Məhkəmə qərarları › İş №1(102)-977/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-977/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-977/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Ələsgərov Şakir Çərkəz oğlunun iştirakları ilə xx xxxxxxxx 1970-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olu nmamış, Qusar rayonu Samur qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli 1(105)149/2023 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)-149/2023 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkə məsinin 17 noyabr 2022-ci il tarixli 1(124)-188/2022 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) Məhkum - Azərbaycan Respublikası CM-in 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apelyasiya şikayətləri verilmiş, işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli 1(105)-149/2023 nömrəli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), E.G. Rəhimov və M.Ə.Rzayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 1(124)188/2022 nömrəli, hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 1(105)-149/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən 2 aprel 2024-cü il tarixdə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli 1(102)-1566/2024 nömrəli qərarı ilə (hakimlər: İ.S.Qılıcov (sədrlik edən), V.C.Cəfərov və İ.Ə.Rəcəbov) məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılmışdır. Məhkum müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 5 aprel 2023-cü il tarixli qərarından kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verilmiş, vəsatət və kassasiya şikayəti 20 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)-149/2023 nömrəli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), A.H.Hüseynzadə və M.Ə.Rzayev) məhkumun müdafiəçisinin kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)-149/2023 nömrəli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ş.Ələsgərovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1ci maddəsində nəzərdə tutulmuş halda (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün) isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 və 520.7-ci maddəsində nəzərdə tutulmuş apellyasiya məhkəməsinin qərarlarından onların çıxarıldığı gündən bir ay müddətinə kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının ü zrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas, ya şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalıdır. Yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Məhkəmə kollegiyası iş material larını təhlil edərək belə nəticəyə gəlir ki, müdafiəçinin hazırkı vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Kassasiya şikayətinin verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 1(105)-149/2023 nömrəli qərarının qəbul edilməsindən 1 ildən çox vaxt keçmiş, mübahisələndirilən qərar məhkuma göndərilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)149/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verdiyi şikayət əsassızdır və kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsa sən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)-149/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar