Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-979/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin (hakim Fərid Əliyev) 06 oktyabr 2022-ci il tarixli 1(062)119/2022 nömrəli hökmü ilə xx xxxxxx 2000-ci ildə Şəmkir rayonu Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ”Elit” kredit təşkilatında kredit təşkilatçısı işləyən, Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 1 1 may 2022-ci il tarixdə, saat 22 radələrində Tovuz rayonu, Qovlar şəhəri Vağzal küçəsində dəmiryol xəttinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi, atası X2 məxsus “Mersedes-Benz C180 minik” markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkətin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda “Yol hərəkəti haqqında” Аzərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin həmin tələblərini, yaşayış məntəqəsində avtomobili 60 km/saatdan artıq olmayan sürətlə idarə etməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin həmin tələblərini pozmaqla avtomobili 90-100 km/saat sürəti ilə idarə etməklə, X4 onunla eyni istiqamətdə idarə etdiyi “Vaz-2106” markalı **-BV-*** qeydiyyat nişanlı avtomobili ötüb keçmək istəyərkən həmin avtomobillə toqquşması nəticəsində həmin avtomobil aşmış, nəticədə “Vaz-2106” markalı **-BV-*** qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında əyləşmiş X1 üst dodağının əzilmiş yarası, hər iki əng cibində selikli qişada kobud qalınlaşma və yığıntı, anteror nazal spində yerdəyişmış sınıq ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına, həmin avtomobilin sürücüsü X4 ağciyərin zədələnməsi və ikitərəfli hematoroks (plevra boşluğuna qan toplanması) ilə müşayiət olunan ikitərəfli çoxsaylı qabırğaların və hər iki kürək sümüklərinin sınıqları, para plegiya (ərtafların iflici) və onurğa beyinin əzilməsi ilə müşayiət olunan onurğanın, döş qəfəsinin İV fəqərəsinin cisminin qəlpəli sınığı, bel fəqərələrinin sol yan çıxıntılarının çoxsaylı sınıqları, sol dirsək oynaq nahiyəsinin, sol saidin, sağ baldırın, döş qəfəsinin sağ yan və arxa səthlərinin, bel nahiyəsinin sıyrıqları, hər iki kürək nahiyəsinin, sol əlin, sol baldırın hemotomaları, onurğa beyinin əzilməsi və onurğanın çox saylı fəqərələrinin sınıqları fonunda qabırğaların və kürək sümüklərinin çoxsaylı sınıqları ilə ifadə olunmuş ikitərəfli hemotoroks, ağciyərin zədələnməsi, eləcədə posttravmatik dövrdə yaranan ağciyərin bronxopnevmoniyası ilə əlaqədar inkişaf edən kəskin ağciyər çatışmazlığı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmay a aid xəsarətlər almaqla 25 may 2022-ci il tarixdə, saat 14:15 dəqiqədə Bakı şəhərində yerləşən Klinik Tibbi Mərkəzdə ölməsinə, “Vaz-2106” markalı **BV-*** qeydiyyat nişanlı avtomobilə 3189 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Salman Hüseynov) 19 dekabr 2022-ci il tarixli, 1(104)-696/2022 nömrəli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(062)-119/2022 saylı hökmü və həmin məhkəmənin 15 sentyabr 2022-ci il tarixli 1(062)-119/2022 saylı məhkəmə hazırlıq iclasının qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respub likası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Tovuz Rayon Məhkəməsində yenidən baxılması üçün məhkəmə hazırlıq mərhələsinə qaytarılmış, zərərçəkmiş şəxs R.A.Bayramovanın qanuni nümayəndəsi və zərərçəkmiş A.T.Bayramovun hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2022-ci il tarixli q ərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, apellyasiya məhkəməsi yuxanda qeyd edilən qərarı qəbul edərkən, ona əsaslanmışdır ki, iş üzrə tərtib edilən ittiham aktı prokuror tərəfindən təsdiq edilməmişdir. Məhkəmənin gəlmiş olduğu bu qənaətlə razılaşmayıb aşağıdakıları qeyd etmək istərdim. Müdafiə tərəfi qəbul edir ki, iş materiallarına əlavə edilən ittiham aktında Tovuz rayon prokurorunun imzası yoxdur. Lakin hazırda da kassasiya şikayətinə əlavə etdiyin təqsirləndirilən şəxsə verilmiş ittiham aktının sürətindən görünür ki, həmin ittiham aktı Tovuz rayon prokuroru Maarif Hüseynov tərəfindən 24 avqust 2022-ci il tarixdə təsdiq edilmişdir. Həmçinin zərərçəkmiş şəxsə və müdafiəçiyə təqdim edilən ittiham aktının sürətləri də eyni qaydada təsdiqlənmişdir. Göründüyü kimi, müstəntiq tərəfindən işə əlavə edilən ittiham aktı texnik səbəbdən imzalanmamışdır. Azərbaycan Respublikası CPM-in 300.1-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasının nəticələrinə uyğun olan cinayət işinin baxılmasına o vaxt xitam verməlidir ki, ittiham aktı ümumiyyətlə təsdiq edilməsin. Amma yuxarıda qeyd etdiyi kimi müstəntiq ittiham aktım tərtib etdikdən sonra CPM-in 290-cı maddəsinin tələblərinə uyğun olaraq ibtidai istintaqa rəhbərlik etmiş prokurora təqdim etmiş və sonuncu tərəfindən təsdiq edilmişdi. Bu pozuntu isə formal xarakter daşımışdır. Hesab edirəm ki, məhkəmənin qəbul etdiyi qərara təqsirləndirilən şəxsin hüquqlarını pozulmasına səbəb olacaqdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalı, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Gəncə Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli, 1(104)-696/2022 nömrəli ilkin baxış qərarı ilə Tovuz Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(062)-119/2022 saylı hökmünün ləğv edilməsi və cinayət işinin Tovuz Rayon Məhkəməsində yenidən baxılması üçün məhkəmə hazırlıq mərhələsinə qaytarılmasının qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində ilkin baxış iclasında baxılarkən dövlət ittihamçısı Rəşad Alıkişiyev çıxış edərək göstərmişdir ki, ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin sonuncu məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında iştirak etsə də, on a çıxış üçün söz verilməmişdir. Ona görə də dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmü və hazırlıq iclasının qərarını ləğv edilib cinayət işinin Tovuz Rayon Məhkəməsinə hazırlıq iclasının mərhələsinə göndərilməsi barədə vəsatət vermişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinə ilkin baxılması zamanı cinayət işinin materiallarına əsasən işdə olan ittiham aktının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroru tərəfindən təsdiq edilməməsini və birinci instansiyası məhkəməsinin məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxsin hüquqi varisinə çıxış etmək üçün söz verilməməsini müəyyən edib birinci instansiyası məhkəməsinin hökmü və hazırlıq iclasının qərarı ləğv edilməsi və cinayət işi birinci instansiyası məhkəməsinin hazırlıq iclası mərhələsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilkin məhkəmə baxışı iclasının qərarı əsaslıdır və cinayət-prosessual normalarına uyğun çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 391.2.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Həmin Məcəllənin 391.8.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikay ətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.5-ci maddəsində isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktının təsdiq edilməməsi kobud pozuntu kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, işdə olan ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroru tərəfindən təsdiq edilməmişdir. Göründüyü kimi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CPM-in 290.3-cü maddəsində göstərilən qərarlardan heç biri qəbul edilmədən cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmiş, məhkəmə isə ittiham aktının təsdiq edilməsinin kobud prosessual pozuntu olduğunu və CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həy ata keçirən prokurora qaytarılmalı olmasını nəzərə almamışdır. Halbuki, CPM-in 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmə hazırlıq iclasının nəticələrinə uyğun olaraq cinayət işinin baxılmasına xitam verməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı idi. Bundan başqa, CPM-in 391.8.9-cu maddəsində məhkəmə baxışının təqsirləndirilən və zərərçəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirilməsi kobud pozuntu kimi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, 06 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında dövlət ittihamçısı, təqsir ləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmişin hüquqi varisi iştirak etmiş, lakin həmin iclas zamanı aparılmış məhkəmə çıxışlarında zərərçəkmişin hüquqi varisi Südabə Bayramovaya çıxış üçün söz verilməmişdir. Bununla da birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 391.8.9cu maddəsində nəzərdə tutulan kobud prosessual pozuntuya yol vermişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmə dən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-979/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-979/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver