Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-977/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3 və 29,144.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Quliyev Eldəniz Mənaf oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 1(099)488/2021 nömrəli (sədrlik edən hakim Nuriyev Xamməd Abış oğlu və hakimlər Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1992-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bunda n sonra “CM”) 29,144.2.3 və 29,144.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 10 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçiləri Həsənov İbarət Əhəd oğlu və Əliyev Hikmət Vilayət oğlu tərəfindən ayrı-ayrılıqda və məhkum edilmiş səxs Məhkum2 müdafiəçisi Mənsimov Rəsul Əli bala oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) 15 mart 2022-ci il tarixli 1(106)-62/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum2 müdafiəçisi Quliyev Eldəniz Mənaf oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəsisəsindən 2 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş 24 may 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmə k və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.2.3 və 29,144.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Quliyev Eldəniz Mənaf o ğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-977/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-977/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver