Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-975/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, x qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 1(104)-418/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli 1(125)-36/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: O.N.Cəfərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin ba şlanğıcı 28 iyun 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), S.B.Hüseynov və N.T.Əliyev ) apellyasiya protesti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilmiş, hökmdən Məhkum əvvəllər məhkum olunmasına dair və 1 ədəd Kalaşnikov AKS markalı avtomat silahı əldə edib saxlamasına dair müddəalar xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum X10 və şəxsiyyəti istintaqa məlum olmayan Kənan adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-l əl qumbarasını, 1 ədəd Kalaşnikov AKS markalı avtomatı, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd darağı, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları və 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları ol maqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlamış, bir ədəd Kalaşnikov AKS markalı avtomatı şəxsiyyəti istintaqa məlum olmayan Kənan adlı şəxsə 2022-ci ilin iyun ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri ərazisində 240 manat müqabilində satmış, 28 iyun 2022-ci il tarixdə Gəncə şəhər 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün onun saat 20:45 radələrində yaşadığı evdə baxış keçirilən zamanı yataq otağında televizor altlığının arxa tərəfindən bir ədəd sellofana bükülü halda texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-l əl qumbarası, Kalaşnikov konstruksi yah avtomatların komplekt hissəsi olan 2 ədəd daraq, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyah avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronlar, 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronlar, 02 ədəd 7.62x54 mm kalibrli Kalaşnikov konstruksiyah pulemyotların və Mosin konstruksiyalı karabinlərin ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yarasız patronlar və 02 ədəd 12.7x108 mm kalibrli DŞK modelli, NSV-UTES modelli iri çaplı pulemyotlardan, KSVK modelli iri çaplı snayper tüfənglərindən və sairə həmin kalibrli atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən atəş üçün yarasız patronlar aşkar edilərək götürülmü şdür. Gəncə şəhər Məhkəməsi Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları əldə etməsinin, saxlamasının, daşımasının, habelə satmasının sübut olunmaması, sonuncunun yalnız özü tərəfindən cinayətin predmetləri hesab olunan əşyaların əldə edib daşıyaraq yaşadığı evdə saxlaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən 228.1-ci maddəsinə dəyişmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cinayət əməlinin təsviri aşağıdakı kimi verilmişdir. Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-1 əl qumbarasını, 1 ədəd Kalaşnikov AKS markalı avtomatı, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd darağı, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları və 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlamış, 28 iyun 2022-ci il tarixdə Gəncə şəhər 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün onun saat 20:45 radələrində yaş adığı evdə baxış keçirilən zamanı yataq otağında televizor altlığının arxa tərəfindən bir ədəd sellofana bükülü halda texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-1 əl qumbarası, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd daraq, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşnıkov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronlar, 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronlar, 02 ədəd 7.62x54 mm kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlartın və Mosin konstruksiyalı karabinlərin ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yarasız patronlar və 02 ədəd 12.7x108 mm kalibrli DŞK modelli, NSV-UTES modelli iri çaplı pulemyotlardan, KSVK modelli iri çaplı snayper tüfənglərindən və sairə həmin kalibrli atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən atəş üçün yararsız patronlar aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin Məhkum əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış, eyni zamanda Məhkum əvvəllər məhkum olunmasına dair və 1 ədəd Kalaşnikov AKS markalı avtomat silahı əldə edib saxlaması ilə bağlı müddəaları hökmdən xaric etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228. 2.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib daşıyaraq yaşadığı evdə saxlama və satma cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən 228.1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən halla r kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum istintaqda öz əməllərini etiraf etmiş, ifadəsində göstərmişdir ki, silahları X adlı şəxs vasitəsi ilə almış, sonradan tanışı Kənana satmaq üçün bir ədəd avtomat olduğunu bildirmiş, Kənanda ona həmin avtomatı almaq istədiyini demiş, bundan sonra Arifin onun yaşadığı evə qoyduğu avtomatı 240 manata satmış, o həmin pulun 150 manatını Arifə vermiş, qalan hissəsini isə öz ehtiyaclarına xərcləmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin a pellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyas ının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən 228.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərar larının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğ u əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasını n dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum törətməkdə təqsirli bilindiyini cinayətin əsas tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə” kimi təsbit edilmişdir. Təsvir edilən normada - odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular cinayətin predm eti kimi çıxış etdiyi halda, cinayətin obyektiv cəhəti qeyd olunan əşyaları əldə etmədə, başqasına vermədə, satmada, saxlamada, daşımada və ya gəzdirmədə ifadə olunur. Sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi çıxış edən iştirakçılıq da, baxılan işin sübutetmə predmetini təşkil edir. CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi isə CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin tələblərindən görünür ki, qabaqcad an razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikinc isi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər, üçüncüsü isə, bu hərəkətləri edərkən eyni məqsəd izləməklə eyni nəticəyə gəlməkdən ötrü birgə səy göstərməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Məsələyə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Kassasiya protestinin müəllifi hesab edir ki, Məh kum odlu silahın, döyüş sursatının və partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərini (o cümlədən əldə etməsi, daşıması, saxlaması və bir ədəd Kalaşnikov AKS markalı avtomatı satması) qabaqcadan əlbir olmuş qrup şəkilində törətdiyindən onun əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin norması 228.2.1-ci maddəsidir. Kassasiya protestindən də göründüyü kimi, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş onun qabaqcadan əlbir olan qrup şəklində texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-l əl qumbarasını, 1 ədəd Kalaşnikov AKS markalı avtomatı, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd darağı, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşni kov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları və 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlaması, bir ədəd Kalaşnikov AKS markalı avtomatı şəxsiyyəti istintaqa məlum olmayan Kənan adlı şəxsə 2022-ci ilin iyun ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri ərazisində 240 manat müqabilində satması dair ittiham həlledici şəkildə Məhkum məhkəməyədək icraatda dindirməsi zamanı verdiyi etirafedici ifadələri ilə əsaslandırılmışdır. Kassasiya protestində həmçinin şahid ifadələrinə, ekspertiza rəyinə və istintaq hərəkətlərinin protokollarına də istinad olu nsa da, həmin sadalanmış sübutlar nəinki yuxarıdakı abzasda qeyd olunan əməllərin Məhkum tərəfindən məhz qabaqcadan əlbir olan qrup şəklində törədilməsinə dair məlumatları əks etdirmirlər, hətta bu sübutlar qeyd olunan hissədə ittihamı təkzib edir, ittihamın əlbirlik və bir ədəd Kalaşnikov AKS markalı avtomatın satılması hissəsində əsassız olmasını aşkara çıxarırlar. Belə ki, birinci instansiya məhkəmə iclasında dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyun ayında Gəncə şəhərində, Gəncə çayının sahilində gəzən zaman bir ədəd torba onun diqqətini çəkmiş, həmin torbanı açan zaman içində silahsursatın olmasını görmüşdür. O, tapdığı silahı sataraq mənfəət əldə edəcəyini düşünmüş və torbanı yaşadığı ünvan 1-ə gətirmişdir. Evdə torbanı açan zaman içində 1 ədəd F1 əl q umbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 1 ədəd Kalaşnikov avtomatı, 2 ədəd Kalaşnikov avtomatına məxsus içərisində s 45 mm kalibrli avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrli avtomat patronları, ümumilikdə 55 ədəd avtomat patronları olmasını görmüşdür. Tapdığı silah-sursatı müştəri tapanadək evində saxlamağı qərara almışdır. xx.xx.2022-ci il tarixdə saat 19:30 dəqiqədə yaşadığı x saylı binanın qarşısında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq oldu silah, döyüş sursatı və onun komponent hissələrini üzərində gəzdirməkdə, daşımaqda və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirərək onu Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz olaraq əşya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı ona yaşadığı evdə və yaxud da ki, digər haradasa hər hansı bir qanunsuz olaraq əşya predmet, silah sursat, döyüş sursatı və onun komponent hissələrini saxlayıb saxlamadığı sorğu edilən zaman o, yaşadığı ünvan 3 ünvanında qanunsuz olaraq əl qumbarası, avtomat daraqları və patronları olmasını, həmin qeyd etdiyi sursatları könüllü olaraq təqdim edə biləcəyini deyərək yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra yəni üzərinə şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşlarının və dövlət hesabına təyin edilərək ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə yaşadığı binanın qarşısına gedilmiş və orada da yenə o, özü qeyd etdiyi döyüş sursatlarını təqdim edəcəyini deyərək üzərində olan yaşadığı evin açarı ilə evin giriş qapısını açmış, evə daxil olduqdan sonra evin yataq otağında sellofana bükülü halda televizor altlığının arxasında gizlətdiyi qeyd etdiyi əşyaları təqdim etmişdir. Həmin sellofanın ağzı polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş, baxış zamanı sellofanın içərisində 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 2 ədəd Kalaşnikov avtomataına məxsus içərisində 5.45mm kalibrli avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrli avtomat patronları, ümumilikdə 55 ədəd 5.45 mm kalibr li avtomat patronları aşkar edilmiş, aşkar edilmiş sursatlar və əl qumbarası aşkar edilmiş sellofan torbada qablaşdırılmaqla möhürlənmiş və saxlanca verilmişdir. Məhkum ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasındakı ziddiyyət barədə ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, Kənan adlı şəxsi ümumiyyətlə tanımır, X10 isə onun köhnə tanışıdır. Bu iki şəxsin adını istintaq zamanı verdiyi ifadəsində çəkməklə özünün silah-sursatın əldə etməməsi təəssüratı yaratmaq istəmiş, bu yolla məsuliyyətdən yayınacağını düşünmüşdür. Əslində isə o, 1 ədəd Kalaşnikov avtomatını heç kimə satmamış, X adlı şəxs və X1 onda odlu silahin və döyüş sursatının onda olması barədə məlumatları olmamış, 1 ədəd Kalaşnikov avtomatını isə o tullamışdır. Cinayət işi materi allarına əlavə edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2022 Qərardan görünür ki, daxil olmuş əməliyyat məlumatı Məhkum qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun komponent hissələrini əldə edib üzərində gəzdirməsi, daşıması və yaşadığı evdə saxlaması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş “Baxış və götürmə haqqında” 28 iyun 2022-ci il tarixli protokoldan və qeydə alınmış video görüntüdən müəyyən olunmuşdur ki, Məhkum könüllü olaraq yaşadığı evin içərisində yataq otağında olan qara rəngli televizor altlığının arxa hissəsində olan parçaya və sellofana bükülü halda kütlə çıxararaq həmin kütlənin ona məxsus olmasını, içərisində döyüş sursatı və onun komponent hissələrinin olmasını bildirir. Məhkum evində təqdim etdiyi sellofana bükü lü halda kütlə açılır və baxış keçirilən zaman 1 ədəd F1 əl qumbarası, 1 ədəd həmin qumbaranı partlatmaq üçün nəzərdə tutulmuş partladıcı UZRQM, 2 ədəd Kalaşnikov avtomatına məxsus içərisində 5.45 mm kalibri avtomat patronları olan daraqlar, 2 ədəd pulemyot patronları, 2 ədəd 7.62 mm kalibrili avtomat patronları, ümumilikdə 55 ədəd 5.45 mm kalibrili avtomat patronları aşkar edilir. Bundan sonra aşkar edilmiş sursatlar və əl qumbarası qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Məhkum bildirir ki, yaşadığı evdən aşkar olunmuş əlqumbarasını və digər döyüş sursatlarını bir neçə gün əvvəl Gəncə çayının sahilindən tapmış və yaşadığı evə gətirib gizlətdiyini, həmin sursatlardan istifadə etmədiyini və kiməsəyədə vermədiyini bildirir. Eyni zamanda 13 avqust 2022-ci il ta rixli Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığı əsasında Kənan adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamış, Arif adlı şəxsin X10 olması müəyyən olunsa da, onun yaşayış yerində olmadığı üçün istintaqa təqdim olunması mümkün olmamışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı yekunlaşdıqdan sonra ittiham tərəfi vəsatət qaldıraraq, X5 məhkəməyə şahid kimi təmin edilməsinin mümkün olmasını bildirmiş, bu məqsədlə məhkəmə istintaqının yenilənməsini məhkəmədən xahiş etmişdir. Vəsatət təmin edilərək, məhkəmə istintaqı yenilənsə də, X8 ittiham tərəfi məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahın əldə edib daşıyaraq yaşadığı evdə saxlama və satması ilə bağlı sonuncunun təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər, onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan qanunsuz olaraq odlu silah (Kalaşnikov xaric), döyüş sursatı və onun komponent hissələrinin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Digər tərəfdən istintaq orqanı tərəfindən 1 ədəd Kalaşnikov AKS markalı avtomatı aşkar olunmadığından qeyd olunan silahla bağlı müvafiq məhkəmə-ballistik ekspertizası təyin edilməmiş, həmçinin qabaqcadan silahın alıb satılması, konkret silahın Kənan adlı şəxsə satılması ilə bağlı razılaşma mövcudluğu ilə bağlı mötəbər sübutlara istinad edilməmişdir ki, bu isə öz növbəsində məhkəmələrin ümumiyyətlə qeyd olunan silahın mövcud olmasına, həqiqətən odlu silah olmasına, atəşə yararlı olmasına və adları çəkilən şəxslərin varlıqlarına şübhə ilə yanaşılmasına əsas yaratmışdır. Məhkəmə kollegiyası cinayət işində bu cür, yəni Cinayət-Prosessual Məcəllənin 125.1-ci maddəsinin müddəalarına görə Məhkum məhkəməyədək icraatda alınmış “etirafedici” ifadələrin sübut kimi dəyərini əhəmiyyətli dərəcədə azaldan halların olduğunu qeyd etməklə yanaşı, onu da vurğulayır ki, cinayət-prosessual qanunun 126.6-cı maddəsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilməsinə yol verir. Yuxarıda gətirilən Məhkum məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, eləcə də Mə hkum ittihamda təsvir edilən əşyalardan yalnız texniki cəhətdən saz və atəşə yararlı bir ədəd gövdə və 1 ədəd UZRQM tipli partlayıcıdan ibarət olan bir ədəd döyüş sursatı olan F-1 əl qumbarasını, 1 ədəd Kalaşnikov AKS markalı avtomatı, Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd darağı, 36 ədəd 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları və 19 ədəd 7.62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları olmaqla döyüş sursatı hesab edilən atəş üçün yararlı patronları əldə edib daşıyaraq yaşadığı ünvan 1 ünvanında saxlamasını göstərən şahidlər polis əməkdaşları Şahid3, Şahid1 və digərlərinin ifadələri, məhz həmin qeyd olunan predmetlərin götürülüb maddi sü but kimi tanınması haqqında müvafiq istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi onu göstərir ki, Məhkum məhkəməyədək icraatda verdiyi etirafedici ifadələri müstəsna olaraq sadalanmış döyüş sursatının və partlayıcı maddələrin və qurğuların yalnız özü tərəfindən əldə edilməsi, daşınması və saxlanılması hissədə digər sübutlarla təsdiq edilir, onun ittihamda göstərilən tövsifedici əlamət kimi cinayəti obyektiv cəhətinin həyata keçirilməsində digər şəxslərlə qabaqcadan əlbirliyi, həmçinin qeyd olunan tövsifedici əlamətdən çıxış etməklə 1 ədəd Kalaşnikov AKS markalı avtomatı satması hissəsində isə başqa sübutlarla təsdiq olunmur. Məhkəmədə ittiham tərəfi Məhkum məhkəmə istintaqı zamanı göstərdiklərini təkzib edə, mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir (bu məqsədlə məhkəmə istintaqının yenilənməsinə baxmayaraq). Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə tövsif edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşarkən (Məhkum əvvəllər məhkum olunmasına dair və 1 ədəd Kalaşnikov AKS markalı avtomat silahı əldə edib saxlaması ilə bağlı müddəaların hökmdən xaric edilməsi nəzərə alınmaqla) kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışlar. Odur ki, koll egiya apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib daşıyaraq yaşadığı evdə saxlama və satması ilə haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri cinayət olaraq məhz CM-in 228.1-ci maddəsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etmiş olduğu di gər dəlillər də, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı qərarın ləğv edilməsini şərtləndirən əsaslı arqument kimi qəbul edilə bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıd ır.Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 1(104)-418/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-975/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-975/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver