Məhkəmə qərarları › İş №1(102)-978/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-978/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-978/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Şahid2, Məhkum müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi4 iştirakları i lə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(105)-493/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Şahid2, Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1995-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, "Az ərsu" Məhdud Məsuıiyyətli Cəmiyyətinin Şabran rayon şöbəsində çilingər vəzifəsində çalışmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şabran şəhəri, Səttar Bəhlulzadə küçəsində nömrəsiz evdə yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 23 iyul 2022-ci il tarixdə, saat 00:10 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 21154 markalı, **-MA-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Şabran şəhəri H.Əliyev prospekti ilə rayon mərkəzi istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq surətlə - 60 km/saat sürətdən artıq sürətlə hər əkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olduğu halda hadisinin qarşısını almamış və nəticədə Şabran şəhəri H.Əliyev prospektində velosipedçi, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə vurması nəticədə velosipedçi hadisə yerində ölmüşdür.

3. Şabran Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 05 iyul 2023-cü il tarixli, 1(031)5/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin olunan cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs növündə qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 iyul 2023-cü il tarixdən hesablanması, iş üzrə mülki iddianın qismən təmin olunması, vurulmuş maddi zərərə görə 5000 (beş min) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumu 144 (bir yüz qırx dörd) manat pulun tutulub zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 ödənilməsi, mülki iddianın qalan hissəsinin təmin edilməməsi hökm edilmişdir.

4. Şabran Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 1(031)-5/2023 nömrəli hökmünd ən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili Müdafiəçi5 tərəfindən apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X6 və X2 ibraət məhkəmə tərkibində) 12 oktyabr 2023-cü il tarixli, 1(105)493/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tə qsirli bilinməsinə dair Şabran Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 1(031)-5/2023 nömrəli hökmünün mülki iddiaya dair hissədə dəyişdirilməsi, təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum mənəvi zərərə görə 5000 (beş min) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Şahid2 ödənilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(105)-493/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Şahid2, Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya protestinin, kassasiy a şikayətlərinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq bir sıra halların birinci instansiya məhkəməsi tərəfindən məhkumun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsinə dair mövqeyi ilə razılaşaraq, Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğunluğunu qiymətləndirərək əsaslandırmamış, bununla da məhkum barəsində heç bir əsas olmadan daha yüngül cəza təyin edilmişdir.

8. Belə ki, məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 ilə barışıq əldə etməməsinə, ona vurulmuş mənəvi ziyanın aradan qaldırılmamasına baxmayar aq, məhkəmələr zərərçəkmişin maraqlarını nəzərə almamışdır. Bundan başqa, məhkəmələr Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunmasını və bu halın nəyə görə cəzanın yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini də öz qərarlarında əsaslandırmamışlar. Həmçinin, məhkum əvvəllər də eyni xarakterli (CM-in 263.1-ci maddəsi) cinayət törətmiş, qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə baxmayaraq nəticə çıxarmamışdır.

9. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi q iymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(105)-493/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

10. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Şahid2 kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkum barəsində təyin edilmiş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi ilə bağlı məhkəmənin gəldiyi qənaət qanuni və əsaslı ola bilməz, çünki təqsirləndirilən şəxs öz əməlindən peşman olmamış, törətdiyi əməldə özünü təqsirli bilməmiş, eyni əməli üç dəfə ardıcıllıqla törətmiş, bununla da islah olunmamışdır. Belə ki, məhkəmələrin təy in edilmiş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı qənaətlərinin maddi və prosessual əsasları olmamışdır.

11. Eyni zamanda kassasiya şikayətinin müəllifi mülki iddianın təmin edilməmiş hissəsinə dair apellyasiya instansiya məhkəməsinin qənətini əsassız hesab edərək, zərərçəkmiş şəxsin azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün təqsirləndirilən şəxsdən hər ay sabit pul məbləğində aliment tutulmalı olmasını qeyd etmişdir.

12. Kassasiya şikayətinin müəllifi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.5-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(105)-493/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

13. Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 kassasiya şikayətində çoxsaylı qanunvericilik aktlarına istinadlar edərək şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda əsassız olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir.

14. Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, o, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(105)493/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

15. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X7 məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edib, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə etiraz etməyərək, eyni zamanda kassasiya protestini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edib, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etiraz etməyərək, eyni zamanda kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. 18 Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlar ını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

20. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiy ası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

22. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

23. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Şahid2 kassasiya şikayətində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törə dilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu və tərəfindən verilmiş mülki iddianın əsassız olaraq məhkəmələr tərəfindən tam təmin edilməməsini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.5-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

24. Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etm ədən, hökün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda məhkumun əsassız olaraq CM-in 263.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

25. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, zərərçəkmiş şəxsin hüquqi varisinin və məhkumun müdafiəçilərinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu mürac iətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(105)-493/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

26. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir.

27. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəx sin şəxsiyyətinə uyğun olmalıdır”.

28. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

29. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

30. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

31. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cin ayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

32. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

33. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyy ətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

34. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

35. Dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiy a protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

36. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəz anın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.

37. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

38. Lakin, kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini ida rə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur.

39. Kollegiya qeyd edir ki, kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən konkret əsaslar göstərilməmiş, yalnız birinci instansiya məhkəməsi tərəfindən məhkum barəsində nəzərə alınmış yüngülləşdirici hallar mübahisələndirilmişdir.

40. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin etdiyi cəza (02 (iki) il 06 (altı) ay müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

41. Məhkəmə kollegiyası eyni zamanda, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində mülki iddianın məhkəmələr tərəfindən əsassız olaraq tam təmin edilməməsinə dair dəlillərinə müna sibtdə qeyd edir ki, eyni əsaslarla tərtib edilmiş apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi cinayət işi materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq zərərçəkmiş şəxsin hüquqi varisinin tələbləri ilə qismən razılaşaraq onun xeyrinə mənəvi zərərə görə 5000 (beş min) manat tutulması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edərək qeyd edir ki, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən tələbinin tam təmin edilməsi üçün apellyasiya instansiya məhkəməsinin araşdıraraq tədqiq etdiyi mövqeyini təkzib edəcək heç bir dəlil gətirilməmişdir.

42. Məhkum müdafiəçiləri tərəfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işi materiallarında öz əksini tapan sübutların düzgün tə dqiq edilməməsi və məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün (qərarının) əsasını yolverilməz sübutların təşkil etməsi əsası ilə apellyasiya instansiyası məhkəməinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.

43. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddəl ərinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nə zərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

45. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun müdafiəçilərinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

46. Məhkum cəza təyin edilərkən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və c əzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.

47. Təsvir olunanlar məhkumun müdafiəçilərinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.6-cı maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

48. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və məhkumun müdafiəçilərinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(105)493/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 1(105)-493/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Şahid2, Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədə n saxlanılsın. Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Şahid2, Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar