Məhkəmə qərarları › İş №1(102)-977/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-977/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-977/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-581/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilm iş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 31 avqust 1999-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 09 mart 2023-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 aprel 2023-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instan siya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 21 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs1 məxsus Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən ərzaq mağazasına olan 60 manat 40 qəpik borcunu sonuncu ondan istəməsinə görə həmin mağazanın qarşısında əsaslı səbəb olmadan onu nalayiq söyüşlərlə söyərək bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə sillə, yumruq və təpiklə vuraraq ona boyun nahiyəsində, döş qəfəsinin ön səthində və sağ baldır nahiyəsində qançırlar, sol əlin 1-ci barmağının dırnaq falanqasında əzilmiş yara kimi xəsarətlər əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üz ərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan sonra təkrarən o, 27 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən «Palma» restoranının həyətində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs2 ilə mübahisə edib onu nalayiq söyüşlərlə söyərək sonra masanın üstündə olan şüşə bokalı götürüb onun sol qaş nahiyəsindən vuraraq ona sol qaş nahiyəsində kəsilmiş yara əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, şəxslər üzərində zor tətbiq olunması və silah qismində istifadə edilən əşya tətbiq edil məsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir.

5. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-70/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla cinayətlərin məcmusu qaydasında 2 il 5 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət in təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, cinayət qanunu normasının düzgün tətbiq edilmədiyindən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi barədə dəyişikliklər edilməklə yeni qərar çıxarılmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-581/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə apell yasiya protesti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-70/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli hökmünün dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Məhkum cinayət əməllərinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə tövsif edilməsi və onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu iki gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməs i, cəzaçəkmə müddətinin əvvəlinin 12 sentyabr 2023-cü il tarixdən hesablanması, hökmdən Azərbaycan Respublikası CM-nin 221.1, 66.2 və 70-ci maddələrinin tətbiqi ilə bağlı müddəaların xaric edilməsi qərara alınmış, hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Hər iki kassasiya şikayətində məhkum edilmiş şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-581/2023 nömrəli, 12 sentyabr 2023- cü il tarixli qərarının dəyişdirilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə Məhkum təyin edilmiş cəzanın şərti müəyyən edilməsi barədə qərar çıxarılması xahiş edilir.

10. Kasasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmi r. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum və müdafiəçi kassasiya şikayətlərində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-c u maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-581/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin e tməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 20 11-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikas ı CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədlər i daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

23. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunve ricilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).

24. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətlərinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında xahişlərin əsassız olduğu müəyyən edilir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

26. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, Məhkum təyin edilən cəza – onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin ən aşağı həddində olmaqla maddi cinayəthüquqi normaların tələblərinə uyğundur.

28. Baxılan cinayət işindən göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmünü cəzaya aid hissədə dəyişdirən apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş cəzanın şərti hesab edilməsi əsasları kimi hökmdə göstərilmiş xüsusatların onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunması üçün əsas olmadığı, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilərkən işin konkret hallarının, Məhkum şəxsiyyətini səciyyələndirən halların, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alınmadığı barədə qənaətə gəlmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin belə mövqeyi ilə razı laşaraq qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edildiyi kimi, Məhkum əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunsa da, islah yoluna qədəm qoymamış və məhkumluğu ödənilmədiyi dövrdə yenidən hazırkı cinayət işi üzrə qəsdən iki cinayət əməlini törətmişdir birinci xuliqanlıq əməlinə dair istintaqın aparılmasına baxmayaraq təkrarən başqa şəxsə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, şəxslər üzərində zor tətbiq olunması və silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir.

30. Məhkum və müdafiəçi verilmiş kassasiya şikayətlərində cəzanı yüngülləşdirən hall arın nəzərə alınmaqla məhkum barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etsələr də, göründüyü kimi məhkuma əvvəlki cinayət işi üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq o, məhkumluğu ödənilmədiyi dövrdə yenidən qəsdən cinayətlər törətmiş, əməlində cinayətin residivi yaranmasa da, bu hal onun şəxsiyyətinin mənfi xarakterizə olunmasına, əvvəlki məhkumluğu üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın onun islah olunması üçün yetərli olmadığına, onun yalnız cəmiyyətdən təcrid olunmaqla islah edilməsinin mümkünlüyünə dəlalət edir.

31. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas aşkar edilmir.

32. Müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində əksini tapan, cinayət əməlini törətmiş şəxslərə tətbiq edilən cəza üzə tələblərə tam riayət etmişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayə t işinin hallarının təfsirinin təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

35. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-581/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-581/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar