Məhkəmə qərarları › İş №1(102)-974/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-974/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-974/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Mülki cavabdeh, "xxxx" MMC-nin nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Məhkum iştirakları ilə xx xxx 1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası və təndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin Balıq yetişdirmə zonasının müdiri işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 162.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən birgə, habelə mülki cavabdeh, "xxxx" MMC-nin nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim N.Paşayev) Məhkum Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə qazancının 5 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Hökmlə, həmçinin, iş üzrə mülki iddia qismən təmin edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin istehsalatda əmək xəsarəti alması nəticəsində ümumi əmək qabiliyyətini daimi olaraq itirdiyinə görə xəsarət almazdan və yaxud əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu 470 manat orta aylıq əmək haqqı məbləğində ödənc, işlədiyi vəzifə üzrə tarif maaşının kütləvi artımı nəzərə alınmaqla hər ay mülki cavabdeh "xxxx" MMC-nin hesabından tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar amputasiya olunmuş sol əlin protezləşmə xərci ilə bağlı maddi zərərə görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat olmaqla, cəmi 15.000 manat məbləğində pulun mülki cavabdeh "xxxx" MMC-dən alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi, mülki iddianın qalan hissədə və Məhkum münasibətdə təmin edilməməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum, zərərçəkmiş şəxs (mülki iddiaçı) və mülki cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli qərarı ilə (ha kimlər: S.B.Hüseynov (sədrlik edən), Ç.B.Məmmədov və E.İ.Xasməmmədov) apellyasiya şikayətləri təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ünvan 3 fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 ilə bağladığı 02.04.2018-ci il tarixli 027 nömrəli əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin balıq yetişdirmə zonasının müdiri vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsinin 3-cü və 4.2-ci bölmələrinə əsasən həmin müəssisənin iş zonasında iş bölgüsünün təşkil olunmasına, nizam-intizam qaydalarına riayət olunmasına, işçilərin sağlamlığının və əməyin mühafizəsinin təmin olunması üçün şərait yaratmasına cavabdeh olmaqla «Təşkilat, idarə, müəssisələ rin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinə uyğun olaraq işçilər tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların bütün tələblərinə riayət etmələrinə daim nəzarət etməli olduğu halda, üzərinə qoyulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini lazımi qaydada yerinə yetirməyərək əmək mühafizəsi qaydalarını pozması nəticəsində həmin müəssisədə balıqçılıq üzrə mütəxəssis vəzifəsində işləyən Zərərçəkmiş şəxs 19 noyabr 2018-ci il tarixdə saat 16 radələrində vəzifəsinə aid olmamasına baxmayaraq «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinə əsasən müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dai r tələblərə tam riayət etməli, verilmiş xüsusi geyim, xüsusi ayaqqabı və xüsusi ləvazimatlardan istifadə etməli olmasına dair tələbləri pozaraq öz şəxsi təhlükəsizliyinə riayət etməyib müəssisənin yem istehsalı sexində elektrik enerjisi ilə işləyən ətçəkən maşını işə salıb kiçik balıqlar üçün yem hazırlayan zaman ətçəkən maşınının boğazlığına itələnməsində topuzdan istifadə etmədiyinə və əlini şinekə doğru saldığına görə ehtiyatsızlıqdan sol əlinin 2-3-4-5-ci daraq sümüklərinin orta üçdə biri səviyyəsindən, 1-ci barmağın dırnaq falanqası səviyyəsindən travmatik amputasiyası ilə nəticələnib ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (50%) daimi itirilməsindən ibarət, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Kassasiya şikay ətlərinin dəlilləri: Zərərçəkmiş şəxs (mülki iddiaçı) və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli qərarının mülki iddianın təmin edilmədiyi hissədə dəyişdirilməsi və Zərərçəkmiş şəxs Məhkum və "xxxx" MMC-yə qarşı mülki iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, apellyasiya məhkəməsi kollegiyasının qərarı mülki iddianın təmin edilməməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş 402 saylı təklif sənədindən görünür ki,”Azforel” MMC-də baş vermiş istehsalat qəzası nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs amputasiya olunmuş əlinin protezləşd irilməsi üçün cəmi 143.370 manat vəsait tələb olunur. İşə baxan məhkəmə qanunsuz və əsassız olaraq tələb olunan həmin məbləğ həcmində olan mülki iddianı yalnız 10.000 manat həddində təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Mülki cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli qərarının mülki iddianın təmin edildiyi hissədə ləğv edilməsi və işin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, məhkəmənin qərarı sübutlar yoxlanılmadan və düzgün qiymətləndirilmədən nəticəyə gəlindiyindən qanunsuz və əsassızdır. Belə ki, məhkəmə baş vermiş istehsalat qə zasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs özünün də təqsirinin olmasına dair mülki cavabdehin etirazına və nümayəndəsinin ifadəsinə tənqidi yanaşmış, etirazı və ifadəni sübut növü kimi qəbul etməmişdir. Şikayət müəllifinin fikrincə, istehsalat qəzasının baş verməsini və nəticələri zərərçəkmiş şəxs arzu etməsə də, şüurlu surətdə yol vermişdir. Ona görə də bu halda Zərərçəkmiş şəxs hərəkətlərini ehtiyatsızlıq kimi deyil, dolayı qəsd kimi qiymətləndirmək lazımdır. Mülki cavabdehin nümayəndəsi hesab edir ki, qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və işin apellyasiya məhkəməsində yenidən baxılması təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, mülki cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmişin şəxsin nümayəndəsi Nümayəndə1 və dövlət ittihamçısı A.Hüseynlinin, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və mülki cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə mülki cavabdehin nümayəndəsi Nümayəndə2 və Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən mülki cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı mülki iddiaya dair hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhk əmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Zərərçəkmiş şəxs Məhkum və "xxxx" MMC-yə qarşı mülki iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Mülki cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində isə baş vermiş istehsalat qəzasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs özünün də təqsirinin olması qeyd edilir və məhkəmənin qərarının mülki iddianın təmin edildiyi hissədə ləğv edilməsi xahiş edir. Məhkəmə kollegiya sı mülki cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki cavabdehin kassasiya şikayətində irəli sürülən dəlillər, onun apellyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən və mülki cavabdehin şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının pri nsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki cavabdehin nümayəndəsinin kassasiya şikayətinin istehsalat qəzasının baş verməsini və nəticələri zərərçəkmiş şəxs arzu etməsə də, şüurlu surətdə yol verməsi, ona görə də bu halda Zərərçəkmiş şəxs hərəkətlərinin ehtiyatsızlıq kimi deyil, dolayı qəsd kimi qiymətləndirməsi ilə əlaqədar dəlillə ri həm ibtidai araşdırma zamanı toplanmış və məhkəmə baxışları zamanı tədqiq olunmuş sübutlarla təkzib olunur. Bununla belə, məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayətində əks edilmiş dəlilləri qismən əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mülki iddianın mülki iddiaçının tələb etdiyi həcmdə deyil, mülki cavabdeh olan hüquqi şəxsin iqtisadi imkanlarının göstəricilərini, zərərçəkmiş şəxsin itirdiyi qazancın bərpa edilməsini nəzərə alaraq, protezləşdirmə xərcinin 10.000 manat məbləğində müəyyən etməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla səhvə yol vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Zərərçəkmiş şəxs üzərində cərrahi əməliyyat aparılmış və həmin əməliyyat ın aparılması üçün görülmüş tibbi xidmətlərə görə xəstəxanada müalicə olunması ilə bağlı çəkilən 1800 manat xərclər "xxxx" MMC tərəfindən ödənilmiş, lakin Zərərçəkmiş şəxs 2-3-4-5-ci daraq sümüklərinin orta üçdə biri səviyyəsindən, 1-ci barmağın dırnaq falanqası səviyyəsindən travmatik amputasiya olunmuş sol əlinin əvəzinə bionik əl protezinin qoyulması üçün “Medical Company”-nin hesabına 143.370 manat məbləğində vəsait ödəmək zərurəti yaranmışdır. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli Qərarında göstərilir: “İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.” Həmin qərarın 2.1-ci bəndində göstərilir: “İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.” Həmin qərarın 2.2-ci bəndinə əsasən əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş 402 saylı təklif sənədindən müəyyən olunur ki, ’’Azforel” MMC-də baş vermiş istehsalat qəzası nəticəsində zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs amputasiya olunmuş əlinin protezləşdirilməsi üçün cəmi, 143.370 (yüz qırx üç min üç yüz yetmiş manat) vəsait tələb olunur. Tərtib edilmiş təhqiqat aktından görünür ki, cavabde h ’’Azforel” MMC işçi Zərərçəkmiş şəxs bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməli olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yalnız mülki cavabdeh olan hüquqi şəxs "xxxx" MMC-nin iqtisadi imkanlarının göstəricilərini nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar amputasiya olunmuş sol əlin protezləşmə xərci ilə bağlı mad di zərərə görə 10.000 manat pulun mülki cavabdeh "xxxx" MMC-dən alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi ilə bağlı gəlinən nəticəni qərarda əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən nəticəyə gələrkən mülki iddiaçının yalnız bionik əl protezi tələb etməsini və həmin protezin hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortoipedik bərpa mərkəzində hazırlanması nəzərdə tutulmadığını, əvvəlcədən verilmiş sifariş əsasında ölkə xaricindən idxal olunduğunu, “Medical Company” tərəfindən təqdim olunmuş qiymətlərin isə kifayət qədər yüksək olduğunu qeyd etməklə kifayətlənmiş, mülki cavabdeh olan hüquqi şəxsin maddi vəziyyətini və zərərçəkmiş şəxsin itirdiyi qazancın bərpa edilməsini əsas götürərək, heç bir araşdırma aparmadan protezləşdirm ə xərcinin 10.000 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki cavabdeh olan hüquqi şəxsin iqtisadi göstəricilərinin vəziyyəti barədə araşdırma aparılması məhkəmə baxışının predmeti olmadığından, zərərçəkmişə dəyən ziyanın məbləğinin müəyyən edilməsinin həmin xüsusatla əlaqələndirilməsi əsassızdır. Məhkəmə zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia tələblərinin, o cümlədən protezləşdirmə xərcinin miqdarının müəyyən edilməsi üçün zəruri araşdırma aparmamış, “Medical Company” tərəfindən təqdim olunmuş qiymətlərin qəbul edilən olmaması nəticəsinə gəlinirdisə, protezləşdirməyə 10.000 manat məbləğində vəsaitin lazım olduğunun hansı üsulla müəyyən edildiyini öz qərarında əsaslandırm amışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs "xxxx" MMC-yə qarşı mülki iddia tələbinə dair hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uy ğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticəni n səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmə k hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Mülki cavabdehin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) və onun nümayəndəsinin kassasiya şikayətinə münasibətdə (mülki iddiaya aid hissədə) ləğv edilsin. Cinayət işi həmin hissədə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar