Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-978/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Məhkum1 və onun müdafiəçisi Sübhanlı Bəhru z Bayram oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi B.B.Sübhanlı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Əhməd Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) Məhkum1, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Az ərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də təchizat departamentinin müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətə, CM-nin 193.2.1, 193.2.2-ci maddələri ilə 02 (iki) il müddətə, CM-nin 193-1.3.2-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən isə təyin edilmiş əsas cəzaları qis mən toplamaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilməklə qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən CM-nin 313-cü maddəsi ilə Məhkum1 cəza təyin edilməmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 04 aprel 2019-cu il tarixdən 29 iyul 2020-ci il tarixədək və 08 mart 2021-ci il tarixdən hökm elan olunduğu vaxta, yəni 16 sentyabr 2021-ci il tarixədək, ümumilikdə isə həbsdə saxlanıldığı 01 (bir) il 09 (doqquz) ay 07 (yeddi) gün müddət 03 (üç) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş 05 (beş) il müddətə azadlığın məhdu dlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması və onun üzərinə cəzasını çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən o rqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrası isə Bakı şəhəri Probasiya İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə tapşırılmışdır. Həmin hökmlə həmçinin Məhkum2 CM-nin 178.3.2, 193-1.3.2 və 313-cü maddələri ilə və Təqsirləndirilən şəxs CM-nin 32.5,178.3.2 və 32.5,193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. Eyni zamanda hökmlə zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin mülki iddiası təmin edilərək cinayət nəticəsində vurulmuş ziyandan 340.000 (üç yüz qırx min) manat pulun Məhkum1, 60.000 (altmış min) manat məbləğində pulun isə X2 tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılması, Təqsirləndirilən şəxs dair hissədə isə mülki iddiaya xitam verilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaradıb külli miqdarda ziyan vurmaqla və külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə edib, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı vahid niyyətlə ələ keçirib talamaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda pul vəsaitini vahid niyyətlə leqallaşdırmış, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əml ak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, əvvəlcədən tanıdığı Şahid1 və sonuncunun biznes ortağı Şahid2 təsisçilikləri ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 02 mart 2017-ci il tarixdə qeydiyyatdan keçməklə yaradılmış "xxxx" MMC-nin (VÖEN: **********) faktiki olaraq yarandığı 02 mart 2017-ci il tarixdən, rəsmi olaraq isə 05 aprel 2017-ci il tarixdən 06 iyul 2017-ci il tarixədək olan müddət ərzində 01 nömrəli əmək müqaviləsi ilə təchizat departa mentinin müdiri vəzifəsində işlədiyi müddət ərzində 05 aprel 2017-ci il tarixli nömrəsiz tam maddi məsuliyyət haqqında müqavilədə və əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarına əsasən, səlahiyyətlərinə müvafiq olaraq qərarların qəbul edilməsi, şirkətin təchizat fəaliyyətinin müqavilə və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmə və nəzarət etmə, şirkət tərəfindən həyata keçirilən bütün satınalma əməliyyatlarının qeydiyyatının düzgün əks etdirilməsini və müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək, buna nəzarət etmək, prosedurlar, normalar və təlimatlara uyğun olaraq təchizat prosesi üçün risk qiymətləndirməsi aparmaq, biznes planın tələblərinə, qanunvericiliyə, siyasət və prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq, təchizat prosesinin məqsədlərindən kənarlaşmaları və ya nöqsanları müəyyən etmək, təşkilatın tələblərinə uyğun olaraq operativ şəkildə təkmilləşdirmə tədbirləri görmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qanunsuz olaraq əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 27 yanvar 2017-ci il tarixdə qeydiyyatdan keçirməklə cinayətdən xəbərsiz olan Şahid5 adına təsis etdiyi və faktiki olaraq özünün rəhbərliyi ilə həyata keçirdiyi "xxxx" MMC-ni (VÖEN: **********) yaradıb külli miqdarda ziyan vurmaqla və külli miqdarda g əlir əldə etmək məqsədi ilə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq "xxxx" MMC-də təchizat departamentinin rəhbəri kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışları Məhkum2 və qeyrisi ilə (X16) qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək özünə etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş Təqsirləndirilən şəxs köməkliyi ilə əvvəldən planlaşdırdıqları cinayətkar niyyətə uyğun olaraq hərəkət etmək qərarına gəlmişlər. Belə ki, 2017-ci ilin mart ayının istintaqla müəyyən edilməyən günündə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasında həmin cəmiyyətin direktoru Nümayəndə1 v ə təsisçisi Şahid1 qabaqcadan əlbir olduğu qeyrisini "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edərək onun təmsil etdiyi şirkətin guya neft avadanlıqları və neft məhsulları satmaqla məşğul olması və bu sahədə tanınmış "AZFEN" BM, "BP" və "Standart Oil" kimi iri şirkətlərlə əlaqəli işlər görməsi, "xxxx" MMC ilə əməkdaşlıq etdikləri, yəni həmin şirkətə lazım olan avadanlıqların digər şirkətlərdən alınıb sonuncu şirkətə satılacağı halda böyük məbləğdə qazanc əldə edəcəklərinə sonuncu ilə birlikdə yalan vədlər verərək aldatmaqla inandırıb, "xxxx" MMC ilə "xxxx" MMC arasında cinayətdən xəbərsiz olan faktiki olaraq sonuncu cəmiyyətin təsisçisi və direktoru Şahid5 məlumatı olmadığı halda, qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz ə ldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkliyi ilə tamah niyyəti ilə rəsmi sənəd hesab edilən malların alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 01 nömrəli müqaviləyə istintaqla müəyyən edilməyən ünvanda bilə-bilə yalan, yəni guya "xxxx" MMC-nin "xxxx" MMC-yə mallar satacağı ilə bağlı məlumatlar daxil edərək, Şahid5 əvəzindən saxta imza çəkərək və üzərində "xxxx" MMC ifadəsi olan dairəvi möhürlə müqaviləni təsdiq etməklə, habelə törədəcəkləri cinayətlə bağlı qarşı tərəfdə əminlik yaratmaq üçün qeyrisinin köməkliyi və tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etmişdir. O cümlədən 16 mart 2017-ci il tarixli 42719,73 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 73828,24 manat), 29 mart 2017-ci il tarixli 4014 7,20 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 69133,13 manat), 11 aprel 2017-ci il tarixli 12700 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 21629,37 manat), 25 aprel 2017-ci il tarixli 1990,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 3387,60 manat) və həmin tarixli 43.937,12 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 74789,76 manat), 10 may 2017-ci il tarixli 87996,34 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 149822,56 manat) və 22 may 2017-ci il tarixli 66480 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 113168,90 manat), ümumilikdə 295.970,51 ABŞ dolları (həmin dövrün məzənnələrinə uyğun olaraq 505759,56 manat) dəyərində nömrəsiz, guya malların "xxxx" MMC-yə zəruri olması ilə bağlı cəmi yeddi sayda sifarişləri X16ə məxsus olduğunu bildirdiyi el vin.jabrailov@chainsupplygroup elektron poçt ünvanı vasitəsilə "xxxx" MMC-nin direktoru Nümayəndə1 aid Elektron ünvan 1 və cəmiyyətə aid Elektron ünvan 2 elektron poçt ünvanlarına göndərməklə, həmçinin qabaqcadan əlbir olduğu Məhkum2 "xxxx" MMCnin direktoru Nümayəndə1 və cəmiyyətin digər vəzifəli şəxslərinə təqdim edərək sonuncunun "xxxx" MMC-dən daxil olmuş sifarişlərdə qeyd olunan müxtəlif adlı və ölçülü avadanlıqları Məhkum2 məxsus müxtəlif cəmiyyətlər vasitəsilə "xxxx" MMC-ə satacağına dair yalandan vədlər verərək inandırmasından sonra planlaşdırdıqları cinayətkar niyyətlərə uyğun hərəkətlərini davam etdirib Məhkum2 və qeyd olunan cinayətlərdən xəbərsiz olan qeyriləri ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı cinayət əməlinin törədilməsində qabaqc adan əlbir olaraq və qeyrisinin köməkliyi ilə əvvəlcədən müxtəlif müqavilələr bağlamaqla Məhkum2, Şahid10 və Şahid9 rəhbərlik etdikləri cəmiyyətlərə pullar köçürəcəyi, həmin pulların qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü Məhkum2 rəhbərlik etdiyi şirkətlərin bank hesablarından birbaşa, rəhbərlik etmədiyi şirkətlərin bank hesablarından isə cinayətlərdən xəbərsiz olan Şahid10 və Şahid9 vasitəsilə çıxarılmasının təmin edilməsi, habelə nağdılaşdırılmış pul vəsaitlərinin birbaşa və ya cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs vasitəsilə ona verilməsi, yəni sonuncunun məsləhətləri və məlumatları, habelə pulun çatdırılmasını həyata keçirib maneələri aradan qaldırmaqla yardım etməsinə, qanunsuz olaraq əldə etdiyi pul vəsaitləri üzərində sərəncam verib sahiblik etməklə gətirib onun özünə təqdim edəcəyinə dair razılaşdırmışlar. Daha sonra Məhkum2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 16 mart 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 16 mart 2017-ci il tarixli 07/17 nömrəli, 511298 kodlu elektron hesab faktura və həmin tarixli 023056 nömrəli qaimə faktura ilə "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ10NİCB**********0001A40060 saylı bank hesabına 60.120 (altmış min yüz iyirmi) manat, Məhkum2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx. xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokollarla” alınması razılaşdırılmış 30 mart 2017-ci il tarixli və 19 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə tarixsiz və nömrəsiz 511298 kodlu elektron hesab faktura və 30 mart 2017-ci il tarixli 020109 nömrəli qaimə faktura ilə 58046 (əlli səkkiz min qırx altı) manat, 27 aprel 2017-ci il tarixli 020110 nömrəli qaiməfaktura ilə 4000 (dörd min) manat, 19 may 2017-ci il tarixli 054 nömrəli hesab-faktura ilə 17019,52 (on yeddi min on doqquz manat əlli iki qəpik) manat və 31 may 2017-ci il tarixli ödənişlə 35080 (otuz beş min səksən) manat olmaqla cəmi 114145,52 (yüz on dörd min yüz qırx beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ15NİCB**********0001A40060 saylı bank hesabına, Məhkum2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli 01 (bir) ədəd, 27 aprel 2017-ci il tarixli 03 (üç) ədəd təhvil-qəbul aktları əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017- ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 022551 nömrəli qaimə faktura ilə 37.820 (otuz yeddi min səkkiz yüz iyirmi) manat məbləğində pul və saitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ64NİCB**********0001A40060 saylı bank hesabına, 26 aprel 2017-ci il tarixli 013 nömrəli hesab faktura və tarixi qeyd olunmayan 022554 nömrəli qaimə faktura ilə 63840 (altmış üç min səkkiz yüz qırx) manat, tarixi qeyd olunmayan 022555 nömrəli qaimə faktura ilə 20,5 (iyirmi manat əlli qəpik) manat, tarixi qeyd olunmayan 022561 nömrəli qaimə faktura ilə 1420,50 (min dörd yüz iyirmi manat əlli qəpik) manat və tarixi qeyd olunmayan 022562 nömrəli qaimə faktura ilə 1396 (min üç yüz doxsan altı) manat, cəmi 66.677 (altmış altı min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASCnin “28 May” filialında olan AZ69AMRA******************** saylı bank hesabına, Məhkum2 faktiki rəhbərlik etdiyi, la kin Şahid10 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017- ci il tarixli 012 nömrəli hesab faktura və günü qeyd olunmayan aprel 2017-ci il tarixli 208542 nömrəli qaimə faktura ilə 14.960 (on dörd min doqquz yüz altmış) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ18NİCB**********0001A40060 saylı bank hesabına, Məhkum2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) i lə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 017/007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 152102 nömrəli qaimə faktura ilə 14.940 (on dörd min doqquz yüz qırx) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ09NİCB**********0001A40060 saylı bank hesabına, Məhkum2 faktiki rəhbərlik etdiyi, lakin Şahid9 direktoru olduğu "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavil əsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 13 aprel 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 aprel 2017-ci il tarixli 007 nömrəli hesab faktura və 13 aprel 2017-ci il tarixli 108803 nömrəli qaimə faktura ilə 14.030 (on dörd min otuz) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin “NİKOİL İKB” bankın 12 saylı filialında olan AZ13NİCB**********0001A40060 saylı bank hesabına, Məhkum2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-c i il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017ci il tarixli 034401 nömrəli qaimə faktura ilə 28208,75 (iyirmi səkkiz min iki yüz səkkiz manat yetmiş beş qəpik) manat, 11 may 2017-ci il tarixli 034402 nömrəli qaimə faktura ilə 15269,12 (on beş min iki yüz altmış doqquz manat on iki qəpik) manat olmaqla cəmi 43.477,87 (qırx üç min dörd yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ46AMRA******************** saylı bank hesabına, Məhkum2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 11 may 2017-ci il tarixli 021171 nömrəli qaimə faktura ilə 42.224 (qırx iki min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ17AMRA******************** saylı bank hesabına, Məhkum2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, həmin tarixli müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 11 may 2017-ci il tarixli təhvil-qəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi i lə 11 may 2017-ci il tarixli 022679 nömrəli qaimə faktura ilə 40.991,50 (qırx min doqquz yüz doxsan bir manat əlli qəpik) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ16AMRA******************** saylı bank hesabına, Məhkum2 rəhbərlik etdiyi "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi, tarixi qeyd olunmayan müqaviləyə “qiymətin razılaşdırılması haqqında 1 saylı əlavə protokol”la alınması razılaşdırılmış 23 may 2017-ci il tarixli təhvilqəbul aktı əsasında guya qəbul etdiyi müxtəlif adlı və ölçülü avadanlıqların alınması məqsədi ilə 23 may 2017-ci il tarixli 065 nömrəli hesab faktura ilə 59.400 (əlli doqquz min dörd yüz) manat, 31 may 2017-ci il tarixli ödənişlə isə 34.920 (otuz dör d min doqquz yüz iyirmi) manat olmaqla cəmi 94.320 (doxsan dörd min üç yüz iyirmi) manat məbləğində pul vəsaitlərini "xxxx" MMC-nin "xxxx" ASC-nin “28 May” filialında olan AZ83AMRA******************** saylı bank hesabına, ümumilikdə 10 cəmiyyətin bank hesablarına "xxxx" MMC-ə məxsus olan "xxxx" ASC-də olan AZ12BRES******************** saylı və "xxxx" ASC-də olan AZ37PAHA40060AZNHC********** saylı bank hesablarından 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin etməklə Məhkum2 və qeyriləri ilə yuxarıda qeyd olunmuş bank hesablarından Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 717-ci məhəllədə yerləşən "xxxx" ASC-nin “28 May” filialından və ünvan 3 ünvanında yerləşən “NİKOİL İKB” bankın 12 saylı filialından müxtəlif vaxtlarda müxtəlif məxaric çekləri və məxaric orderləri əsasında nağdılaşdırma və digər üsullarla Məhkum2 və Təqsirləndirilən şəxs tərəfindən müxtəlif vaxtlarda özünə çatdırılması ilə "xxxx" MMC-nin direktoru Nümayəndə1 yuxarıda qeyd olunan müqavilələr əsasında adları göstərilən ümumilikdə 10 cəmiyyətdən alınmış müxtəlif ölçülü və adlı avadanlıqların guya "xxxx" MMC-ni təmsil edən, faktiki olaraq isə həmin soyad, ad və ata adında mövcud olmayan X5 17 mart 2017ci il tarixli, 30 mart 2017-ci il tarixli, 13 aprel 2017-ci il tarixli, 14 aprel 2017-ci il tarixli, 27 aprel 2017-ci il tarixli nömrəsiz təhvil-qəbul aktlarına saxta imzalar etməklə faktiki heç bir məhsulu təhvil vermədən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün hazırladığı həqiqətdə mövcud olmayan X4 adı və imz ası ilə istintaqa məlum olmayan şəraitdə, yerdə və tarixdə imzalayaraq "xxxx" MMC-nin möhürü ilə təsdiq edib "xxxx" MMC-nin direktoru Nümayəndə1 təhvil verdiyi 05 (beş) ədəd saxta təhvil-qəbul aktlarını vəzifəli şəxs qismində qrupun üzvü olan qeyrisinin köməkçiliyi ilə hazırlayıb tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. O, həmçinin qrupun üzvü olan qeyrisinə guya təmsil etdiyi "xxxx" MMC-nin nümayəndəsi qismində malların təhvil alınmasına dair Nümayəndə1 sorğularına müsbət cavab verməsini bildirib əvvəlcədən razılaşdıqları cinayətkar niyyəti davam etdirərək gördükləri işdə formalaşan etibarı daha da möhkəml əndirmək məqsədi ilə ələ keçirtdikləri əmlak üzərində sərəncam vermək hüququ yarandıqdan sonra guya satılmış malların bir hissəsinin ödənişi kimi 83.091,46 (səksən üç min doxsan bir manat qırx altı qəpik) manat məbləğində pul vəsaitini görüntü yaratmaq və törətmiş olduqları cinayət əməlini pərdələmək niyyəti ilə 30 may 2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ12BRES******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ63BRES******************** saylı bank hesabına köçürərək Məhkum2 və qeyrisi ilə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, habelə Təqsirləndirilən şəxs məsləhətləri, məlumatları, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə "xxxx" MMC-nin təsisçisi Şahid1 və cəmiyyətin direktoru Nümayəndə1 aldatma və etibarlarından sui-istifadə etmə yolu ilə özgəyə, "xxxx" MMC-ə məxsus külli miqdarda, yəni ümumilikdə 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə ələ keçirib talayaraq dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə Məhkum2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əl də edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitlərini vahid niyyətlə leqallaşdırmış, əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan "xxxx" MMC-nin yaradılması ilə "xxxx" MMC-yə külli miqdarda, yəni 543.705.89 (beş yüz qırx üç min yeddi yüz beş manat səksən doqquz qəpik) manat məbləğində maddi ziyan vurmuş və külli miqdarda, yəni sonuncu məbləğdə gəlir əldə edərək yalançı sahibkarlıq etmiş və vəzifəli şəxs kimi tamah niyyəti ilə qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, q anunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə, habelə vəzifəli şəxs kimi Məhkum2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Hökmdən dövlət ittihamçısı Həsənəliyev Babaxan Ramazan oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rə himov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 16 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 CMnin 178.3.2-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, CM-nin 193.2.1 və 193.2.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, CM-nin 193-1.3.2-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orq anlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla və CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə adı çəkilən məhkuma qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən isə sonuncunun həbsdə saxlanıldığı 01 (bir) il 0 9 (doqquz) ay 07 (yeddi) gün müddət həmin cəzadan çıxılmaqla üzərində son olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və həmin cəzanın əvvəli 16 mart 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 16 mart 2022-ci il tarixdən hesablanmış və o, məhkəmə iclas zalında həbsə alınmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin həmin qərarı ilə X6 tətbiq edilmiş CM-nin 70-ci maddəsinin müddəaları xaric edilərək onun təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və o, da məhkəmə iclası zalında həbsə al ınmışdır. Bundan başqa, eyni qərarla Təqsirləndirilən şəxs CM-nin 32.5,178.3.2-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 7000 (yeddi min) manat miqdarında cərimə cəzası 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.5,193-1.3.2-ci maddələri ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 02 (iki) il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7500 (yeddi min beş yüz) manat miqdarında cəzası 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qi smən toplanılmaqla və CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə ona qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və həmin cəzanın əvvəli 16 mart 202-ci il tarixdən hesablanmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, da məhkəmə iclas zalında həbsə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən, məhkum X2in müdafiəçisi Abbasov Mehman Mais oğlu tərəfindən, zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndələri X10 və Nümayəndə2 tər əfindən birgə verilmiş kasasiya şikayətlərinə şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi S.M.Məmmədovun kassasiya şikayəti və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndələri X10 və Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Məhkum2 müdafiəçisi M.M.Abbasovun kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş və ona CM -nin 32.5, 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) ilədək, CM-nin 32.5, 193-1.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti yenə də barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) ilədək endirilmiş və CM-nin 66.3-cü maddəsinə adı çəkilən məhkuma təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə, habelə CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə sonuncuya qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qərar kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə əsas ən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi B.B.Sübhanlı kassasiya şikayəti verərək həmin qərarın Məhkum1 aid hissədə ləğv edilərək sonuncuya bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, əsasən də kassasiya müraciətlərinin verilməsi qaydalarını və müddətlərini tənzimləyən normalara, iş üzrə qəbul edilmiş yekun məhkəm aktları ilə müəyyən olunan işin faktiki hallarına istinad edərək həmin faktiki halları mübahisələndirən Məhkum1 müdafiəçisi B.B.Sübhanlı kassasiya şikayətini onunla əsaslandırmışdır k i, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə, hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və onun ailə vəziyyətinə lazımi hüquqi qiymət verməyərək, ümumiyyətlə isə cəzanı yüngülləşdirən halları əsassız yerə nəzərə almayaraq ədalətsiz, qanunsuz qərar qəbul etmişdir. Belə ki, Məhkum1 əməlində ittiham olunduğu maddələrin tərkib əlamətləri yoxdur, onun niyyəti özgə əmlakını ələ keçirmək olmamış, zərər çəkmiş hüquqi şəxslə aralarında olan münasibətlər işgüzar münasibətlərdən irəli gələn mülki xarakterli münasibətlər olmuşdur. Məhkum1 qarşı irəli sürülmüş ittihamda maddi ziyan kimi göstərilən məbləğ isə əslində mülki hüquq münasibətlərindən irəli gələn borc məbləği olmuş və həmin məbləğ, cinayət i şinin materiallarından da göründüyü kimi, Məhkum1 tərəfindən tam olaraq ödənilmişdir. İş üçün mühüm əhəmiyyət kəsb edən hal həmçinin ondan ibarətdir ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində zərə çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkum edilmiş şəxslərin hər üçündən şikayətçi olmadığı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 həddindən artıq ağır cəza təyin edilmişdir, halbuki birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza onun islah olunmasına və cəzanın məqsədinə çatmasına imkan yaradırdı. Bununla əlaqədar müdafiəçi qeyd edir ki, zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru X10, təsisçisi və nümayəndəsi Şahid1 məhkəməyə rəsmi qaydada sənəd təqdim edərək, digər məhkum edilmiş şəxslər deyil, m əhz Məhkum1 tərəfindən ziyanın tam şəkildə ödənildiyini, hazırkı günə hər hansı bir məbləğdə borcunun olmadığını, bu səbəbdən də Məhkum1 hər hansı tələblərinin və şikayətlərinin olmadığını bildirmişlər. Bu hal isə ona əsas verir ki, artıq Məhkum1 cəzasının qalan hissəsini çəkməsinə heç bir lüzum yoxdur. Müdafiəçi hesab edir ki, məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməklə onun islah olunması mümkündür. Apellyasiya instansiyası məhkəməsi isə belə cəzanı təyin etməklə ədalətsizliyə yol vermiş, öz qənaətini isə qəbul etdiyi qərarda hər hansı şəkildə əsaslandırmamışdır. Qeyd olunanalara əsaslanaraq müdafiəçi B.B.Sübhanlı onun kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Müdafiəçi B.B.Sübhanlının kassas iya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, Məhkum1 təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq mülki münasibətlərdən irəli gələn əməllərə görə təqsirli bilinib məhkum olunmuş, nəticədə isə hüquqlarını müdafiə etdiyi şəxs təqsirli bilindiyi maddələrlə ağır cəzaya məruz qalmışdır. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq o laraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi B.B.Sübhanlının kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı Məhkum1 barəsindəki cinayət işinin materiallarını, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarının qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəmə sinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmiş dir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qər arın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində gös tərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cnayətkar qəsdlərdən qorunmasını, onların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmalarını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət -hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılm ış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbay can Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdlir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməl idirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum1 və digərlərinin barəsindəki cinayət işinin materiallarından g öründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək həmin məhkəmənin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Odur ki, məhkumun müdafiəçisi B.B.Sübhanlının kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi, habelə məhkumun ona istinad ol unan əməli törətməsinin sübuta yetirilməməsi, həmin qərarın ləğv edilməsini və Məhkum1 bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum1 təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni özünün qismən etirafedici ifadələri ilə yanaşı birinci instansiya məhkəməsində dindirilmiş hazırki iş üzrə məhkum olunmuş digər şəxslərin - Təqsirləndirilən şəxs və Məhkum2, şahidlər Şahid3, Şahid4, Şahid2 Zəfər oğlunun, Şahid5 ifadələri ilə, məhkəmə-xətşünaslıq ekspertizasının 16 iyul 2020-ci il tarixli 4/257 saylı və 10 avqust 2020-ci il tarixli 4/451 saylı rəyləri ilə, zəruri istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və sübut əhəmiyyətli bir çox sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edil mişdir ki, Məhkum1 əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaradıb külli miqdarda ziyan vurmaqla və külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə edib, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı vahid niyyətlə ələ keçirib talamaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirmə və əqdlər bağlama yolu ilə külli miqdarda pul vəsaitini vahid niyyətlə leqallaşdırmış, vəzifəli şəxs kimi qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə və qeyrisinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcad an vəd etmədə ifadə olunan köməkçiliyi ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib, informasiya resurslarında onun həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. İşin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən h azırki qərarda təsvir edilməsinə ehtiyac görmür. Cinayət işinin materiallarından, o cümlədən ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum1 təqsirli bilindiyi əməllər heç də onun işguzar fəaliyyəti ilə əlaqədar olmamış, o, hər hansı şəxsdən, o cümlədən zərər çəkmiş hüquqi şəxsdən heç vaxt borc almamış, onların arasında mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisə olmamış, əksinə Məhkum1 sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə deyil, külli miqdarda ziyan vurmaqla və külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus külli miqdarda əmlak ı vahid niyyətlə ələ keçirməklə dələduzluq, öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda pul vəsaitini vahid niyyətlə leqallaşdırma və vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. İş materiallarından göründüyü kimi, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən, müdafiəçi B.B.Sübhanlının kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən şahidlərin dindirilmələri və onların ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum1 təqsirli olması hissəsində yekun məhkəmə aktlarnın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquq larının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq məhkəmələr Məhkum1 məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən heç də bu ithamın həcmini artırmamış və ya azaltmamış, yəni ittihamdan kənara çıxmayaraq CPM-nin 318.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmiş, digər tərəfdən isə onların iş üzrə qəbul etdikləri yekun məhkəmə aktları mülahizələrə deyil, araşdırılmış mötəbər və qanu ni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış, bu aktlar qəbul edilərkən isə yolverilməz sübutlardan istifadə olunmamış, yəni nəticə etibarı ilə məhkəmələr prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmişlər. Belə ki, CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının po zulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqs irliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə p redmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zora kılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətl iyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirs iz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri, məhkəmə iclasında isə tədqiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarına görə, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötə bər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və y a) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sos ial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, istər Məhkum1, istərsə də iş üzrə məhkum olunmuş digər şəxslərin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması müəyyən edilməmiş, həmin ifadələr iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq həm Məhkum1 ifadələrini cinayət məsuliyyətini yüngülləşdirən ifadələr kimi qiymətləndirib qəbul etdiklər i yekun məhkəmə aktlarının əsasına araşdırdıqları və qiymət verdikləri başqa sübutları qoymuş, bu sübutların əsasında da sonuncunun CM-nin 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 müdafiəçisi B.B.Sübhanlının kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Məhkum1 daha yüngül cəzanın təyin edilməsi ilə bağlı müdafiəçi B.B.Sübhanlının kassasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə yönəlməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə ə məl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görü nür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağır laşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkət lər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tut ulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. O, da qeyd olunmalıdır ki, yuxarıda istinad olunan CPM-nin 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə təkcə iş üzrə digər məsələlərin həli zamanı deyil, həm də təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4- cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 20 03-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayəti n ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi ha llarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin etmə məsələsini həll edərkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı həmçinin ilk dəfə olaraq cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin olmamasını, zərərçəkmiş hüquqi şəxsin onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün seçilməsini məhkəmədən xahiş etməsini onun cəzanı yüngülləşdirən hallar kimi, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs qismində törədilməsini isə onun cəzasını ağırlaşdıran hal kimi kifayət qədər nəzərə alaraq sonuncunun barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona həm təqsirli bilindiyi ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan – azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmiş, lakin işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nə ticə ilə haqlı olaraq razılaşmayıb bu hallara uyğun olaraq Məhkum1 tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəli xarakterini, onun törətdiyi cinayətlərin ağır cinayətlər kateqoriyasına aid olmasını, cəmiyyətin iqtisadi özülünü təşkil edən mülkiyyət münasibətlərinə qarşı törədilməsini, cinayətlərin qəsdən törədilməsini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etməmiş və ona CM-nin 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2 maddələri ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş azadlığın məhdudlaşdırma cəzasını müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etmiş, nəicədə isə ona həm göstərilən maddələrlə, həm də cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəzalar təyin etmişdir. Kassasiya şikayətinin zərərçəkmiş hüquqi şəxs "xxxx" MM C-nin direktoru X10, təsisçisi və nümayəndəsi Şahid1 məhkəməyə rəsmi qaydada sənəd təqdim edərək, digər məhkum edilmiş şəxslər deyil, məhz Məhkum1 tərəfindən ziyanın tam şəkildə ödənildiyi, hazırkı günə hər hansı bir məbləğdə borcunun olmadığı, bu səbəbdən də Məhkum1 tələblərinin olmadığı barədə dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 tərəfindən ziyanın tam şəkildə ödənildiyini təsdiq edən maliyyə sənədləri məhkəməyə təqdim olunmamış və həmin halın Məhkum1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından əsassız olduğu üçün nəzərə alınmamalıdır. Bu qənaətini isə məhkəmə kollegiyası CPM-nin 139.0.5-ci maddəsinin tələbləri ilə əsaslandırır və qeyd edir, həmin maddəyə əsasən, cinayət təqibi ü zrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının yüngülləşdirilməsini, o cümlədən ona azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmç inin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar işin müəyyən edilmiş faktiki hallarına və cinayət qanunvericiliyin tələblərinə uyğun olmasın, yaxud da belə hallar CM-nin 61-ci maddəsində nəzərdə tutulmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifi öz müraciətində bununla bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Məhkum1 azadlıqdan mərum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsi haqqında tələblə bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, onun təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə, CM-nin 193.2.1 və 193.2.2-ci maddələrinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, 193-1.3.2-ci maddəsinin sanksiyasında isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, kassasyia şikayətinin qeyd edilən tələb üzrə təmin edilməsi üçün məhkumun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə kollegiyası cinayət qanununun aşa ğıdakı normalarına və onlara verilmiş təfsirə əsaslanaraq, digər tərəfdən Məhkum1 törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən çıxış edərək müdafiəçi B.B.Sübhanlının bu tələbinin də təmin edilməsini mümkün bilmir. Belə ki, CM-nin 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yü ngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törə dilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı h alların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübu tlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, elə cə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə ca vab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Məhkum1 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə fikir yürütmək üçün kifayət etmir. Son olaraq, məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakim ə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum1 barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi B.B.Sübhanlının kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum1, onun müdafiəçisi B.B.Sübhanlının və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum1 CM-nin 178.3.2, 193.2.1, 19 3.2.2, 193-1.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı adı çəkilən məhkuma aid olan hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Məhkum1 müdafiəçisi Sübhanlı Bəhruz Bayram oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193.2.1, 193.2.2, 193-1.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı ona aid olan hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-978/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-978/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver