Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-976/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3, X1, Məhkum4 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər E.İ.Rüstəmov və X.H.Səmədov) xx xxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 206.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 10 iyun 1964-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, sürücü işləyən, Ünvan2 qeydiyyatda olmaqla, Ünvan 3 də yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx xxxxxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikas ının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-nin direktoru, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx xxxxxxxx 1973-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, C M-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 01 avqust 1968-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, sürücü işləyən, Ünvan5 ünvanda qeydiyyatda olmaqla, Ünvan6 da yaşayan X1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanl arında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökmdən məhkumlar Məhkum1, Məhkum3, X1, Məhkum4 və Məhkum2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 20 noyabr 2020-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmü Məhkum4 aid olan hissədə dəyişdirilmiş, Məhkum4 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 01 il müddətə, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-.1.2.3-cü maddələrinə əsasən həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətə endirilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu qərarla tə yin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum4 qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 04 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmünə əsasən, Məhkum1 2018-ci ilin iyul ayında telefon vasitəsilə Türkiyə Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə, Bakı şəhərində tanışları "xxxx" MMC-nin direktoru Məhkum2 ilə və 2018-ci ilin noyabr ayında isə tanışları, Azərbaycan Respublikası vətəndaşları Məhkum3, X1, Məhkum4, həmçinin şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə külli miqdarda keçirmə və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini külli miqdarda satış məqsədi ilə saxlama və satma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə, onun tapşırığına əsasən cinayətkar qrupun digər üzvü "xxxx" MMC-nin direktoru Məhkum2 ilə Türkiyə Respublikasına məxsus “Liva Pharma” şirkəti arasında 01.07.2018-ci il tarixdə müqavilə bağlanmasına nail olmuş, cinayətkar niyyətə uyğun olara q gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriləcək dərman ləvazimatları boşaldıldıqdan sonra yerinə qoyulması üçün “Liva Pharma” şirkəti tərəfindən "xxxx" MMCyə göndərilmiş tibbi ləvazimatların "xxxx" MMC-nin direktoru Məhkum2 tərəfindən verilmiş 20.09.2018-ci il tarixli 117/18 nömrəli etibarnaməyə əsasən rəsmiləşdirilməsini həyata keçirilməsini Məhkum4 tapşırmış, cinayətkar qrupun üzvü Məhkum4 həmin etibarnaməyə əsasən Məhkum2 və onun cinayətkar tapşırığına əsasən qaçaqmalçılıq yolu ilə keçiriləcək dərman ləvazimatlarının yerinə qoyulması üçün “Liva Pharma” şirkəti tərəfindən göndərilmiş tibbi ləvazimatların gömrük orqanında rəsmiləşdirməsini həyata keçirərək cinayətkar niyyətə uyğun olaraq Qaradağ rayonun Lökbatan qəsəbəsindəki “Karvan” ticarət mərkəzində yerləşən anbarda yerləşdirm iş, cinayətkar niyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri Məhkum3 və Seyfəddin Hüseynov 15 noyabr 2018-ci ildə Məhkum3 idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobili ilə Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük postundan keçərək birlikdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrup üzvləri Məhkum3 və Seyfəddin Hüseynov 22 noyabr 2018-ci ildə Ankara şəhərində cinayətkar qrupun Türkiyə Respublikasındakı üzvündən qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, 605801,10 manat dəyərində 362 adda və Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş 123071,12 manat dəyərində 57 adda olmaqla, ümumilikdə 728872,22 manat dəyərində 419 adda, cəmi 83988 qutu dərman preparatlarını birlikdə Məhkum3 idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobilinə yüklədib satış məqsədilə saxlamış və satılması üçün Məhkum3 5000 manat, xxxxxun isə 300 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına gətirib ona, o, isə öz növbəsində isə hər qutuya 150 manat olmaqla, ümumilikdə 217 qutuya 32550 manat müqabilində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə təhvil verməsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına yola düşmüş, nəqliyyat vasitəsində olan dərman vasitələrini Türkiyə Respublikası və Gürcüstan.gömrük sərhədlərindən həqiqi sənədlərlə birlikdə keçirib 25 noyabr 2018-ci ildə Gürcüstan-A zərbaycan sərhədinə gətirmiş, Məhkum3 idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobili ilə növbədə gözləmiş, Seyfəddin Hüseynov isə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan piyada keçərək Gürcüstandan Azərbaycan Respublikasına daxil olmuş və Bakı şəhərinə gəlmiş, Qaradağ rayonun Lökbatan qəsəbəsindəki “Karvan” ticarət mərkəzində yerləşən anbardan Məhkum3 idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobilindən boşaldılacaq dərman vasitələrinin yerinə qoyulması məqsədilə hər birində Məhkum4 əvvəlcədən yerləşdirdiyi 150 ədəd ördək olan 39 qutu, hər birində 50 ədəd sürgü olan 14 qutu və hər birində 750 ədəd plastik stəkan olan 19 qutu olmaqla, ümumilikdə 72 qutu tibbi ləvazimatla r yükünü onun tapşırığına əsasən idarə etdiyi “DAF TE47MS” markalı, 90DF262/99ZA866 dövlət nömrə nişanlı yük avtomobilinə yükləyərək Məhkum3 idarə etdiyi nəqliyyat vasitəsində olan dərman preparatlarını Qazax rayonu ərazisində qəbul edib 800 manat müqabilində Bakı şəhərinə gətirmək üçün 27 noyabr 2018-ci ildə onunla birlikdə Azərbaycan-Gürcüstan sərhədinə yola düşmüş və həmin gün Qazax rayonunun Çaylı kəndinin ərazisində yerləşən “Avey” restoranı ilə üzbəüz dayanacağa gələrək orada gözləmiş, cinayətkar qrupun digər üzvü Məhkum3 27 noyabr 2018-ci ildə saat 05 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasına məxsus “Liva Pharma” şirkəti tərəfindən "xxxx" MMC-yə 530 qutuda 12360 kiloqram tibbi ləvazimat yükü göndərilməsinə dair gömrük məqsədl əri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri - 21 noyabr 2018-ci il tarixli, 055913 nömrəli invoysu və yük siyahısını, 23 noyabr 2018-ci il tarixli, 000488 nömrəli beynəlxalq əmtəə-nəqliyyat qaiməsini (CMR) gömrük orqanına təqdim etməklə, nəqliyyat vasitəsindəki külli miqdarda, 728872,22 manat dəyərində 419 adda, cəmi 83988 qutu dərman preparatlarını tibbi ləvazimat adı ilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail omuş və Məhkum3 onun tapşırığı ilə və cinayətkar niyyətə uyğun olaraq axşam saatlarına qədər gömrük postunun dayanacağında gözləmiş, əvvəlcədən razılaşdıqları kimi həmin gün saat 21 radələrində gömrük postunu tərk edib Qazax rayonunun Çaylı kəndinin ərazisində yerləşən “Avey” restoranı ilə üzbəüz dayanacağa gəlmiş, orada Məhkum3 idarə etdiyi “Mercedes Benz 2528” markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı yük avtomobilində olan dərman vasitələri onun, Məhkum4 iştirakı ilə xxxxxun idarə etdiyi “DAF TE47MS” markalı, 90DF262/99ZA866 dövlət nömrə nişanlı yük avtomobilinə boşaldılarkən keçirilmiş əməliyyat tədbirləri ilə cinayətkar qrup cinayət başında ifşa edilmiş və dərman vasitələri, həmçinin tibbi ləvazimatlar götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 20.11,2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Belə ki, məhkəmə koll egiyası Məhkum4 barəsində CM-in 62-ci maddəsini tətbiq edərək ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsinin mümkünlüyü nəticəsinə gələrkən onun əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlində ağırlaşdırıcı halların olmamasını, onkoloji xəstə olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd olunan halların məcmusunu Məhkum4 törətdiyi CM-in 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinə münasibətdə müstəsna hallar kimi qiymətləndirərək belə qənaətə gəlmişdir ki, bu hallar CM-in 62-ci maddəsinin tətbiqi üçün əsasdır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yerindən müsbət xarakterizə olunmasını yüngülləşdirici hal hesab etməkdə səhvə yol vermişdir. Həmçinin, məhkəmə təqsirləndirilənin şəxsin onkoloji xəstə olmasını da müstəsna hal kimi qiymətləndirərkən səhvə yol vermiş, təqsirləndirilən şəxsin sağlamlıq durumunun müvafiq ekspertiza rəyi olmadan, yalnız formal arayışa istinad etməklə sadəcə qanunun normasında qeyd edilən halın mövcudluğunu göstərmək üçün heç bir hüquqi əsas olmadan müstəsna hallar kimi göstərmişdir. Göründüyü kimi, məhkəmə cəza təyin edərkən ancaq yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və sonradan bu halları müstəsna hallar kimi sadalamaqla kifayətlənib törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (onokoloji xəstə olması, sağ yuxarı ətraf bazu nahiyyəsinin amputasiya olması), cinayətin ağırlığını, o, cümlədən törədilmiş cinayətin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər kateqoriyasına aid olmaqla ictimai təhlükəliliyini nəzərə almamış, təyin edilmiş cəza faktiki olaraq qanunvericiliyin tələbinin ziddinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinə xidmət etməmişdir. Sözsüz ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cəzadan aşağı həddə cəza verilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Aydın deyildir ki, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olması ilə onun cinayətkar qrupun digər üzvləri ilə birlikdə törətdiyi qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin qanunsuz dövriyyəsi cinayətinin ictimai təhlükəlilik dərəcəsini necə əlaqələndirmiş, həmçinin bu və digər halların müstəsnalığını nədə görmüşdür. Göründüyü kimi iş in halları ilə müəyyən edilir ki, Məhkum4 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün hər hansı müstəsna hal, yaxud hallar yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarını Məhkum4 aid olan hissədə ləğv edərək cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xa hiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə ko llegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən Məhkum4 barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı isə Məhkum4 Əlhiman oğluna aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum4 verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkə mə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, Məhkum4 barəsində apellyasiya məhkəməsi tərəfindən yüngülləşdirici halların əsassız olaraq nəzərə alındığı, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün heç bir əsasın olmadığı iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən c əza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci m addəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətm əkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci m addəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə, kassasiya protestinin dəlillərini cinayət qanununun müddəaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum Qərarının müddaəlarını baxımından iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum4 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi cəzanın islahedici funksiyası baxımından daha ədalətlidir. Belə ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən daxil olmuş məktubdan görünür ki, Məhkum4 müəssisəyə “sağ dirsək nahiyyəsinin hemotoması” diaqnozu ilə daxil olmuş, müayinə nəticəsində sağ dirsək nahiyyəsində törəmə aşkar olunmuş, onkoloqun məslətinə əsasən xəstənin sağ yuxarı ətrafı bazu nahiyyəsindən amputasiya olunmuşdur. Həmçinin müayinə nəticəsində xəstədə “ağciyərdə metastatik zədələnmələr” aşkar olunmuşdur. Apellyasiya məhkəməsi Məhkum4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, onkoloji xəstə olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış, göstərilən halları iş üzrə müstəsna hallar və məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirirək, Məhkum4 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum4 Əlhiman oğluna aid olan hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual M əcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3, X1, Məhkum4 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarı Məhkum4a aid olan hissədə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-976/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-976/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver