Məhkəmə qərarları › İş №1(102)-976/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-976/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-976/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil İsayev Samir Nadir oğlunun, Zərərçəkmiş hüquqi şəxs Biləsuvar Rayon İcra Hakimiyy ətinin nümayəndəsi Nuriyev Qurban Xanəli oğlunun, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Əliyev Musa İsa oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi İsayev Samir Nadir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi - vəkil Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 1(099)19/2022 nömrəli (hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1958-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, xxx vəzifəsində işləmiş, xxx-də qeydiyyatda olan və xxx-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzif ə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 aprel 2020-ci il tarixdən hesablanması, iş üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin verdiyi 3.206.475 (üç milyon iki yüz altı min dörd yüz yetmiş beş ) manat 72 (yetmiş iki) qəpik məbləğində olan mülki iddianın təmin edilməsi, həmin məbləğdə pulun ondan alınıb Biləsuvar Rayon İcra Hakimiyy ətinin hesabına keçirilməsi, iş üzrə “X28” MMC-nin 125.161 manat (yüz iyirmi beş min yüz altmış bir) manat 40 (qırx) qəpik məbləğində olan mülki iddianın təmin edilməsi, həmin məbləğdə pulun ondan alınıb “X28” MMC-nin hesabına keçirilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş: X4 adına rəsmiləşdirilmiş 454.000 manat dəyərində Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, 10 saylı evin, 30 və 31 saylı birləşmiş yaşayış mənzilləri (reyestr nömrəsi **********30-05301-093009;**********30-05301-093008, qeydiyyat nömrəsi **********; **********; qeydiyyat tarixi xx.xx.2015-ci il), 62.000 manat dəyərində “Audi A8” markalı **-MM-*** qeydiyyat nişanlı avtomobil (buraxılış ili-2015) və 574.000 manat dəyərində Bakı şəhəri, Nə rimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı evin, 141 saylı mənzili (reyestr nömrəsi **********93-05301-093096, qeydiyyat tarixi xx.xx.2012-ci il), həmçinin iş üzrə maddi sübut olan və hazırda DTX-nin Maliyyə idarəsində saxlanılan 29 aprel 2020-ci il tarixdə Məhkum üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş - ümumilikdə 2600 (iki min altı yüz) manat və 100 (yüz) ABŞ dollarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1, 99-2 və 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmiş, o cümlədən maddi sübutlar və iş üzrə məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi - vəkil Əliyev Musa İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi C.Yusifovun apellyasiya şikayətinə digər müdafiəçi İsayev Samir Nadir oğlu tərəfindən verilmiş əlavəyə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 19 dekabr 2022-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə Cinayət-Prossesual Məcəlləsini n 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, ona təyin olunmuş əsas və əlavə cəzalar, yəni Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifətutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə həmin Məcəllənin 46.2ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarınd a rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1, 99-2 və 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması müəyyən edilmiş və hökmdə sahibinin adı səhvən “X11” kimi göstərilmiş “Audi A8” markalı **-MM-*** qeydiyyat nişa nlı avtomobilin sahibinin soyadı, adı və atasının adı “X7” kimi qəbul edilmişdir. Həmin qərardan Məhkum və müdafiəçisi İsayev Samir Nadir oğlu tərəfindən ayrıayrılıqda və müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi - vəkil Əliyev Musa İsa oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəsisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron qaydada daxil olmuş 15 may 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərini ge ri götürdüyünü bildirmişdir. O cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsində 16 may 2023-cü il tarixli məhkəmə iclasında işə baxılarkən, müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi Əliyev Musa İsa oğlu tərəfindən məhkəmə kollegiyasına ərizə təqdim olunmuş və həmin ərizə ilə verilmiş kassasiya şikayətinin geri götürüldüyü bildirilmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəx s onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarından M əhkum və müdafiəçisi İsayev Samir Nadir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi - vəkil Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar