Məhkəmə qərarları › İş №1(102)-974/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-974/2019

16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-974/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər – N.A.Kərimov (sədrlik edən və məruzəçi), R.A.Allahverdiyeva və A.İ.Paşayevdən ibarət tərkibdə) 1(101)-616/2018 nömrəli 24 oktyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və ya götürülməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Nizami Rayon M əhkəməsinin 30 may 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 1000 manat miqdarında cərimə cəzasının ödənilməmiş qalan 478 manat hissəsi hazırki hökmlə təyin olunmuş cəza ilə tamamilə toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və 478 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Əsas cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, "xxxx" xəbər saytının könüllü yazarı kimi olduğu halda 15 dekabr 2017-ci il tarixdən etibarən Bakı şəhəri, Sabunçu rayon *** saylı tam orta məktəbin direktoru X6 mütəmadi şəkildə telefonla zəng edib özünün xəbər portalının rəhbəri olduğunu bildirib s onuncunun rəhbərlik etdiyi məktəbdə təhsil alan şagirdlər və valideynlərdən qanunsuz pul yığılmasını, cinayət xarakterli digər qanun pozuntularına yol verilməsini, bu barədə məqalələri rəhbərlik etdiyi saytda dərc etdirib yaymaqla onu işdən azad etdirəcəyi ilə bağlı hədə-qorxu gəlib bilə-bilə qanunsuz hərəkətlərə görə, belə hərəkətlərin edilməsindən imtina olunması müqabilində özü üçün şəxsən 2.000 manat pul tələb edərək, 22 dekabr 2017-ci il tarixdə X6nın qohumu X13 və sonuncunun arvadı X7 ilə Bakı şəhəri, Səbail rayonu ərazisindəki "xxxx" kinoteatrının yaxınlığında yerləşən “xxxx” restoranında görüşərək, həmin məbləğin 800 manatını, 1.200 manatını isə 28 dekabr 2017-ci il tarixdə özünün yaşadığıünvan 1 ünvandakı mənzilində X6nın özündən almış, həmin tarixdə də o, Azərbaycan Respublikası Baş Prokuroru yanında korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.E,Rəhimov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 1(101)617/2018 nömrəli 17 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəli lləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, onun müdafiə hüququ pozulmuşdur. İşə baxan məhkəmələr cinayət işinin icraatına xitam verilməli olduqları halda, onu CM-in 182.1-ci maddəsi ilə təqsirli bilmişlər. Belə ki, iddia olunun hadisənin zəminində hədə-qorxu ilə tələb etməni təsdiq edən hər-hansı mötəbər və təkzibedilməz sübut mövcud olmamışdır. Bundan başqa, işin əsl mahiyyətində hədə qorxu ilə tələb etmə deyil, yalnız X6nın iddia olunan pulun ianə kimi verdiyi təsdiq edilmişdir. Hazırki cinayət işində ona qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübutlar ümumiyyətlə mövcud olmadığı üçün, bu halda sübutların mötəbərliyindən, yaxud kifayətedici olub-olmamasından danışmağa belə ehtiyac qalmır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şik ayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uy ğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və nəticədə məhkumun barəsində cinayət təqibinə xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CP M-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşin materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində elan olunub araşdırılmış 28 dekabr 2017-ci il tarixli protokoldan görünür ki, X5 özünü "xxxx" xəbər portalının rəhbəri kimi təqdim edən Məhkum onu xəbər portalında rüsvayedici məqalələr yazmaqla hədələməsi, həmin məsələnin müsbət həll edilməsi qarşılığında ondan 1.200 manat pul tələb etməsi barədə müraciətindən sonra Məhkum verilməsi üçün 12 ədəd - A ******, B *******, A *******, A ******, A ******, B *****, A *******, A ****, A ******, A ******, A ******, B ******** seriya və nömrəli yüz manatlıq pul əsginazları təqdim edilmiş və həmin pullardan A******, B******, B******** nömrəli üç ədəd yüz manatlıq pul əsginazların üzərində xüsusi məqsədlər üçün istifadə olunan, adi şəraitdə görünməyən lyuminaset qələmlə “RÜŞVƏT KQMBİ” sözləri yazılaraq, X6ya təqdim edilmişdir. Bundan başqa 28 dekabr 2017-ci il tarixli “baxış keçirilməsi barədə” protokolunun məzmunundan görünür ki, şikayətçi X5 "xxxx" internet saytının rəhbəri Məhkum ona zənglər edib rəhbərlik etdiyi orta məktəbdə rüşvət alma hallarının geniş vüsət alması, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, digər qanunsuzluqlar törətməsi barədə əlində faktların olduğunu bildirib həmin rüsvayedici məqalələri rəhbərlik etdiyi xəbər portalında dərc etdirməklə onu tutduğu vəzifədən azad etdirəcəyi ilə hədələməsi, həmin məsələnin müsbət həll olunması müqabilində isə ən azı 2.000 manat pul tələb etməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vermiş olduğu şikayət ərizəsinə əsasən, idarənin əməkdaşlarının, habelə hal şahidi kimi dəvət olunmuş X8 və X1 iştirakları ilə Məhkum pulu alması üçün görüş yeri kimi təyin etdiyi yaşadığı evin, yəni ünvan 1 ünvanı nın yaxınlığına gəlib pul tələb edən Məhkum cinayət başında yaxalanması üçün əməliyyat tədbiri keçirilmişdir. Qeyd olunan əməliyyatın keçirilməsi ilə bağlı bütün iştirakçılar Məhkum yaşadığı ünvan 2 ünvandakı binanın yaxınlığına gəlmişlər, orada şikayətçi X6 digər iştirakçılardan ayrılaraq, əvvəlcədən razılaşdıqları kimi Məhkum ilə görüşmək üçün qeyd olunan binanın 182 saylı mənzilinə tərəf gedib mənzilin qapısının girişinin qarşısında sonuncu ilə görüşüb 1.200 manat pulu verib ondan ayrıldıqdan sonra şərti işarəsinə əsasən, iştirakçılar Məhkuma yaxınlaşıb onu əməliyyat tədbirinin keçirilməsi barədə məlumatlandıraraq, mənzilə daxil olub baxış keçirmişlər. Baxış zamanı «SONY» markalı rəqəmsal videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. İştirakçılar Məhkum yaşadığı mənzilə daxil olmu ş, Məhkum şəxsiyyəti dəqiqləşdirildikdən sonra X6dan aldığı pulları təqdim etmək təklif olunmuşdur. Lakin Məhkum heç kimdən heç bir pul almadığını bildirmişdir. Baxış zamanı evin giriş qapısının sol tərəfində yerləşən ayaqqabı rəfinin üzərindəki başmağın içərisindən 12 ədəd yüz manatlıq əsginazlar aşkar edilmişdir. Məhkum həmin pulların ona heç bir aidiyyatının olmadığını və həmin pullara əlinin dəymədiyini bildirmişdir. İştirakçılar həmin pulu götürüb masanın üzərinə qoymuş, bundan İ sonra həmin pulların seriya və nömrələrinə baxış keçirilərkən, həmin yüz manatlıq i pulların A *******, B *******, A ******, A ******, A *******, B ! ********, A ********, A *******, A ********, A ********, A ********, B ******** seriya və nömrəli olduğu müəyyən edilmişdir. Qeyd olunan pul əsginazları xüsusi işıqlandırma cihazı vasitəsiylə ultrabənövşəyi işıqla işıqlandırılarkən, A********, B********, B******** seriya və nömrəli yüz manatlıq əsginazlar üzərində lyuminaset qələmlə «RÜŞVƏT KQMBİ» sözlərinin f yazılması aşkar olunmuşdur. Qeyd olunan pullar götürülərək, protokola əlavə edilmişdir. Həmçinin birinci instansiya məhkəməsində elan olunub araşdırılmış 28 dekabr 2017-ci il tarixdə keçirilmiş əməliyyat zamanı X6nın üzərinə quraşdırılan gizli videokamera vasitəsilə aparılan çəkiliş diskinə baxış protokolu ilə Məhkum 12 ədəd yüz manatlıq əsginazlardan ibarət 1.200 manat pulu X6dan aldığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-texniki və məhkəmə kriminalistik ekspertizasının 27 fevral 2018-ci il tarixli, 3852 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 12 ədəd - A ****** ***, B *********, A *********, A *********, A *********, B *********, A *********, A *********, A *********, A *********, A *********, B ********* seriya və nömrəli 100 Azərbaycan manatı dəyərində pul əsginazları mətbəə nəşriyyatı qaydalarına uyğun olaraq, hazırlanmış və “Currency” proqramında həqiqi 100 Azərbaycan manatı məbləğində pul əsginazının nümunəsi ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş A*********, B*********, B********* nömrəli 100 Azərbaycan manatı dəyərində pul əsginazlarının arxa tərəfində UB işıq altında görünən "RÜŞVƏT KQMBİ” yazıları vardır. Həmçinin məhkəmə-fonoskopik ekspertizasının 07 mart 2018-ci il tarixli, 3610 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mübahisəli fonoqramdakı danışıqlar Məhkum X11 barəsində məqalə yazılmasının qarşısının alınma sı və bunun üçün verdiyi 2.000 manatdan artıq pulun tələb olunmayacağından ibarətdir. Ekspertizaya təqdim edilmiş mübahisəli videofonoqramdakı danışıqlarda bir nəfər kişi və bir nəfər qadın cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqdim edilmiş mübahisəli videofonoqramdakı danışıqlarda iştirak edən Kİ və Qİ diktorların danışıq materialı eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş mübahisəli videofonoqramdakı danışıqların tədqiqi, hissədə verilən yazılı mətnində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi - Məhkum məxsusdur. Ekspertizaya təqdim edilmiş mübahisəli videofonoqramdakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmamışdır. İş materiallarında olan “xxxxx”, “xxxx” və “xxxx” mobil operatorundan təqdim edilmiş telefon danışıqlarına dair d isklərə 05 aprel 2018-ci il tarixli, 17 aprel 2018-ci il tarixli və 26 aprel 2018-ci il tarixli baxış protokollarından görünür ki, X5 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Məhkum istifadəsində olan 055- ***-**-** nömrəsi arasında ilk zəng 20 dekabr 2017-ci il tarixdə, saat 17:34-də olmuşdur. Həmin zəngi Məhkum X6ya etmiş və telefon danışığı 111 saniyə davam etmişdir. Daha sonra isə Məhkum istifadəsində olan ***-***-**** nömrəsindən X6nın istifadəsində olan 050- ***-**-** nömrəsinə 20 dekabr 2017-ci il tarixdə bir dəfə, 21 dekabr 2017-ci il tarixdə üç dəfə, 23 dekabr 2017-ci il tarixdə bir dəfə, 26 dekabr 2017-ci il tarixdə on iki dəfə, 27 dekabr 2017-ci il tarixdə on iki dəfə, 28 dekabr 2017-ci il tarixdə beş dəfə zənglər olunmuşdur. X6nın istifadəsində olan 050-340- 84-98 nömrəsind ən Məhkum istifadəsində olan ***-***-**-** nömrəsinə isə 20 dekabr 2017-ci il tarixdə iki dəfə, 22 dekabr 2017-ci il tarixdə bir dəfə, 26 dekabr 2017-ci il tarixdə beş dəfə, 27 dekabr 2017-ci il tarixdə üç dəfə, 28 dekabr 2017-ci il tarixdə bir dəfə zənglər olunmuşdur. Sonuncu zəng Məhkum istifadəsində olan ***-***-**-** nömrəsindən X6nın istifadəsində olan ***-***-**-** nömrəsinə 28 dekabr 2017-ci il tarixdə, saat 14:25-də edilmişdir. Məhkum istifadəsində olan ***-***-**-** nömrəsindən X6nın istifadəsində olan ***-***-**-** nömrəsinə 27 dekabr 2017-ci il tarixdə, saat 15:59-da “Biz ianə pulunuzu poçt vasitəsilə məktəbə göndəririk. Sağ olun” məzmununda “sms” göndərilmişdir. Elə həmin tarixdə saat 16:15-də X6nın istifadəsində olan ***-***-**-** nömrəsindən Məhkum «ifadəsində olan ***-***- **-** nömrəsinə “4552461, 5512077” mətnində iki ədəd sms göndərilmişdir. Bundan başqa, X5 istifadəsində plan ***-***-**-** nömrəsi ilə Məhkum istifadəsində olan ***-***-**-** nömrəsi arasında ilk zəng 20 dekabr 2017-ci il tarixdə, saat 16:55- də olmuş, həmin zəngi Məhkum X6ya etmiş və telefon (danışığı 43 saniyə davam etmişdir. Daha sonra isə X6nın istifadəsində olan ***-***-**-** nömrəsindən Məhkum istifadəsində olan ***-***-**-** nömrəsinə 21 dekabr 2017-ci il tarixdə, saat 20:40, 20:41 və 21:09- da olmaqla üç dəfə zəng olunmuşdur. Qeyd olunan nömrələr arasında “sms” göndərilməmişdir. Məhkum istifadəsində olan ***-***-**-** nömrəsi ilə X4 istifadəsində olan ***-***-**-** nömrəsi arasında ilk zəng 21 dekabr 2017-ci il tarixdə, saat 20:30-da olmuşdur. Həmin zəngi X17yə etmiş və telefon dan ışığı 571 saniyə davam etmişdir. Daha sonra isə Məhkum istifadəsində olan 055- ***-**-** nömrəsindən X6nın istifadəsində olan ***-***-**-** nömrəsinə ilk zəng 21 dekabr 2017-ci il tarixdə, saat 20:54-də edilmiş və həmin telefon danışığı 611 saniyə davam etmişdir. Məhkum istifadəsində olan ***-***-**-** nömrəsindən X6nm istifadəsində olan 051-488-00- 99 nömrəsinə 21 dekabr 2017-ci il tarixdə iki dəfə, 22 dekabr 2017-ci il tarixdə üç dəfə, 23 dekabr 2017-ci il tarixdə dörd dəfə, 25 dekabr 2017-ci il tarixdə bir dəfə, 26 dekabr 2017-ci il tarixdə iki dəfə, 27 dekabr 2017ci il tarixdə iki dəfə zənglər olunmuşdur. X6nın istifadəsində olan ***-***-**-** nömrəsindən Məhkum istifadəsində olan ***-***-**-** nömrəsinə isə 21 dekabr 2017- ci il tarixdə iki dəfə, 22 dekabr 2017-ci il tarixdə bir dəfə, 23 dekabr 2017-ci il tarixdə iki dəfə, 26 dekabr 2017ci il tarixdə bir dəfə olunmuşdur. Sonuncu zəng Məhkum istifadəsində olan ***-***-**-** nömrəsindən X6nın istifadəsində olan ***-***-**-** nömrəsinə 27 dekabr 2017-ci il tarixdə, saat 15:42-də edilmişdir. Qeyd olunan nömrələr arasında “sms” göndərilməmişdir. Həmçinin qeyd olunan dövrdə Məhkum istifadəsində olan ***-***-**-** nömrəsi X4 istifadəsində olan ***-***-**-** nömrəsi arasında zənglər olunmamış və “sms” göndərilməmişdir. Bundan başqa, qeyd olunan dövrdə Məhkum istifadəsində olan ***-*****-** nömrəsi X9 istifadəsində olan ***-***-**-** nömrəsi arasında zənglər olunmamış və “sms” göndərilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum barəsində cinayət təqibinə xitam verilməsi üçün əsasların olmaması ba rədə düzgün nəticəyə gəlmişlər. Bundan əlavə işdən görünür ki,nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum müdafiəçinin iştirakı olmadan tutulması və bununla da onun müdafiə hüququnun pozulmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikas ı CPM-in 91-ci maddəsində təqsirləndirilən şəxsin hüquqları təsbit olunmuşdur. Həmin hüquqlardan biri də həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq (maddə 91.5.4) hüququdur. İşin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin “Əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair vəsatətin təmin edilməsi haqqında” 25 dekabr 2017ci il tarixli qərardan görünür ki, həmin qərarla prokurorluğun vəsatəti təmin edilərək Məhkum ətrafında texniki vasitələrdən istifadə etməklə yaşayış və ya gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə gizli video və foto çəkilişlərin aparması, zəruri halda baxış keçirilməsinin təşkil edilməsi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. İşin materiallarında olan “Baxış keçirilməsi haqqında” 2 8 dekabr 2017-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin iştirakı ilə Məhkum yaşadığı Bakı şəhəri, ünvan 1 ünvana baxış keçirilmiş və X6 tərəfindən Məhkum verilmiş 1200 manat pul aşkar edilərək götürülmüşdür. Protokol baxışda iştirak etmiş bütün şəxslər, o cümlədən Məhkum tərəfindən imzalanmışdır. İşin materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 dekabr 2017-ci il tarixli protokoldan görünür ki, 28 dekabr 2017-ci il tarixdə, saat 21.15-də Məhkum şübhəli şəxs qismində tutulmuşdur. Məhkum tutulması zamanı 11 saylı hüquq məsləhətxanasının vəkili X12 müdafiəçi qismində iştirak etmişdir. Tutulma protokolu Məhkum və müdafiəçisiX13 tərəfindən imzalanmışdır. Göründüyü kimi, Məhkum həbsə alındığı andan müdafiəçi ilə təmin edilmişdir. Odur ki, kassasiya şikayəti bu dəlili də işin materialları ilə təkzib edilir. Məhkum təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Birincisi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, məhkəmə tərəfindən ona maddənin ən aşağı həddində üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Digər tərəfdən Məhkum şəxsiyyətinə nəzər saldıqda aydın olur ki, o bundan əvvəl də dəfələrlə cinayət törətmişdir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası DİNnin BƏSİİ tərəfindən verilmiş 18 yanvar 2018-ci il tarixli tələbnamədən görünür ki, Məhkum 2008-ci ildə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci (oğurluq) maddə sində, 2009-cu ildə CM-nin 178.2.4-ci (dələduzluq) maddəsində, 2012-ci ildə CM-nin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.2.1, 178.2.2-ci (dələduzluq) maddələrində, 2015-ci ildə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Sonuncu cinayət əməlinə görə üç il ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq o yenidən hal-hazırki cinayət əməlini törətmişdir. Bununla da onun əməlində həmçinin cinayətlərin residivi yaranmışdır. Cinayətlərin residivi zamanı isə CM-nin 65.2-ci maddəsinin tələbinə görə cəzanın müddəti CM-nin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum cəza təyin edilməsi məsələsini müzakirə edərək onun şəxsiyyətini xarakterizə edən yuxarıda qeyd edilmiş halları düzgün nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci (şərti məhkum etmə) və 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddələrinin tətbiqinin mümkün olmamasını müəyyən etməklə düzgün nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı təqsirkarın şəxsiyyəti də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kə sb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassı z olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 17 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar