Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-979/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X5 iştirakı ilə 26 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum edilmiş, Sumqayıt şəhəri, ************************ ****** qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), Ə.N.Osmanov və C.İ.Hüseynov) X8 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzas ını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmənin başlanğıcının 27 iyun 2016-cı ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: F.G.Zeynallı (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) 26 fevral 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə X6 bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X8 2016-cı ilin təxminən fevral ayında naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla haz ırlanmış, külli miqdarda - 520,26 qram çəkidə narkotik vasitə heroini əldə edib, yaşadığı ünvan 1-də daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroini 3 yerə, 0,140 qram, 0,120 qram və külli miqdarda 520,0 qram çəkidə bükümlərə bölüb, satış məqsədilə hər birində 0,140 qram və 0,120 qram olmaqla iki bükümdə, ümumilikdə xalis çəkisi 0,260 qram heroini üzərində saxlayarkən, 27 iyun 2016-cı il tarixdə saat 16:40 radələrində yaşadığı evin yaxınlığında Sumqayıt şəhər Polis idarəsi 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən «Prima» markalı siqaretin qutusunun alt hissəsində satış məqsədi ilə saxladığı 2 ədəd gümüşü siqaret kağızına bük ülmüş, içərisində ümumi xalis çəkisi 0,260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Dərhal sonra qeyd olunan tarixdə saat 17:35 radələrində X4 yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən, evin yataq otağındakı istifadəyə yararsız vəziyyətdə olan qaz sobasının içərisindən satış məqsədi ilə saxladığı 1 ədəd qara rəngli sellofana bükülmüş külli miqdarda, yəni ümumi xalis çəkisi 520,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin büküm şəklində aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin X6 CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair hökmü yolverilməz sübutlara əsaslanmaqla çıxarıldığından qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Belə ki, protest müəllifinin fikrincə, məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq 27 iyun 2016-cı il tarixdə İ6 ətrafında aparılmış əməliyyat-axtarış tədbiri zaman CPM-nin 445.2-ci maddəsinin, eləcə də əməliyyat-axtarış tədbirlərinin tətbiqi dairəsini müəyyən edən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun 10-cu maddəsinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələrini təsbitləyən 6-cı maddəsinin, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsasları, həmçinin qərarların məzmununu müəyyən edən 11 və 12-ci maddələrinin təl əblərinə riayət edilmişdir. 27 iyun 2016-cı il tarixli «şəxsi axtarışın keçirilməsi» və «axtarış keçirilməsi haqqında» protokolları əsassız olaraq mümkünsüz hesab edən məhkəmə kollegiyasının bu zaman həmin tədbirin (hərəkətin) qanuna zidd aparılmasına və icraat zamanı kobud pozuntulara yol verilməsinə istinad edib CPM-nin 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.7-ci maddələrinə əsaslanması, eləcə də bu sübutun CPM-nin 137-ci maddəsinə əsasən əldə olunmadığı və CPM-nin tələblərinə cavab vermədiyi qənaətinə gəlməsi qanunsuz və əsassız olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə şahid qismində dindirilmiş X9, X12, X19 və X1 özündə işin obyektiv hallarını əks etdirən ifadələrini İ6 ifadəsinə nisbətdə azaldaraq qəbul etməmiş, bununla da İlqar Heybətovun təqsirliliyini və həmin cinayətə aidiy yətini təsdiq edən sübutları əsassız olaraq sübutların məcmuyundan ayırmışdır. Apellyasiya məhkəməsinin hökmündə polis əməkdaşlarının ifadələrinin doğruluğunun həmin şəxslərin yuxarı rəislərə tabe olmaları əsası ilə şübhə altına alınması cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini pozmuşdur. Təqsirləndirilən şəxs İ6 apellyasiya instansiyası məhkəməsində üzərində və evində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını bildirsə də, ibtidai araşdırma zamanı CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə özünü tam təqsirli bilərək müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, 10 ildir ki, narkotik vasitələrdən istifadə edir. 27.06.2016-cı il tarixdə saat təxminən 16:40 radələrində yaşadığı evdən çıxaraq həy ətə düşüb məhəllədəki «Ucuz Market» istiqamətində gedərkən, yaşadığı binanın qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, ondan özünü təqdim etməsini istəmişlər. O da, özünü təqdim etmişdir. Onlar onu Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət etmişlər və orada dəvət olunmuş iki nəfər hal şahidinə və ona hüquq və vəzifələri elan olunduqdan sonra həmin hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, o da etiraz etməmişdir. Aparılan şəxsi axtarış nəticəsində əynindəki qara rəngli idman şalvarının sol yan cibindən göy rəngli «Prima» siqaretinin qutusunun alt hissəsində gizlətdiyi 2 ədəd gümüşü siqaret kağızına bükülmüş iki büküm heroin aşkar edilmişdir. O, polis əməkdaşlarına aşkar edilmiş maddənin narkotik maddə olan heroin olduğunu, onu şəxsi istifadəsi və həmçinin satmaq üçün 3-4 ay əvvəl, yəni 2016-cı ilin təxminən fevral ayında Bakı şəhəri, «20 Yanvar» metrosunun yaxınlığında adını və soyadını bilmədiyi, lakin üzdən tanıdığı, təsadüf nəticəsində tanış olduğu şəxsdən aldığını, aldığı həmin narkotik vasitənin bir hissəsini də evində saxladığını demişdir. Həmin narkotik vasitə hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, daha sonra həmin narkotik vasitə qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və həmin protokol ucadan oxunmuş, düzgün tərtib olunduğu üçün onun və hal şahidlərinin tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirməyin zərurətini bildirmişlər və buna etiraz etməyərək bu barədə ərizə yazm ışdır. Polis əməkdaşları dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə onun yaşadığı ünvan 1-yə baxış keçirmişlər. Baxış zamanı evin yataq otağında, istifadə etmədiyi və yararsız halda olan qaz sobasının içərisində 1 ədəd qara rəngli selofan torbada narkotik vasitə heroin aşkar olunmuşdur. Hal şahidlərinin yanında polis əməkdaşlarına bildirmişdir ki, aşkar olunmuş həmin torbadakı narkotik vasitə olan heroin də ona məxsusdur, 2016-cı ilin təxminən fevral ayında Bakı şəhəri, «20 Yanvar» metrosunun yaxınlığında adını və soyadını bilmədiyi, lakin üzdən tanıdığı, təsadüf nəticəsində tanış olduğu şəxsdən üzərində aşkar olunanlarla birlikdə, ümumilikdə 600 manata almışdır. Daha sonra həmin narkotik vasitə də qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və həmin protokol uca dan oxunmuş, düzgün tərtib olunduğu üçün onun və hal şahidlərinin tərəfindən imzalanmışdır.Onda aşkar olunan narkotik vasitəni əldə etmək üçün vermiş olduğu 600 manat məbləğində pul vəsaitinin 400 manatmı 2015-ci ilin oktyabr ayında cəzaçəkmə müəssisəsindən azad olunarkən dövlət ona maddi yardım məqsədi ilə vermişdir, qalan 200 manat pulu isə özü toplamışdır. Həmin narkotik vasitəni almaqda və ya satmaqda ona kömək edən olmamış, bunu tək etmişdir. O, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Belə ki, öz hüquqlarını gözəl bilir, həm fiziki, həm də psixi cəhətdən tam sağlamdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya inst ansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, İ6 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayə t-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli h əlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq İ6a bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq ed ilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Belə ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, İ6 özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında İ6 qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası keçirilən əməliyyat-axtarış işinin qanuniliyinə qiymət verərkən qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis mayor u X7 27.06.2016-cı il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisinə Sumqayıt şəhər sakini X4 narkotik vasitələrin qəbulu, əldə olunmasında vasitəçilik etməsi, üzərində, yaşadığı mənzildə saxlaması barədə qərəzsiz və etibarlı mənbədən məlumatın daxil olması barədə raport təqdim etmiş və rəisin dərkənarına əsasən İ6 narkotik vasitələrin qəbulu, əldə olunmasında vasitəçilik etməsi, üzərində, yaşadığı mənzildə saxlaması və satması ehtimalını yoxlamaq məqsədilə İ6 üzərinə şəxsi axtarış və onun yaşadığı mənzilə baxış keçirilməsi barədə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə 27.06.2016-cı il tarixli qərar qəbul etmiş, həmin qərar Sumqayıt ŞPİ-nin 3-cü PBnin rəisi tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, əməliyyat axtarış tədbirlərinin növləri "Əm əliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin qanunla şəxsi axtarışın keçirilməsi nəzərdə tutulmadığından və həmin qanunun 4-cü maddəsinin tələblərinə zidd olduğundan əməliyyat-axtarış tədbirinin keçirilməsi çərçivəsində şəxsi axtarışın keçirilməsinə yol verilmir. İşdə olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis mayoru X7 tərəfindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisi adına tərtib edilmiş 27.06.2016-cı il tarixli raportdan görünür ki, İ6 narkotik vasitələrin qəbulu, əldə olunmasında vasitəçilik etməsi, üzərində, yaşadığı mənzildə saxlaması və satması barədə alınmış əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ6 Sumqayıt şəhər, 9-cu mikrorayon ərazisində yerləşən "Ucuz" marketin yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis mayoru X2 raportuna, habelə cinayət işinin materiallarına X4 narkotik vasitələrin əldə olunmasında vasitəçilik etməsini, üzərində və ya yaşadığı mənzildə narkotik vasitəni saxlamasının və satmasının təsdiqi üçün hər hansı bir əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair heç bir sənəd əlavə edilməmişdir. Həmin tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisi tərəfindən polis mayoru X2 raportu ilə bağlı araşdırmanın aparılması Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis baş leytenantı X11 tapşırılmışdır. Apelyasiya məhkəməsinin qapalı məhkəmə iclasında Sumqayıt ŞPİ-nin əməkdaşının təqdim etdiyi əməliyyat-qeydiyyat işinin materialına baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəy yən edilmişdir: Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş ə/müvəkkili, polis mayoru X6 26.02.2016-cı il tarixdə Sumqayıt ŞPİ-nin rəis müavininə raportla müraciət edərək İlqar Heybətov haqqında İƏYİ-nin açılması və onun cinayət əməlinin əməliyyat yolu ilə ifşa edilməsinə icazə verilməsini xahiş etmişdir. İcazə əsasında Sumqayıt ŞPİ-nin 3-cü PB-də 26.02.2016cı il tarixdə əməliyyat-qeydiyyat işi açılmış və İ6 hərəkətlərinin izlənilməsi üçün açılmış 50 saylı İƏYİ üzrə əməliyyat-axtarış və agentura tədbirinə dair yeddi bəndən ibarət müvafiq plan tərtib edilmişdir. İş planına əsasən üç quruma sorğu edilmiş, hər üç sorğuya mart 2016-cı il tarixlərdə verilən cavablar mənfi olmuşdur. X18 narkotiklərin qanunsuz dövriyyəsi, saxlaması və ya satması ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatları müəyyən edilməmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş ə/müvəkkili, polis mayoru R6 27.06.2016-cı il tarixdə "əməliyyat tədbirlərinin keçirilməsi barədə" qərar qəbul etmişdir. Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı B.6 28.06.2016-cı il tarixdə İ6 barəsində AR CM-nin 234.4.3-cü maddəsi ilə "cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə" qərar qəbul etmişdir. İşdə olan şəxsi axtarışın keçirilməsi barədə 27.06.2016-cı il tarixli protokoldan görünür ki, həmin gün saat 17:10-dan saat 17:25-dək təhqiqatçı V6, 3-cü Polis bölməsinin əməkdaşları R6, F6, E6, hal şahidləri A6 və R6 iştirakı ilə 3-cü Polis bölməsinin binasında şübhəli şəxs İ6 üzərində axtarış aparmış, axtarış zamanı İ6 əynində olan şalvarın cibinində içində 0,25 qram miqdarında narkotik vasitə heroinə oxşay an maddə olan iki büküm aşkar edilərək götürülmüşdür. İ6 bildirmişdir ki, onda aşkar olunan maddə heroindir, onun tərəfındən tanımadığı şəxsdən öz istifadəsi və satılması üçün almış, aldığı narkotik vasitənin qalan hissəsi yaşadığı evdə onun yataq otağında saxlanılır. İ6 üzərində axtarış keçirən zaman onun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçi M6 iştirak etməmiş, müdafiəçiyə həmin istintaq hərəkətinin keçirilməsi barədə məlumatın verilməsinə dair heç bir sənəd işə əlavə edilməmişdir. İşdə olan baxış keçirilməsi haqqında 27.06.2016-cı il tarixli protokoldan görünür ki, həmin gün saat 17:35-dən saat 17:50-dək təhqiqatçı V6 3-cü Polis bölməsinin əməkdaşları M6, R6, F6, E6, O6, şübhəli şəxs İ6, hal-şahidləri Z6 və M.A.Məmmədovun iştirakı ilə İ6 razılığı əsasında sonuncunun yaşadı ğı Sumqayıt şəhəri, ****************************** saylı mənzildə İ6 yataq otağına baxış keçirilmiş, baxış zamanı İ6 otaqda olan istifadə olunmamış qaz peçinin içindən bir büküm çıxararaq bildirmişdir ki, bu narkotik vasitədir, həmin narkotik vasitəni 3-4 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 600 manata almışdır. Bükümdə narkotik vasitə olan heroinə oxşayan kütlə aşkar edilmişdir. Baxışda şübhəli şəxs İ6 hüquqlarının müdafiəsi üçün təyin edilmiş müdafiəçi M6 iştirak etməmiş, müdafiəçiyə həmin istintaq hərəkətinin keçirilməsi barədə məlumat verilməsinə dair heç bir sənəd işə əlavə edilməmişdir. Apelyasiya məhkəməsinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı X13 göstərmişdir ki, 27.06.2016-cı il tarixdə narkotik vas itənin qanunsuz saxlaması barədə əməliyyat məlumatına əsasən X8 polis bölməsinə gətirilmişdir. İ6 barəsində bununla bağlı hər hansı bir əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun məlumatı olmamış, İ6 tutulması barədə raporta əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. İ6 ərizəsinə əsasən ona vəkil M6 müdafiəçi təyin edilmiş və əməliyyat işçilərinin raportuna əsasən İ6 müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra müdafiəçi çıxıb getmisdir. İ6 üzərində axtarış və onun evində baxış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Axtarış zamanı İ6 üzərində və onun yaşadığı evində narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə həmin tarixdə onun tərəfindən protokollar tərtib edilmişdir. İ6 özü boynuna almışd ır ki, narkotik vasitə onundur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təhqiqat və ibtidai araşdırma orqanının tərtib etdiyi ilkin sənədləşmələrdən aşkar görünür ki, İ6 qanunla nəzərdə tutulan müdafiə hüquqları təmin edilməmişdir. Belə ki, işin hallarından, təhqiqat və ibtidai araşdırma orqanının tərtib etdiyi sənədlərdən görünür ki, İ6 27 iyun 2016-cı il tarixdə saat 17:00-da şübhəli şəxs kimi tutulmuşdur.(cild 1.vərəqə 22) 07 dəqiqə ərzində təhqiqatçı tərəfindən şübhəli şəxsin qanunla nəzərdə tutulan hüquq və vəzifələri İ6a izah olunmuş və bu barədə bildiriş ona təqdim edilmiş, şübhəli şəxsə müdafiəçi təyin edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar Sumqayıt şəhər Hüquq məsləhətxanasına göndərilərək vəkil dəvət olunmuş, vəkil X3 müdafiəçi qismində şübhəli şəxsə təqdi m olunmuş və bununla əlaqədar sənədləşmələr aparılmışdır. Həmin gün saat 17:10-da isə İ6 şəxsi axtarışı aparılarkən müdafiəçinin iştirakı təmin olunmamışdır. Tərtib olunmuş sənədlərdən görünür ki, İ6 üzərində şəxsi axtarış aparılarkən müdafiəçi şübhəli şəxslə birlikdə olmalı idi və müdafiəçi İ6 nədə şübhələndiyini, onunla əlaqədar hansı istintaq hərəkətləri aparılacağını bilməli idi. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İ6la əlaqədar keçirilən istintaq hərəkətlərində müdafiəçinin iştirakının təmin olunmaması onun müdafiə hüququnun təmin edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara qiymət verərək nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İ6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham və birinci instansiya məhkəməsinin tərəfindən onun barəsində çıxarılmış ittiham hökmü yalnız 27.06.2016-cı il tarixdə polis əməkdaşları tərəfindən onun üzərində və yaşadığı mənzildə narkotik vasitə olan heroinin aşkar edilməsi faktına əsaslanır. İ6 cinayət məsuliyyətinə cəlb etməyə və onun barəsində ittiham hökmünün çıxarılmasına əsas yaradan narkotik vasitə polis əməkdaşları tərəfindən şübhəli şəxs İ6 müdafiə hüququnun kobud surətdə pozulmaqla keçirilmiş şəxsi axtarış və onun yaşadığı mənzilə keçirilmiş baxış zamanı əldə edilmişdir. Təqsirləndirilən şəxsin üzərində keçirilmiş axtarışda və onun yaşadığı mənzildə iştirak etmiş hal-şahidlərindən M6 mənzildə keçirilmiş baxışda iştirak etməməsi, şahid R6 təqsirləndiri lən şəxsin üzərində keçirilən axtarışda ondan başqa digər hal-şahidinin iştirak etməməsi, şahid Z6 da mənzildə keçirilən baxışda ondan başqa digər hal-şahidinin iştirak etməməsi və axtanşın keçirilməsi barədə əvvəlki ifadədən əhəmiyyətli dərəcədə fərqli ifadəni verməsi da ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin üzərində və onun yaşadığı mənzildə narkotik vasitənin aşkar edilməsi halına əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələblərinə görə istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal-şahidlərinin ifadələri ilə aradan qaldırıla bilməz. Qanunun bu normasından görünür ki, protokol tərtib edildiyi istintaq hərəkətində iştirak edən şəxslərin protokolda əks etdirilən h allar barədə ifadələri protokoldan törəmə xarakter daşıyır və istintaq hərəkətinin qanuni tələblərinin pozulması ilə aparıldığı səbəbindən protokolun sübut kimi qəbul edilə bilmədiyi halda, istintaq hərəkətində iştirak edən şəxslərin ifadələrinə də sübut kimi istifadəsinə yol verilməsi məhdudlaşdırılmışdır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İ6 üzərində axtarış və onun yaşadığı evdə baxış protokollarının Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinə əsasən sübut kimi qəbul edilməməsi ilə əlaqədar həmin istintaq hərəkətlərində iştirak etmiş şəxslərin protokollarda əks etdirilən istintaq hərəkətlərinin keçirilməsi barədə ifadələri də cinayət işi üzrə mümkün və mötəbər sübut kimi hesab edilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ci nayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 20.07.2016-cı il tarixli, 14958 saylı rəyi də ekspert tədqiqatına təqdim edilmiş narkotik vasitənin ciddi qanun pozuntuları ilə, yəni şübhəli şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildiyi səbəbindən təqsirləndirilən şəxs İ6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa təqsirləndirilən şəxs İ6 narkotik vasitənin ona və yaşadığı mənzilə polis əməkdaşları tərəfindən atılması barədə ifadələri polis əməkdaşlarının ifadələrindən başqa hər hansı bir mötəbər sübutla təkzib olunmur. Məhkəmə kollegiyası şahidlər R6, O6, V6 və E6 ifadələrinə qiymət verərək qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxs İ6 tutulmasında iştirak edən, onun qanunsu z narkotik vasitənin əldə etməsinin və saxlamasının sübut edilməsində maraqlı olan polis əməkdaşlarıdır. Təqsirləndirilən şəxs İ6 həm birinci, həm də apelyasiya instansiyası məhkəməsində göstərmişdir ki, narkotik vasitə məhz həmin şəxslər tərəfindən ona atılmış, mənzilə baxış keçirilənədək polis əməkdaşları onsuz evə daxil olmuş və müəyyən müddətdən sonra onu mənzilə aparmışlar. Təqsirləndirilən şəxsin yaşadığı mənzilə baxış keçirilən zaman evdə olmuş onun qohumları Z6, M6 və N6 göstərmişlər ki, polis əməkdaşları təqsirləndirilən şəxsdən əvvəl mənzilə daxil olmuş və İlqarın otağı haqqında soruşaraq onları mənzilin mətbəxinə salmışlar. Bundan sonra təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən mənzilə gətirilmişdir. Mətbəxdə olduqlarından onlar polis əməkdaşlarınin hərəkətlərini və bax ışın keçirməsini görməmişlər. Məhkəmə kollegiyası işin hallarını təhlil edərək qeyd edir ki, mənzilə baxış keçirilərkən orada həmin mənzildə yaşayan təqsirləndirilən şəxsin qohumlarının olduğu halda polis əməkdaşları tərəfindən heç bir əsas olmadan həmin şəxslərin baxışın iştirakçıları kimi protokolda qeyd edilməməsi faktı təqsirləndirilən şəxsin qohumlarının onların mətbəxə salınmasına dair ifadələrini müəyyən dərəcədə təsdiq edir və baxış keçirilənədək təqsirləndirilən şəxsin qaldığı otağın polis əməkdaşlarının sərəncamında olmasına dəlalət edir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hökmü ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxs İ6 narkotik vasitənin polis əməkdaşları tərəfindən atılması barədə ifadələri digər mötəbər sübutlarla təkzib olunmadığı üçün polis əməkdaşlarının ifadələri şübhə doğurmayan sübut kimi qəbul edilə bilməz və digər sübutlarla təsdiq olunmadığı üçün İ6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində təqsirli olduğuna əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi İ6 əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması kifayət qədər sübuta yetirilmədiyindən haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş mate riallarından görünür ki, İ6 əməlində həqiqətən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin tərkibinin olmasını təsdiq edən sübutlar kifayət qədər deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildi yi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.2-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəli llərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq İ6 əməlində qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlaması cinayətinin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövc ud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-979/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-979/2019
28.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver