Məhkəmə qərarları › İş №1(102)-980/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-980/2019

23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-980/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Elnur Nizami oğlu İsa-zadə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs11 nümayəndəsi X1 və Zərərçəkmiş şəxs6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məh kum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15.02.2019 il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protestinə və Zərərçəkmiş şəxs15 nümayəndəsi H8 və Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən və məruzəçi), A.İ.Paşayev və İ.X.Həsənzadə) Məhkum-27.09.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, **************************************** saylı evdə qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsi rli bilinərək CM-nin 178.3.2 maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətinə, CM-nin 308.2 maddəsi ilə 01 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə, CM-nin 313 maddəsi ilə 01 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına, CM-nin 66.3 və 66.4 maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanmaqla qəti olaraq 03 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəh bər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 dekabr 2017-ci il tarixdən həbsdə saxlanıldığı 09 ay 14 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 il 02 ay 16 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmış, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə, o, 02 il sınaq müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Məhkum “MTK-REAL” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, kooperativin 07.01.2005-ci il tarixli Nizamnaməsinə əsasən mənzill ərin satışını həyata keçirmək və s. öhdəliklərin yerinə yetirilməsinə səlahiyyətli məsul şəxs kimi, həmin vəzifələri yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, kooperativ tərəfindən Bakı şəhəri, ********************* məhəllədə inşa edilən 19 mərtəbəli yaşayış binasının ***** blok, ******* mərtəbə, ******* korpusunda yerləşən, ümumi sahəsi 108 kv.m olan 2 (iki) otaqlı 54-1 saylı mənzilini Zərərçəkmiş şəxs18 adına rəsmiləşdirildiyini bildiyi halda, qohumluq münasibətində olduğu X6 tanışı X7 ilə arasındakı borc münasibəti ilə əlaqədar, “MTK-REAL” mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş binalardan 108.000 manat dəyərində olan mənzillərdən birini Or6 adına rəsmiləşdirməsi barədə etdiyi xahişinə əsasən, eyni mənzilin O6 qızı X 5 adına 108.000 manata satılaraq rəsmiləşdirilməsi barədə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədi 16 fevral 2015-ci il tarixli 36-2 saylı müqavilə, həmçinin mənzilin dəyərinin S8 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq edərək sonuncuya verib sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs18 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o, “MTK-REAL” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib özgənin əml akını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, həmin kooperativ tərəfindən Bakı şəhəri, *********************** küçəsində inşa edilmiş ***** mərtəbəli yaşayış binasının ***** korpus, ******* blok, ******* mərtəbəsində yerləşən, ümumi sahəsi 151.7 kv.m olan, 3 (üç) otaqlı 133 saylı mənzilin “MTK-REAL” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şəxs19 arasında bağlanmış 17.06.2009-cu il tarixli 210 saylı müqaviləyə əsasən sonuncuya 121360 manata satılaraq rəsmiləşdirildiyini bildiyi halda, göstərilən mənzili yenidən 09 oktyabr 2015-ci il tarixdə Zərərçəkmiş şəxs13 119.000 manata qanunsuz satmaq barədə razılaşıb, kooperativin Bakı şəhəri, ************************* küçəsində yerləşən ofisində həmin məbləğdən 85.000 manat pul vəsaitini dərhal, qa lan hissəsini isə müxtəlif tarixlərdə hissə-hissə almaqla şəxsi ehtiyacları üçün xərcləmiş, həmçinin borcundan çıxılması şərti ilə Zərərçəkmiş şəxs13 900 manat dəyərində sement məhsulu götürərək, sonuncuya məxsus ümumilikdə 98.400 manat - külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs13 adına satılaraq rəsmiləşdirilməsi haqqında, məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədi, 09.10.2015-ci il tarixli 271 saylı müqaviləni tərtib edib, imzası və möhürü ilə təsdiq edərək sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs19 mənzil üzərində mülkiyyət hüququnu pozaraq o nu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, “MTK-REAL” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmək məqsədilə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanış olduğu qeyrisi ilə, “MTK-REAL” mənzil tikinti kooperativi tərəfindən Bakı şəhəri, **************** küçəsində inşa olunmuş yaşayış binalarında müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, M6 adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edilərək, s onradan həmin mənzillərin yenidən satışına dair adından elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, birlikdə özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, həmin kooperativ tərəfindən Bakı şəhəri, ******************* küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış binasının 2-ci korpus,****** blok, ***** mərtəbəsində yerləşən, ümumi sahəsi 151 kv.m olan, 3 (üç) otaqlı 109 saylı mənzilin “MTK-REAL” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şəxs12 arasında bağlanmış 21.09.2010-cu il tarixli 226 saylı müqavilə ilə 121.360 manata sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, qeyd olunan mənzilin X11 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sən ədləri, müqavilə və həmin mənzilin dəyərinin M6 tərəfindən tam ödənilməsi barədə maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra, həmin mənzili yenidən 08 iyul 2016-cı il tarixdə Zərərçəkmiş şəxs5 106.647 manat dəyərində 69.000 ABŞ dollarına qanunsuz sataraq, kooperativin Bakı şəhəri, ********************* küçəsində yerləşən ofisində həmin pul vəsaitinin M6 tərəfindən Zərərçəkmiş şəxs5 alınmasına nail olub, göstərilən məbləği öz aralarında bölməklə, onun özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs5 məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsu z əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs5 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 08.07.2016-cı il tarixli, 300/2 saylı müqavilə və mənzilin dəyərinin Zərərçəkmiş şəxs5 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs12 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, “MTK-REAL” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqe yindən istifadə edib təkrarən eyni məqsədlə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanıdığı qeyrisi ilə, “MTK-REAL” mənzil tikinti kooperativi tərəfindən Bakı şəhəri, ********************* küçəsində inşa olunmuş yaşayış binalarındakı, müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, M6un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin yenidən satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri, ************************* məhəllədə yerləşən yaşayış evinin (2-ci korpus), 3-cü blok, (yaşayışın) 16-cı mərtəbəsindəki, ümumi sahəsi 172,0 kv.m olan, 4 (dörd) otaqlı mənzilin “MTK-REAL” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şə xs9 arasında bağlanmış 21.06.2012-ci il tarixli 207 saylı müqavilə ilə 120.820 manata sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, qeyd edilən mənzilin X11 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 30.05.2013-cü il tarixli, 300/2 saylı müqaviləni və həmin mənzilin dəyərinin M6 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra göstərilən mənzili yenidən 26 avqust 2016-cı il tarixdə Zərərçəkmiş şəxs6 130.000 manata qanunsuz satıb, kooperativin Bakı şəhəri, ********************* küçəsində yerləşən ofisinin yaxınlığında M6 tərəfindən həmin pul vəsaitinin Zərərçəkmiş şəxs6, sonuncuya məxsus olan “Mersedes C” klass markalı, “*****” dövlət qeydi yyat nişanlı avtomobilin salonunda alınmasına nail olub öz aralarında bölməklə, məbləğin özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs6 külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs6 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 26.08.2016-cı il tarixli, 302/3 saylı müqavilə və mənzilin dəyərinin Zərərçəkmiş şəxs6 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərər çəkmiş şəxs9 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanış olduğu qeyrisi ilə, “MTK-REAL” mənzil tikinti kooperativi tərəfindən Bakı şəhəri, ********************* küçəsində inşa olunmuş yaşayış binalarındakı müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, M6un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin satışına dair elan vermə k barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri, ********************* küçəsində yerləşən yaşayış evinin (2-ci korpus), 2-ci blok, 13-cü mərtəbəsindəki ümumi sahəsi 151,0 kv.m olan, 3 (üç) otaqlı mənzilin “MTK-REAL” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şəxs10 arasında bağlanmış 10.07.2009-cu il tarixli 208 saylı müqavilə ilə 113.775 manata sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, həmin mənzilin X11 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 30.05.2013-cü il tarixli, 300/4 saylı müqaviləni və həmin mənzilin dəyərinin M6 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra qeyd edi lən mənzili yenidən Ş6 107.000 manata satmaq barədə razılaşıb, həmin puldan əvvəlcə 3.000 manat pul vəsaitinin beh kimi M6, 07 oktyabr 2016-cı il tarixdə isə kooperativin Bakı şəhəri ********************* küçəsində A6 məxsus “HYUNDAİ ELANTRA” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda A10 və M6 tərəfindən daha 67.000 manat, 2017-ci ilin mart ayının 16-dək isə daha 37.000 manat pul vəsaitinin M6 və A10 tərəfindən alınmasına nail olub, öz aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, A12 külli miqdarda əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzi lin A12 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 07.10.2016-cı il tarixli, 304/3 saylı müqavilə tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs10 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o, qeyd olunan vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni məqsədlə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanıdığı qeyrisi ilə, “MTK-REAL” mənzil tikinti kooperativi tərəfindən Bakı şəhəri, ********************* k üçəsində inşa olunmuş yaşayış binalarındakı, müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, M6un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Nərimanov rayonu X. Şuşinski küçəsi 955-ci məhəllədə yerləşən yaşayış binasının (2-ci korpus), 2-ci blok, (yaşayışın) 21-ci mərtəbəsindəki, ümumi sahəsi 151,0 kv.m olan, 3 (üç) otaqlı 141-1 saylı mənzilin “MTK-REAL” mənzil tikinti kooperativinin sabiq sədri X8 ilə Zərərçəkmiş şəxs11 arasında bağlanmış 24.01.2013-cü il tarixli 225 saylı müqavilə ilə 138.000 manata sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, həmin mənzilin X11 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 10.10.2015-ci il tarixli 300/9 saylı müqaviləni və həmin mənzilin dəyərinin M.Səmədov tərəfindən tam ödənilməsi barədə eyni tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra, qeyd olunan həmin mənzili yenidən 08 noyabr 2016-cı il tarixdə Zərərçəkmiş şəxs3 117.000 manata qanunsuz satıb, kooperativin Bakı şəhəri, ********************* küçəsində ofisində həmin pul vəsaitinin M6 tərəfindən Zərərçəkmiş şəxs3 alınmasına nail olub, əldə etdikləri məbləği öz aralarında bölməklə, onun özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs3 külli miqdarda əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma v ə etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs3 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 08.11.2016-cı il tarixli, 300/9 saylı müqavilə və mənzilin dəyərinin Zərərçəkmiş şəxs3 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda sonuncuya verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs11 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hə mçinin, o, “MTK-REAL” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə, tanışı X19, eləcə də sonuncunun vasitəsi ilə tanıdığı X15 ilə, “MTK-REAL” mənzil tikinti kooperativi tərəfindən Bakı şəhəri, ********************* küçəsində inşa olunmuş yaşayış binalarındakı müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, M6un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kooperativ tərəfindən Bakı şəhəri, ********************* küçəsində inşa edilmiş yaşayış binasının 2-ci korpus, 2-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 151.6 kv.m olan, 3 (üç) otaqlı, 89 saylı mənzilin “MTK-REAL” mənzil tikinti kooperativinin sabiq sədri X13 ilə Zərərçəkmiş şəxs7 arasında bağlanmış 30.06.2011-ci il tarixli, 12 saylı müqavilə ilə sonuncuya 40.959 manata satılaraq rəsmiləşdirildiyini bildiyi halda, həmin mənzilin X11 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 10.10.2013-cü il tarixli 300/12 saylı müqaviləni və həmin mənzilin dəyərinin M.Səmədov tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra, qeyd edilən mənzili yenidən 01.12.2016-cı il tarixdə Zərərçəkmiş şəxs4 110.000 manata qanunsuz satıb, kooperativin Bakı şəhəri, ********************* küçəsində yerləşən ofisində həmin pul vəsaitinin M6 tərəfindən alınmasına nail olmaqla, əldə etdikləri məbləği öz aralarında bölərək, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs4 məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs4 anası X9 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 01.12.2016-cı il tarixli 300/14 saylı müqavilə və mənzilin dəyərinin L8 tərəfindən tam həcmdə ödənilməsi barədə maliyyə arayışını tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda Zərərçəkmiş şəxs4 verib vəzifə saxtakarlığı törətmiş, Zərər çəkmiş şəxs7 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Eyni zamanda, o, “MTK-REAL” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni məqsədlə, tanışı X19, həmçinin sonuncunun vasitəsi ilə tanıdığı qeyrisi ilə, “MTK-REAL” mənzil tikinti kooperativi tərəfindən Bakı şəhəri, ********************* küçəsində inşa olunmuş yaşayış binalarındakı müxtəlif şəxslərə satılmış mənzillərin, aldadacaqları şəxsləri inandırmaq üçün, M6un adına rəsmiləşdirilməsi barədə köhnə tarixli saxta müqavilələr tərtib edib, onun adından həmin mənzillərin satışına dair elan vermək barədə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kooperativ tərəfindən ******************************* məhəllədə yerləşən yaşayış binasının *************, ******** blok, ********* mərtəbəsindəki, ümumi sahəsi 172,6 kv.m olan, 4 (dörd) otaqlı, 167 saylı mənzilin “MTK-REAL” mənzil tikinti kooperativinin sədri kimi özü ilə Zərərçəkmiş şəxs8 arasında bağlanmış 16.02.2016-cı il tarixli 159 saylı müqavilə ilə 131.176 manata sonuncuya satılaraq rəsmiləşdirildiyi halda, həmin mənzilin X11 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - müqaviləni və həmin mənzilin dəyərinin M6 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra qeyd edilən mənzili yenidən 10 yanvar 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 Salih oğluna 147.000 manata qanunsuz satıb, kooperativin Bakı şəhəri, ********************* küçəsində yerləşən ofisinin qarşısında həmin məbləğdən 117.000 manat pulun M6 tərəfindən alınmasına nail olub, əldə etdikləri məbləği öz aralarında bölməklə, ondan özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyərək, Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs2 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 10.01.2017-ci il tarixli, 300/28 saylı müqavilə tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda Zərərçəkmiş şəxs2 verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs8 mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmçinin o, “MTK-REAL” mənzil tikinti kooperativinin sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kooperativ tərəfindən Bakı şəhəri, ********************* küçəsindəki 20 mərtəbəli yaşayış binasının ******** blok,******** korpus ******* mərtəbədə yerləşən, ümumi sahəsi 111.9 kv.m olan, izolə olunmuş 2 otaqlı, 116 saylı mənzilin “MTK-REAL” mənzil tikinti kooperativinin sabiq sədri X10 ilə Zərərçəkmiş şəxs17 arasında bağlanmış 30 sentyabr 2006-cı il tarixli 27 nömrəli müqavilə ilə 60.986 ABŞ dollarına sonuncuya satılaraq rəsmiləşdirildiyini bildiyi halda, həmin mənzilin Ş6 oğlunun adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - müqaviləni və həmin mənzilin dəyərinin Ş6 tərəfindən tam ödənilməsi barədə həmin tarixli maliyyə arayışını tərtib edib imzası və kooperativin möhürü ilə təsdiq etmiş, bundan sonra qeyd olunan mənzili yenidən 16 yanvar 2017-ci il tarixdə Zərərçəkmiş şəxs14 90.000 manata qanunsuz satıb, kooperativin Bakı şəhəri, ********** *********** küçəsində yerləşən ofisində həmin pulun Ş6 tərəfindən alınmasına nail olub, əldə etdikləri məbləği öz aralarında bölməklə, onun özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs14 məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin Zərərçəkmiş şəxs14 adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 16.01.2017-ci il tarixli, 221/1 saylı müqavilə tərtib edib, imzası və möhürü ilə təsdiq olunmuş halda Zərərçəkmiş şəxs14 verib vəzifə saxtakarlığı törətmiş, Zərərçəkmiş şəxs17 mənzil üzərində m ülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən dövlət ittihamçısı C6 apellyasiya protestinə və zərərçəkmiş Zərərçəkmiş şəxs15 nümayəndəsi H8 və zərərçəkmiş Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkibdə) 15.02.2019 il tarixli qərarı ilə dövlət ittihamçısı Ceyhun Budaqovun apellyasiya protesti və zərərçəkmiş Zərərçəkmiş şəxs15 nümayəndəsi H8 apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilərək, hökm dəyişdirilmiş, Məhkum 25000 manat maddi ziyan alınaraq Zərərçəkmiş şəxs14 verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15.02.2019 il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protestinə və zərərçəkmiş Zərərçəkmiş şəxs15 nümayəndəsi H8 və zərərçəkmiş Zərərçəkmiş şəxs14 kassasiya şikayəti verərək qərarın ləğv olunaraq cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protesti onunla əsalandırılır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şərti məhkumetmə barədə hökmünü dəyişdirilmədən saxlayarkən təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına könüllü olaraq gəlm əsini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəməsini, həmin şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını və müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və cinayətin ictimai təhlükəlilk dərəcəsini nəzərə aldığını, bu halların cinayət əməlkinin istimai təhlükəlilik dərəcəsini müstəsna dərəcədə azaltdığını göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs15, qızı və nümayəndəsi H8 eyni məzmunlu ifadəlrindən görünür ki, Məhkum öz qulluq mövaeyindən istifadə etməklə H6 ilə qabaqcadan razılaşmaqla əlbir olub aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs15 məxsus xeyli miqdarda özgə əmlakını ələ keçirib təkrarən dədləduzluq etməsi, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətməsi təsdiq olunduğu halda məhkəmə həmin sübutları nəzərə almadan həmin sübutları ittihamdan xaric etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikası CM-nin 58.3-cü, 70.2-ci və 8-ci maddələrinin tələblərini, “məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25.06.2003cü il tarixli qərarının izahlarını nəzərə almamışdır. Məhkum Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın nəzərə alınması cinayət işinin faktiki halına uyğun hesab edimir. Vurulmuş ziyan könüllü deyil cinayət işi başlandıqdan, ifşa olunması və cəza təhdidi altında ödənmişdir. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs14 vurulmuş zərər tam ödənməmişdir. Mə hkəmələr yalnız formal xarakterli xasiyyətnaməyə istnadən, başqa hər hansı araşdırma aparmadan Məhkum müsbət xarakterizə olunması nəticəsinə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 34.8-ci maddəsinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur tələbini də nəzərə almamşlar. Bundan başqa hazırkı cinayət işindən başqa Məhkum barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, 308.2-ci və 320.1-ci maddələri ilə başqa bir cinayət işinə də baxılmaqdadır. Göstərilənlərə əsasən kassasiya protestinin təmin olunmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs14 kassasiya şikayətini kassasiya protestinin dəlilləri ilə eyni əsaslandıraraq göstərmişdir ki, ona vurulmuş maddi və mənəvi zərər tam ödənilməli, əks halda Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi ləğv edilməlidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs15 nümayəndəsi H8 kassasiya şikayətində konkret dəlillərə əsaslanmadan qərarın ləğv edilməsini və Məhkum ədalətli cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və nümayəndənin çıxışlarını dinləyib aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayə tinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15.02.2019 il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum ibtidai istintaq orqanına könüllü olaraq gəlməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən, hal kimi nəzərə almış, işdə ona münasibətdə c əzanı ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Məhkəmə bu halların Azərbaycan Respublikası CM-nin 59.1.10 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə alaraq ona həmin Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş qaydalara uyğun, yəni təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq olmayan cəza təyin etmişdir. Eyni zamanda məhkəmə həmin cəzanı yüngülləşdirən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkumetmə tətbiq etmişdir. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslərə dəymiş zərərin ödəməsi nəticəsinə gələrkən zərərçəkmiş şəxslərin təqdim etdiyi vurulmuş zərərin ödənməsi haqqında notarial təsdiq ed ilmiş ərizələri əsas götürmüşdür. Lakin Zərərçəkmiş şəxs14 belə bir ərizə təqdim etməmiş, ifadələrində ona cinayət nəticəsində vurulmuş 90 min manat zərərin 40 min manatının ödənilmədiyini göstərmiş, 40 min manat maddi və 40 min manat mənəvi ziyanın ödənməsi barədə mülki iddia vermişdir. Məhkəmə maddi ziyan barədə Zərərçəkmiş şəxs14 mülki iddiasını, ona vurulmuş maddi ziyanın tam ödənməsi nəticəsinə gələrək təmin etməmiş, mənəvi ziyan hissəsini isə baxılmamış saxlamışdır. Birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs14 maddi zərərin tam ödənməsi barədə gəldiyi nəticə kifayət qədər əsaslı hesab edilmir, çünki məhkəmənin istinad etdiyi sübutlar mübahisəlidir və həqiqiliyi şübhə doğurur. Eyni zamanda birinci instansiya məhkəməsi mənvi ziyanla bağlı mülki iddianı hər hansı qanuni əsasa istinad etmədən baxılmamış saxlamışdır. Məhkəmə mənəvi ziyana dair mülki iddianı baxılmamış saxlamaqla onun əsassızlığı barədə qərar qəbul etməmiş, lakin iddianın mülki mühakimə qaydasında həll edilməli olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Göstərilən qanunun mənasına görə zərərçəkmiş şəxsin mənəvi ziyanın ödənilməsi barədə mülki iddiasının baxılmamış saxlanması, maddi ziyanın tamamilə ödənməsi qəbul edilsə belə bu hal cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilməsi kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənməsi və bu halın Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilməməlidir. Bundan başqa kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs6 göstərmişdir ki, zərərçəkmiş şəxs olaraq ona cinayət nəticəsində vurulmuş 130 min manat maddi ziyandan 102 min manat ödənmiş və qalan hissənin ödənməsi barədə borc müqaviləsi bağlanmışdır. Lakin sonradan təqsirləndirilən şəxsin qohumları vurulmuş ziyanın qalan hissəsini ödəməkdən imtina etmişlər. Ona görə də xahiş etmişdir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilsin. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslər tərəfindən verilmiş formal xarakterli ziyanın ödənməsi barədə ərizələrin mötəbərliyini yoxlamadan cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənməsi nəticəsinə əsassız gəlmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs15lə də barışıq əldə etməmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, İş materiallarında olan 11 dekabr 2017-ci il tarixli protokoldan görünür ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında barəsində 24.11.2017-ci il tarixdə qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmiş Məhkum 05 dekabr 2017-ci il tarixində könüllü olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gəlmişdir. (cild 7, iş vərəqə 22) Birinci instansiya məhkəməsi Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarna istinad edərək nəticəyə gəlmişdir ki, könüllü gəlib təqsirini boynuna alma hallarının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mümkün hesab edilən hallarından üçüncüsü hüquqmühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hesab edilmişdir ki, Məhkum və X14 da hərəkətləri elə bundan ibarət olmuşdur. Lakin cinayət işinin materiallarından görünür ki, məhkum könüllü gəlmə halını süni olaraq yaratmışdır. Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edildikdən sonra 24.11.2017-ci il tar ixdə qaçıb gizlənmiş və 05 dekabr 2017-ci il tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gəlmişdir. Bu halın təqsirini boynuna almaqla könüllü gəlmə kimi qiymətləndirilməsi də qanunun mənasına uyğun hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi şərti məhkumetmə təbiq edərkən Məhkum cəza çəkmədən islah olunacağı nəticəsini əsaslandırarkən onun barəsində həmin Məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, 308.2-ci və 320.1-ci maddələri ilə başqa bir cinayət işinə də baxıldığını nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi baxmış məhkəmələr cəza təyin edərkən nəzərə aldığı cəzanı yüngülləşdirən halları mötəbər sübutlarla əsaslandırmamış, şərti məhkumetmə tətbiq edərkən Məhkum şəxsiyyətininin ictimai təhlükəliliyini nəzərə almamışdır. Azərbaycan Respublikası CPM-nin 416.0.212-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin edilərək qərar ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilsin. Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15.02.2019 il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar