Məhkəmə qərarları › İş №1(102)-98/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-98/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-98/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Müdafiəçi5 Zülfiqar oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-315/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından Məhk um tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 08 avqust 1995-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 17 noyabr 2021-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 2021-ci ilin may ayında tanıdığı Zərərçəkmiş şəxs Ağazadə qızına olan 300 manat məbləğində pul borcunu qaytarmaq məqsədilə 21 iyul 2021-ci il tarixdə, saat 21 ra dələrində sonuncunun gözətçi işlədiyi, həm də müvəqqəti məskunlaşdığı ünvan 2 ünvanında yerləşən 6 saylı uşaq bağçasının ikinci mərtəbəsindəki otağa gəlmiş, içəri daxil olduqda Zərərçəkmiş şəxs ondan borclu olduğu pulu dərhal verməsini tələb edib, ünvanına nalayiq ifadələr işlətdikdə aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı o, Zərərçəkmiş şəxs bir az öncə nalayiq ifadələrlə söyüb təhqir etməsinə görə qisas niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə, otaqda olan bir ədəd şüşə stəkan, bir ədəd şüşə qəndqabı, iki ədəd kustar üsulla hazırlanmış məişət təyinatlı şişlə, eləcə də yumruqla Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayi ş etdirib, xüsusi əzab və işgəncə verməklə çoxsaylı zərbələr endirərək, sonuncuya sol gicgah, təpə, alın nahiyələrində baş beyin toxumasında, baş beynin sərt və yumşaq qişasında, yumşaq toxumalarda qansızmalar, alın nahiyəsində solda, sağ və sol gözün alt və üst qapaqlarında, boynun sol yan səthində hematomalarla müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, alın nahiyəsində solda və alt çənədə solda yaralarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən, sol ön qoltuqaltı xətt üzrə 5-ci qabırğa səviyyəsində, sol ayağın 5-ci barmağının üst səthində səthi yaralar, sol ön qoltuqaltı xətti üzrə göbək səviyyəsində, sol qoltuqaltı xətt üzrə göbək səviyyəsində, sol döşyanı xətt üzrə sol qalça tini p royeksiyasında, sol bud çanaq oynağının bayır səthində, sağ qalça tini proyeksiyasında sıyrıqlarla müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir 3. 30 noyabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 21 iyul 2021-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs Ağazadə qızının dəvəti əsasında ondan aldığı 300 manat borc pulu qaytarmaq üçün sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən 6 s aylı uşaq bağçasının ikinci mərtəbəsindəki otağa daxil olan kimi Zərərçəkmiş şəxs dərhal pulunu tələb edib ünvanına nalayiq sözlər işlətməklə yanaşı, onun boğazından əlləri ilə tutmaqla Məhkum boyunun sağ və sol yan və ön səthlərində, sağ körpücük sümüyü proyeksiyasında, sol əlin 5-ci barmağının üst səthində əsas falanqa proyeksiyasında, sağ əlin 5-ci barmağının üst səthində 2-ci falanqa proyeksiyasında sıyrıqlarla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq üçün stolun üstündə olan şüşə stəkanla onun baş nahiyəsinə bir dəfə zərbə vurmuş, buna baxmayaraq sonuncu stolun üstündə olan bıçağı götürüb ona hücum edərkən, bıçağın tiyə hissəsindən yapışmaqla sağ əlin ovuc səthində 1-ci və 4-5-ci əldarağı sümüyü proyeksiyasında sət hi yaralarla müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər aldığı üçün sonuncunun hərəkətlərindən əsəbləşib qisas almaqdan ötrü onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əvvəlcə qənd qabı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə, sonra onun əlindəki şişləri almaqla bədəninin müxtəlif nahiyələrinə və sonda isə baş nahiyəsinə yumruqla zərbələr endirməklə ona sol gicgah, təpə, alın nahiyələrində baş beyin toxumasında, baş beynin sərt və yumşaq qişasında, yumşaq toxumalarda qansızmalar, alın nahiyəsində solda, sağ və sol gözün alt və üst qapaqlarında, boynun sol yan səthində hematomalarla müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, habelə alın nahiyəsində solda və alt çənədə solda yaralarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağl amlığa yüngül zərərvurma əlamətlərinə aid, eləcə də, sol ön qoltuqaltı xətt üzrə 5-ci qabırğa səviyyəsində, sol ayağın 5-ci barmağının üst səthində səthi yaralar, sol ön qoltuqaltı xətti üzrə göbək səviyyəsində, sol qoltuqaltı xətt üzrə göbək səviyyəsində, sol döşyanı xətt üzrə sol qalça tini proyeksiyasında, sol bud çanaq oynağının bayır səthində, sağ qalça tini proyeksiyasında sıyrıqlarla müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi reji mli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin həbs edildiyi 22 iyul 2020-ci il tarixdən hesablanması qərara alınmış, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-315/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən məhkuma cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum təyin edilmiş 13 il azadlıqdan məhrum etmə cəzası 11 il 6 aya endirilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən s axlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti və Dövlət ittihamçısı2 kassasiya protesti vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərə tutulmuş məhz layiqli yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız, cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrinə zidd olaraq ona yüngül cəza təyin etmişdir. Bundan əlavə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbs olunduğu 22 iyul 2021-ci il tarixdən hesablanmalı o lduğu halda, birinci instansiya məhkəməsi 07 yanvar 2022-ci il tarixli hökmünün nəticə (hökm etdi) hissəsində cəzanın başlanğıcını 22 iyul 2020-ci il tarixdən hesablamış, apellyasiya instansiyası məhkəməsi bu fakta heç bir fikir bildirmədən və hökmü bu hissədə dəyişdirilmədən saxlamaqla, faktiki olaraq Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 10 il 6 ayadək endirmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-315/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun törətdiyi əməlin tövsifində səhvə yol verildiyi, buna görə də əməlin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3cü maddəsinə tövsif edilməsi, ilk dəfə cinayət törətməsi, cəzanı yüngülləşdirən halların və digər xüsusatların nəzərə alınması ilə təyin edilmiş cəzanın 09 il müddətinə azadlıqdan məhrum etmə müddətinə endirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. Məhkum kassasiya protestinə etiraz təqdim edərək, kassasiya protestinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Zərərçəkmiş şəxsin hüquqi varisi Əkbərova Mahizər Ağazadə qızı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə b axılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kas sasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasi ya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21 və 416.1.22-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Məhkum kassasiya şikayətində əməlinin tövsifində səhvə yol verildiyi iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 41 9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-315/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərd ə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət ve rilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum tərəfindən onun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə irəli sürülən dəlillərini əsassız hesab edir.

25. Belə ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış, bu sübutları tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirmiş, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişd ir. Məhkumun əməli Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən həmin Məcəlləni 120.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövs ifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

27. Məhkəmə kollegiyası məhkum Əliağa Ağabəy oğluna təyin edilmiş cəzanın yüngül olduğuna dair kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin bu hissədə qəbul etdiyi qərarı maddi və prosessual cinayət hüququ normalarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən halları - himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət törətməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, islah edilməsi və cəzanın digər məqsədlərinə nail olmaq üçün Məhkum tə yin edilmiş 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 11 il 06 ay müddətinə endirilməsini məqsədəuyğun hesab etmişdir. Məhkum edilmiş şəxsə təyin ediləcək cəzanın növü və həddini müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas aşkar etmir.

28. Kassasiya protestinin mübahisələndirilən apellyasiya instansiyası məhkəməsi qərarında Məhkum təyin edilmiş cəzanın çəkməsinin əvvəlinin düzgün qeyd edilməməsinə dair hissəsinə gəldikdə, məhkəmə kollegiyası həmin hissədə qeyd edilənlər xüsusatları cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdıraraq dövlət ittihamçısının müvafiq dəlillərini əsaslı sayır.

29. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ibtidai istintaq zamanı 22 iyul 2021-ci il tarixli qərarla şübhəli şəxs qismində tutulmuş və Sabirabad Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

30. Bununla belə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli hökmünün nəticəvi hissəsində Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 22 iyul 2021-ci il tarixdən deyil, 22 iyul 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)315/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı üzrə Məhkum təyin edilmiş cəza yüngülləşdirilsə də, hökm cəzaçəkmə müddətinin başlanğıc ının hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

31. Halbuki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır.

32. Azərbaycan Respublikası CPM-nin 353.4 və 353.8-ci maddələrin ümumi məzmununa görə isə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsini göstərməlidir.

33. İstinad edilən maddi və prosessual cinayət hüququ normalarına şərh verən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu özünün müvafiq qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhr um etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, § 2.16, 30 aprel 2021-ci il).

34. Qeyd edilən maddi və prosessual cinayət-hüquqi normalarının məzmunundan, eləcə də məhkəmə təcrübəsini tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyəsindən göründüyü kimi, şəxs barəsində hökm çıxarılarkən, onun həbsdə saxlanıldığı müddət nəzərə alınmalı, həmin müddət təyin olunmuş cəzadan çıxılmamalı, cəza çəkmə müddət inin əvvəli isə onun həbsə alındığı vaxtdan hesablanmalıdır.

35. Şərh edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, Məhkum 22 iyul 2021-ci il tarixdən həbsə alındığından, onun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır.

36. Bununla belə məhkəmə kollegiyası nəzərə alır ki, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin edilmiş 13 (on üç) il müddətinə və apellyasiya instansiya məhkəməsinin qərarı ilə 11 il 6 ay müddətinə endirilmiş azadlıqdan məhrum etmə cəzasını məhkəmə qərarları ilə müəyyən edilmiş cari vəziyyətə uyğun şəkildə 22 dekabr 2031-ci il tarixdə çəkib bitirəcəkdir, lakin lazımi düzəlişlər edildikdə cəza çəkmənin müddəti 22 dekabr 2032-ci il tarixdə bitir. Göründüyü kimi, təyin edilən cəzanın müddəti obyektiv baxımdan dəyişmədən qalsa da, yol veril miş nöqsanın aradan qaldırılması subyektiv cəhətdən Məhkum vəziyyətinin ağırlaşması ilə nəticələnir, belə hüquq isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən kənardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti həmin hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı cəzaçəkmə müddətinin əvvəlinin hesablanması qaydasında yol verilən anlaşılmazlığın aradan qaldırılması məqsədilə ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum edilmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-315/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-315/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar