Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-977/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1983-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.2-ci mad dəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü ilə (hakim F.M.Əmirəliyev) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 22 (iyirmi iki) gün müddət hazırki cəzanın müddətindən bir günə iki gün hesabı ilə h esablanaraq (01 il 01 ay 14 gün) çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on atlı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2 020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 06 (altı) ay 22 (iyirmi iki) gün müddət hazırki cəzanın müddətindən çıxılması, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 29 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan marixuanam əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zaqatala rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixu ananı əldə edib saxlayaraq 16 ədəd kibrit qutusuna yerləşdirilmiş, xx.xx.2020-ci il tarixdə səhər saatlarında içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu tanışı X3 vermiş, bir qismini sonuncu ilə birlikdə istifadə etmiş, qalan hissəsini Ravon-R4 LT markalı, **-UJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərinə daşıyarkən həmin gün saat 11:20 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Baba market’in qarşısında Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ 40-cı PB-nə gətirilərək avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindəki sellofan torbanın içərisindən 14 (on dörd) ədəd, qabaq ot uracağı ilə üzbəüz olan saxlanc yerindən 1 (bir) ədəd, X2 üzərindən 1 ( bir) ədəd olmaqla cəmi 16 (on altı) ədəd kibrit qutularının içərisindən ayrıayrılıqda təmiz çəkiləri 3,886 qram; 4,493 qram; 4,978 qram; 4,544 qram; 4,429 qram; 3,893 qram; 4,284 qram; 3,353 qram; 4,867 qram; 4,222 qram; 3,914 qram; 3,461 qram; 3,962 qram; 4,711 qram; 4,025 qram, 0, 357 qram, ümumi təmiz çəkisi çəkisi 63,379 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli hökmün ləğv edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Məhkum hesab edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv edib onu CM-in 234.2-ci maddəsi ilə məhkum edərkən cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini pozmuş, heç bir əsas olmadan həm əməlin tövsifində, həm də hüquqi qiymət verilməsində səhvə yol vermişdir. Məhkum qeyd edir ki, istər məhkəməyədək araşdırma zamanı, istərsə də, məhkəmə istintaqında onun əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya şəxsi marağa görə narkotik vasitə əldə etməsinə dair mötəbər sübut əldə edilməmişdir. Əksinə, polis orqanlarına daxil olmuş məlumatda da onun narkotik vasitələrin satışı ilə deyil, istifadəsi ilə məşğul olması göstərilmişdir. Ona görə də, məhkumun fikrincə, onun əməli CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu ger i götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli hökmündən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respubli kası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-977/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-977/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver