Məhkəmə qərarları › İş №1(102)-979/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-979/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-979/2022 19.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi – “Müdafiəçi2 və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi X25 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkməsinin 23 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Abasov, hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxxx 1976-cı ildə ünvan3nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 145.2.5, 145.2.6, 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirl i bilinərək, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 145.2.5 və 145.2.6-cı maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 iyun 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Murquzov, hakimlər H.Ç.Məmmədov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X26 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş əlavə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 23 iyul 2020-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 15 (on beş) ildən 14 (on dörd) ilə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə, Cinayət Mə cəlləsinin 145.2.5 və 145.2.6-cı maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hökmlə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin olunmuş cəzalarla qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs 2012-ci ildən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs işlədiyi Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının kişi müəllimləri ilə intim münasibətdə olmasından şübhələnib 25 iyun 2019-cu ildə saat 14 radə lərində, Zərərçəkmiş şəxs yaşadıqları mənzilə gəlməsindən sonra, onda olan mənzilin açarını və sonuncunun istifadəsində olan mobil telefonunu zorla əlindən alaraq istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib gəzdirməklə və yaşadığı həmin mənzildə saxladığı tapança ilə, həmçinin silah kimi istifadə etdiyi təsərrüfat-məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs öldürməklə hədələyərək əl və ayaqlarını kəndirlə bağlamaqla, onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, növbəti gün, yəni 26 iyun 2019-cu il saat 17 radələrinə kimi Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mənzildə saxlamaqla qanunsuz azadlıqdan məhrum etmiş, 26 iyun 2019-cu ildə saat 17 radələrində, Zərərçəkmiş şəxs xilas olmaq üçün su içmək adı ilə mənzilin mətbəx otağına keçib pəncərənin açıq olmasından istifadə etmə klə alt paltarlarında pəncərədən binanın qarşısına tullanaraq qaçdıqda, hərəkətlərindən daha da hiddətlənərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gələrək, mətbəxin pəncərəsindən düşməklə Zərərçəkmiş şəxs arxası ilə qaçmış, sonuncu ünvan 3 ünvanda yerləşən ərzaq dükanında ondan gizləndikdə, saat 17:27-də ictimai yer sayılan həmin dükana daxil olaraq rəflərin arxasında Zərərçəkmiş şəxs aşkar edib dükanda olan insanların gözü qarşısında Zərərçəkmiş şəxs üzərinə hücum edərək, odlu silah olan tapançanı çıxarıb nümayiş etdirməklə istifadə edərək, Zərərçəkmiş şəxs yerə yıxıb baş və bədən nahiyələrinə yumruq və təpiklə, həmçinin tapançanın dəstəyi ilə zərbələr endirməklə, zor tətbiq edib sonuncuya xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra qəs dən öldürmək məqsədilə tapançanı yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs baş nahiyəsinə tuşlayaraq bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs sağ əlini atəş açılan istiqamətdə tutub özünü müdafiə etdiyindən, güllə onun sağ əlinə dəydiyindən niyyətinə nail ola bilməmiş və məqsədinə çatmaq üçün ayaqları ilə Zərərçəkmiş şəxs ayaqlarını aralayaraq, onun cinsiyyət orqanının yerləşdiyi nahiyəyə tuşlayıb yenidən bir dəfə atəş açmış, lakin Zərərçəkmiş şəxs atəşlərdən yayınmaqla, güllənin sağ bud nahiyəsinə dəyməsi nəticəsində, ona üç ədəd odlu silah yaralanması ilə nəticələnən və sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs ona müqavimət göstərməklə atəşlərdən yayınması və vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyindən, o, Zərərçəkmiş şəxs həyatdan qəsdən məhrum etməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş və dükandan küçəyə çıxıb ətrafda insanların sıx toplaşdığı yerdə tapança ilə havaya bir dəfə atəş açmaqla öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli qərarından məhkum Məhkum1nun müdafiəçisi Müdafiəçi2 Rəfi oğlu və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. Lakin, kassasiya şikayətlərinə məhkəmə iclasında baxılanadək – 21 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini, məhkum Təqsirləndirilən şəxs isə məhkəmə kollegiyasına ünvanladığı 26 aprel 2022-ci il tarixli ərizə ilə müraciət edərək müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüklərini bildirmişlər (məhkumun ərizəsi Ali Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 26 aprel 2022-ci il tarixli 17/26-1592 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanad ək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin geri götürülməsi haqqında məhkum Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrini, eləcə də bunun zərərçəkmiş şəxsin və məhkumun hüququ olmasına dair dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alıb, cinayət - prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətlərin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 05 may 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxardılaraq geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar