Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-975/2021 01.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 qeydiyyatda olan, hal hazırda həbsdə ol an Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmünə əsasən (hakim Q.Ə.Abbasov) Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 76.6-cı maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.05.2018-ci il tarixli qərarı ilə Məhkum barəsində olan 01 (bir ) il 05 (beş) ay müddətə cəzadan vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 20 avqust 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X4 və X5 da məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ş.Q.Rzaquliyev (sədrlik edən), S.B.Hüseynov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin ed ilməmiş, Göygöl Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum 29 iyun 2018-ci il tarixdə, saat 24 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli yolla talamaq məqsədi üçün vahid niyyətlə X4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən yay tövləsinin qapısını açaraq tövləyə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus hər birinin 250 manat dəyəri olan olan 3 yaşlı 9 baş qoyunları və sonuncunun kürəkəni Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 250 manat olan 3 baş 3 yaşındakı qoyunları, 1 baş 160 manat dəyərindəki 1 yaşında olan 30 kiloqramlıq quzusun u, hər birinin dəyəri 200 manat olan 2 yaşındakı 40 kiloqramlıq 2 baş qoyunları gizli olaraq talayıb zərərçəkmişlər - X9ə 2250 manat, Zərərçəkmiş şəxs2 isə 1310 manat, ümumilikdə zərərçəkmiş şəxslərə cəmi 3560 manat həcmində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 07.07.2018-ci il tarixdə, saat 02 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli yolla talamaq məqsədi üçün X4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 ünvan 3 yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən tövləsinə pəncərədən qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs4 məxsus hər birinin 170 manat dəyəri olan 17-18 kiloqram çəkiləri olan 25 baş qoyunları gizli o laraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 4250 manat həcmində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, təkrarən, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 14.07.2018-ci il tarixdə, saat 02 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli yolla talamaq məqsədi üçün X4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 ünvan 4 yerləşən, məskunlaşdığı "peşə” məktəbinin fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab edilən, ətrafı məftil çəpərlə hasarlanmış əraziyə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus 1500 manat dəyərindəki diri çəkisi 310 kiloqram olan 1 baş boğaz düyəsini, qiyməti 1450 manat olan 290 kiloqram diri çəkisi olan 1 baş boğaz düyəni, qiyməti 1700 manat olan 350 kiloqram çəkidəki 1 baş sağmal inəyini, qiyməti 1700 manat olan diri çəkisi təxminən 350 kiloqram olan 1 baş inəyini, qiyməti 600 manat olan 110 kiloqram diri çəkisi olan 1 baş dişi danasını və qiyməti 600 manat olan diri çəkisi 110 kiloqram olan 1 baş erkək danasını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 7550 manat həcmində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 27.07.2018-ci il tarixdə, saat 02 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli yolla talamaq məqsədi üçün X4 və X5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 ünvan 5 yerləşən yaşadığı fərdi yaşayış evinin saxlanc yeri hesab edilən tövləsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs5 məxsus 1150 manat dəyərindəki ətlik çəkisi 115 kiloqram olan 1 baş 1,8 yaşındakı dişi inəyini, 1300 manat dəyərindəki ətlik çəkisi 130 kiloqram olan 1 baş 2,5 yaşındakı dişi inəyini və birinin dəyəri 1400 manat cəmi 4200 manat dəyərindəki ətlik çəkiləri 140 kiloqram olan 3 baş 2,5 yaşındakı dişi inəklərini gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs5 cəmi 6650 manat həcmində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 02 avqust 2018-ci il tarixdə, saat 23 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli yolla talamaq məqsədi üçün X4 və X5 ilə birlik də qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus ünvan 6 yerləşən fermanın hər tərəfinə məftil çəpər çəkilmiş saxlanc yeri hesab edilən həyətinə çəpərin üzərindən aşmaqla qanunsuz daxil olaraq oradan hər birinin 1500 manat dəyəri olan 3 yaşındakı 150 kiloqram ətlik çəkisi olan 4 baş erkək danalarını, 1000 manat dəyərindəki 5 yaşındakı 120 kiloqram ətlik çəkisi olan 1 baş inəyini, 1100 manat dəyərindəki 140 kiloqram ətlik çəkisi olan 5 yaşındakı 1 baş inəyini, 1100 manat dəyərindəki 130 kiloqram ətlik çəkisi olan 3 yaşındakı 1 baş inəyini, hər birinin dəyəri 1200 manat olan ətlik çəkisi 130 kiloqramlıq 3 baş 2 yaşındakı düyələrini və 200 manat dəyərindəki 1 rəst atını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs6 cəmi 13000 manat həcmində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın daha yüngül cəza ilə əvəz olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, cəza təyini zamanı onun himayəsində 2 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsi, istintaq zamanı aldığı barışıq ərizələri yüngülləşdirici hallar kimi nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəy ə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini mə sələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki: Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin 177.2-ci maddəsində görə: “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasə n cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mü əyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyi n edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48- ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi və əməlində cinayətlərin residivinin (residivin təhlükəli növü) olmasını cəzasını ağırlaşdıran hal kimi, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya də yişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-975/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-975/2021
01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver