Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-980/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli 1(011)-137/2023 nömrəli (hakim: Sadıxov Rəfail Adil oğlunun sədrliyi) hökmü ilə xx.xx.1985-ci ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənməmiş, ünvan 1 ünvanında yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətim kan tədbiri ləğv edilmişdir. Hökmlə, həmçinin maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli 1(103)1794/2023 nömrəli (hakimlər: Murquzov İlqar Mustafa oğlu (sədrliyi və məruzəsi), Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, o, 30 oktyabr 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi yaxınlığında istintaqla müəyyən edilməmiş şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 1 ədəd qutunun içərisində 2 ədəd bükümdə kimyəvi komponentlərinə görə eynilik təşkil edən 0,157 və 0,445 qram, ümumi təmiz çəkisi 0,602 qram təşkil edən narkotik vasitə heroin və təmiz çəkisi 0,058 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 1 noyabr 2022-ci il tarixdə saat 16:30-da Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin dövriyyəsində şübhəli bilindiyindən, keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanın ın yaxınlığında saxlanılaraq ünvan 2 Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinə gətirilərək, videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qutunun içərisində ümumi təmiz çəkisi 0,602 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,058 qram təşkil edən ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası 20 sentyabr 2023-cü il tarixli qərarı qəbul edərkən, ittiham tərəfin in təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirmədiyindən və şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyindən, həmin qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə bəraət hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli vermiş olduğu ifadəsinə tənqidi yanaşmamış, onun məhkəmə istintaqı zamanı ona verilmiş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətləri tam, hərtərəfli araşdırıb hüquqi qiymət verməmiş, əksinə məhkəmə istintaqı zamanı verdiyi if adəsini səmimi və inandırıcı qəbul edərək bəraətin əsası kimi qəbul etmişdir. Məhkəmə bəraət hökmü çıxararkən yalnız təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli vermiş olduğu ifadəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən daxil olmuş məhkumun coğrafi yerdəyişməsinə dair “Attenti” elektron monitorinq sistemindən çıxarılmış məlumatlara əsaslanmış, qeyd edilən məlumatları tam, hərtərəfli araşdırmamış, şahid ifadələrini, iş üzrə məhkəmə-kimyəvi və narkoloji ekspertizaların rəylərini əsassız şübhə altına almış, hökmdə ibtidai istintaq materiallarındakı sənədlərin X-ə verilmiş ittihamın sübuta yetirilməsi üçün yetərsiz olduğu göstərilsə də hökmdə bu kifayət qədər əsaslandırılmamış və düzgün qiymət verilməmişdir. Qeyd edilməlidir ki, iş üzrə təqsirləndirilə n şəxs X8 başqa, iş üzrə dindirilmiş heç bir şahid məhkəmədə və ibtidai istintaq dövründə ziddiyyətli ifadələr verməmişlər. Lakin şahidlərdən fərqli olaraq təqsirləndirilən şəxs X saxlanıldığı andan istintaqın sonuna kimi etirafedici ifadələr verərək məhkəmə baxışı zamanı məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyi ifadələrini təkzib edərək hər hansı cinayət törətmədiyini, saxlanılarkən üzərində narkotik vasitə olmadığını, döyüldüyünü, ona psixi təsir göstərdiklərinə görə ona təqdim edilmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Bəraət hökmü çıxarmış məhkəmənin təqsirləndirilən şəxs X-in guya hüquqlarının pozulması, ona təzyiq edilməsi nəticəsində cinayəti etiraf etməsi kimi dəlilləri əsassız olmuş, o öz hüquqlarını müdafiə etmək üçün kifayət qədər üsul və vasit ələrə malik olmuşdur. Məhkəmə iş üzrə şahidlərin ifadələrini ziddiyyətli hesab edərək əslində ziddiyyətli ifadələr vermiş X-in məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarın ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən X12 əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolveri lməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X12 verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında təd qiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilməməsi barədə qənaətə gəlinmiş, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə a id olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə hesab etmişdir ki, X1 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəl əri və psixotrop maddələri xeyli miqdarda əldə edib saxlaması və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. X11 məhkəməyədək icraat zamanı verdiyi etiraf ifadələrindən fərqli olaraq məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “.... Tutulduğu gün evdə yatılı vəziyyətdə olmuşdur və üstündə heç bir narkotik vasitəsi olmamışdır. Evdə tutulanda tək özü olmuşdur, A adlı xanım tanışı həmin gecə onlarda qalmışdı. Lakin səhər polislər gəlmədən həmin xanım gedib, qapını da açıq qoymuşdur. Bildirdiyinə görə onu polislər saat 11-ə işləmiş tutub aparıblar, hadisəni qonşular görüb. Evə polislər basqın ediblər. Səhər saat 1 1 radələrində artıq 37-ci Polis bölməsində olmuşdur. Bir gün sonra məhkəməyə gətiriblər və barəsində “həbs” qətimkan tədbiri seçilib. Həmin vaxtı məhkum olmuş, CM-in 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşması növündə cəza çəkmiş, ayağında elektron nəzarət vasitəsi olmuşdur. Narkoloji dispanserə aparılmışam, qanı yoxlanılıb, analiz təmiz çıxıb. Uzun müddətdir, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb ediləndən narkotik istifadə etmir. Ayağında elektron qolbaq ola-ola tutma protokolunda onun saat 16:30-da tutulduğu yazılır, lakin Probasiya İdarəsinə sorğu verilsə, anten məlumatlarından sübut olunar ki, həmin günün səhər saatlarından bölmədə olmuşdur. Onu yatdığı yerdən 5 nəfər İdarənin polis əməkdaşları tutub, bölmə əməkdaşları onu tutmayıb, sonra bölməyə aparıb təhvil veriblər. Bölmədə on a narkotik verib, çəkilişdə onu çıxardıb boynuna almağını istəyiblər, əks halda 234.4.3cü maddə ilə rəsmiləşdirəcəklərini bildiriblər. Ona təzyiq göstəriblər, qorxudublar. Daha sonra guya üzərinə baxış keçirilməsini və özünün könüllü olaraq narkotik vasitə olan bükülünü təqdim etməsini təşkil edərək bunu videogörüntüyə almışlar. Bölmədə çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilərkən heç üzərində olan izləmə qurğusunun da olması əks olunmur. Mən etiraz edəndə çəkilişi ortadan saxladılar, məni rəisin otağına apardılar, döydülər....” Onun şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ilkin etiraf ifadələrinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnı z iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə ki, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, “təqsirləndirilən şəxs onun oğludur. Bir neçə gün idi ki, Zaminin evində qonağı bir xanım var idi. Mən bu məsələyə irad bildirdim və qızdan evimdən getməsini istədim. Qız mənə yalvardı ki, anam məni çölə atıb 1 həftə ona vaxt verim. Lakin 1 həftə keçəndən sonra qız çıxıb getmədiyinə görə o, polisə bu barədə şikayət etmişdir. Polis evə gələn günü Zamin evdə yatmışdır. Həmən xanım isə qapını açıq qoyub getmişdir. Polislər oğlunu evdən saat 10-11 radələrində aparıblar. Bu barədə qonşular ona məlumat vermişdir. Qonşular deyəndən sonra açıb qardaşıgilin kamera görüntüsünə baxmışlar ki, polislər evdən oğlu Z amini çıxardır......Həmin qız isə onun əşyalarını da götürüb evi tərk etmişdir. Əli adlı tanıdığı polisə özü məlumat vermişdir.....Əlini öz nömrəsi ilə yığmışdır. Zamin tutulmamışdan bir gün əvvəl zəng vurmuşdur. Həmin qız oğlunun qonağı idi, oğlundan əl çəkmirdi deyə polisə şikayət etmişdir. Qorxmuşdur ki, qız oğlunu təkrar narkotik istifadə etməyə sövq edər...” Cinayət işinin materiallarında olan “tutma haqqında” 1 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, X19 1 noyabr 2022-ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. O cümlədən, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin 29 mart 2023-cü il tarixli 21-1/3-6700 nömrəli məktubundan və ona əlavə edilmiş məhkumun coğrafi yerdəyişməsinə dair “Attenti” elektro n monitorinq sistemindən çıxarışdan görünür ki, Xətai Rayon Məhkəməsinin 8 iyun 202-ci il tarixli 1(011)-304/2022 nömrəli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X19 xx.xx.2023-cü il tarixdə saat 09:00-dan 11:48-dək yaşayış yerində, saat 11:52-dən sonra isə Xətai RPİ-nin 37-ci Polis Şöbəsində olmuşdur (müşahidə xx.xx.2022-ci il saat 09:00-dan 21:00-a kimi olan müddəti əhatə etmişdir). Qeyd olunanlarla yanaşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə olunmuş bir ədəd CD-də olan aparılmış danışıqların statistik açıqlamaları təqsirləndirilən şəxsin anası Azadəliyeva Suqraya məxsus ********** saylı telefon nömrəsi ilə polis əməkdaşı Şahid4 məxsus ********** saylı telefon nömrəsi arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə danışıqların olması faktını bir daha təsdiq edir. Odur ki, kassasiya məhkəmə kollegiyası həm təqsirləndirilən şəxs X11, həm əlavə şahid qismində dindirilmiş şəxslər X6, X3, X4 və Şahid4 ifadələrinə, “Attenti” elektron monitorinq sistemindən çıxarışa, "xxxx" MMC-dən əldə olunmuş bir ədəd CD diskə, o cümlədən cinayət işi üzrə toplanılmış digər sübutlara nəzər yetirdikdə, X11 həqiqətəndə tutma haqqında protokolda qeyd edildiyi kimi 1 noyabr 2022-ci il tarixdə saat 16:30-da deyil, həmin tarixdə saat 11 radələrində evindən polis əməkdaşları tərəfindən aparıldığı, Suqra Azadalıyevanın təkidlərinə baxmayaraq Zaminlə bir müddətdi eyni evdə qalan xanım qonağın evdən çıxıb getməməsi səbəbindən tanışları olan polis əməkdaşına bu barədə şikayət etməsi ilə bağlı faktlar öz təsdiqini tapır. Bu səbəbdən də, ittiham tərəfinin dəlillərin in söykənmiş olduqları cinayət işinin sübutlarından olan polis əməkdaşlarının ifadələrinin və şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokolun mötəbərliyi sual altında qalır. Azərbaycan Respublikası CPМ-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhru m etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM -də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Beləliklə də, X11 məhkəmədə verdiyi ifadəsində 1 noyabr 2022-ci ildə təxminən saat 11-də tutulduqdan sonra, axşam saat 18 radələrində şəxsi axtar ış keçirilərkən, onun üzərindən narkotik vasitə aşkar edilməsi, içərisində narkotik maddə olan bükülünün ona polis əməkdaşları tərəfindən verildiyini, ümumiyyətlə onun üzərində narkotik vasitə və psixotrop maddə olmadığı, ailə üzvləri ilə aralarında gərgin münasibətlərin nəticəsi olaraq anasının xahişi ilə polis əməkdaşları yaşadığı evə gəlib orada onunla qalan A adlı qadının tutmaq üçün gəlmələri, lakin A adlı qadın səhər tezdən artıq getdiyindən, polis əməkdaşları onu polis şöbəsinə apararaq üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilməsi barədə protokol tərtib etmələri və bunu videogörüntü ilə rəsmiləşdirmələri barədə onun ifadəsinin cinayət işi üzrə toplanılmış digər sübutlarla müqayisəli təhlili zamanı həmin ifadənin həqiqətə uyğun olması və hadisələrin real ardıcıllığını əks etdirməsi barədə nəticəyə gəlinməsinə əsas verir. Odur ki, ittihamın əsasını təşkil edən “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 1 noyabr 2022-ci il tarixli protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyi şübhə altına alınır və beləliklə də həmin sübutlar istintaq orqanı tərəfindən X12 CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, məhkəməyədək ibtidai istintaq orqanı X12 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən əsasən özünün ibtidai istintaq dövründə etirafedici ifadəsinə, şahidlər-polis əməkdaşları Şahid2 və Şahid1 ifad ələrinə, habelə şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokoluna istinad etmiş, lakin bu sübutların hər birini ayrı-ayrılıqda tədqiq etdikdə və hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxladıqda ittiham əsassız hesab edilməlidir. Göstərilənlərə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi X-in təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması məhkəmənin gəldiyi qənaəti daha d a möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiy ası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Buna uyğun norma CPM-in 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi ü zrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə apellyasiya məhkəmə kollegiyasının qərarında ətraflı şəkildə sadalananlara əsasən, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Qeyd edilənlənlərə əsasən, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi cinayət və cina yət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə hə ll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkə mələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun ola raq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-980/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-980/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver