Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-974/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Müdafiəçilər - məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi və X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndi rilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1605/2021 saylı, 12 noyabr 2021-ci il tarixli hökmü (X15 (sədrlik edən və məruzəçi) Zeynal Ağayev və Səbuhi Hüseynov) ilə xx xxxxx 1994-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1, mənzil 25-də yaşamış, 25 may 2021ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ Rayon Polis İdarəsində saxlancda saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,96 5 qram heroinin və 5,405 qram metamfetaminin məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manatın Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. Həmin hökmdən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-270/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: Babayev Zəki Baba oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X2 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü mad dəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla yaşadığı Qaradağ rayonu, ünvan 1 ünvanında gizlətmiş və 25 may 2021-ci il tarixdə gündüz saatlarında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində saxlanılmış və Qaradağ RPİ-nin PB-ə gətirilmiş, daha sonra onun yaşadığı evə baxış keçirilən zaman evin natamam təmirli otağının sağ küncünə yığılmış taxtaların arasında bir ədəd sellofan torba aşkar edilmiş və həmin torbaya baxış zamanı içərisində bir büküm təmiz çəkisi 5,455 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd sarı rəngli torbada isə təmiz çəkisi 18,015 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd daxili səthində metamfetamin izləri olan ağ rəngli kağızdan borucuq aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarından məhkum X5 müdafiəçisi Babayeva Xeyransa Qubat qızı kassasiya şikayəti verərək qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarı törədilmiş cinayətə münasibətdə veril miş cəza həddən artıq ağırdır, törədilmiş cinayətin nəticələri ilə müqaisədə adekvat deyildir. Bakı Apellyasiya məhkəməsində işin hallarına düzgün qiymət verilməmiş, məhkəmə istintaqı qismən aparılsada işin faktiki halları tam olaraq araşdırlmamış, araşdırlmış hallara isə faktiki olaraq düzgün qiymət verilməmiş, təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar olsada məhkəmə tərəfindən bu hallara obyektiv qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş digər əlavə şahidlərin dindirlməsi və sair vəsatətlər təmin edilməmişdir. Müdafiə tərəfinin verdiyi vəsatətlər tam olaraq araşdırılmasını nə birinci inctansiya məhkəməsi nə dəki, apellyasiya məhkəməsi araşdırmalı olduğu halda araşdırmamışdır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs ifadə verərkən onun yanında müdafiəçi sinin olmadığı bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində qedy olunan hallar məhkəmə tərəfindən araşdırmalı olduğu halda araşdırılmamışdır. Ümimiyyətlə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin günahsız olmasını sübut edən hallar tam olaraq araşdırlması üçün verilən digər vəsatətlər təmin edilməmişdir. Tqəsirləndirilən şəxsin ifadəsində qeyd edilən bütün hallar məhkəmə tərəfindən araşdırlmalı idi. Cinayət işində əlavə şahid qismində dindirilmiş X3 ifadəsində mənim verdiyim və əlavə şahidn verdiyi cavab nəzərə alınmamışdır. Belə ki, mən əlavə şahidə sual verdim. " Siz evdə nə qədər oldunuz və sizin yanınızda axtarış aparıldımı." Əlavə şahid X3 verdiyi cavab " mən evdə on beş dəqiqə qaldım və evdə axtarış aparıldı və bundan sonra mən evdən çıxarıldım.” Yəqin ki, şahidin bu ifadəsi m əhkəmə auidoyazı sında öz əksini tapar. Şahidin bu ifadəsinin nəzərə alınmamasını subyektiv səbələrinin olması inkar edilməzdir. Yəni əlavə şahid bildiri ki, mən evdə olanda evdə narkotik vasitə tapılmır və evdən çölə çıxarılır və təqsirləndirlən şəxsin döyülmə səslərini eşidilir və 15 dəqiqə ərzində evdə axtarış zamanı müəyyən edilməyən narkotik vasitə sonradan aşkar olunur. Məhkəmədə hadisə zamanı təqsirləndirilən şəxsin yanında olan bütün hadisələrin bilavasitə şahidi və iştirakçısı olan X3 ifadəsi nəzərə alınmır. Yəni nə üçün nəzərə alınmadığınada şərh və izah yazılmır. Əlavə şahid X9 tərəfimdən ona verilən suala cavab olaraq bir mənalı şəkildə demişdir ki, mən evdə olarkən axtarış aparılmış, lakin narkotik vasitə evdən tapılmamışdır. Yəni polis əməkdaşları tərəfindən aparılan araşdırm a bir mənalı şəkildə əlavə şahidin iştirakı ilədə aparılmış, lakin narkotik vasitənin qoyulmasının əlavə şahid Abdullayev Kamilin görməməsi üçün onu həmin evdən çıxarmışlar. İş üzrə olan şahidlərin istintaq zamanı verdiyi izzahatlar, məhkəmə istintaqı zamanı verilən izahatlarla fərqli olmasına məhkəmə hüquqi qiymət verməmişdir, işdə olan şahidlərin ifadələrindü düzəliş edilməsinə səbəb isə təqsirləndirilən şəxsin təqsirsizliyinə yönəlmiş halların qarşısmn alınmasına səbəb olmuşdur. Məhkəmə iclasında telefon mesajlarına istinad edilir. Amma bu istinad nə üçün edilir bu barədə şərh yoxdur. Həmin mesajların təqsirləndiriən şəxs tərəfindən yazılıb yazılmaması işin faktiki halına necə təsir edə bilər? Meydanda faktiki polis əməkdaşları tərəfindən düzülüb qoşulmuş cinayət əməlini telefon mesajla rında sübut edən bircə mesaj belə rast gəlmək olmur. Maddi subut kimi işə əlavə edilmiş, təqsirlkəndirilən şəx tərəfindən ona məxsusluğu inkar edilən maddi subuta dair hansı telefon mesajı vardır. Yuxarıda qeyd edilənlərə əsasən müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçilərin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət v ə cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsa sən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-proses sual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkum Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət mə suliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün mü əyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəy inin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş, şahid ifadələrində və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin qanun pozuntusunu aradan qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş ü zrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikay a qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. üçün Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-c i maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə s übutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəfləri nin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyi
Məhkəmə qərarları › İş №1(102)-974/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-974/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver