyəti də olmamışdır. İş materiallarına əlavə edilmiş “İnstaqram” sosial şəbəkəsindən çıxarışdan görünür ki, “mehri.7171” adlı istifadəçi (Məhkum1) “insan ne qeder uzsuz olarmus bu ev mene mexsusdu 9 aydi təmir bitmir hele itin gununde olunan temiri de paylawir. İnanmiyin bu wirkete mawennikdi. Başda X9 olmaqla. Duz adamsan silme reyi” və “wekli sil wikayet edecem sizi instaqrama” sözlərini yazmışdır. Göründüyü kimi, Məhkum1nın “mehri.7171” adlı instagram hesabının ona məxsus olması və X9un barəsində “maşennik, dələduz” ifadələrini işlətməsi təsdiq olunsa da, bü ifadələrin nalayiq olması nə ona qarşı irəli sürülmüş it tihamla, nə də ki məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktları ilə müəyyən edilmir, məhkəmələr də həmin ifadələrə qanunvericiliyin tələbləri baxımından heç bir qiymət verməmişlər. Belə ki, CM-nin 148-ci maddəsinə əsasən təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Həmin maddədə nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir və bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərə kətlərin və ya ifadələrin nalayiq olması qiymətləndirilən anlayışdır, yəni bunun üçün mütləq şəkildə məhkəmə-linqvistik ekspertizasının keçirilməsi tələb olunmur və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgə yaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatəsinin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsi yyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 saylı Qərarının prembulasında göstərilmişdir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf v ə ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafıə olunur. Konstitusiya fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Həmin Qərarın 1-ci bəndində məhkəmələrə xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etmələri tövsiyə edilmişdir. Q ərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin “şərəfin” dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, “ləyaqəti” dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, “nüfuzu” dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Bununla yanaşı Qərarın 5-ci bəndində vurğulanmışdı r ki, əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfi ndən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun... Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə isə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun "Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi”ndən bəhs edən 10-cu maddəsində deyilir ki,...dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şaiyələr, yalan və qərəzli yazılar, çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. İşin təhlili göstərir ki, məhkəmələr Məhkum1yanın barəsində xüsusi ittiham qaydasında şikayət üzrə onun 148-ci maddəsi ilə təqsirli bilnməsi üçün xüsusi ittihamçının nümayəndəsi E.R.Rzayevin ifadələrini, “instaqram” sosial şəbəkəsindən təqdim olunmuş çıxarışları, yazışmaların surətlərini və iş materiallarına əlavə edilmiş digər sənədlərin kifayət olmasını hesab etmişlər. Halbuki, göstərilən sübutların təhlili göstərir ki, onların arasında kifayət qədər ziddiyyətlər mövcud olmuş, bu ziddiyyətlər məhkəmə istintaqı zamanı aradan qaldırılmamış və onların aradan qaldırılması, habelə həmin sübutlarda əksini tapmış mühüm halların aydınlaşdırı lması istiqamətində heç bir araşdırma aparılmamışdır. Belə ki, məhkəmə iclaslarında olduğu kimi, Məhkum1 kassasiya şikayətində də bildirir ki, o, X9a böhtan atmamış və onu təhqir etməmiş, halbuki X9 ona qarşı həqiqətən dələduzluq etmişdir. X9 isə onun mənzilini təmir etməsini öhdəsinə götürüb bu öhədiliyini sona qədər yerinə yetirmədiyinə, digər tərəfdən isə təmiri yarımçıq qalmış mənzilinin görüntəlirini sosial şəbəkələrdə yaydığına və onun təmirə görə aldığı pulun bir hissəsini qaytarmadığına görə, o, “mehri.7171” adlı profilində onu “maşennik”, yəni yalançı, dələduz adlandırmışdır. X1 həmçinin qeyd etmişdir ki, X9 onun kimi başqa şəxsləri də aldatmış və hətta bunu təsdiq danışıqların aparılmasına dair audioyazılar əks olunmuş diski məhkəməyə təqdm etmiş, lakin məhkəmələr həmin audioyazı ları tədqiq etməmişlər Eyni zamanda, barəsində xüsusi ittiah qaydasında şikayət verilmiş şəxs qeyd etmişdir ki, öz səhifəsində yazdığı ifadələri işlətməkdə məqsədi X9un başqa şəxsləri də aldatmasının qarşısını almaq olmuş, onun niyyəti isə sonuncunun şəraf və ləyaqətinin alçaldılmasına yönəlməmiş və yalnız baş vermiş faktı təsdiq etmişdir. Məhkəmə kollegiyası qey edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 8-ci bəndində məhkəmələr tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələ r müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etsinlər, zərurət yarandıqda isə məhkəmə-linqvistik ekspertizası keçirsinlər. Məhəkəmə kollegiyası qeyd edir ki, X1 tərəfindən X9un ünvanına işlətdiyi “maşennik” sözünün xüsusi ittihamçının şərəf və ləyaqətinin nalayiq formada işlədilmiş söz olması, məhkum olunmuş şəxsin bu sözü işlətməklə xüsus ittihamçının həqiqətən şərəf və ləyaqətinin alçaldıması üzrə məhkəmələr tərəfindən heç bir araşdırma aparılmamış, hətta birinci instansiyası məhkəməsinin məhkəmə iclasında X9un əvəzinə onun nümayəndəsi E.R.Rzayev şahid qismində dindirilmişdir. Halbuki, CPM-nin 103.1-ci maddəsinə əsasən, xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları (ifadə vermək hüquq da daxil olmaq la-m.k.) istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir. CPM-nin 103.5.4-cü maddəsinin tələblərinə görə isə, xüsusi ittihamçının nümayəndəsi birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi şəxsin əvəzinə giriş sözü, nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək hüququna malikdir. Göründüyü kimi, bu normalarda xüsusi ittihamçının təmsil etdiyi şəxsin əvəzinə ondan aldığı məlumatlar üzrə şahid qismində ifadə vermək hüququna malik deyil və məhkəmə kollegiyasının qənaətinə görə, hazırki iş üzrə işin faktiki hallarının müəyyən edilməsi, yəni X9un ünvanına “maşennik” sözünün işlədilməsi nəticəsində onun şərəf və ləyaqətinin alçaldılmasının müəyyən edilməsi üçün onun dindirilməsi labüd olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası vurğulayır ki, xüsusi ittiham qaydasında verilmiş şikayətə baxarkən nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsi “maşennik” sözününün təhqir, yəni nalayiq xarakterli olmasını da aydınlaşdırmamış, bununla bağlı mütəxəssis rəyinin alınması və ya Ali Məhkəmənin Plenumunun tövsiyə etdiyi kimi, məhkəmə-linqvistik ekspertizasının keçirilməsini ümumiyyətlə müzakirə etməmişlər. Hərçənd, məhkəmə kollegiyası hesab edir, X1 tərəfindən X9un ünvanına işlədilmiş “maşennik” sözü kəskin fikir ifadə edən söz kimi də istifadə edilə bilər. Göründüyü kimi, birinci instansiyası məhkəməsi X1 xüsusi ittiham qaydasında şikayəti üzrə təqsirli olması barədə qənaətə gələrkən həm əlavə araşdırma tələb edən ehtimal xarakterli hallara, həm bu halların arxasında dayanan ziddiyyətli sübut lara əsaslanmış, apellyasiya instansiyası məhkəməsi isə bütün bunlara baxmayaraq heç bir araşdırma aparmadan, linqvistika sahəsində mütəxəssislərin fikirlərini öyrənmədən, məhkəmə-linqvistik ekspertizasını keçirmədən, yaranmış ziddiyyətləri, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən həm də yol verilmiş pozuntuları aradan qaldırmadan, araşdırılmış sübutların məhkumun təqsirli bilinməsi üçün kifayət edibetməməsi, onların mötəbər nəticəyə gəlməyə imkan verib-verməməsi məsələlərini nəzərdən keçirmədən belə qənaətlə razılaşmışdır. Məhkəmə kollegiyası X1 barəsində ittiham hökmünün çıxarılması və bu hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarınının qəbul edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasına, onların qiymətləndirilməsinə v ə kifayət etməsinə, habelə iş üzrə yekun məhkəmə aktlarının çıxarılmasına dair qanunvericiliyinin tələblərinə əməl olunmaması barədə nəticəyə gələrək və CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edərək hesab edir ki, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı qüvvədə saxlanıla bilməz və buna görə də həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, məhkumun irəli sürdüyü bütün dəlillər ətraflı yoxlanılmalı və araşdırılmış sübutlar qanuna müvafiq qaydada qiymətləndirildikdən sonra iş üzrə qanuni və əsalandırılmış qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və məhkum Məhkum1nın kassasiya şikayətinin təmin edilməməsi barədə xüsu si ittihamçı X9un nümayəndəsi E.R.Rzayevin çıxışını dinləyərək həmin şikayətin qismən təmin edilməsini, X1 CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarının isə ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq bilir. Məhkəmə kollegyiası bu qənaətə gələrkən CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcdan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icr aatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassas iya şikayəti qismən təmin edilsin. X1 CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin və materialın apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar