Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-974/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Məhkum Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Seyfullayev Seyfəli İzzət oğlu) Məhkum, xx xxxx 1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə CM-nin 177.1.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarı nda cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhum etmə cəzasına məhkum olunmuş, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli 2744 saylı Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 də qeydiyyatda olan və yaşayan, CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X11 da CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökm ünə əsasən, X9 xx xxxx 2019-cu il tarixdə, saat 18 radələrində X11 ilə qabaqcadan əlbir olub cinyət əlaqəsinə girərək, Bərdə şəhəri, H.Əliyev prospekti, 116 ünvanda yerləşən, Bərdə şəhər Telekommunikasiya mərkəzinin saxlanc yeri kimi istifadə etdiyi anbarın qapısının qıfılını sındırmaq yolu ilə həmin anbara qanunsuz daxil olaraq orada olan 50 metr ölçülü, TPP 200x2 markalı, 500 (beş yüz) manat dəyərində rabitə kabelini gizli yolla talamaqla oğurluq etmişdir. Hökmdən məhkum Məhkum və məhkum X6 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X12 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona təyin edilmiş cəzanı yüngülləşdirməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, o, törətdiyi əməldən səmimi peşmançılıq çəkir, istintaq zamanı cinayətin açılmasına köməklik etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödənilmişdir, onun ailəsi hal hazırda ağır maddi durumdadır, bu hallara görə isə ona təyin edilmiş cəza həddindən ağırdır. Bu hallara əsaslanan kassasiya şikayətinin müəllifi onların nəzərə alınmasını və ona təyin edilmiş cəzanı yüngülləşdirməsi barədə qərar qəbul edilməsini x ahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxsin nümayəndəsi X7 qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassas iya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmi n hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdi rilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətinin məzmunundan görünür ki, o, həmin şikayətində məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların kifayət qədərə nəzərə alınmadığını və ona təyin edilmiş cəzanın həddindən artıq ağır olmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqda tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və həmin şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materiallarını və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarını yoxlayaraq aşağıdakıları qeyd edir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum şəxsi etirafı ilə yanaşı bu iş üzrə məhkum olunmuş xxx, zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, ekspert rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məh kum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi haqda nəticəyə gəlib onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Məhkum kassasiya şikayətində ibtidai araşdırma orqanı və işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən sübut etməyə dair prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydaların, şərtlərin və prinsiplərin pozulmasını, onun əməlinin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsini mübahisələndirmir. Hökmdən verdiyi apellyasiya şikayətində də o, bu məsələləri mübahisələndirməyindən, birinci instansiya məhkəməsi isə bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun təqsirliliyinə, onun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə h ökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həy at şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (mə sələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. Məhkum barəsindəki xx xxxxxx 2019-cu il tarixli hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən onun törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, vurduğu ziyanın tam ödənilməsini, məhkumun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdrən hal lar kimi qiymətləndirərək nəzərə almış və apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşaraq Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar tapmamışdır. İş materiallarında olan tələbnamədən və işə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmündən görünür ki, X9 həmin hökmlə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli 2744 saylı Sərəncamına əsasən o, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bu məlumatar əsasında müəyyən edilir ki, Məhkum xx xxxx 2019-cu il tarixdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında və anbara daxil ol maqla oğurluq edərkən, yəni CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş az ağır cinayəti törədərkən onun əvvəlki məhkumluğu ödənilməmiş və bu hal cinayətlərin residivinin yaranmasına səbəb olmuşdur. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bundan başqa, Məhkumuluğunun ödənilməməsi halı onunla müəyyən edilir ki, o, əvvəllər CM-nin 126.1-ci maddəsində nəzərə tutulmuş ağır cinayət törətdiyinə görə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olun, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli 2744 saylı Sərəncamına əsasən o, cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və cəzadan azad edildiyi vaxtdan altı il keçməmiş yenidən az ağır cinayət törətmişdir. CM-nin 83.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.4-cü maddəsinin tələbinə görə isə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı keçdikdə onların məhkumluğu ödənilmiş hesab edilir. CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.2-ci maddəsi isə tələb edir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Yalnız CM-nin 65.3-cü maddəsində göstərilmiş hallar olduqda, yəni cinayət törətmiş şəxsin məhkumluğu CM-nin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə CM-nin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Göründüyü kimi, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərindən çıxış edərək Məhkum onun hərəkətlərində cinayətlərin residivi kimi cəzanı ağırlaşdır an halın olmasına görə CM-nin 65.2-ci maddəsi ilə müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmiş və ona təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayan müddətində cəza təyin edərək onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi, yəni qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar görməmişlər. Kassasiya kollegiyası da aşağı instansya məhkəmələrinin bu nəticəsi ilə razılaşır və hesab edir ki, Məhkum təyin edilmiş cəza qanuni və ədalətli olduğundan həmin cəzanın daha yüngül cəza ilə əvəz edilməsi üçün əsaslar yoxdur. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikay ətinin dəlillərini müzakirə edərək və həmin şikayətin təmin edilməsi barədə məhkumun və təmin edilməməsi barədə dövlət itttihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə – Məhkum kassasiya şikayətinə münasibətdə və ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə və ona aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-974/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-974/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver