Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-98/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Oğuz rayon məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi il ə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Qədimov Cavid Əbdürrəhman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim K.Ş.Süleymanov) xx.xx.1984-cü il Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keşdək kəndində qeydiyyatda olmaqla, Oğuz rayonu, Calut kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətə a zadlıqdan məhrum etmə cəzasınaməhkumolunmuşdur. Həmin hökmlə həmçinin X9 və X1 da təqsirli bilinib məhkum olunmuşlar. İŞİN HALLARİ: Oğuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmüilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 08.01.2019-cu il tarixdə saat 17:45 radələrində Oğuz rayonu Calut kənd sakinləri X9 və X1 ilə bir qrup şəxs halında birləşərək ictimai yer hesab edilən Oğuz rayonu Calut kəndində həmin kəndin sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə ucadan nalayiq ifadələr işlədərkən, həmin vaxt küçəyə çıxan Zərərçəkmiş şəxs onların nalayiq ifadələr işlətməsinə narazılıq etdikdə o, ictimai qaydanı kobud surətdə pozaraq, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davran ış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, hec bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq küçə söyüşləri söyərək ona qarşı qəsdən fiziki zor tətbiq etməklə silah qismində istifadə etdiyi əşya - dəmir parçası ilə sonuncunun boyun nahiyəsindən bir dəfə vuraraq ona boynun sol yuxarı hissəsinin qançırı və sağ qulaq seyvanının aşağı sərbəst kənarının sıyrıqları xəsarətləri ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirbahəddin Mirdamət oğlu, hakimlər Əliyev Rəfail Əyy ub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 15 avqust 2019-cu il tarixli qərarı ilə Oğuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Qədimov Cavid Əbdürrəhman oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən Məhkum barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi Qədimov Cavid Əbdürrəhman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi nin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, Məhkum Zərərçəkmiş şəxs ilə barışmış və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən zərərçəkmiş şəxs Məhkum heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilməli, Məhkum barəsində CM-in 70-ci maddəsini tətbiq edərək ona təyin edilmiş 02 il müdətə azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində seçilmiş cəza tədbirinin çəkilməsi məsələsinə gələrkən cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngül ləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalı idi. Tədqiq edilmiş sübutlardan aydın olur ki, Məhkum 1986-ci ildə doğulmaqla, məhkumluğu yoxdur, həmçinin ailəlidir, himayəsində üç azyaşlı uşaqları var və faktiki olaraq ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkum əməlində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusu apellyasiya instansiya məhkəməsinə imkan verirdi ki, onun cəza çəkmədən islah olunma imkanlarının tükənmədiyi qənaətinə gəlsin. Müdafiə tərəfi bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, onun ictimai dəyərl ərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, zərərçəkmiş şəxsdən üzr istəyərək, onubağışlamalarını xahiş etməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Odur ki, göstərilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Məhkum barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qan unla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və ap ellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli iş üzrə və məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. M əhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində məhkuma şərti cəza təyin edilməsi xahiş olunur, bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apely asiya şikayəti ilə bağlı çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə məhkum edilməsinə dair Oğuz Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında şərh olunur ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir... İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qa ydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir... Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması - təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur... Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun... Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şü urunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir... Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Konstitusiya Məhkəməsinin həmin Qərarında daha sonra şərh olunur ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşasağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlü kə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır... CM-nin 221.3cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, xuliqanlıq zamanı cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saym amazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, şəxsi münasibətlər zəminində başlanılmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və sair bu kimi hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Həmin Qərarın 11-ci maddəsində izah olunur ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan CM-in 221.3-cü maddəsilə tövsif olunmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum digər təqsirləndirilən şəxslərlə birlikdə Zərərçəkmiş şəxs yumruq və təpiklə vurmaqla kifayətlənməyərək “QAZ 69” markalı avtomobildən götürdüyü dəmir parçası ilə sonuncunun boyun nahiyəsindən bir zərbə vurmuş və Zərərçəkmiş şəxs deməsinə görə o həmin zərbədən sonra huşunu itirmişdir. Bununla da təqsirləndirilən şəxs Məhkum xuliqanlıq formasında təzahür edən öz ictimai təhlükəli davranışını silah qismində istifadə etdiyi əşyanı (dəmir parçasını) tətbiq edib zərərçəkmiş şəxsi vurmaqla davam etdirmiş və nəticədə CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesa b edir ki,təqsirləndirilən şəxs Məhkum törətdiyi əməldə Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsinin və cinayət tərkibinin oiması, həmin cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərp ası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müs bət xarakterizə olunmasını, məcburi köçkün olmasını, törətdiyi əməldə CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası üzrə mümkün olan aşağı həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum təyin etdiyi cəzanın növü və həddi CM-in 58-ci maddəsinin tələbləri baxımından törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə, cəzaya təsir edən amillərə və cəzanın məqsədlərinə, habelə zərərçəkmiş şəxsin mənafeyinə uyğun olmuş, ona təqsirli bilindiyi CM-nin 221-3-cü maddəsinin sanksiyası çərçivəsində qanuni və əsaslı cəza təyin edilmişdir. Apellyasiya şikayətinin məhk əmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum cəzasını daha artıq yüngülləşdirməyə, o cümlədən barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiqinə əsas verən müstəsna hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin 18 iyun 2019cu il tarixli hökmü ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum q ərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan R espublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azər baycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum aid hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsi
Məhkəmə qərarları › İş №1(102)-98/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-98/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver