Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-980/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), X3 Hüseynov) 1(101)-1957/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 9,539 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Elçin İmanovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 16 iyun 2021-ci il tarixdə saat 16:50-də ünvan 3 ünvanında saxlanılaraq Baş İdarəyə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən ağ rəngli gödəkcəsinin iç sol cibində saxladığı, ayrı-ayrılıqda çəkiləri 4,717 qram və 4,822 qram olmaqla ümumi təmiz çəkisi 9,539 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədov) 1(103)-514/2022 nömrəli 23 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçıs ı tərəfindən verilmiş apelyasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkum Təqsirlənd irilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə haqsız və ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin bütün əlamətləri mövcud olmuşdur. Yəni o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sübutları Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verilmişdir. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi özünün, şahidlərin ifadələri ilə və şəxsi axtarış, götürmə aparılması haqqında və sair protokollar, həmçinin iş üzrə digər istintaq hərəkətləri ilə təsdiq edilir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında 16 iyun 2021-ci il tarixli qərardan da görünür ki, polis əməkdaşlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması barədə məlumat olmuşdur. Məhkum Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı narkotik vasitə eyni çeşiddə olsa da şəxsi istehlak miqdarından 63 dəfədən, külli miqdardan 4 dəfədən çoxdur. Beləliklə, məhkəmələr Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli ifadəsini əsas g ötürərək həmin halları digər sübutların məcmusu üzrə düzgün qiymətləndirməmiş, sonda da işin hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Məhkəmələr Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsinə tövsif edərkən, onun tərəfindən törədilən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə olan heroinin külli miqdarda və iki bükümdə olmasını, bu halların öz-özlüyündə törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, heroinin həmin narkotik vasitə üçün müəyyən edilmiş şəxsi istehlak miqdarından 63 dəfədən, külli miqdardan 4 dəfədən çox olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Təqsirləndirilən şəxs tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakt erini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini hökmdə əsaslandırmamışlar. Ona görə də, hesab edirəm ki, birinci instansiya məhkəməsi, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hər-hansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlilləri gətirmədən təqsirləndirilən şəxsin əməllərini əsassız və qanunsuz olaraq tövsif etmiş, apelyasiya instansiyası məhkəməsi də əsassız olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Beləliklə, məhkəmələr iş üzrə toplanılmış sübutları tam v ə hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişlər. Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham etmək və barəsində ittiham hökmü çıxarmaq absurddur. Belə ki, hadisə nə ittihamda və nə də hökmdə göstərilən kimi olmamışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən heç bir cinayət hadisəsi törədilməmiş, sadəcə olaraq polis əməkdaşları səhvən əməliyyat tədbiri keçirmiş və həmin əməliyyat tədbirinin müsbət yekunu kimi məcburiyyət qarşısında qalıb Təqsirləndirilən şəxs ilk olaraq silah, sonradan isə bir az ağlabatan olsun deyə narkotik vasitələrin satışı ittihamını irəli sürmüşlər. Belə ki, iş materia llarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni kimə satması barədə heç bir əməliyyat tədbiri keçirilməmiş, ona istintaq orqanı tərəfindən satış ittihamı irəli sürülsə də bu yöndə də heç bir müsbət nəticə əldə olunmamışdır. İşdə olan materiallardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 13 noyabr 2021-ci il tarixli qərarı ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Birinci instansiya məhkəməsi isə məhkəmədə araşdırılmış sübut növlərinə düzgün hüquqi qiymət verməmiş, əksinə polis əməkdaşlarının keçirdikləri bərbad əməliyyat tədbirinin ifşa olunmaması üçün Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edib onun haqqında ittiham hökmü çıxar mışdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanının verdiyi əməliyyat tapşırığına cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 30 avqust 2021-ci il tarixli 007-8497-1221 saylı məktubunda bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa işdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 sent yabr 2021-ci il tarixli 3644 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apelyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ləğv olunmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Kassasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi mötəbər sübutlarla təsdiq olunmadığı halda məhkəmələrin onun barəsində əsassız və qanunsuz olaraq ittiham hökmünü çıxarmışlar. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütü n əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qanunvericiliyə əsasən əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanuns uz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda satma hərəkətləri edilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya həm də apelyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 9,539 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Elçin İmanovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxi li İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 16 iyun 2021-ci il tarixdə saat 16:50-də ünvan 3 ünvanında saxlanılaraq Baş İdarəyə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən ağ rəngli gödəkcəsinin iç sol cibində saxladığı, ayrı-ayrılıqda çəkiləri 4,717 qram və 4,822 qram olmaqla ümumi təmiz çəkisi 9,539 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkum Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə narkoloji və məhkəmə kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs aşkar olunmuş ayrıayrılıqda çəkiləri 4,717 qram və 4,822 qram olmaqla ümumi təmiz çəkisi 9,539 qram miqdarında narkotik vasitə olan heroinin külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Məhkum Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş, cinayət işində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını, üzərində aşkar edilən nark otik vasitəni satmaq üçün əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Həmçinin onun telefon danışıqlarına dair müvafiq mobil operatordan alınmış məlumatların təhlili zamanı da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı dəlillər, ümumiyyətlə sübut əhəmiyyətinə malik məlumat aşkar edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdar ı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşımasına dair nə istintaq materiallarında, nə də iş üzrə tərtib edilmiş ittiham aktında mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsa slı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qald ırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apelyasiya instansiyası məhkəməsinin qərarı Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, məhkum Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə yuxaridakılardan əlavə münasibət bildirərək qeyd edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Təqsirləndirilən şəxs həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayətləri üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmı ş, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmd ən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, məhkum Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları n əzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin protest və şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı kassasiya protestinə və kassasiya şikayətinə
Məhkəmə qərarları › İş №1(102)-980/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-980/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver