Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-974/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1695/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş kassasiya şi kayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1987-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki o, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qızıl-zinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirib verəcəyi pulların qarşılığında qısa müddət ərzində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldatmaqla, öz üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 bacısı oğlu olan Şahid3 vasitəsi ilə həmin tarixə olan milli məzənnə ilə 53.550 manat dəyərində 31.500 ABŞ dollarını ələ keçirərək, zərəçəkmiş Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib qızıl zinət əşyaları, daşınmaz əmlakın və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə, verəcəyi pulların qarşılığında qısa müddətdə pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, öz üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 2 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 12.750 manat dəyərində 7.500 ABŞ dolları, 2020-ci ilin dekabr ayının əvvəlində eyni ünvanda eyni üsulla milli məzənnə ilə 37.400 manat dəyərində 22.000 ABŞ dolları olmaqla, cəmi 50.150 manatı vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirməklə, Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, ortaq tanışları Zərərçəkmiş şəxs1 öz evini satdığından, nağd pula malik olması barədə məlumat alaraq ucuz qiymətə təklif edilən bağ evini almaqla, kosmetik təmir etdikdən sonra, baha qiymətə sataraq gəlir əldə etmək üçün veriləcək pulun qarşılığında qısa müddətdə pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmə niyyəti olmadan, 09 fevral 2021-ci il tarixdə ünvan 3ov küçəsi məhəllə, 11/56 ev, 2 mənzil ünvanında 160.000 manatı ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan sonra Məhkum təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ortaq tanışları Zərərçəkmiş şəxs1 evini satdığından, nağd pula malik ol ması barədə məlumat alıb Bakı şəhəri Həzi Aslanov metrosu yaxınlığında ucuz qiymətə təklif edilən mənzili alaraq baha qiymətə satmaqla gəlir əldə etmə üçün veriləcək pul qarşılığında qısa müddətdə pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair Təqsirləndirilən şəxs vasitəsilə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəldən yerinə yetirmək niyyəti olmadan 12 fevral 2021-ci il tarixdə ünvan 3ov küçəsi məhəllə, 11/56 ev, 2 mənzil ünvanında 40.000 manatını ələ keçirib Nərgiz İbrahirmovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3. 19 yanvar 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Ba kı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-592/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum elan olunmuş ittihamlar üzrə – onun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qızıl-zinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 4 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 bacısı oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 53550 (əlli üç min beş yüz əlli) manat dəyərində 31500 (otuz bir min beş yüz) ABŞ dolları pulu ələ keçirərək, zərəçəkmiş şəxs Zərərç əkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və onun təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib qızılzinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 4 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 12750 (on iki min yeddi yüz əlli) manat dəyərində 7500 (yeddi min beş yüz) ABŞ dolları pulu, 2020-ci ilin dekabr ayının əvvəllərind ə eyni ünvanda eyni üsulla həmin tarixə olan milli məzənnə ilə 37400 (otuz yeddi min dörd yüz) manat dəyərində 22000 (iyirmi iki min) ABŞ dolları olmaqla ümumilikdə 50150 (əlli min yüz əlli) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə təqsirləndirilən şəxs Məhkum əməlində ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından, ona həmin epizodlar üzrə bəraət verilməsi; Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə həbsdə sax lanıldığı 2 (iki) günün təyin edilmiş cəza müddətindən çıxılmaqla ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 iyun 2022ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
5. Hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1695/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-592/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsi və iş üzrə yeni ittiham hökmünün çıxarılması, Məhkum təqsirli bilindiyi və qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 iki epizod üzrə müvafiq olaraq 160.000 manat və 40.000 manat məbləğində pullarını ələ keçirməklə k ülli miqdarda və xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə yanaşı, Zərərçəkmiş şəxs2 milli məzənnə ilə 53.550 manat dəyərində 31.500 ABŞ dollarını ələ keçirməklə külli miqdarda ziyan vurması və zərərçəkmiş Zərərçəkmiş şəxs3 milli məzənnə ilə 37.400 manat dəyərində 22.000 ABŞ dolları olmaqla, cəmi 50150 manatını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 2 (iki) günün təyin edilmiş cəza müddətindən çıxılmaqla ona qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 22 iyun 2022-ci il tarixdən hesablanması; Zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməmiş hissəsi 100.000 (yüz min) manatın təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum, 10.000 (on min) manatın təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi, ödənilmiş 500 (beş yüz) manat dövlət rüsumunun təqsirləndirilən şəxslər və mülki cavabdehlər Məhkum və Təqsi rləndirilən şəxs bərabər pay üzrə tutularaq, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
8. Hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd edilir ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin yaranmasına ciddi şübhələr olduğundan, imperativ xarakter daşıyan qanun tələblərinə görə həmin şübhələr məhkum edilmiş şəxsin xeyr inə təfsir edilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi bu normaya əməl etməmiş, işin hallarını təhrif edərək faktiki olaraq yalnız mülahizələr əsasında Məhkum təqsirliliyi barədə yanlış nəticəyə gəlmişdir. Cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Məhkum ilə birgə kommersiya fəaliyyəti barədə razılığa gəlib əməkdaşlıq etmişlər və bu əməkdaşlığı həyata keçirmişlər. Təqsirləndirilən şəxs həmin kommersiya əməkdaşlıq nəticəsində kifayət qədər gəlir əldə etmişdir. Təqsirləndirilən şəxs özü təkidlə bildirmişdir ki, Məhkum pulları faizin ödənilməsi müqabilində verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 mülki iddiası üzrə zərərin qalan hissəsi məhkum edilmiş şəxslərdən müştərək qaydada tutulmalıdır. Gələcəkdə isə hər hansı artıq məbləği ödəyən şəxs digərinə qarşı reqres qaydada pul tutulması barədə məhkəməyə iddia verə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1695/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verməklə aparılan cinayət təqibinə xitam verilməsi və onun məhkəmə iclasının zalından həbsdən azad edilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş iddianın qismən - 55.000 (əlli beş min) manat məbləği hissədə təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanıl ır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyiş dirilə bilər.
16. Kassasiya şikayətində müdafiəçi Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi iddia etməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1695/2022 nömrəli, 26 dekabr 2022-ci tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və huma nizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.
23. Belə ki, məhkumun müdafiəçisinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərç əkmiş şəxs3 birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin, eləcə də dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hökmündə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın hər 4 epizodu üzrə dələduzluq cinayətini törətməkdə təqsiri özünün və digər məhkum Təqsirləndirilən şəxs bir-birinə qarşı verdikləri ifşaedici ifadələri, onların hər birinin faktiki olaraq verdikləri ifadələrinin etirafedici məzmunu ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə toplanmış ilkin təhqiqat materialları, zərərçəkmiş şəxslərin hər birinə həmin dələduzluq cinayətlərinin törədilməsi zamanı vurulmuş maddi zərərlə bağlı toplanmış sənədlərlə, baxış, götürmə, müayinə, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilmişdir.
24. Bu səbəbdən apellyasiya məhkəməsi kollegiyası haqlı olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin hökmü Məhkum elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxlər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı törətdiyi dələduzluq epizodlarına bəraət verildiyi hissədə ləğv edilməli və o, elan olunmuş bütün epizodlar üzrə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta ye tirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
27. Kassasiya şikayətinin mülki iddia üzrə zərərin ödənilməmi ş qalan hissəsinin məhkum edilmiş şəxslərdən müştərək qaydada tutulmalı olması barədə müdafiəçinin göstərdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinin ümumi məzmununa görə, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.
28. Baxılan cinayət işinin materiallarından isə görünür ki, Zərərçəkmiş şəxs1 qanunla müəyyən edilmiş qaydada məhkumlar və mülki cavabdehlər olan Məhkum və Təqsirləndirilən şəxs mülki iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, mülki iddia üzrə 210.000 manat məbləğində pul tələb etsə də, tələbin 10.000 manat hissəsi ittiham üzrə müəyyən edilmiş məbləğə daxil olmadığından və bu məbləğ üzrə yaranmış mübahisə mülki xarakterli olduğundan, ibtidai istintaq orqanı tərəfindən həmin məbləğə aid hissədə hüquqi qiymət verilməklə cinayət təqibinin başlanması rədd edilmişdir.
29. Belə ki, cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 10.000 manat alaraq qaytarmaması faktı öz təsdiqini tapsa da, sübutlara görə pulun borc kimi verilməsi müəyyən edildiyindən, bu hissədə tərəflər arasındakı mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir.
30. Cinayət işi üzrə Məhkum tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 digər məhkum Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəx s halında iki epizod üzrə 160.000 manat və 40.000 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, vurulmuş maddi ziyanın 100.000 manat məbləğində hissəsi məhkum Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 ödənilmişdir.
31. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs cinayət əməli üzrə vurduğu maddi ziyanın ona aid hissəsini, yəni yarısını artıq ödəmiş, həmin maddi ziyanın 100.000 manat hissəsinin ödənilməsi vəzifəsi isə Məhkum üzərindədir.
32. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməmiş hissəsi 100.000 (yüz min) manat hissəsinin mülki cavabdeh Məhkum və 10.000 (on min) manat hissəsinin mülki cavabdeh Təqsirləndirilən ş əxs tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən ödənilmiş 500 (beş yüz) manat dövlət rüsumunun məhkumlardan bərabər pay üzrə tutularaq, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi barədə qənaətində apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olmuşdur.
33. Təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdi r.
34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1695/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1695/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.