Məhkəmə qərarları › İş №1(102)-975/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-975/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-975/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7 və Məhkum1 və müdafiəçisi X5 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum1 və Məhkum2 barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarından Məhkum1 və müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Cəlil Nəbiyev, hakimlər İlkin Abdullayev və Mehdixan Abdullayevdən ibarət tərkibdə) 1(99)-255/2019 nömrəli 26 iyul 2019-cu il tarixli hökmü ilə, Məhkum1, 28 iyun 1982-ci il tarixdə ****** rayonunun Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, **** rayonunun ******** kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, *******************************nömrəli binada yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla o, qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2018-ci ildən hesablanmış, Məhkum2, 07 iyul 1978-ci ildə Ağstafa rayonunun ******** kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun ****** kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ************************************ kirayədə yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla o, qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlan ğıcı 05 sentyabr 2018-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2018-ci ilin avqust ayında İran İslam Respublikasında olarkən qanunsuz yolla qazanc əldə etmək üçün tanışı Məhkum1 və şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, tanışı Məhkum1lə 27 avqust 2018-ci ildə İran İslam Respublikasının Aslandüz şəhərinə getmiş, Məhkum1 və cinayətkar qrupun digər üzvü ona külli miqdarda narkotik vasitəsini cinayətkar qrupun üzvündən götürərək Azərbaycan RespublikasınaBakı şəhərinə aparmağı təklif etmiş, Bakı şəhərində həmin narkotik vasitəni ondan Məhkum1 götürəcəyini demiş, cinayətkar qrupun üzvü bunun müqabilində onların hər birinə, yəni 500 manat ona, 500 manat isə Məhkum1 verəcəyini bildirmiş, Məhkum2 5 sentyabr 2018-ci ildə İran İR-na getmiş, orada qanunsuz olaraq satış məqsədi ilə cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvündən 6 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 292,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhərində Məhkum1 vermək üçün əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 ədəd bükümü daxili orqanı-cinsiyyət orqanında, digər 3 ədəd bükümü isə düz bağırsağında yerlə şdirib saxlamaqla daşımış və həmin gün saat 18:20 radələrində Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum1, onun müdafiəçisi B.F.Bayramov və təqsirləndirilən şəxs Məhkum2 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-512/2019 nömrəli 30 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarından Məhkum1 və müdafiəçisi Bəhruz Bayramov tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassator Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli və ona təqsirli bilindiyi CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, istər ibtidai istintaq, istərsə də birinci instansiya və apellyasiya instansiya məhkəmələri Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsini, “İnsan hüquq və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 6. 1-ci maddəsinin tələblərini pozaraq, insan hüquqlarının müdafiəsinə dair qanunsuz qərar qəbul etmişlər. Məhkum qeyd edir ki, iş materiallarından da məlum olduğu üzrə o, 3 dəfə İran İslam Respublikası ərazisinə getmiş və gömrük yoxlanışı zamanı heç bir istifadəsi qanunla qadağan olunmuş əşya və ya maddəyə rastlanmamışdır. Sərhədkeçmə hesabatından da görünür ki, Məhkum2 05 sentyabr 2018-ci il tarixində İİR-na tək getmiş və həmin gün qayıdarkən üzərindən külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Məhkum2 ilkin ifadələrində həmin vasitənin digər şəxslərə aid olduğunu qeyd etsə də, o və ailə üzvləri sonda Məhkum1 qarşı yalan ifadə vermişdir. Eyni zamanda məhkəmə texniki ekspertizasının 27.12.2018-ci il tarixli 31492 nömrəli rəyindən görünür ki, Məhkum2 telefonunda “********” kimi qeyd etd iyi Məhkum1lə “Whatsapp” proqramı vasitəsi ilə 25.08.2018-ci ildə saat 14:28-də, 27.08.2018-ci ildə saat 12:12-də, 01.09.2018-ci ildə saat 11:00-da (2 dəfə), 02.09.2018-ci ildə 01:10-da əlaqə saxlamışdır. Bundan əlavə, həmin rəydən görünür ki, Məhkum2 telefonunda “******” kimi qeyd etdiyi “İranlı ********” “Whatsapp” proqramı vasitəsi ilə 28.08.2018-ci ildə saat 19:45də, 29.08.2018-ci ildə saat 12:13-də, 29.08.2018-ci ildə saat 17:00-da, 20:28-də, 31.08.2018-ci ildə 18:33-də, 18:36-da, 02.09.2018-ci ildə saat 15:06, 15:54, 03.09.2018-ci ildə 20:44-də, 03.09.2018-ci ildə saat 20:46-da, 05.09.2018-ci ildə 11:45-də və 20:26-da əlaqə saxlamışdır. Məhkum sadalanan müddətlərin hamısı birlikdə İİR-na gediş-gəliş vaxtları ilə üst-üstə düşdüyünü və həmin ərəfələrdə qayıdarkən onun üzərindən heç bir narkotik vasitənin aşkar edilmədiyini bildirmişdir. Bundan başqa, iş materiallarında olan məlumatlara keçirilmiş baxış protokolundan görünür ki, Məhkum2 X11 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə İranlı “********* ”a məxsus olan İran İslam Respublikası operatoruna məxsus olan 098-***-***-**-** mobil nömrə arasında Məhkum2 tutulduqdan 3 gün sonra (08.09.2018) saat 17:55-də 210 saniyə müddətində danışıq aparılmışdır. Belə olan halda görünür ki, İranlı Ş6ın hətta Məhkum2 ilə də münasibəti olmuş və əlaqə saxlamışlar. Yekunda Məhkum2 ilə əvvəllər İİR-na getməyinin, həmin ərəfədə ona zəng etməyi, qaçaqmalçılıq yolu ilə satış məqsədilə narkotik vasitənin bir qrup şəxs tərəfindən əldə edilməsi, külli miqdarda əldə olunması, həmin narkotik vasitənin satılmasının ona aid hissədə təsdiq olu nmadığını vurğulamışdır. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarının ona aid hissədə ləğv edilməsini və ona təqsirli bilindiyi CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi B6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, Məhkum1 bu cinayət əməlini törətməsini sübut edən hər hansı faktın olmamasına baxmayaraq onun barəsində hökm çıxarmış və cəza təyin etmişdir. İttiham tərəfin sübutları təqsirləndirilən şəxs Məhkum1 barəsində təqsirlənd irilən Məhkum2, onun övladları X11, X8 istintaqa verdiyi ifadələrdir. Təqsirləndirilən Məhkum2 ilkin şahid və təqsirləndirilən şəxs verdiyi ifadələrdə Məhkum1 bu cinayətdən xəbəri olmamasını, onun bu işdə iştirak etmədiyini bildirsə də, hadisədən 2 ay 18 gün keçdikdən sonra yenidən ifadə verməsi və təqsirləndirilən Məhkum1 əleyhinə yenidən ifadə verməsi, bundan bir gün sonra övladlarının guya faktı təsdiqləməsi bu sübutların saxta və qərəzli olmasını bir daha təsdiq edir. Belə ki. Məhkum2 və yaxınları Məhkum1 və yaxınlarından pul tələb etmiş, əks təqdirdə onun bu işdə əli olması barədə yalan ifadə verəcəklərini bildirmişdilər. Təqsirləndirilən Məhkum1 bu işdə heç bir iştirakı olmadığını bildirmiş və imtina etmişdir. Apellyasiya instansiya məhkəməsi bu halları araşdırmamış, sübutları əsasla ndırmamış və formal qərar çıxarmışdır. 2012-ci ildən təqsirləndirilən Məhkum1 mütəmadi İran İR-na gedib-gəlmiş və ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. Bu müddət ərzində bir dəfə də olsun bu maddələr üzrə nə cinayət məsuliyyətinə cəlb olunmuş və ya belə cinayətlər üzrə şahid qismində cəlb olunmamışdır. Məhkum2 ilə 3 dəfə İran İR-da birlikdə gedib-gəlsələr də həmin müddət ərzində onun təsdiq etdiyi narkotik vasitə gətirməmişlər. Məhkum2 İran İR-na tək gedən zaman narkotik vasitə gətirməsində Məhkum1 iştirakının olmasını deməsi absurddur. Məhkum2 X8 guya Məhkum1 və anasının “Whatsapp” yazışmalarına qulaq asması, Məhkum1 guya anasına narkotik vasitə gətirməyi tələb və təklif etdiyini deməsi məhkəmə istintaq orqanı bunu sübut kimi qəbul etməsi qanunsuz və əsassızdır. Çünki belə bir y azışma mövcud deyildir. Mövcud olsaydı istintaq orqanı telefonlara texniki ekspertiza təyin etməklə bərpa edib, sübut kimi təqdim edərdi. İstintaq orqanı əsas iştirakçı X3 cinayət məsuliyyətinə cəlb etməmiş və gizlətmişdir. Baxmayaraq ki, məsuliyyətə cəlb olunması üçün kifayət qədər sübutlar olmuşdur. 2018-ci il ərzində İran İR-nın vətəndaşı Şehranla mütəmadi olaraq danışmış, təqsirləndirilən Məhkum2 ilə mütəmadi əlaqə saxlamış, sərhədi keçməyinə nəzarət etmiş, narkotik vasitəni gətirməsi üçün pul, nömrə ilə təchiz etmişdir. Məhkəmə işə baxan zaman nəinki bu halları araşdırmış, ümumiyyətlə qiymət verməmiş, nəticədə Məhkum1 qanunsuz olaraq 8 il azadlıqdan məhrum edilmişdir. Məhkum1 E6 hər hansı bir əlaqəsi olmamış, Ş6la yalnız bir dəfə danışmışdır. Müdafiəçi göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarının məhkuma aid hissədə ləğv edilməsini və ona təqsirli bilindiyi CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum1, müdafiəçisi B6 və kassasiya şikayətlərinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilm əli, məhkumlar Məhkum1 və Məhkum2 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsə lələrinə öz münasibətini bildirir. X2 Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və Məhkum1 barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə iş üzrə təqsirləndirilən şəxs Məhkum2 2018-ci ilin avqust ayında İran İslam Respublikasında olarkən qanunsuz yolla qazanc əldə etmək üçün tanışı Məhkum1 və şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhəd indən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, tanışı Məhkum1lə 27 avqust 2018-ci ildə İran İslam Respublikasının Aslandüz şəhərinə getmiş, Məhkum1 və cinayətkar qrupun digər üzvü ona külli miqdarda narkotik vasitəsini cinayətkar qrupun üzvündən götürərək Azərbaycan Respublikasının Bakı şəhərinə aparmağı təklif etmiş, Bakı şəhərində həmin narkotik vasitəni ondan Məhkum1 götürəcəyini demiş, cinayətkar qrupun üzvü bunun müqabilində onların hər birinə, yəni 500 manat ona, 500 manat isə Məhkum1 verəcəyini bildirmiş, Məhkum2 5 sentyabr 2018-ci ildə İran İR-na getmiş, orada qanunsuz olaraq satış məqsədi ilə cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzv ündən 6 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 292,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhərində Məhkum1 vermək üçün əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 ədəd bükümü daxili orqanı-cinsiyyət orqanında, digər 3 ədəd bükümü isə düz bağırsağında yerləşdirib saxlamaqla daşımış və həmin gün saat 18:20 radələrində Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Qeyd olunan əməllərə görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Füzuli rayonundan məcburi köçkün kimi himayəsində arvadı və 2 azyaşlı uşaqları ilə birgə Bakı şəhərində məskunlaşıb yaşamış, Məhkum2 uzun müddətdir ki, tanımış, onunla çörək sexində birlikdə işləmiş, münasibətləri çox yaxın olmuşdur. 2018-ci ilin iyul ayında M8 zəng etmiş, M8 işləmədiyini, banka 800 manat kredit borcu olduğunu demiş, sonuncu ondan nə işlə məşğul olduğunu soruşarkən o, M8 İrana gedərək ərzaq məhsulları və məişət əşyaları gətirib satdığını, ona xeyli qazanc qaldığını bildirmişdir. M8 köməklik göstərmək məqsədi ilə ona da onunla İrana gedərək onun gətirdiyi mallardan gətirib satmağı təklif etmiş, sonuncu onun təklifi ilə razılaşdığından onlar birinci dəfə avqustun 21-də İrana gedib oradan ərzaq məhsulları və məişət əşyaları alıb gətirmişlər. M8 avqust ayında İranda olarkən onu orada yaşayan, 2018-ci ilin iyun ayından tanıdığı Ş6 adlı şəxsi yaxın dostu kimi təqdim etmiş, Ş6 İranda dükanı olduğunu və onun dükanında olan malları ucuz satdığını bildirmiş, Ş6 saat, telefon, cehiz əşyaları və digər mallar alaraq gətirib Bakıda satmışlar. Mətanətlə birlikdə İrana ümumilikdə 3 dəfə, sonuncu dəfə isə sentyabrın 01-də getmiş, o, göz həkiminə getmək məqsədi ilə Ərdəbil şəhərinə getmiş, M8 isə Ş6 yanında qalaraq bazarlıq etdikdən sonra özü tək Bakıya qayıtmışdır. Sentyabrın 05-də M8 İrana tək özü getmiş, həmin vaxt onun orada kiminlə görüşməsindən, nə etməsindən xəbəri olmamışdır. M8 İrandan narkotik vasitə gətirib Bakıda kiməsə verib pul almağı təklif etməmiş, M8 narkotik vasitə gətirməsi ilə bağlı söhbət etməmiş, M8 müəyyən məbləğdə pulun qarşılığında narkotik vasitəni daxil orqanında gizlədərək gömrükdən keçirərkən tutulmasından məlumatı olmamış, M8 tutulandan sonra M8 qardaşı ona zəng etmiş, bu işdə onun da əlinin olduğunu demiş, sonuncuya onun həmin vaxt İranın Aslandüz şəhərində olduğunu bildirmişdir. 2018-ci ilin iyun ayında İranda olarkən Ş6 ona qazan aparmaq əvəzinə narkotik aparmağı təklif etdikdə ona rədd cavabı vermişdir. O, M8 izahatına əsasən tutulmuş, istintaq zamanı ona qarşı təsir-təzyiqlər olmuş, lakin bu barədə heç bir orqana şikayət etməmiş, M8 tutulandan 2-3 ay sonra onun da bu işlə əlaqəsinin olması barədə izahat verməsinin səbəbini bilməmişdir. Hazırda onun bu işlə heç bir əlaqəsinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər Məhkum2 mə hkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə birinci instansiya məhkəməsində də ifadə verərək özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğlu H6 və qızı A8 Bakı şəhərində Nəsimi rayonunda kirayədə yaşamışdır. 2018-ci ilin iyul ayında əvvəllər onunla birlikdə çörək sexində işləmiş Məhkum1 ona zəng edərək nə işlə məşğul olduğunu soruşmuş, S6 hazırda heç bir yerdə işləmədiyini, bankda kreditlərinin olduğuna görə təcili iş axtardığını demiş, S6 ona İrana gedib ərzaq malları gətirib satmağı təklif etmiş, S6 onun kirayə qaldığı evə gələrək onunla söhbət etmiş, onunla söhbət zamanı S6 ərzaq malları gətirib satmaqla yaxşı pul qazanmağın mümkün olmadığını bildirib İrandan narkotik vasitə də gətirib burada satmağın mümkün olduğunu, gömrük postundan keçərkən qadınları ciddi yoxla mırlar deyərək narkotik vasitəni gətirməyi ona, satmağı isə öz boynuna götürməyi təklif etmiş, qorxduğundan onun təklifi ilə razılaşmamış, uşaqlarının olduğunu, halal yolla pul qazanmaq istədiyini, məişət əşyaları və ərzaq məhsulları alıb gətirə biləcəyini demiş, avqustun 21-də və 27-də S6 İrana gedib ərzaq məhsulları və məişət əşyaları alıb gətirib satmışlar. Avqustun 27-də 2-ci dəfə S6 ərzaq almaq üçün İranın Biləsuvar şəhərinə gedərkən S6 yol boyu bir nəfər İranlı ilə “Watsapp”la görüntülü danışmış, həmin şəxs S6dən onu təkidlə onun yanı aparmağı demiş, S6 həmin adamın kim olduğunu soruşarkən S6 həmin şəxsin adının “Ş6” olduğunu, İranda yaşadığını, Aslandüz şəhərində dükanı olduğunu və malları ondan ucuz alacaqlarını bildirmiş, onlar Biləsuvar şəhərində mal almaq üçün düşmüş, S6 ona “bi r yer var, ora gedək orda mal ucuzdu” alıb qayıdarıq deyib maşınla onu tanımadığı kəndə aparmış, S6 həyət evlərindən birinə girib çıxdıqdan sonra ona “həmin evdə 2 nəfər İranlı şəxslə cinsi əlaqədə ol, hərəsi 100 manat, ümumilikdə sənə 200 manat pul verəcəklər” deyərək onu fahişəliyə təhrik etmiş, S6 dalaşaraq onun təklifini rədd etmişdir. Sentyabrın 1-də alış-veriş etmək üçün yenidən S6 İrana getmiş, orada olarkən S6 onu Ş6 adlı dostu ilə tanış etmiş, söhbət zamanı Ş6 ona “S6 narkotiki keçirməklə bağlı sizinlə danışıb?” sualını verərkən sonuncuya S6 təklifi ilə razı olmadığını bildirmiş, onların hər ikisi narkotikdə yaxşı pul olduğunu demiş, o həmin gün geri qayıtmış, S6 isə İranda qalmış, tezliklə onu gözləyəcəyini bildirmiş, Bakıya qayıtdıqdan sonra S6 ona “Watsapp”la tez-tez zənglər et məyə başlamış, hər danışanda narkotikdə yaxşı pul olduğunu deyərək İrandan narkotik vasitə gətirməyə razılıq verməsi üçün ona təzyiqlər göstərmiş, əgər etməsə İrandan ərzaq məhsulları gətirməsinə mane olacağı barədə ona hədə-qorxu gəlmiş, bu hal bir neçə dəfə təkrar olunmuşdur. 05 sentyabr 2018-ci ildə belində olan ağrılarla bağlı İranın Biləsuvar şəhərinə getmiş, S6 Ş6 gələrək onu Aslandüz şəhərinə evinə aparmış, Ş6ın arvadı ilə həkimə getmiş, həmin gün geri qayıtmaq istəyərkən S6 ona “sən narkotiki götür get Bakıya, mən 2-3 günə Bakıya gəlib səndən götürəcəm” demiş, S6in sözünə inanıb həmin tarixdə kredit borcunu ödəməli olduğuna görə məcburən razılaşmış, Ş6 narkotik vasitənin maşında olduğunu demiş, onlar birlikdə Biləsuvar şəhərində olan otellərdən birinə getmiş, oteldə Ş6ın adını xatı rlamadığı yoldaşı 6 bükümdə olan narkotik vasitəni ona verərək daxili orqanında gizlət demiş, 6 bükümdə olan narkotik vasitənin 3 bükümünü cinsiyyət orqanında, 3 ədəd bükümünü isə düz bağırsağında yerləşdirib saxlamış, sonra onu gömrük sərhəddinə gətirmişlər. 05 sentyabr 2018-ci ildə saat 18:20də Biləsuvar gömrük postuna girərək pasport nəzarətindən keçdikdən sonra piyada xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olmuş, yüklərini rentgen qurğusundan keçirmiş, gömrük əməkdaşlarının ondan şübhələndiklərini hiss etmiş, onunla sorğu-sual edərək onu şəxsi yoxlama otağına aparmışlar. Orada üzərini 2 nəfər hal şahidinin iştirakı ilə yoxladıqdan sonra gömrük əməkdaşı onu həkim müayinəsindən keçirmək üçün xəstəxanaya aparmış, xəstəxanada həkim müayinəsi ilə cinsiyyət orqanında və dü z bağırsağında gizlədib saxladığı 6 büküm aşkar edilərək çıxarılmış, bükümlər açıldıqda içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olduğu məlum olmuşdur. Bükümlər tərəzidə çəkilərkən ümumi çəkisi 295 qram olmuş, onlar qablaşdırılaraq götürülmüş, sonra protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstintaqın əvvəlində S6in onun uşaqlarına baxacağını fikirləşdiyi üçün sonuncunun bu cinayətdə iştirakını deməmiş, yəni düzgün ifadə verməmiş, lakin sonradan S6in onun uşaqlarına heç bir köməklik etmədiyini eşidib istintaq orqanına düzgün ifadə vermişdir. Qadın olmasını, törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk dəfə cinayət törətməsini və himayəsində olan bir oğlunun və yetkinlik yaşına çatmayan bir qızının olmasını və nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Biləsuvar Gömrük İdarəsinin inspektoru vəzifəsində işləyir. 05 sentyabr 2018-ci ildə saat 18:30 radələrində xidməti vəzifəsini yerinə yetirərkən gömrük postunun piyada keçid məntəqəsindən keçməklə Azərbaycana gələn və şəxsiyyəti ona sonradan məlum olan Məhkum2 adlı şəxs gömrük yoxlama xəttinə daxil olaraq sənədlərini təqdim etmiş, onunla şifahi qaydada söhbət aparılaraq üzərində, daxili orqanlarında və əl yüklərinin içərisində dövriyyəsi Azərbaycan Respublikası ərazisində qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin və eləcə də mütləq bəyan olunası digər predmetlərin olub-olmaması barədə soruşduqda o, ü zərində, daxili orqanlarında və əl yüklərinin içərisində qanunla qadağan olunmuş predmetlərin olmadığını bildirmiş, sorğusual zamanı özünü şübhəli apardığı üçün üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmiş və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə üzərində şəxsi yoxlama aparılarkən üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Lakin, Məhkum2 yoxlandıqca özünü narahat hiss etdiyindən onun daxili orqanlarında narkotik vasitə gizlətdiyini ehtimal edib ona həkim müayinəsindən keçirəcəyini bildirərkən o, daha da narahat olmağa başlamış, daxili orqanında gizlətdiyi narkotik maddələrin aşkar ediləcəyini başa düşüb cinsiyyət orqanında və düz bağırsağında narkotik maddə gizlətdiyini demiş, Mətanət hal şahidlərinin iştirakı ilə Biləsuvar MRX-na aparılmış, xəstəxanada müayi nə zamanı cinsiyyət orqanından və düz bağırsağından ümumilikdə 6 ədəd büküm aşkar edilmiş, aşkar edilən bükümlər açıldıqda içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu müəyyən edilmiş, həmin bükümlərdə olan maddə elektron tərəzidə çəkilərək qablaşdırılması ilə birgə ümumi çəkisi 295 qram olmuş, baxışdan sonra protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2018-ci ildə saat 18 radələrində gömrük əməkdaşı Adilə Seyidovanın təklifinə əsasən həmyerlisi S8 ilə yoxlamada hal şahidi qismində iştirak etmiş, baxış başlanmazdan əvvəl gömrük əməkdaşı X17 Məmmədovanı şifahi sorğu-sual edərək üzərində və əl yüklərinin içərisində qanunla qadağan olunmuş predmetlərin olub-olmaması barədə soruşduqda, o, üzərində, daxili orqanlarında və əl yüklərinin içərisində qadağan olunmuş predmetlərin olmadığını bildirmiş, lakin baxış zamanı Məhkum2 yoxlandıqca özünü çox narahat hiss etdiyini, cinsiyyət orqanında və düz bağırsağında narkotik maddə olduğunu demiş, Məhkum2 onların iştirakı ilə Biləsuvar MRX-na aparılmış, xəstəxanada müayinə zamanı cinsiyyət orqanından və düz bağırsağından sellofana bükülmüş ümumilikdə 6 ədəd büküm, aşkar edilmiş, aşkar edilən bükümlər açıldıqda içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu müəyyən edilmiş, aşkar edilən maddə elektron tərəzidə çəkilərək qablaşdırılması ilə birgə ümumi çəkisi 295 qram olmuş, baxış başa çatdıqdan sonra tərtib edilmiş protokol onlar və Mətanət Məmmədova tərəfin dən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 da analoji ifadə verərək digər şahid X1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, anası Məhkum2 və bacısı A8 ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Təqsirləndirilən şəxs Məhkum2 anası, Məhkum1 isə anasının tanışıdır. Anası tutulana kimi Məhkum1lə bir yerdə işləmiş, münasibətləri həmişə yaxşı olmuşdur. Hadisədən əvvəl S6 onların Bakıda kirayədə yaşadığı evlərinə gələrək anası M8 İrandan qab-qacaq və ərzaq məhsulları gətirib onların mağazalarında satmağı, yaxşı pul qazana biləcəklərini bildirmiş, anasının pasportu olmadığından anası yeni pasport alaraq 2018-ci ilin avqust ayın da iki dəfə S6lə birlikdə ərzaq məhsulları almaq üçün İrana getmiş, İrandan qab-qacaq, yuyucu vasitələr, şirniyyatlar alıb gətirmişlər. Avqust ayının sonunda İranda olarkən geri qayıtmaları bir qədər uzandığından anasına bir daha İrana getməməsini tapşırmışdır. Sentyabr ayının əvvəllərində Quba rayonuna getmiş, ayın 6-da orada olarkən anasının S6lə İrana getdiyini eşidib S6in nömrəsini taparaq ona zəng etmiş, anasının onunla getdiyini bildirib harada olduğunu soruşmuş, sonuncu M8 xəbəri olmadığını demiş, həmin vaxt dayısı S7 telefonu ondan alaraq S6dən M8 nə üçün tutulduğunu təkidlə soruşmuş, S6 cavab verməyib telefonu söndürmüş, bir qədər sonra xatırlamadığı İran nömrəsi ilə onun istifadəsində olan nömrəyə zəng gəlmiş, həmin şəxs özünü təqdim edərək Ş6 olduğunu bildirmiş, S6lə danışaraq p ul verib anası M8 həbsdən qurtaracağına söz vermiş, Ş6 zəngindən sonra, eləcə də bacısı A8 “S6in, anası M8 İrandan narkotik maddə gətirməsini təklif etdiyini, lakin anasının razı olmadığını bildirdikdə, S6in ona hədə-qorxu gəldiyini eşitdikdən sonra onun bu işdə əli olduğunu, anasını S6in məcbur etdiyini bilmiş, S6 əvvəl onlara kömək edəcəyini bildirsə də, sonradan telefonlara cavab verməmiş, bu səbəbdən də S6dən şikayətçi olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum2 anası, Məhkum1 isə anasının tanışıdır. Anası tutulana kimi Məhkum1lə bir yerdə işləmiş, münasibətləri həmişə yaxşı olmuşdur. 2018-ci ilin yay aylarında S6 onların evinə gəlmiş, anası Məhkum2 İrandan qab-qacaq və ərzaq məhsulları gətirib onlar ın mağazalarında satmağı təklif etmiş, yaxşı pul qazana biləcəyini bildirmişdir. Həmin ilin avqust ayında anası iki dəfə S6lə birlikdə ərzaq məhsulları almaq üçün İrana getmiş, getdikləri gün də geri qayıtmış, anası qab-qacaq, yuyucu vasitələr, şirniyyatlar gətirmişlər. Sentyabr ayının əvvəllərində qardaşı Quba rayonuna getmiş, anasının mobil telefonunda “Whatsapp” sosial şəbəkəsində təsadüfən S6lə yazışmalarını oxumuş, S6in mesajlarında anasına İrana gedib narkotik vasitə gətirməyi təklif etdiyini, bu işdə çoxlu pul olduğunu bildirmiş və bu məzmunda çoxlu mesaj və səs göndərilmiş, anası isə onun bu təkliflərini rədd etmişdir. S6 anasına zəng vuraraq, ondan İrandan narkotik vasitə gətirməyə razılıq verməsi üçün təzyiq göstərmiş, əgər etməsə İrandan ərzaq məhsulları gətirməsinə mane olacağı barədə ona hədə-qorxu gəlmiş, anası isə S6lə mübahisə etmiş və ondan əl çəkməsini bildirmiş, anası ilə mağazadan evə qayıdarkən S6 onlara yaxınlaşmış, anası onunla danışmaq istəməmiş, S6 ona “özünü nə üçün məni tanımamazlığa qoymusan” deyə kobud şəkildə danışmış, İrana narkotik vasitə gətirmək üçün onunla birlikdə getməsini bildirmiş, anası isə getməyəcəyini demiş və ondan qurtulmaq üçün məhəllədəki mağazaya girmiş, sonra S6 anasına zəng vuraraq yenə eyni şeyi demiş, anası isə ona çıxıb getməsini və ondan əl çəkməsini bildirmişdir. Bir neçə gün S6 telefonda anasına İrandan narkotik gətirməyə getməyi təklif etmiş, bu məzmunda mesajlar göndərmiş, anasına bir dəfə görüntülü zəng vuraraq narkotik işində yaxşı pul olduğunu, hər dəfə əzab-əziyyətlə İrandan ərzaq, qab-qacaq gətirib az pul qazanm aqdansa narkotik gətirərək varlana biləcəyini, narahat olmamağı, onsuz da gömrükdə qadınları ciddi yoxlamadıqlarını demişdir. Bundan sonra anası onun əl çəkmədiyini görüb, qorxduğu üçün razılaşmış, 1 sentyabr 2018-ci ildə səhər saatlarında S6 taksi ilə gəlib anasını evdən götürmüş və İrana getmiş, qorxduğu üçün narkotik məsələsini qardaşına deməmiş, 5 sentyabr 2018-ci ildə axşam saatlarında anası telefonla qardaşına zəng vurmuş və gömrükdə narkotiklə tutulduğunu bildirmiş, həmin vaxt dayısı Orxan Məmmədov onlarda olmuş, qardaşı H6 və babası M6 zəng vuraraq narkotik gətirmək üçün anasını İrana S6in apardığını, anasının tutulmağında S6in əli olduğunu, sonuncunun anası ilə telefon zənglərini, yazışmalarını, anasına təzyiq göstərməsini demişdir. Kollegiya qeyd edir ki, iş materiallarında ola n protokoldan görünür ki, “şəxsi yoxlama aparılması haqqında” 5 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, yoxlama başlanmazdan əvvəl, Məhkum2 gömrük orqanlarına bəyan edilməmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, yoxlanılan Məhkum2 isə, qanunla qadağan edilmiş və ya bəyan etmədiyi heç bir şeyin olmadığını bildirmişdir. Hal şahidlərinin iştirakı ilə keçirilmiş şəxsi yoxlama zamanı onun cinsiyyət orqanından və düz bağırsağından ümimilikdə sellofana bükülmüş 6 ədəd büküm aşkar edilmiş, həmin bükümlər açıldıqda onların içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu müəyyən edilmiş, aşkar edilən maddələr elektron tərəzidə çəkilərək qablaşdırılması ilə birgə ümumi çəkisi 295 qram olmuş, baxışla bağlı tərtib edilmiş protokol bütün işt irakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı “Ş6” adlı şəxsin İran operatoruna məxsus 098-***-***-**-** mobil nömrəsindən Məhkum2 istifadəsində olmuş ***-***-**-** nömrəsinə 29 avqust və 02 sentyabr 2018-ci il tarixlərdə 2 dəfə, 04 sentyabr 2018-ci ildə isə 1 dəfə zəng edilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Məhkum1 aid hissədə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkuma isnad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutlar ın hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı sübutlar cinayət işinin icraatına Məhkum1 barəsində bəraətverici əsaslarla xitam verilməsinə heç bir əsas vermir. Kassasiya şikayətlərinin dəlilləri təkzibedilməz sübutlara söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçinin cinayət işinin icraatına Məhkum1 aid hissədə xitam verilməsinə dair dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, cinayət işinin icraatına Məhkum1 aid hissədə xitam verilməsi üçün cinayət işinin materiallarında heç bir sübut yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakılara əsasən işə baxan məhkəmələrin Məhkum1 əməlinin Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsifinə dair gəldikləri nəticəni əsassız hesab edir. Belə ki, işin hallarından müəyyən olunur ki, Məhkum2 2018-ci ilin avqust ayında İran İslam Respublikasında olarkən qanunsuz yolla qazanc əldə etmək üçün tanışı Məhkum1 və şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, tanışı Məhkum1lə 27 avqust 2018-ci ildə İran İslam Respublikasının Aslandüz şəhərinə getmiş, Məhkum1 və cinayətkar qrupun digər üzvü ona külli miqdarda narkotik va sitəsini cinayətkar qrupun üzvündən götürərək Azərbaycan Respublikasına- Bakı şəhərinə aparmağı təklif etmiş, Bakı şəhərində həmin narkotik vasitəni ondan Məhkum1 götürəcəyini demiş, cinayətkar qrupun üzvü bunun müqabilində onların hər birinə, yəni 500 manat ona, 500 manat isə Məhkum1 verəcəyini bildirmiş, Məhkum2 5 sentyabr 2018-ci ildə İran İR-na getmiş, orada qanunsuz olaraq satış məqsədi ilə cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvündən 6 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 292,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhərində Məhkum1 vermək üçün əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 ədəd bükümü daxili orqanı-cinsiyyət orqanında, digər 3 ədəd bükümü isə düz bağırsağında yerləşdirib saxlamaqla daşımış və həmin gün saat 18:20 radələrində Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. İş materiallarında olan “sərhədkeçmə hesabatlarına” baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum1 tanışı Məhkum2 ilə birlikdə 21.08.2018-ci ildə Biləsuvar gömrük postunu keçməklə İran İslam Respublikasına getmiş, 22.08.2018-ci ildə geri qayıtmış, 27.08.2018-ci ildə həmin gömrük postunu keçməklə yenidən İran İR-na getmiş, 29.08.2018-ci ildə geri qayıtmışlar. 01.09.2018-ci ildə onlar Biləsuvar gömrük postunu keçməklə İran İR-na getmiş, lakin Məhkum2 01.09.2018-ci ildə geri qayıtsa da Məhkum1 12.09.2018-ci il tarixədək İran İR-da qalmışdır. Məhkum2 yenidən 05.09.2018-ci ildə İran İR-na gedərək həmin g ün külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərkən Biləsuvar gömrük postunda saxlanılmışdır. İşin hallarında da göründüyü Məhkum2 isnad edilən 292,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tək keçirmişdir. Narkotik maddə gömrük sərhəddindən qrup halında deyil, tək keçirilmişdir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi bu maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinə əsasən, bu Məcəl lənin 206.1 və 206.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bu maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 34.1-ci maddəsinə əsasən, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qanun normasının tələbindən də göründüyü kimi əməl o vaxt qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur ki, iki və ya daha çox şəxs bu əməli birgə törətmiş, yəni birgə icra etmiş olsunlar. Əgə r cinayət bir nəfər tərəfindən törədilirsə (icra edilirsə), digər şəxs və ya şəxslər bu cinayətin törədilməsində bilavasitə iştirak etməmişlərsə, o zaman onun (onların) əməli (əməlləri) cinayətdəki roluna görə CMin 32-ci maddəsinə istinad edilməklə təşkilatçı, təhrikçi və ya köməkçi kimi tövsif edilməlidir. Hazırki halda da Məhkum1 isnad edilən narkotik maddənin bilavasitə dövlət gömrük sərhəddindən keçirilməsində iştirak etməsə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında Məhkum2 və şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik etməsi barədə qabaqcadan əlbir olub cina yət əlaqəsinə girmiş, əldə edilmiş razılığa əsasən və onun məsləhəti ilə Məhkum2 5 sentyabr 2018-ci ildə İran İR-na getmiş, orada qanunsuz olaraq satış məqsədi ilə cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvündən 6 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 292,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhərində Məhkum1 vermək üçün əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 ədəd bükümü daxili orqanı-cinsiyyət orqanında, digər 3 ədəd bükümü isə düz bağırsağında yerləşdirib saxlamaqla daşımış və həmin gün saat 18:20 radələrində Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasə n cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Odur ki, Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilməli, ona bu maddə ilə cəza təyin edilməli və hazırki qərarla təyin edilmiş cəza hökmlə ona CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edildiyindən iş üzrə digər Məhkum2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-in 206.2-ci maddəsinə tövsif edilməlidir. Hazırki iş üzrə Məhkum2 tərəfindən kassasiya şikayəti verilməmişdir. Lakin CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. K assasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. İşin hallarından da göründüyü kimi Məhkum2 isnad edilən narkotik maddəni dövlət gömrük sərhəddindən tək keçirmişdir, yəni cinayətin bilavasitə icraçısı odur. Odur ki, məhkum M.M.Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-in 206.2-ci maddəsinə tövsif edilməli, bu maddə ilə ona cəza təyin edilməli və hazırki qərarla təyin edilmiş cəza hökmlə ona CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Məhkum 1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi və Məhkum2 CM-in 206.2-ci maddəsi ilə cəza təyin edilməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, hökmlə Məhkum1 CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 isə CM-in 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi və Məhkum2 CM-in 206.2-ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, hökmlə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini, həmçinin “Məhkəmələr tərəf indən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının tövsiyyələrini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumların əməlinin tövsi f edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, kassasiya kollegiyası yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilməli, Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməli, bu maddə ilə onlara cəza təyin edilməli və hazırki qərarla təyin edilmiş cəza hökmlə onlara CM-in 234.4.1 və 234.4.3-cü ma ddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsi ilə qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum1 və onun müdafiəçisinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Məhkum1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilməsi, Məhkum2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməsi, bu maddə ilə onlara cəza təyin edilməsi və hazırki qərarla təyin edilmiş cəzanın hökmlə onlara CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsi ilə qismən toplanmaqla qəti cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Məhkum1 və onun müdafiəçisi X10nun kassasiya şikayətləri qismən təmin edilsin. Məhkumlar Məhkum1 və Məhkum2 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ndən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin və bu maddə ilə ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki qərarla təyin edilmiş cəza hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 07 (yeddi) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilsin və bu maddə ilə ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki qərarla təyin edilmiş cəza hökmlə M əhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 06 (altı) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar