Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-978/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X20 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə və qeyrilərinin təqsirli bilinib məhkum olunmaları barədə cinayə t işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü ilə (hakimlər X25 (sədrlik edən), X114 və X4 ibarət tərkibdə) Məhkum – xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, subay, "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsində işləyən, Bakı şəhəri, **************************** qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 179.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə aza dlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 01 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-nin 70 -ci maddəsi tətbiq olunaraq ona təyin edilən azadlıqdan məhrumetmə cəzası şərti məhkumetmə sayılmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Həmin hökmlə X86 və X21 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, eləcə də X21 və X86 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid qəsdlə mənimsəməklə talamış və tamah n iyyətilə vəzifə saxtakalığı törətmişdir. Belə ki, o, 07.01.2013-cü il tarixdən Bakı Şəhərlərarası Sərnişin daşıma Avtonəqliyyat müəssisəsinin hüquqi varisi olan, Bakı şəhəri, ****************************** məhəllədə yerləşən, ümumi sahəsi 44.067 kv.m olan və əsas fəaliyyəti sərnişin daşıma, avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki qulluq etmə, həmçinin qanunvericiliklə qadağan edilməyən digər xidmətlərin göstərilməsi olan "xxxx" ASC-nin idarə heyyətinin sədri vəzifəsində işlərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, cəmiyyətin 17.09.1998-ci il tarixdə qəbul edilmiş Nizamnaməsinə əsasən cəmiyyətin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, cəmiyyətin idarə strukturunu və ştatını formalaşdırmaq, rəhbərlik etdiyi təşkilatın adın dan vəkalətnaməsiz fəaliyyət göstərmək, onun mənafelərini bütün dövlət orqanlarında, müəssisə və təşkilatlarda təmsil etmək, banklarda hesab açmaq, icrası məcburi olan əmr və göstərişlər vermək, xidmət sahələrindən əldə edilmiş mənfəətin cəmiyyətin mülkiyyətçiləri hesab edilən səhmdarlar arasında bölüşdürülməsinə cavabdeh olmaq və s. səlahiyyətlərə malik vəzifəli şəxs kimi cəmiyyətin baş mühasibi X21 və menecer X86 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, qeyd olunan normativ sənədin tələblərini yerinə yetirməməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Cəmiyyətin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsindən daxil olan pul vəsaitini, yəni etibar olunmuş əmlakı vahid qəsdlə talama niyyətlə, müvafiq rəsmi sənədlər in, yəni icarə müqavilələrinin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə icarəyə verdiyi cəmiyyətin mülkiyyətində olan qeyri-yaşayış sahələrinə görə aylıq icarə haqqlarını faktiki aldığı məbləğdən aşağı göstərməklə, ASC-nin İdarə heyətinin sədri kimi icarə müqavilələrini bağladığı ayrı-ayrı şəxslərdən, o cümlədən X115 ilə imzaladığı 20.02.2013-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 65 manat almaqla cəmi 312 manat, X59 ilə imzaladığı 23.01.2013cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 64 manat göstərdiyi halda faktiki 78 manat almaqla 336 manat, 01.04.2015-ci il icarə müqaviləsində aylıq icarə haqqını 64 manat göstərdiyi halda faktiki 65 manat alaraq 649 manat olmaqla cəmi 985 manat, X87 ilə imzaladığı 26.01.2013-cü il t arixli icarə müqaviləsində aylıq icarə haqqını 311 manat göstərdiyi halda faktiki 320 manat almaqla cəmi 126 manat, X88 ilə imzaladığı 23.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 120 manat göstərdiyi halda faktiki 280 manat almaqla cəmi 5384 manat, X116 ilə imzaladığı 26.01.2013, 14.01.2014 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 90,5 manat göstərdiyi halda faktiki 320 manat almaqla cəmi 9912 manat, X60 ilə imzaladığı 28.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 50 manat göstərdiyi halda faktiki 240 manat almaqla cəmi 3420 manat, X11 ilə imzaladığı 24.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 31 manat göstərdiyi halda faktiki 200 manat almaqla 1516,50 manat, 13.01.2014-cü il tarixli icarə müqaviləsin də aylıq icarə haqqını 31 manat göstərdiyi halda faktiki 200 manat almaqla 845 manat olmaqla, cəmi 2361,5 manat, X37 ilə imzaladığı 07.02.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 380 manat göstərdiyi halda faktiki 415 manat almaqla 730 manat, 22.08.2014, 02.04.2015 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 210 manat göstərdiyi halda faktiki 414 manat almaqla 2802 manat olmaqla, cəmi 3532 manat, X89 ilə imzaladığı 24.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 64 manat göstərdiyi halda faktiki 96 manat almaqla cəmi 1561 manat, X90 ilə imzaladığı 24.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 44 manat göstərdiyi halda faktiki 50 manat almaqla 144 manat, 01.04.2015-cı il tarixli icarə müqaviləsində aylıq icarə h aqqını 53 manat göstərdiyi halda faktiki 55 manat almaqla 557 manat olmaqla, cəmi 701 manat, X91 ilə imzaladığı 25.01.2013 və 27.01.2015-ci il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 180 manat göstərdiyi halda faktiki 311 manat almaqla cəmi 1896 manat, X92 ilə imzaladığı 23.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 75 manat göstərdiyi halda faktiki 80 manat almaqla 60 manat, 02.04.2015 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 80 manat almaqla 459 manat olmaqla, cəmi 519 manat, X117 ilə imzaladığı 28.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 180 manat göstərdiyi halda faktiki 216 manat almaqla cəmi 2115 manat, X38 ilə imzaladığı 24.01.2013 və 14.01.2014-cü il tarixli icarə müqa vilələrində aylıq icarə haqqını 65 manat göstərdiyi halda faktiki 80 manat almaqla cəmi 614 manat, X118 ilə imzaladığı 27.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 245 manat göstərdiyi halda faktiki 390 manat almaqla 3465 manat, 02.04.2015- ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 294 manat göstərdiyi halda faktiki 390 manat alaraq 1753 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 160 manat göstərdiyi halda faktiki 390 manat alaraq 345 manat olmaqla, cəmi 5563 manat, X61 ilə imzaladığı 23.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 77,50 manat göstərdiyi halda faktiki 200 manat almaqla cəmi 2573 manat, X12 ilə imzaladığı 28.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 70 manat göstərdiyi halda fa ktiki 200 manat almaqla 3090 manat, 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 84 manat göstərdiyi halda faktiki 100 manat almaqla 239 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 100 manat almaqla 600 manat olmaqla, cəmi 3929 manat, X39 ilə imzaladığı 05.12.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 340 manat göstərdiyi halda faktiki 600 manat almaqla 3380 manat, 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 408 manat göstərdiyi halda faktiki 600 manat almaqla 3360 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 190 manat göstərdiyi halda faktiki 600 manat almaqla 1014 manat olmaqla cəmi 7754 manat, X62 ilə imzaladığı 14.01.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 65 manat göstərdiyi halda faktiki 80 manat almaqla 377 manat, 02.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 78 manat göstərdiyi halda faktiki 80 manat almaq 130 manat olmaqla, cəmi 507 manat, X93 ilə imzaladığı 26.01.2013-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 90 manat göstərdiyi halda faktiki 200 manat almaqla cəmi 2310 manat, X13 ilə imzaladığı 24.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 64 manat göstərdiyi halda faktiki 96 manat almaqla cəmi 381 manat, X63 ilə imzaladığı 23.01.2013, 01.04.2015 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 77,5 manat göstərdiyi halda faktiki 200 manat almaqla cəmi 4949 manat, X119 ilə imzaladığı 26.01.2013-cü il tarixli icarə müqaviləsində ayl ıq icarə haqqını 50 manat göstərildiyi halda faktiki 78 manat almaqla cəmi 1378 manat, X40 ilə imzaladığı 28.01.2013 və 06.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 369 manat göstərdiyi halda faktiki 550 manat almaqla cəmi 6167 manat, X26 ilə imzaladığı 24.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 64 manat göstərdiyi halda faktiki 77 manat almaqla cəmi 683 manat, X120 ilə imzaladığı 26.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 120 manat göstərdiyi halda faktiki 310 manat almaqla cəmi 5334 manat, X121 ilə imzaladığı 23.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 32 manat göstərdiyi halda faktiki 65 manat almaqla cəmi 508 manat, X41 ilə imzaladığı 23.01.2013 və 01.04.2015-ci il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 45 manat göstərdiyi halda faktiki 65 manat almaqla cəmi 945 manat, X94 ilə imzaladığı 30.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 445 manat göstərdiyi halda faktiki 606 manat almaqla 4374 manat, 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 534 manat göstərdiyi halda faktiki 606 manat almaqla 257 manat olmaqla, cəmi 4631 manat, X122 ilə imzaladığı 26.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 125 manat göstərdiyi halda faktiki 380 manat almaqla 9622 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 320 manat göstərdiyi halda faktiki 380 manat almaqla 1044 manat olmaqla, cəmi 10666 manat, X95 ilə imzaladığı 25.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 96 manat almaqla cəmi 384 manat, X96 ilə imzaladığı 26.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 100 manat göstərdiyi halda faktiki 220 manat almaqla cəmi 4628 manat, X97 ilə imzaladığı 16.05.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 260 manat göstərdiyi halda faktiki 350 manat almaqla 720 manat, 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 312 manat göstərdiyi halda faktiki 350 manat almaqla 2298 manat olmaqla, cəmi 3018 manat, X14 ilə imzaladığı 23.01.2013-cü il tarixli icarə müqaviləsində icarə haqqını 102,5 manat göstərdiyi halda faktiki 103 manat alaraq cəmi 77 manat, X143 ilə imzaladığı 29.10.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 80 manat almaqla cəmi 1264 manat, X123 ilə imzaladığı 25.07.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 65 manat göstərdiyi halda faktiki 103 manat almaqla cəmi 765 manat, X124 ilə imzaladığı 28.12.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 72 manat almaqla cəmi 245 manat, 02.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 72 manat alaraq cəmi 396 manat olmaqla, cəmi 641 manat, X27 ilə imzaladığı 23.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 77,5 manat göstərdiyi halda faktiki 78 manat almaqla cəmi 146 manat, X42 ilə imzaladığı 15.02.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 260 manat göstərdiyi halda faktiki 390 manat almaqla cəmi 4440 manat, X43 ilə imzaladığı 05.09.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 115 manat almaqla cəmi 261 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 96 manat almaqla 600 manat olmaqla, cəmi 861 manat, X44 ilə imzaladığı 23.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 82.5 manat göstərdiyi halda faktiki 83 manat almaqla cəmi 12 manat, X144 ilə imzaladığı 20.10.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 200 manat almaqla cəmi 1156 manat, X125 ilə imzaladığı 29.09.2014 və 01.04.2015-ci il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 240 manat göstərdiyi halda faktiki 702 manat almaqla cəmi 6146 manat, X126 ilə imzaladığı 29.05.2014-cü il tarixli icarə m üqaviləsində aylıq icarə haqqını 140 manat göstərdiyi halda faktiki 168 manat almaqla 196 manat, 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 168 manat göstərdiyi halda faktiki 264 manat almaqla 958 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 50 manat göstərdiyi halda 264 manat almaqla 354 manat olmaqla, cəmi 1508 manat, X127 ilə imzaladığı 20.10.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 200 manat almaqla cəmi 828 manat, X170 ilə imzaladığı 29.01.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 370 manat göstərdiyi halda faktiki 420 manat almaqla 550 manat, 27.10.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 382 manat göstərdiyi halda faktiki 420 manat almaqla 1760 mana t, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 30 manat göstərdiyi halda faktiki olaraq 420 manat alaraq 1380 manat olmaqla, cəmi 3690 manat, X64 ilə imzaladığı 19.09.2014-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 90 manat göstərdiyi halda faktiki 108 manat alaraq cəmi 2134 manat, X22 ilə imzaladığı 23.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 64 manat göstərdiyi halda faktiki 65 manat alaraq cəmi 78 manat, X15 ilə imzaladığı 2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 45 manat göstərdiyi halda faktiki 65 manat alaraq cəmi 40 manat, X45 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 75 manat göstərdiyi halda faktiki 90 manat alaraq cəmi 45 manat, X16 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 373 manat göstərdiyi halda faktiki 375 manat alaraq cəmi 820 manat, X65 ilə imzaladığı 02.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 252 manat göstərdiyi halda faktiki 302 manat alaraq cəmi 1308 manat, X17 ilə imzaladığı 24.06.2015- tarixli icarə müqaviləsində aylıq icarə haqqını 316 manat göstərdiyi halda faktiki 338 manat alaraq cəmi 1782 manat, X98 ilə imzaladığı 02.06.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 50 manat göstərdiyi halda faktiki 60 manat alaraq cəmi 348 manat, "xxxx" MMC ilə imzaladığı 02.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 310 manat alaraq cəmi 3796 manat, X66 ilə imzaladığı 04.09.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqın ı 120 manat göstərdiyi halda faktiki 300 manat alaraq cəmi 4968 manat, X99 ilə imzaladığı 02.04.2015 və 01.04.2016-cı il tarixli icarə müqavilələlərində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 240 manat alaraq cəmi 1552 manat, "xxxx" MMC-ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 525 manat göstərdiyi halda faktiki 630 manat alaraq cəmi 6160 manat, X145 ilə imzaladığı 05.06.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 65 manat göstərdiyi halda faktiki 94 manat alaraq cəmi 463 manat, X46 ilə imzaladığı 02.04.2015 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 65 manat göstərməklə faktiki 784 manat alaraq cəmi 1618 manat, X5 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 58 manat göstərdiyi halda faktiki 70 manat alaraq cəmi 32 manat, X100 ilə imzaladığı 01.04.2015 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 50 manat göstərdiyi halda faktiki 60 manat alaraq cəmi 112 manat, X10 imzaladığı 13.01.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 72 manat alaraq cəmi 144 manat, X67 ilə imzaladığı 13.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 120 manat alaraq cəmi 3342 manat, X47 ilə imzaladığı 23.01.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 50 manat göstərdiyi halda faktiki 250 manat alaraq cəmi 200 manat, X28 ilə imzaladığı 01.04.2015ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 72 manat alaraq cəmi 96 manat, X101 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 190 manat göstərdiyi halda faktiki 224 manat alaraq cəmi 880 manat, X48 ilə imzaladığı 02.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 70 manat göstərdiyi halda faktiki 84 manat alaraq cəmi 42 manat, X102 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 366 manat göstərdiyi halda faktiki 432 manat alaraq cəmi 1944 manat, X68 ilə imzaladığı 02.04.2015ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda faktiki 72 manat alaraq cəmi 42 manat, X29 ilə imzaladığı 2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 76 manat göstərdiyi halda faktiki 80 manat alaraq cəmi 4 manat, X6 ilə imzaladığı 02.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 77 manat göstərdiyi halda faktiki 80 manat alaraq cəmi 437 manat, X23 ilə imzaladığı 02.04.2015-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 50 manat göstərdiyi halda faktiki 60 manat alaraq cəmi 76 manat, X49 ilə imzaladığı 02.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 96 manat alaraq cəmi 432 manat, X69 ilə imzaladığı 04.09.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 276 manat göstərdiyi halda faktiki 290 manat alaraq 2852 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 50 manat göstərdiyi halda faktiki 290 manat alaraq 1788 manat olmaqla cəmi 4640 manat, X70 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 384 manat göstərdiyi halda faktiki 461 manat alaraq cəmi 4722 manat, X50 ilə ilə imzaladığı 09.06.2015-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 190 manat göstərdiyi halda faktiki olaraq 252 manat alaraq 130 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 355 manat alaraq 570 manat olmaqla, cəmi 700 manat, X103 ilə imzaladığı 06.06.2013-cü il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 200 manat göstərdiyi halda faktiki 240 manat alaraq 384 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 170 manat göstərdiyi halda faktiki 200 manat alaraq 1116 manat olmaqla cəmi 1500 manat, X128 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 60 manat göstərdiyi halda f aktiki 72 manat alaraq cəmi 316 manat, X71 ilə imzaladığı 27.10.2015-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 65 manat göstərdiyi halda faktiki 78 manat alaraq 360 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 65 manat göstərdiyi halda faktiki 150 manat alaraq 924 manat olmaqla cəmi 1284 manat, X104 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 100 manat göstərdiyi halda faktiki 120 manat alaraq cəmi 128 manat, X72 ilə imzaladığı 18.08.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 120 manat göstərdiyi halda faktiki 200 manat alaarq cəmi 1590 manat, X105 ilə imzaladığı 07.10.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 120 manat göstərdiyi halda faktiki 500 manat alaraq cəmi 1242 manat, X7 ilə imzaladığı 01.04.2015ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 77 manat göstərdiyi halda faktiki 80 manat alaraq cəmi 157 manat, X51 ilə imzaladığı 01.04.2015 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 120 manat göstərdiyi halda faktiki 144 manat alaraq cəmi 728 manat, X52 ilə imzaladığı 02.04.2015-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 77 manat göstərdiyi halda faktiki 96 manat alaraq cəmi 577 manat, X106 ilə imzaladığı 01.04.2015-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 150 manat göstərdiyi halda faktiki 402 manat alaraq 2854 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 250 manat göstərdiyi halda faktiki 402 manat alaraq 744 manat olmaqla cəmi 3598 manat, X146 ilə imzaladığı 02.04.2015 və 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 65 manat göstərdiyi halda faktiki 80 manat alaraq cəmi 48 manat, X129 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 75 manat göstərdiyi halda faktiki 90 manat alaraq cəmi 225 manat, X30 ilə imzaladığı 2014 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 110 manat göstərdiyi halda faktiki 190 manat alaraq cəmi 2094 manat, X130 ilə imzaladığı 02.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 65 manat göstərdiyi halda faktiki 80 manat alaraq cəmi 48 manat, X73 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 45 manat göstərdiyi halda faktiki 58 manat alaraq cəmi 113,5 manat, X31 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqavi ləsində aylıq icarə haqqını 276 manat göstərdiyi halda faktiki 346 manat alaraq 2557 manat, 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 230 manat göstərdiyi halda faktiki 276 manat alaraq 87 manat olmaqla, cəmi 2644 manat, X8 ilə imzaladığı 01.04.2015-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 100 manat göstərdiyi halda faktiki 120 manat alaraq cəmi 60 manat, X74 ilə imzaladığı 2015 və 01.04.2016-cı il tarixli icarə müqavilələrində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 96 manat alaraq cəmi 1440 manat, X18 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 120 manat göstərdiyi halda faktiki 140 manat alaraq cəmi 416 manat, X147 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 35 manat göstərdiyi halda faktiki 45 manat alaraq cəmi 36 manat, X32 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 126 manat göstərdiyi halda faktiki 140 manat alaraq cəmi 14 manat, X107 ilə imzaladığı 01.04.2016-cı tarixli icarə müqaviləsində aylıq icarə haqqını 100 manat göstərdiyi halda faktiki 310 manat alaraq cəmi 840 manat, "xxxx" MMC ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 96 manat alaraq cəmi 288 manat, "xxxx" MMC ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 30 manat göstərdiyi halda faktiki 100 manat alaraq cəmi 64 manat, X148 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 100 manat göstərdiyi halda faktiki 160 mana t alaraq cəmi 960 manat, X33 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 264 manat alaraq cəmi 1469 manat, X131 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 96 manat alaraq cəmi 388 manat, H6 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 120 manat göstərdiyi halda faktiki 144 manat alaraq cəmi 720 manat, X2 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 96 manat alaraq cəmi 576 manat, "xxxx" MMC ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 120 manat göstərdiyi halda faktiki 144 manat alaraq cəmi 432 manat, X53 ilə imzal adığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 30 manat göstərdiyi halda faktiki 90 manat alaraq cəmi 468 manat, "xxxx" MMC ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 130 manat göstərdiyi halda faktiki 156 manat alaraq cəmi 624 manat, X34 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 130 manat göstərdiyi halda faktiki 156 manat alaraq cəmi 864 manat, X35 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 96 manat alaraq cəmi 384 manat, X54 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 70 manat göstərdiyi halda faktiki 120 manat alaraq cəmi 396 manat, X24 ilə imzaladığı 13.05.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 55 manat göstərdiyi halda faktiki 66 manat alaraq cəmi 66 manat, X75 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 80 manat göstərdiyi halda faktiki 180 manat alaraq cəmi 130 manat, "xxxx" MMC ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 25 manat göstərdiyi halda faktiki 340 manat alaraq cəmi 1134 manat, X149 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 42 manat göstərdiyi halda faktiki 65 manat laraq cəmi 42 manat və X108 ilə imzaladığı 01.04.2016-cı il tarixli icarə müqaviləsində aylıq icarə haqqını 75 manat göstərdiyi halda faktiki 90 manat olmaqla cəmi 270 manat pul vəsaitini, ümumilikdə 07.01.2013-cü ildən 01.07.2016-cı il tarixədək olan dövrdə 705.187 manat icarə haqqı adları göstərilən şəxslərdən özü, həmçinin Rövşən İbrahimov və E6 vasitəsi ilə toplamasına baxmayaraq, həmin puldan cəmiyyətin xəzinəsinə cəmi 512.578 manat icarə haqqı mədaxil olunmasını təşkil edib rəsmiləşdirməklə, icarə haqqlarından artıq yığılan 192.611 (yüz doxsan iki min altı yüz on bir) manat pulu qeydiyyata almayıb, bir hissəsini sonunculara verib qalan hissəsini özünə götürməklə şəxsi ehtiyaclarına xərcləyib, "xxxx" ASC-yə məxsus etibar olunmuş külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə vahid qəsdlə mənimsəmə yolu ilə talamış, bununla da ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmuş və tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Hökmdən Məhkum müdafiə çisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X109 və X9 ibarət tərkibdə) 11 oktyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarından məhkum S6 kassasiya şikayəti verərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı icarəçilərin demək olar ki hamısı şahid qismində dindirilmiş və onlar aylıq icarə haqlarını ASC-də menecer işləyən E6 verdiklərini, Məhkum şəxsən tanımadıqlarını və ona hər hansı vəsait ödəmədiklərini bildirmişlər. Eləcə də, iş üzrə təqsirləndirilən şəxs kimi cəlb olunmuş E6 və R6 həmçinin toplanan icarə haqlarının Məhkum vermədiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş icarəçilərin hamısı eyni cür ifadələr vermişlər. Bundan əlavə, hesab edir ki, mənimsənilməsi ehtimal olunan rəqəm istintaq orqanı tərəfindən dəfələrlə şişirdilmiş və bu barədə məhkəmə mühasibatlıq ekspertizasının təkrar keçirilməsi barədə tərəfindən vəsatət verilmişdir. Belə ki, istintaq zamanı 2013-2015 və 2016-cı ilin yarım illik dövrünü əhatə edən auditor yoxlaması təyin edilmiş və audit nəticəsində yuxarıda qeyd olunan və heç bir əsası olmayan 192.611 manatlıq «mənimsəmə» aşkar olunmuşdur ki, bu da öz növbəsində istintaq zamanı iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq eksperti zasının rəyi ilə «təsdiq» olunmuşdur. Halbuki, cəmiyyətin həmin dövrü əhatə edən mühasibat sənədlərindən aşkar şəkildə görünür ki, əksər hallarda icarəçilərin cəmiyyətə icarə haqlarını ödəmədikləri, yəni borclu qaldıqları aylar üçün də icarə haqqı məbləğləri mənimsənilməsi ehtimal olunan məbləğ kimi göstərilərək üst-üstə hesablanmış və nəticədə «mənimsənilən» məbləğ kimi ittihama daxil edilmişdir. Halbuki, icarəçilərə dövrü olaraq ünvanlanmış bildirişlərdən (həmin bildirişlər, eləcə də üzləşmə cədvəlləri ibtidai istintaq zamanı təqdim olunmuşdur) görünür ki, onlar bildirişləri qəbul edərək borclarını etiraf etmişlər. Həmin dövrün kassa sənədlərindən də görünür ki, müəyyən aylar üçün icarə haqları ödənilməmiş və təbii ki bu barədə kassa mədaxil qəbzləri mövcud olmamışdır. Bundan başqa, mü hasibat sənədlərindən görünür ki, bir çox hallarda ayrı-ayrı illərə aid müqavilələr üzrə icarə haqqı məbləğləri fərqli olduğu halda (məsələn 2013-cü il üçün aylıq icarə haqqı 100 manat, 2014-cü il üçün 130, 2015-ci il üçün 150, 2016-cı il üçün isə 200 manat olmuşdursa) audit hesablaması sonuncu ən böyük (yəni 200 manat) məbləğə müvafiq aparılmış, nəticədə mənimsənilməsi ehtimal olunan məbləğ heç bir əsas olmadan şişirdilmişdir. Qeyd olunan bu və ya digər faktlar şahid kimi dindirilən icarəçilərin ifadələri ilə də təsdiq olunur. Bununla belə, məhkəmə mühasibatlıq ekspertizasının təkrar keçirilməsi zəruri olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən bu barədə verilmiş vəsatət təmin edilmədiyindən apellyasiya baxışının CPM-nin 392.3 maddəsinin tələbinə əsasən məhkəmə istintaqı keçirilməklə aparılmasını xahiş etmiş, apellyasiya məhkəməsi həmçinin vəsatəti təmin etməmişdir. Halbuki, ittihamda qeyd olunan məbləğin şişirdilməsinə baxmayaraq, Məhkum direktor olduğu ASC-də auditin keçirildiyi 3 il ərzində kiçik bir məbləğdə çatışmamazlıq aşkar olunması və Məhkum bundan xəbərsiz olması tamamilə mümkün idi. Beləliklə, Məhkum elan olunmuş ittiham heç bir sübutla təsdiqini tapmır və tamamilə mülahizəyə əsaslanır, yəni o, yalnız icraçı direktor vəzifəsini tutması ilə əlaqədar ehtimallara əsaslanan mülahizə ilə məhkəmə məsuliyyətinə verilmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət itt ihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət ko llegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı icarəçilərin demək olar ki hamısı şahid qismində dindirilmiş və onlar aylıq icarə haqlarını ASC-də menecer işləyən Elşən Heydərova verdiklərini, Məhkum şəxsən tanımadıqlarını və ona hər hansı vəsait ödəmədiklərini bildirmişlər. Eləcə də, iş üzrə təqsirləndirilən şəxs kimi cəlb olunmuş Elşən Heydərov və Rövşən İbrahimov həmçinin toplanan icarə haqlarının Məhkum vermədiklərini bildirmişlər. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs X86 ifadəsində göstərmişdir ki, icarə haqlarını Röbşən İbrahimovun verdiyi siyhı əsasında toplayaraq sonuncuya təhvil verirdim, əvəzində mədaxil qəbzləri alaraq icarədarlara paylayırdım. İcarə müqavilələrini İbrahim tərəfindən tərtib edilirdi və icarədarlar onun yanına gedib müqavilələri imzalayırdılar. Mən icarə müqavilələrini görməmişəm, sadəcə olaraq icarə haqlarını Rövşənin dediyi məbləğlərə uyğun toplamışam. Magistral Ekspres ASC-nin mülkiyyətində olan obyektləri icarəyə götürmək istəyən şəxslərin müraciətləri əsasında onlara obyekt göstərib, yerini və təxmini qiymətini deyirdim. Müştəri razılaşdıqdan sonra onu Məhkum yanına göndərib, sonuncu ilə razılaşdıqdan sonra icarə müqaviləsini imzalamışlar. Ona görə də icarə müqaviləsində yazılmış məbləği görməmiş, sadəcə olaraq Rövşənin tərtib etdiyi siyahı əsaında icarə haqlarını toplayıb Rövşənə vermişəm. Cəmiyyətin icarədarlarının hamısını tanımış, onların ödədikləri icarə haqlarının müqavilədə göstərilənlə eyni olub-olmadığını bilməmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs X21 ifadəsində göstərmişdir ki, icarə haqqının toplanması ilə baş mühasib kimi o özü və cəmiyyətin menecceri E7 məşğul olmuşlar. İcarədarlardan aldığı aylıq icarə haqlarına uyğun olaraq kassa mədaxil qəbzi tərtib edərək pul ödəyən şəxsə veriridim. Aldığım pulu isə kassaya mədaxil edirdimƏksər hallarda icarə haqları E7 tərəfindən toplanaraq mənə təqdim edilmiş, toplanmış pulların məbləğinə müvafiq də mədaxil qəbzl əri tərtib edərək ona vermişdir. Cəmiyyətin idarə heyətinin sədri Məhkum olduğundan cəmiyyətin bütün fəaliyyətinə o rəhbərlik emişdir. Mən səhmdarlardan artıq pul almamışam və bu işlərdən məlumatım olmayıb. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, 2012-ci ildən başlayaraq hər il Azərbaycan Respublikası Ticarət və Sənaye palatasının Azekspertiza birliyi tərəfindən orta bazar qiymətləri müəyyən edilirdi, onun əsasında da cəmiyyət tərəfindən icarə haqları müəyyənləşdirilmişdir. İcarə haqlarının konkret olaraq nə qədər olduğunu bilmirəm, bunu cəmiyyətin mühasibatlığındn öyrənmək olar. Birbaşa icarədarlarla ünsiyyətdə olmadığıma görə Saleh Orucovun ondan 70 manat artıq icarə haqqı alınması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə rin ifadələrindən müəyyən edilir ki, icarəçilərdən icarə haqqı icarə müqaviləsi əsasında deyil, Məhkum icarəçilərlə razılaşdırdığı və həmin razılaşma əsasında X3 tərtib etdiyi siyahı əsasında onun özü və X86 tərəfindən toplanmışdır. Həmin siyahı əsasında toplanmış pul vəsaitinin müqavilədə rəsmiləşdirilmiş məbləğlər MMC-nin hesabına keçirilmiş, qalan məbləğ isə təqsirləndirilən şəxslərin aralarında bölüşdürülmüşdür. Yığılmış icarə haqlarının göstərilən qaydada bölüşdürülməsi icarəçilərin və səhmdarların şahid ifadələri ilə də təsdiq edilmişdir Birinci instansiya məhkəməsi iclasında şahid X116 göstərmişdir ki, Məhkum idarə heyətinin sədri təyin edildikdən sonra, y7əni 2013-cü ildən bu günə qədər icarəyə götürdüyü obyektə görə aylıq 320 manat icarə haqqı ödəmişdir. icarə haqqından əlavə elek trik və su sayğaclarının göstəricilərini, aylıq 50-60 manat kommunal xidmət pulu ödəmişdir. Bundan başqa 2013-cü ildə E6 danışaraq 110 kv.m anbar sahəsi götürmüş, həmin anbarı aylıq 220 manat icarə haqqı və 20-25 manat komunal xidmət haqqı ödəmişdir. 2016-cı ilin dekabrında işləri qaydasında getmədiyinə görə həmin anbarı təhvil vermişdir. Ödədiyi pulun müqabilində mədaxil qəbzlərində məbləğ az göstərilmişdir. İcarə müqaviləsində Magistral Ekspres MMC-dən götürdüyü 181 kv.m qeyri-yaşayış sahəsinə göörə aylıq 90,5 manat icarə haqqı yazılsa da aylıq 320 manat icarə haqqı ödəmişdir. 14.01.2014-cü il tarixli icarə müqaviləsinə görə aylıq icarə haqqı 55 manat yazılsa da, hər ay 220 manat ödəmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş digər icarəçilər də şahid ifadələrində eyni məz munlu faktlar barədə göstərmişlər. Məhkum cinayət əməlləri yuxarıda göstərilənlərlə yanaşı birinci instansiya məhkəməsi iclaslarında tədqiq edilmiş digər sübutların, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə tam sübut edilmişdir. Elan edilmiş ittihamda mənimsəmə kimi göstərilmiş məbləğlərin istintaq orqanı tərəfindən şişirdilməsi barədə kassasiya şikayətinin dəlilləri konkret sübutlarla təsdiq edilmir və bu dəlillər subyektiv mülahizələrə əsaslandığından təmin edilməməlidir. apellyasiya instansiya məhkəməsi iclaslarında həmin dəlillərin əsaslılığı yoxlanmış və məhkəmə kollegiyasının qərarında həmin dəlillərə ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqında və məhkəmə iclaslarında sübutların toplanması, tədqiqi və qiymətləndirilmə si zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması halları, Məhkum müdafiə və ədalətli məhkəmə apaşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Kassasiya şikayətində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Ona görə də kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar d əyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə və qeyrilərinin təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarı Məhkum aid hissədə, onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-978/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-978/2019
25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver