Məhkəmə qərarları › İş №1(102)-975/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-975/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-975/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 09 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: İradə Həsənzadə) xx xxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, xxli kəndində qeydiyyatda olan və xxi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikas ı CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə və Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli 08 oktyabr 2019-cu il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 26 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Azərbaycan Respublikasının digər vətəndaşları ilə birlikdə ümumi cinayətkar niyyətlər əsasında birləşməklə Suriya Ərəb Respublikasının ərazisində yaradılmış «İŞİD» (X18 Dövləti) adlı cinayətkar birliyin (təş kilatın) tərkibindəki həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 03 dekabr 2013-cü ildə Gəncə-İstanbul aviareysi ilə Türkiyənin İstanbul şəhərinə, oradan isə şəxsiyyəti istintaqa məlum olmayan «Ammar» ləqəbli şəxsin köməkliyi ilə Suriyanın Atma vilayətinə getmiş, 2013-cü il dekabr ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası hüdudlarından kənarda, Suriya ərazisində «Xalid dayı» ləqəbli Azərbaycan vətəndaşı X4 yaratdığı və rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq sonuncunun tapşırığı ilə təhkim olunmuş «Kalaşnikov» markalı avtomatdan istifadə edib qanunsuz silahlı birləşmənin yerləşdiyi ərazidə silahlı mühafizəni yerinə yetirməklə qeyd olunan cinayətkar b irliyin (təşkilatın) fəaliyyətində qəsdən iştirak etmiş, 2014-cü il fevralın əvvəllərində qanunsuz silahlı birləşməni tərk edərək 20 fevral 2014-cü ildə «Şıxlı» sərhəd-buraxılış məntəqəsindən keçib Azərbaycana geri qayıtmış, Azərbaycan Respublikası və Suriyanın qanunvericiliyi ilə cinayət sayılan həmin əməllərə görə xarici dövlətlərdə məhkum edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Qasımlı Anar Tofiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiəçisi olduğu şəxsin əməlində nəinki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 12.1, 279.1-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibi yoxdur, ümumiyyətlə cinayət hadisəsi olmamışdır. Belə ki, məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin özü nün və şahidlərin ifadələrində onun təqsirli olmasına dəlalət edən heç bir sübut yoxdur. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsin və şahidin məhkəmə ibtidai istintaq zamanı verdiyi ifadələrə stinad etmişdir. Bundan başqa, ittihama əsasən 2013-cü il dekabrın əvvəllərindən etibarən Azərbaycan Respublikasının hüdudlarından kənarda, Suriya Ərəb Respublikasının ərazisində «Xalid dayı» ləqəbli Azərbaycan Respublikasının vətəndaşı X6 yaratdığı və rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq sonuncunun tapşırığı ilə ona təhkim olunmuş «Kalaşnikov» markalı avtomatdan istifadə edib qanunsuz silahlı birləşmənin yerləşdiyi ərazidə silahlı mühafizəni yerinə yetirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində qəsdən iştirak etmişdir. Qeyd etmək lazımdır ki, ittiham tamamilə uydurma xarakterlidir. Əvvəla, Suriya Ərəb Respublikasının ərazisində «Xalid dayı» ləqəbli Azərbaycan Respublikasının vətəndaşı X6 hər hansı bir qanunsuz silahlı birləşmə yaratması və ona rəhbərlik etməsi barədə cinayət işinin materiallarında heç bir sübut yoxdur. İkincisi, ittihamda qeyd olunduğu kimi, “ona təhkim olunmuş «Kalaşnikov» markalı avtomatdan istifadə edib qanunsuz silahlı birləşmənin yerləşdiyi ərazidə silahlı mühafizəni yerinə yetirmək” əgər sübuta yetirilərsə, CM-nin 218.2-ci maddəsinə nəzərdə tutulmuş cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə demək deyildir. Və nəhayət, istintaq Təqsirləndirilən şəxs Suriya ərazisində hansı tarixlərdə olmasını dəqiq mü əyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs ölkədə olmadığı 2 ay 17 günlük müddətin yola (gedib-gəlməyə) sərf olunan vaxtını da nəzərə alsaq, təqsirləndirilən şəxsin dediyi kimi özünün orada 3-4 gün olmasını nəzərə alsaq bu müddət ərzində hər hansı bir qanunsuz silahlı birləşməyə qoşulmaq, təlim keçmək, etimad qazanmaq, silahlı mühafizəyə cəlb edilmək ağlabatan deyil. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, ona bəraət verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi A.X.Hüseynov çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, şikayətdə yazılmış dəlillərin haqlı olaraq göstərildiyini, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməsinə dair şübhələrin olduğunu bildirib Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respubli kası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun ol araq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tə ləbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin b ütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiya ları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 218.2-ci maddəsinin dispozisiyası cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhb ərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə, CM-nin 279.1-ci maddəsinin dispozisiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş cinayətkar birlikdə (təşkilat) iştirak etmə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri təchiz etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun ifadəsi, şahidlə rin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. R.Şahid1 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Belə ki, iş materiallarına əsasən, məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq dövründə dəfələrlə dindirilmiş və birinci instansiya məhkəməsində ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs öz ifadələrində özünü cinayətlərin törədilməsində tam təqsirli bilməklə, etirafedici ifadələrində bildirmişdir ki, 2012-ci ildən islam dininin əhlisünnə təriqəti üzrə ibadət etməyə başladığını, Suriyada olan prosesləri müntəzəm izlədiyi «Youtube» portalındakı video çarxlarda Bəşər Əsədin tərəfdarları tərəfindən İslam Dövləti üzvlərinin incidildiyini gördüyünü, hadisələrdən təsirlənməklə «Odnoklassniki.ru» saytından «Xalid dayı» ləqəbli X7 müraciət edib sonu ncuya Suriyaya gedib müsəlmanlara haqsızlıq edənlərə qarşı cihad etmək fikrində olduğunu deyəndə, Rövşənin ona «Ammar» və «Abu Sabr» dini ləqəbli şəxslərin mobil nömrələrini verməklə, onun Türkiyənin İstanbul şəhərinə getməyi tapşırdığını, 2013-cü il dekabrın əvvəllərində Gəncə şəhərindən İstanbula uçaraq «Ammar» ləqəbli şəxslə əlaqə saxladığını, iki gün sonuncunun evində qalıb əlaqə yaratdığı «Abu Sabr» ilə bərabər Türkiyənin Hatay şəhərinə getdiyini, onları milliyyətcə türk olan qaçaqçının qarşılamaqla Suriyanın Atma şəhərinə keçirdiyini, onları adını bilmədiyi bir nəfər ərəb milliyyətli şəxsin qarşılayıb Suriyanın Haritan şəhərinə apardığını, orada «Xalid dayı»nın rəhbərlik etdiyi camaatın olduğu yerə gəldiyini, sonuncunun qarşılayıb gətirdiyi evdə onunla 10-15 nəfər azərbaycanlının, o cümlədən Sumqayıt şəhərindən tanıdığı, dini ləqəbi «Abdurrahman» olan Rəhman adlı şəxsin qaldıqlarını, yerləşdikdən sonra «Xalid dayı»nın verdiyi sualları cavablandırmaqla hərbi xidməti milli orduda keçərək silahdan istifadə edə bildiyini söylədiyini, sonuncunun tapşırığı ilə ona «Kalaşnikov» markalı avtomat təhkim edildiyini, evin qarşısına hər gün 2-3 dəfə iki saatlıq silahlı mühafizəyə çıxdığını, təxminən 45 gün orada yaşayıb «Xalid dayı»ya Türkiyəyə getməli olduğunu dediyini, bunun üçün sonuncunun ona 200 ABŞ dolları verdiyini, qayıdacağına söz versə də əslində məqsədi oranı tərk etmək olduğunu, Haritan şəhərindəki «Azəri Camaatı»ndan olan silahlı birləşmədə əsl islamın yaşanmadığını, üzvü olduğu camaatın tabe olduğu «İŞİD»in qəddar işlər gördüyünün şahidi olduğunu, Atma şəhərinə gəl məklə, «Azəri Camaatı»nın kompakt yaşadığı yerdə qalmağa başladığını, 10 gün ötmüş qaçaq yolla Türkiyəyə keçərək İstanbul şəhərində 20 gün qaldığını, orada iş tapa bilmədiyindən avtobusla Gürcüstanın ərazisindən keçib ölkəyə qayıtdığını bildirmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, onun böyük övladı Təqsirləndirilən şəxs 2012-ci ildən islam dininin əhlisünnə təriqəti üzrə ibadət etməyə başlamış, 2013-cü il dekabr ayının əvvəlində Elçin ona sürücü işləmək üçün Rusiyaya gedəcəyini demiş, sonradan dost-tanış arasında gəzdiyi söhbətdən Elçinin Suriyaya getməklə qanunsuz silahlı birləşməyə qoşulmasını eşitmiş, xəbər ona çox pis təsir etmiş, Elçin ilk dəfə 2014-ci il fevral ayında telefonla onunla danışmış və artıq Türkiyədə olduğunu, yaxın vaxtda geri dönəcəyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və birinci instansiya məhkəməsində ifadəsi tədqiq edilmiş Şahid1 şahid qismində dindirilərkən övladı Təqsirləndirilən şəxs təxminən 2014-cü ilin sonlarına yaxın evə geri qayıtdığını, təfərrüatlı danışmasalar da oğlu Azərbaycanda olmadığı müddətdə Türkiyəyə gedib oradan Suriyaya daxil olaraq qanunsuz silahlı birləşməyə qoşulduğunu, lakin sonradan öz əməlindən peşman olmaqla geri döndüyünü bildirmişdir Eyni zamanda, birinci instansiya məhkəməsində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhər sakini kimi birgə məşq etdikləri idman zalında tanımış, üz-üzə gələndə salamlaşmış, bundan başqa heç bir münasibəti olmamışdır. 2013-cü ilin axırlarında–2014-cü ilin əvvəllərində dö rd ay ərzində Türkiyə yolu ilə qanunsuz keçdiyi Suriyanın müxtəlif şəhərlərində olmuş, onun kimi müsəlmanlara kömək edən əmisi oğlunu görmək üçün yolüstü Haritan şəhərinə getmiş, döyüşlərdə iştirak etməmiş, Elçini Suriyada görməmişdir. Lakin, həmin ifadəsindən fərqli olaraq ibtidai istintaq dövründə dəfələrlə dindirilmiş və birinci instansiya məhkəməsində ifadəsi tədqiq edilmiş Şahid2 öz ifadəsində Suriyada olan «Abu Yahya» dini ləqəbli Nicat Aşurovun rəhbərlik etdiyi camaatında olarkən «Xalid dayı» dini ləqəbli X6 camaatına qonaq gedəndə Təqsirləndirilən şəxs həmin camaatının üzvü olduğunu bildiyini, X10 şəhərində cəmi bir dəfə hərbi geyimdə və ona «Kalaşnikov» markalı avtomat təhkim olunmuş halda gördüyünü, Elçinin döyüşlərdə iştirak edibetməməsini bilməsə də, post və silahlı mühafizədə iştirak etdiyini göstərmişdir. Həmçinin, X17 Respublikası Cinayət Məcəlləsindən çıxarışın surətlərindən və tərcümələrindən görünür ki, Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsində və 28 iyun 2012-ci il tarixdə qəbul edilmiş “Terrorla mübarizə haqqında” 19 saylı Qanunda müvafiq qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etməyə, habelə terror təşkilatına qoşulmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Suriya Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən, üzv olduğu şəxs və ya şəxslər açıq və ya gizli silah daşıyarlarsa, dəstə və qruplaşmalar bu qanunla silahlı qruplaşmalar hesab edilirlər. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cinayətka r birlikdə (təşkilatda) iştirak etməsi və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri təchiz etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, birbirilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, m əhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cina yət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmi n normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Təqsirləndirilən şəxs bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumu n müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 12.1, 279.1-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 12.1,218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə i lə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfində n məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət əməli törətməsi, məcburi köçkün olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olması), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlunun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar