Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-981/2018 27.12.2018 ALİ MƏHKƏMƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.04.2013-cü il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər Ü.Mayılov və C.Yusifov, iş № 2-1inz(103)-358/2013) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.10.2012-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.08.2013-cü il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, hakimlər İ.Hüseynov və R.Nəbizadə, iş № 2- 2inz(102)-659/13) cavabdeh Azərbaycan Respublikası Vergilər Naz irliyi yanında Vergi Auditi Departamentinin kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin 09.04.2013-cü il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.11.2013- cü il tarixli qərarı ilə (sədrlik edən N.Mustafayev, hakimlər M.Tağızadə və K.Abiyeva, iş № 2-1 inz(103)-1563/2013) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanmda Vergi Auditi Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.10.2012-ci il tarixli qərarınm ləğv edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2014-cü il tarixli 22(102)-350/2014 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə olaraq inzibati qaydada Azərbaycan Respublikası Vergilər Nazirliyi yannıda Vergi Auditi Departamentinin 12.08.2010-cu il tarixli **********296898 saylı səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş 24.09.2010-cu il tarixli **********330067 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin-pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı mübahisələndirilmiş lakin məhkəmə Vergilər Nazirliyinin lehinə qərar çıxarmışdır. Belə ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 29.11.2011 -ci il tarixli, 2(82)-145/2011 nömrəli qətnaməsinə əsasən iddiaçı Məhkum6 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı 12 avqust 2010-u il tarixli **********296898 saylı səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş 24.09.2010-cu il tarixli **********330067 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin-pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ınınetibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Göründüyü kimi iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qərarları mövcuddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə görə. təhqiqatçı müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə görə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 27 dekabr 1996cı il tarixli 4 nömrəli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, hökmdə işin məhkəmə tərəfindən müəyyən edilən halları, o cümlədən, edilmiş əməlin motiv və məqsədi, habelə məhkəmənin həmin halların h əqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Təqsirləndirilən şəxsin bir neçə cinayət etməkdə ittiham olunduğu işlər üzrə işə baxılarkən, məhkəmə sübutların cəmini işin bütün materialları ilə birlikdə qiymətləndirərək hər bir ittiham üzrə onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Beləliklə də, apellyasiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 124, 143-146-cı m addələrinin tələblərini pozaraq, yuxarıda sadalanan iş üzrə toplanmış sübutları və işdə olan istintaq materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb sübutların təhlilini aparmamış, bir-biri ilə müqayisələndirməklə ziddiyyətli halları araşdırmamış və bununla da toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi qiymətləndirilmədən yekun qənaətə gəlmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv edilmək və dəyişdirilmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq QƏRARA AL D İ: Kassasiya protesti təmin edilsin. Mülki iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Məhkum və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum1, Məhkum4, Məhkum2, Məhkum3, Məhkum6 və Məhkum5 haqqındakı Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Sədrlik edən: Hakimlər: imza imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1(102)-981/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-981/2018
27.12.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver