Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-974/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(104)-491/2022 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəs i üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Məhkum xx xxxxxxx 1982-ci il tarixdə Bərdə rayonu, Dəymədağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, qeydiyyatda olmaqla yaşamışdır.
2. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttihama əsasən, Məhkum satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,119 qram psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 06 fevral 2022-ci il tarixdə, saat 10:45 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Güloğullar kəndində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bərdə Rayon Məhkəməsinin (hakim E.M.Əhmədov) 14 iyun 2022-ci il tarixli 1(021)107/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin digər məsələlər də həll edilmişdir.
4. Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Bərdə Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və Məhkum azadlıqdan məhrumetmə ilə əlaqədar daha ağır cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər S.B. Hüseynov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 28 oktyabr 2022-ci il tarixli, 1(104)-491/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. Kassasiya prorestinin dəlilləri:
7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr tərəfindən təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmadığından eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsi nin formalaşdırılması və ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Belə ki, məhkumun əvvəllər həmin maddə ilə təqsirli bilinərək cəzaya məhkum edilməsi, məhkumluğu ödənilmiş olsa belə, şəxsin sabit kriminal meylliliyinə dəlalət edir. Bundan başqa birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsiyətini xarakterizə edən halları nəzərə almdan ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növü azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq, qərarda təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırlması növündə cəzanın təyin edilmə sini qanunamüvafiq hesab etmiş, həmin cəzanın ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğun olması qənaətinə gəlmişdir.İşin hallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir.Məhkum ümumi çəkisi 1,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək saxladığı dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. 8. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarında görə” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Onun külli miqdarı isə 2 qramdan başlanır.Göründüyü kimi, Məhkum əldə edərək üzərində saxladığı psixotrop maddə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindəm 7 dəfə çocdur. Bu da onun əməlinin ictimai təhlükəliliyinə dəlalət edən haldır.
9. Kassasiya protestinin müəllifi protestin dəlillərini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsi ilə əlaqələndirmiş və məhkəmənin məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsinin kassasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qərarın kassasiya qaydasında ləğv və ya dəyişdirməyə əsas olduğunu qeyd etmişdir. Bu əsasla, dövlət ittihamçısı kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 okty abr 2022-ci il tarixli qərarının ləğv olunmasını və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. 11.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pro testinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.
12. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. 13.Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsə lələrin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.
14. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu bildirilir 16.Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaş mayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. 17.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
18. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.
20. Bu maddənin tələbinə görə cəza təyin edilərkən tövsif edilən maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi qənaətinə gəldikdə məhkəmə bunu hökm və ya qərarında əsaslandırmalıdır. Lakin tövsif edilən maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsində belə imperativ göstəriş müəyyən edilməmişdir.
19. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 21.«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsi 28 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətd iyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir.
24. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya və apelyasiya məhkəmələri tərəfindən Məhkum səmimi peşimalıq hissinin keçirməsi, ilk dəfə cinayət əməlini törətməsi, müsbət xarakterizə olunması cəzanın yüngülləşdirici hallar kimi qəbul edilməsində yanlışlığa yol versələr də, təyin edilmiş cəza, ümumilikdə, törətdiyi əmələlin ictimai təhlükəliliyi dərəcəsinə və xarakterinə, həmçinin şəxsiyyətinə adekvat olmuş və bu pozuntuların apelyasiya məhkməsinin qərarının və hökmün dəyişdirilməsi üçün kifayət qədər əsaslar hesab edilməli deyil.
25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 oktyabr 2022-ci il tarixli, 1(104)-491/2022 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.