Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-973/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-574/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasi ya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi Mənsimov Rəsul Əlibala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamışdır. 2. 20 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 iyul 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 tanışları Məhkum, Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı sonunculara İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Res publikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirəcəkləri həmin maddələrin satışının təşkil edilməsinə köməklik etməyi qabaqcadan vəd etmiş, bu məqsədlə şəxsiyyəti məlum olmayan şəxslər naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirdikləri külli miqdarda 5008,3 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar təşkil edən 2000,9 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Biləsuvar rayonu ərazisində məlum olmayan yerdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu tanışları Məhkum və Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitə və psixotrop maddənin əldə olunması məqsədi ilə Məhkum idarə etdiyi “Lada Priora 21723 138 21 minik” markalı, **-XR-*** qeydiyyat nişanlı avtomobillə 18 noyabr 2021-ci il tarixdə Biləsuvar rayonuna məlum olmayan yerə gedərək oradan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5008,3 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 2000,9 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib aralarında olan razılaşmaya əsasən həmin narkotik vasitə heroinin bir bükümdə olan 16,2 qramını Təqsirləndirilən şəxs1, bir bükümdə olan 12,9 qramını Təqsirləndirilən şəxs2 və bir bükümdə olan 4,4 qramını Məhkum üzərində saxlamaqla daşımış, qalan 4974,8 qramını ayrı-ayrılıqda 3909,4 qram və 1065,4 qram olmaqla iki ədəd bağlamada və 2000,9 qram çəkidə olan psixotrop maddə metamfetamini bir ədəd bağlamada qablaş dırıb Məhkum idarə etdiyi avtomobildə saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 həmin gün saat 23:00-da Ələt-Astara avtomobil yolunun 29-cu kilometrliyində yerləşən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının stasionar postunun qarşısında saxlanılaraq qeyd olunan postun inzibati binasına gətirilib orada üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda - 16,2 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda - 12, 9 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 şalvarının sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda 4,4 qram çəkidə narkotik vasitə heroin Məhkum gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 noyabr 2021-ci il tarixdə, saat 02:05-də Məhkum idarə etdiyi “Lada Priora 21723 138 21 minik” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilən zaman külli miqdarda - 4974,8 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 3909,4 qram və 1065,4 qram olmaqla iki ədəd bağlamada, külli miqdarda 2000,9 qram çəkidə psixotrop maddə olan metamfetamin bir ədəd bağlamada olmaqla avtomobilin qab aq sərnişin oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-15/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya ş ikayəti verərək, hökmün ona münasibətdə ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmasını və həmin maddə ilə ona cəza təyin olunmasını xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-574/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-15/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli hökmünün Məhkum münasibətdə cəza hissəsində dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılaraq 8 (səkkiz) il 6 (altı) ay həddində müəyyən edilməsi, hökmün Məhkum aid qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdı r.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti və məhkum tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirməklə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun nəticəsini, törədilmə halını, şəraitini, məqsədini və motivini, şəxsiyyətini, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, nəticədə Məhkum münasibətdə ədalət prinsipinə cavab verməyən açıq-aşkar yüngül cəza tə yin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-574/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının cəza təyin edilməsi hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətində cəzanı yüngülləşdirən halların apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığı, təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-574/2023 nömrəli, 2 4 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi, məhkum barəsində təyin edilmiş cəzanın 7 il həddinə qədər azaldılması barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Kassasiya şikayətinə əlavədə Məhkum özünü Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə yox, eyni Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, məhkəmələrin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını, cinayət qanunu normasının düzgün tətbiq edilmədiyini bildirərək, hökmün və apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmaqla, həmin maddənin tələblərinə uyğun cəza təyin edilməsini xahiş etmişdir.
13. Məhkum eyni zamanda kassasiya protestinə etiraz verərək, kassasiya protestinin təmin edilməməsi, Şirvan Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-574/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
19. Müdafiəçi kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndi rən əsaslarla əlaqələndirmişdir.
20. Məhkum kassasiya şikayətinə əlavədə törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan hesab edir və onlarla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-574/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tə ləbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanun çuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
26. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
27. Belə ki, ibtidai istintaq dövr ündə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla hazırda mübahisələndirilən qərarda ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkum edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, o cümlədən özünün ilk dəfə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, həmçinin digər məhkumların və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla tam təsdiq olunur.
28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
29. Məhkəmə kollegiyası həmçinin dövlət it tihamçısının Məhkum təyin edilmiş cəzanın yüngül, məhkum və onun müdafiəçisinin isə əksinə - təyin edilmiş cəzanın ağır olması ilə bağlı kassasiya müraciətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, həmin hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
30. Belə ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailəsinin yeganə qazanc gətirən şəxsi olm asını, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etsə də, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, xüsusilə də məhkumun himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona daha az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə də islah edilməsinin mümkün olduğunu hesab edib, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 8 (səkkiz) il 6 (altı) ay müddətinə endirmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələr inin tələblərinə tam riayət etmişdir.
31. Şərh edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət hadisəsinin təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmə diyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti, kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-574/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti, məhkumun müdafiəçisi Mənsimov Rəsul Əlibala oğlu tərəfindən verilmiş kassasiya şikayəti və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 1(106)-574/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə, kassasiya şikayəti və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.