Məhkəmə qərarları › İş №1(102)-973/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-973/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-973/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxs Başaratova Nahibə Nizami qızının, onun nümayəndəsi, vəkil Nümayəndə, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azər baycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 1(105)-837/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (Hakim: Ramiz Quliyev) 2024-cü il 22 oktyabr tarixli 1(060)-553/2024 nömrəli hökmü ilə, xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 127.1 -ci maddəsi ilə təqsirli bilinmiş və qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanması, hökmün icrasının Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılması hökm edilmişdir. Həmin hökmdən Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 Rzayevin sədrliyi ilə, hakimlər X4 və X3 ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 1(105)-837/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci mad dəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 553/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Məhkum cəzasının çəkilməsi müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Məhkum yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28/4 mənzil 34 ünvanında yerləşən evi tərk etməmək, Sumqayıt şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması hökm edilmişdir İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən "Embowood” mebel mağazasının arxasında xalası qızı Zərərçəkmiş şəxs ona sonuncunun anası Şahid1 ilə yüksək səslə danışmasına irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vurmaqla burun nahiyənin qançır şişkinliyi, burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüyünün sınığı, üst do dağının selikli qişasının səthi əzilmiş cırılmış yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN, ONUN NÜMAYƏNDƏSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsi işə baxarkən işi tam araşdırmış, sübutlara hərtərəfli qiymət vermiş, müdafiəçisi olduğu şəxsin ilk məhkumluğunu, himayəsində 2 az yaşlı övladının olduğunu, hadisəni zərərçəkmiş şəxsin onun mərhum atasını söyməsi ilə başlamasını, zərərçəkmişlə barışığa cəhd etməsini və s. halları nəzərə alaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş onu, 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum etmişdir. Yuxarıda da qeyd olunduğu kimi zərərçəkmiş şəxs cəza ilə razılaşmamış, apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini də onunla əsaslandırmışdır ki, cəza yüngüldür, təqsirləndirilən şəxsə daha ağır cəza verilməlidir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən şikayət verməmiş, cəza ilə razılaşmış, hesab etmişdir ki, etdiyi əmələ görə ona təyin olunmuş cəza onun bu əməldən nəticə çıxartması üçün və islah olunması üçün yetərlidir. Zərərçəkmiş şəxs isə qohumların xahiş minnəti, təqsirləndirilən şəxsin özünün üzrxahlıq etməsi, hətta maddi zərərin əvəzinin ödənilməsi təklifini qəbul etmədən təqsirləndirilən şəxsə qarşı qərəzini davam etdirmiş, çox gənc yaşlarından atasını itirmiş təqsirləndirilən şəxsin ən həssas yerindən təhqir etməsini belə nəzərə almamışdır. Şərti isə o olmuşdur ki, təqsirləndirilən şəxs diz çöküb ona yalvarmalıdır. Bu isə bir insanın ləyaqətinin alçaldılması deməkdir. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən yuxarıda sadaladığı faktlar təqsirləndirilən şəxs tərəfindən məhkəmə tərkibinin diqqətinə çatdırmış, əlavə olaraq bildirmişdir ki, onun 2 az yaşlı övladı var, əmək fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmamışdır, zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun mərhum atasını təhqir etmişdir, o isə üzrxahlıq etmiş, lakin zərərçəkmiş tərəf bunu qəbul etməmiş, onun ləyaqətini alçaltmağa cəhd etmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsə qarşı aqressiv davranaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi zamanında törətdiyi əməlini səmimi etiraf etməmiş və heç bir peşmançılıq hissi keçirməmişdir. Əksinə özünün törətdiyi əmələ haqq qazandırmağa çalışmış və kollegiyanın onların qohum olduğunu, barışmaqları barədə təkliflərinə məhəl qoymayaraq heç buna cəhd belə etməmişdir. Belə olduğu təqdirdə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alınması qanuni və əsaslı ola bilməz. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsi işdəki sübutlarla öz təsdiqini tapmır. Məhkəmə tərkibinin belə bir nəticəyə gəlməsinin hüquqi əsası yoxdur. Belə olan halda isə cəzanın ağırlaşdırılmasının da hüquqi əsası yar anmır. Hadisənin ictimai təhlükəlilik dərəcəsinə gəldikdə isə, hadisə yaxın qohumların arasında, öz ailə üzvlərinin çevrəsində baş vermiş, başqa şəxslər tərəfindən hadisə müşahidə edilməmişdir. Hadisənin ictimai təhlükəlilik dərəcəsi cəmiyyətə açıq hörmətsizlik edilməklə həyata keçirilməmişdir. Hətta təqsirləndirilən şəxsin qucağında körpə uşaq olmuşdur. Yəni onun məqsədi zərərçəkmiş şəxsə qarşı yüngül formada əl hərəkəti ilə etirazını bildirmək olmuş, lakin zərbə zərərçəkmiş şəxsin üz nahiyəsinə dəydiyi üçün belə bir hadisə baş vermişdir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmiş şəxsin kaprizi sayəsində təqsirləndirilən şəxsə qarşı cəzanı ağırlaşdırmaqla, ona qarşı sərt davranmışdır. Hal-hazırda zərərçəkmiş bütün qohumlar üzərində özünü yüksək tutaraq təqsirləndirilən şəx sə qarşı ləyaqəti alçaldan ifadələr işlətməklə "ona cəzanı mən təyin edirəm, məhkəmə yox" deyə ifadələr işlədir. Bütün bu davranışları birinci instansiya məhkəməsi düzgün qiymətləndirdiyi üçün təqsirləndirilən şəxs hesab etmişdir ki, cəhd etməsinə baxmayaraq zərərçəkmiş şəxslə barışıq əldə etmədiyi üçün cəza ədalətlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi isə anlaşılan deyil. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-837/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətinin təmin edilmə məsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cin ayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkuma ağır cəza təyin edilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən e dilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olun maması barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi yalnız cəzanın ağırlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış mötəbər sübutların məzmuyu və məhkəmələrin qiymətləndirmələrinə və əsaslandırmalarına istinadən belə qənaətə gəlir ki, Məhkum əməli CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkuma təyin edilmiş cəza ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası təyin edilmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi, zərərçəkmiş şəxsin şikayətini təmin etmiş, məhkumun cəzasını ağırlaşdırmış və məhkuma 1 il müddətinə azadlığın məhdudlaşdırması cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumun cəzasını ağırlaşdırarkən öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkum törətdiyi əməli səmimi etiraf etməmişdir. Lakin istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində ifadə verərkən Məhkum baş vermiş hadisəni olduğu kimi, ardıcıl şəkildə danışmış, hadisənin törədilməsi səbəbi və baş verməsi ardıcıllığı ilə bağlı ittiham və müdafiə tərəfləri arasında hər hansı bir ziddiyyət və anlaşılmamazlıq olmamışdır. “Səmimi etiraf” məfhumu isə qiymətləndirmə tələb edən anlayışdır. Bir şəxs təqsirini etiraf edib, yalan ifadə verər, digər şəxs söz olaraq təqsirini etiraf etmədiyini bildirərək istintaq və məhkəmə orqanlarına həqiqəti danışa bilər. Bu səbəbdən baş vermiş cinayət hadisəsi barədə bütün detallar üzrə ətraflı və düzgün ifadə verən təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf etmədiyini bildirərək, məhz bu səbəbdən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması qanuni və əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərarda istinad etdiyi, məhkumun cəzasını ağırlaşdırmağa səbəb olan növbəti əsas məhkumun zərərçəkmiş şəxslə barışmağa cəhd etməməsidir. Lakin Ali Məhkəmənin Cinayət kollegiyasının iclasında zərərçəkmiş şəxs hakimin sualına cavab olaraq bildirdi ki, məhkumun yaxın qohumları barışmaq üçün onların evlərinə gəlmiş, lakin o barışmamışdır. İşin hallarından da göründüyü kimi, məhkumun cəzasını ağırlaşdırmaq üçün hər hansı əsaslı bir səbəb olmamış, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsaslar isə formal xarakter daşımışdır. Halbuki CM-in 58.1-ci maddəsinin 2-ci cümləsində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göründüyü kimi, qanunverici daha ciddi və ağır cəza növünün və həddinin təyin edil məsinə məhdudiyyət qoymuş və bu məhdudiyyəti cəzanın məqsədi ilə əlaqələndirmişdir. Buradan meydana çıxan mənzərə və nəticə ondan ibarətdir ki, məhkəmə (hakim) hər hansı bir cinayətin törədilməsində təqsirli bildiyi şəxsə hansı səbəbdən maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan daha yüngülünü deyil, daha ciddi cəza növünü və həddini təyin etdiyini əsaslandırmalı və bu əsaslandırma ən azından obyektiv müşahidəçini qane edəcək səviyyədə olmalıdır. Apellyasiya məhkəməsi isə məhkumun cəzasını ağırlaşdırarkən, qəbul etdiyi qərarı məhkumun zərərçəkmiş şəxslə barışmaması ilə əlaqələndirmiş və bu zaman nəzərə almamışdır ki, əgər məhkum zərərçəkmiş şəxslə barışmağa nail olardısa, bu zaman CM-in 73.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkum cinayət məsuliyyətindən azad edilm əli idi və bu zaman cəzanın növü və həddinin müzakirə edilməsinə də heç bir zərurət qalmazdı. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi məhkumun cəzasını ağırlaşdırarkən məhkumun cəzasını yüngülləşdirən halları da nəzərə almamışdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə, təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən Məhkum 13 mart 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixə kimi çəkdiyi 1 ay 17 gün azadlığın məhdudlaşdırılması cəzasının müddəti, ona təyin edilmiş islah işləri cəzandan çıxılsın və onun üzərində qəti olaraq qazançından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il 2 ay 26 gün müddətinə islah işləri cəzası saxlanılsın. Məhkum cəzasının əvvəli işlədiyi və onun qazançından tutulmalar apar ıldığı vaxtdan hesablansın. Məhkum dərhal azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar