Məhkəmə qərarları › İş №1(102)-978/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-978/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-978/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1706/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xxxxxx tarixdə Tərtər rayonunun Balakəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 27 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 02 yanvar 2024-cü il tarixdə, saat 22:40-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda etibarnamə əsasında idarə eldiyi, zərərçəkmiş şəxs 1ə məxsus “Toyota Prius” markalı, X-BK-X dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində şəhərin mərkəzi istiqamətində ikinci dərəcəli yolda hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini d aim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı olduğu halda həmin tələbləri pozub onunla eyni istiqamətdə qarşıda hərəkət zolağında Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 113 ünvanda yerləşən Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binasının qarşısında dayanmış Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssəsinə məxsus “İveco” markalı, X-JC- Xdövlət qeydiyyat nişanlı su daşıyan avtomobilindən və həmin avtomobilin arxasında dayanmış piyada zərərçəkmiş şəxsdən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsini saxlamayıb və hərəkətin təhlükəsizliyini təmin edilməklə keçmədiyi üçün ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə “İveco” markalı markalı avtomobilin arxasında dayanıb yaşıllığı sulayan zərərçəkmiş şəxsi vurub sonuncunun arterial qanaxma, travmatik və hemorragik şokla (1II-IV dərəcəli) müşayiət olunan hər iki aşağı ətrafın diz və baldır nahiyyəsindən travmatik amputasiyası, sağ bazunun yuxarı 1/3-nin ön-iç səthinin qançırı və sol əlin arxa səthinin sıyrığından ibarət dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, eləcə də idarə etdiyi “Toyota Prius” markalı, X-BK-X dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi zərərçəkmiş şəxs 1ə 2235 manat məbləğində maddi ziyanın dəyməsinə səbəb olmuşdur

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-299/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmü i lə Məhkumun Azərbaycan Respublikası CM-nin 263.1-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddianın qismən təmin olunması, Məhkumdan maddi ziyanın əvəzi kimi 47600 (qırx yeddi min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 (iki yüz qırx) manat, cəmi 47840 (qırx yeddi min səkkiz yüz qırx) manat məbləğində pulun alınaraq zərərçəkmiş şəxsə ödənilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi Əliyarov Eldar Məmmədhüseyn oğlu apellyasiya şikayəti verib, hökmün cəza hissəsində dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının 03 (üç) il müddətinə endirilməsi, mülki iddianın isə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1706/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-299/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, zərərçəkmiş şəxs tərəfindən Məhkuma qarşı verilmiş mülki iddianın baxılmamış saxlanılması və mülki mühakimə icraatı qaydasında verilə bilməsinin izah edilməsi qərara alınmış, hökm qalan hissəd ə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiya məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu kassasiya protesti verib, mülki iddianın əsassız olaraq baxılmamış saxlanıldığını iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1706/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Qeyd olunan kassasiya protesti cinayət işi materialları ilə birlikdə 28 oktyabr 2024-cü il tarixdə kassasiya instansiyası məhkəməsinə göndərilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-2906/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli məktubu ilə cinayət işi apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktının mülki iddiaya dair hissəsindən dövlət ittihamçısı tərəfindən kassasiya protest vermək hüququnun mümkünlüyünün yoxlanılması üçün kassasiya baxışından çıxarılaraq geri göndərilmişdir.

10. Ali Məhkəmənin istinad edilən məktubunda hüquqi mövqe bildirilərək qeyd edilmişdir ki, dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin əsaslar olmadığı halda zərərçəkmiş şəxsin mülki iddiasının baxılmamış saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın həmin hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.2 -ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Apellyasiya instansiya məhkəməsinin mülki iddianın baxılmamış saxlanılmasına dair 14 avqust 2024-cü il tarixli qərarı mülki iddiaçının iştirakı ilə elan edilməklə, müvafiq qərar mülki iddiaçıya göndərilmiş, qanunverici tərəfindən mülki iddiaya dair hissədən şikayət vermək hüququ tanınmış mülki iddiaçı isə qərarın həmin hissəsini mübahisələndirməmişdir. Hazırki iş üzrə mülki iddiaçı Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsində nəzərdə tutulmuş hüquqdan istifadə etməklə gələcək cinayət mühakimə icraatı zamanı baxılmamış saxlanılmış mülki iddiası ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi vermək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş iddia tələbinin həcmini artırmaq və ya azaltmaq hüququna da malikdir (eynilə həmin qərarı kassasiya icraatı qaydasında mübahisələndirmək) ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti tərəflərin həmin hüququ həyata keçirməsindən məhrum edir.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1706/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1706/2024 nömrəli, 14 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinın qeyrimümkün sayılması və geri qaytarılması qərara alınmışdır.

12. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Kassasiya pro testində qeyd edilmişdir ki, dövlət ittihamçısı məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissədən kassasiya protesti vermişdir. Məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən bütün məsələlərə dair dövlət ittihamçısının çıxışında məhkəmə qarşısında müvafiq təkliflər etmək hüququ (o cümlədən, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olubolmadığı), hətta məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını məhkəməyə təqdim etmək hüququ vardır. Dövlət ittihamçısının mülki iddia ilə bağlı məhkəmə qarşısında konkret təklif irəli sürmək hüququnun mübahisə predmeti olmadığı bir şəraitdə mülki iddia ilə bağlı təklifinin nəzərə alınmadığı hissəsində protest vermək hüququnun müvafiq dövlət rüsumunu ödəməklə mülki idd ia vermiş, həmin mülki iddiadan imtina etməmiş mülki iddiaçının şikayət verib-verməməsi ilə əlaqələndirilməsi tamamilə əsassızdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1706/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası kassasiya protesti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

16. Belə ki, hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin mülki iddianın baxılmamış saxlanılmasına dair hökmün d əyişdirilməsi barədə qəbul etdiyi 14 avqust 2024-cü il tarixli qərarından verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi tərəfindən 1(102)-2906/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli məktubda ətraflı izah verilməklə, dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermək hüququnun mümkünlüyünün yoxlanılması üçün kassasiya baxışından çıxarılaraq geri göndərilmişdir (bax, paraqraf 8 və 9).

17. Apellyasiya instansiyası məhkəməsinin kassasiya protestinin qeyri-mümkün sayılması və geri qaytarılması barədə 09 dekabr 2024-cü il tarixli mübahisələndirilən qərarı kassasiya instansiyası məhkəməsinin qeyd edilən müvafiq izahlı məktubunda bildirdiyi hüquqi mövqeyini nəzərə alınmaqla qəbul edilmişdir.

18. Hazırkı kassasiya protestində dövlət ittihamçısının protest verm əsinin prosessual hədlərinə dair irəli sürülən dəlillərə Ali Məhkəmə tərəfindən daha əvvəl münasibət bildirildiyindən, protestə baxılmasının nəticəsi olaraq isə artıq bildirilmiş hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas müəyyən edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, protestin təmini qeyri-mümkündür.

19. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1706/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 1(103)-1706/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar