Məhkəmə qərarları › İş №1(102)-978/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-978/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-978/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafı̇ z Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından məhkum müdafiəçisi Tağıyeva Aidə Qəfər qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Cavid İbadulla oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhk um olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum narkotik vasitə və psixotrop maddələr satma barədə şəxsiyyəti müəyyənləşdirilməmiş İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı “X” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində sonuncudan qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 7,882 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmçinin eyni mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli m iqdarda - 01 ədəd bükümdə təmiz çəkisi 1000 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 185,604 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 75,283 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ümumi miqdarı 1,16 qram olan 29 ədəd metadon tərkibli dərman preparatını əldə edib yaşadığı mənzilin qonaq otağında olan bir ədəd qara rəngli çantanın içərisində saxlamışdır. Məhkum qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (bundan sonra: DİN, BNMİ) daxil olmuş əməliyyat məlumatı əsasında həmin baş idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, 09.03.2021-ci il tarixdə, saat 21:30-da ün van 2 ünvanın qarşısında piyada hərəkət edən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində yaxalanıb ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası DİN, BNMİ-nin inzibati binasına aparılaraq orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 7,882 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin 10.03.2021-ci il tarixdə yaşadığı ünvan 4 ünvanda videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı mənzilin qonaq otağında olan bir ədəd qara rəngli çantanın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 1000 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 86,218 qram və 99,386 qram, ümumi təmiz çəkisi 185,604 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 73,323 qram və 1,960 qram, ümumi təmiz çəkisi 75,283 qram olan xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ümumi miqdarı 1,16 qram olan 29 ədəd metadon tərkibli dərman preparatı (1 həbdə 0,04 qram metadon olmaqla) və 01 ədəd “Constant 14192645 300gx0,01” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyfəliev Əli Səlim oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 21 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından məhkum müdafiəçisi A.Q.Tağıyeva kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi A.Q.Tağıyeva kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum barəsindəki cina yət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişlər. Müdafiəçi məhkumun məhkəmə iclaslarında verdiyi ifadələrinə istinad edərək bildirir ki, Məhkum narkotik vasitəni və psixotrop maddələri öz istifadəsi üçün almış və onun bu vasitə və maddələrin aludəçisi olması, narkomaniya xəstəliyindən əzab çəkməsi halları məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli 1684 saylı rəyi ilə də təsdiq edilir. Müdafiəçinin fikrincə, belə olan halda Məhkum ona istinad olunan əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkumun cinayət əməlinin tövsifində məhkəmələrin yol verdikləri səhvin aradan qaldırılması üçün müdafiəçi irəli sürdüyü dəlillərə əsaslanaraq kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edilməsi və cinayət işini n yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, müdafiəçi A.Q.Tağıyeva isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və onun müdafiəçisinin iştirakları olmadan baxılmasını mü mkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən məhkum 25 aprel 2022ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərar ından müdafiəçisi A.Q.Tağıyeva tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi Müalicə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 26 aprel 2022-ci il tarixli 17/36-1023 saylı məktubla müşaiyət edilmişdir. Həmçinin məhkumun müdafiəçisi A.Q.Tağıyeva məhkəməyə 22 aprel 2022-ci il tarixli ərizəsini təqdim edərək, tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan onun geri qaytarılmasını xahiş etmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri göt ürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Məhkum və onun müdafiəçisi A.Q.Tağıyevanın ərizələrini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi A.Q.Tağıyeva tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum və müdafiəçi Tağıyeva Aidə Qəfər qızının ərizələri təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından məhkum müdafiəçisi Tağıyeva Aidə Qəfər qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar