Məhkəmə qərarları › İş №1(102)-981/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-981/2019

09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-981/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Quba Rayon Məhkəməsinin 17 aprel 2018-ci tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci mad dəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin (hakim: X.Q.Tağıyev) 17 aprel 2018-ci tarixli hökmü ilə xx.xx.1994-cü il tarixdə Quba rayonu, Cimi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu, Cimi kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəza sına məhkum edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Hüseyn Əmir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 05 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 17 aprel 2018-ci tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2018-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 28 dekabr 2017-ci il tarixdə, saat 22:30 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydaların ı pozaraq, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürət həddini aşaraq, avtomobili saatda 80-90 km/saat sürətlə idarə etmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, yəni piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli, daim dəyişən yol şəraitinə nəzarət etməli, qarşısında nizamlanmayan piyada keçidi ilə piyadaların yolu keçməkdə olmasını nəzərə alaraq avtomobili keçidə çatma dan dayandırılmalı, piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı olsa da, özünə güvənərək piyada zolağının üzəri ilə yolun sağ tərəfindən sol tərəfinə keçən piyada 1953-cü il təvəllüdlü X1 6-7 metr məsafədən görərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, Balaqadaş Məmmədovu yolun sağ kənarından olan səkiyə məsafəsi 6,60 metr, sol tərəfdə yerləşən səkiyə isə 4,40 metr məsafədə avtomobilin qabaq sağ yan tərəfi ilə ehtiyatsızlıqdan vuraraq, ona ağır dərəcəli xəsarətlər yetirməklə hadisə yerində, yəni 28 dekabr 2017-ci il tarixdə, saat 22:30 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətind ə qeyd etmişdir ki, təyin edilmiş cəza cinayət əməlinin baş vermə şəraitinə, xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun deyil və həddən artıq sərt cəzadır. Birinci instansiya məhkəməsinin cəzani yüngülləşdirən halları kimi qiymətləndirdiyi Məhkum törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə az ağır cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olması, zərərçəkmiş tərəfə əvvəlcə yardımlar etməsini, sonradan zərərçəkmiş tərəfin onun yardımlarından və barışıq təkliflərindən imtina etməsi səbəbindən barışığın olmamasını, məhkəmədə yenidən barışıq üçün cəhd etməsi xüsusatlarını qeyd etsədə, Apellyasiya məhkəməsi bu xüsusatları nəzərə almadan onun cəzasını ağırlaşdırmışdır. Qeyd olunanlara əsasən təyin olunmuş cəzanın sərtliyi nəzərə alınaraq Məhkum cəzasının yüngülləşdirilməsini, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiə tərəfi kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarınında qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həya ta keçirilməsini zəruri edir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş v erməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, Apellyasiiya Məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə lər tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, və təyin olunan cəzanın onun islah olunmasına təsiri və nəzərə alınaraq cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsinin təyin etdiyi cəza işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasə n və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar