Məhkəmə qərarları › İş №1(102)-979/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-979/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-979/2021 01.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, ünvan 2 yaşayan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsini n (bundan sonra CM-in) 127.2.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli ilkin baxış qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: A.H.Hüseynzadə) Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum apellyasiya şikayəti verərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli, 1(043)-32/2017 saylı hökmünün ləğv edilib barəsində ədalətli hökm çıxarılmasını xahiş etmiş, eyni zamanda apellyasiya şikayəti vermə müddətinin bərpa edilməs inə dair ərizə verərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 1(043)32/2017 saylı qərarı ilə prosessual müddətin bərpasından imtina olunmuşdur. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ş.Q.Rzaquliyev (sədrlik edən), R.Ş.Muradov və L.S.Süleymanov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. H əmin şikayətdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. İş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmü bütün proses tərəflərinin bilavasitə iştirakı ilə elan edilmiş, onun surəti bütün proses iştirakçılarına, o cümlədən Məhkum qanunla müəyyən edilmiş müddət ərzində təqdim olunmuşdur. İşdən göründüyü kimi Məhkum barəsində olan hökmdən apellyasiya şikayəti vermək hüququnun olduğunu və bunun üçün lazımi imkanlar yaradıldığını bilmiş, lakin 2 ildən çox keçən, müddət ərzində hökmdən şikayət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun uzun müddət ərzində hökmdən şikayət verməməsi əsaslı dəlillərə söykənməmişdir. Hər bir halda məhkumun bu barədə irə li sürdüyü dəlillər müddətin bərpası üçün yetərli sayıla bilməz. Çünki, cinayət işindən görünür ki, məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökm onların iştirakı ilə elan edilmiş, hökmdən şikayət vermə müddəti və qaydası izah edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkum tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Cinayət prosessual qanunvericiliyinə gör ə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci in stansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilmə zlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Cinayət işinin 1-ci cildinin 216-cı vərəqəsində olan qəbzdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmünün surəti Məhkum imza etdirməklə 03 iyun 2017-ci il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Beləliklə də, müəyyən olunur ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən təxminən 2 il keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 may 2017-ci tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan heç bir üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası məhkumun vəsatətində göstərdiyi səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bil dirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar