Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-981/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum müdafiəçisi – Kərimov Anar Əbdüləli oğlunun iştirakları ilə, Məhkum Naxçıvan Muxtar Re spublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi A.Ə.Kərimov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Məmmədov Hüseyn Məmməd oğlu, hakimlər Novruzov Əsgər Novruz oğlu və Nağıyev İsfəndiyar Səfər oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1984-cil il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azər baycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Rusiya Federasiyası Sankt-Peterburq şəhəri, Nevsk Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin hökm Azərbaycan Respublikasında tanımadığından və icra edilmədiyindən məhkumluğu olmayan şəxs hesab edilmiş, Lənkəran şəhəri, ünvanda qeydiyyatda olan və yaşayan CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəza ları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, Bakı şəhər sakinləri X18, X13, X16, X7, ünvan 1 ünvanda yaşayan X19, ünvan 2diyyatda olan və Bakı şəhərində naməlum ünvanda yaşayan X14, həmçinin soyadı və ata adı bəlli olmayan A1, A2, A3, A4 adlı şəxslərlə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, satılması cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş və bu məqsədlə xx xxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikasına gedərək, orada olduğu müddətdə özünə məlum olan mənbədən, qanunsuz olaraq satış məqsədilə 71 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 178,952 qram olan heroin nakotik vasitəsi və 15 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 14,013 qram olan metamfetamin adlı psixotrop maddə əldə etmişdir. Məhkum narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmək üçün bükümlərin bir hissəsini udaraq mədəsində, bir hissəsini isə düz bağırsağına yeridərək gizlətmiş, bundan sonra narkotik vasitəni və psixotrop maddəni həmin gün saat 19:55-də Culfa gömrük sərhəd buraxılış məntəqəsilə gömrük nəzarətindən gizlin, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikası ərazisinə üzərində daşıyıb gətirərkə n Culfa Gömrük İdarəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılmış və üzərində aparılan şəxsi axtarışla bağlı həkim müayinəsindən keçirilən zaman 178,952 qram çəkidə olan heroin narkotik vasitəsi və 14.013 qram çəkidə olan metamfetamin psixotrop maddəsi, cəmi 86 ədəd bükümdə onun mədəsindən və düz bağırsağından aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Kollegiyasının (hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Məmmədov Qabil Neymət oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər M əhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş və Məhkum cinayət məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilədək endirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi A.Ə.Kərimov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin əməllərinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci madəsinə tövsif edilməsi, CM-nin 234.4.1-ci maddəsi ilə ona bəraət verilməsi və onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona yüngül cəza təyin edilməsi, bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin bir sıra maddələrinə istinad və işin faktiki hallarını mübahisələndirən Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməlləri düzgün olmayaraq CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edilərək ona həmin maddə ilə də cəza təyin edilmişdir. Belə ki, CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti o halda yaranır ki, həmin maddədə göstərilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş olsun. Məhkum isə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotik vasitələri hər-hansı bir şəxsə satmaq niyyətində olmamış və toplanmış sübutlarla onun bu barədə kimlərləsə sövdələşməsi, yaxud da faktiki olaraq buna cəhd etməsi öz təsdiqini tapmamışdır. Bütün bunlara əsasən, Mə hkum əməllərində CM-nin 234.4.1-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticə əsassızdır və məhkəmə qeyd edilən məsələ ilə bağlı konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. Müdafiəçinin fikrincə, belə olan halda Məhkum cinayət əməlləri CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama kimi tövsif edilməli, CM-nin 234.4.1-ci maddə ilə isə ona bəraət verilməlidir. Daha sonra müdafiəçi qeyd etmişdir ki, Məhkum himayəsində bir azyaşlı uşağının olması, onun ailədə yeganə gəlir gətirən şəxs olması ape llyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmamış və ona həddindən artıq ağır cəzanın təyin edilməsini qəbul edilmiş qərarda əsaslandırılmamışdır. Qeyd olunanlara əsaslanan müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibaətdir ki, Məhkum narkoik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllərin digər şəxslərlə qabaqcadan əlbir olmaqla törətməsi sübuta yetirilməmiş, nəticədə onun həmin əməlləri düzgün tövsif olunmamış, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və eyni zamanda onun barəsindəki cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ona həddindən artıq cəza təyin edilmişdir. Bununla da, müdafiəçi ape llyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın dəyişdiilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Məhkəmə kollegiyası müdafiəçinin şikayətini ka ssasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edi lmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instan siyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPMnin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Odur ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkə məsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum bəzilərinin şəxsiyyətləri müəyyən edilmiş, bəzilərininki isə müəyyən edilməmiş şəxslərlə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması, satılması cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək İran İslam Respublikasına getmiş, orada olduğu müddətdə məlum olan mənbədən, qanunsuz olaraq satış məqsədilə 71 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 178,952 qram olan, nərkotik vasitə hesab edilən her oini və 15 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 14,013 qram olan psixotorop maddəni – metamfetamini əldə etmiş və həmin narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmək üçün bükümlərin bir hissəsini udaraq mədəsində, bir hissəsini isə düz bağırsağına yeridərək gizlətmiş, bundan sonra narkotik vasitəni və psixotrop maddəni həmin gün saat 19:55-də Culfa gömrük sərhəd buraxılış məntəqəsilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının ərazisinə üzərində daşıyıb gətirərkən Culfa Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və göstərilən narkotik vasitə və pisxotorop maddə ondan aşkar edilərək götürülmüşdür. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum bütün cinayə təqiqi dövrü ərzində verdiyi etirafedici ifadələrin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməm işlər. CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq belə bir nəticənin düzgün olub-olmamasını yoxlayarkən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraat ı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin CM-nin 234.4.1ci maddəsi üzrə Məhkum bəraət verilm əsi ilə bağlı irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin X12 əldə edərək Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotik vasitənin və psixotrop maddənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Lakin, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum müdafiəçilərinin iştirakları ilə, heç bir təsir və təzyiq göstəilmədən verdiyi ifadələrində göstərmişdir ki, adları ona elan olunmuş ittihamda göstərilən şəxslər onu əvvəllər də nakrotik vasitəlrin qaçaqmalçılığı ilə məşğul olan şəxs kimi tanıdıqlarından növbəti dəfə onun İrana getməsini və oradan Azərbaycanda satmaq üçün narkotik vasitələr gətirməsin i təklif etmiş, o, da bu təkliflə razılaşıb xx xxx 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikasına getmiş, orada adını “Şahin” kimi bildiyi tanışında heroin və metamfetamin alıb həmin maddələri 86 bükümdə mədəsinə və düz bağırsağına yeritmişdir. Həmin gün saat 19 radələrində Culfa gömrük məntəqəsindən Naxçıvan Muxtar Respublikasının ərazisinə keçərkən o, şübhəli bilindiyinə görə gömrük orqanının əməkdaşları tərəfindən saxlanılmış və onun bədənində müayinə aparılaraq həmin narkotik vasitə və psixotorop maddə aşkar edilərək bədənindən çıxarılıb götürülmüşdür. Cinayət işi üzrə toplanmış materialların təhlili göstərir ki, Məhkum bu etirafedici ifadələri həmçinin şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, bir sır a istintaq hərəkətlərinin aparılması haqqında protokollarla tam təsdiq edilir və bu sübutlar məcmu qaydasında bbiri-birini tamamlayır. CM-nin 234.4.3-cü maddəsinə görə, həmin maddədə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsinə və saxlanmasına, hazırlanmasına, istehsal və ya emal edilməsinə, daşınmasına, göndərilməsinə, yaxud qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının xx xxxx 1999-cu il Qanununun 1-ci maddəsində təsbit edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz satılması dedikdə miqdarından as ılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən isə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.3-cü maddəsinin mə zmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrini satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi əldə edilmiş və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadınlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin və psixotrop maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, p sixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələ rin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər ha lları nəzərə alınmalıdır. Məhkum yuxarıda göstərilən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirməsi obyektiv olaraq təkcə onun digər sübutlarla təsdiq olunan etirafedici ifadələri ilə deyil, həmçinin obyektiv olaraq dövrüyyəsi müvafiq icazə olmadan qadağan edilmiş əşyaların miqdarı, onların ayrı-ayrılıqda çoxsaylı bükümlərdə qablaşdırılması və qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına keçirilməsi üsulu ilə, habelə məhkumun özünün həmin vasitə və maddədən istifadə etməməsini və narkomaniya xəstəliyindən əzab çəkməməsini təsdiq edən həm özünün ifadələri, həm də məhkəmə-narkoloji ekspertizasının rəyi ilə sübuta yetirilir. Bu baxımdan, digər şəxslərlə qabaqcadan əlbir olaraq narkotik vasitələ rin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş A11 bu əməlləri məhz satış məqsədilə törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə ilə kassasiya kollegiyası da razılaşır və hesab edir ki, məhkumun həmin əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş, digər tərəfdən isə onun əməllərinin CM-nin 234.1-ci maddəsi ilə ixtisaslaşdırılması üçün heç bir əsas yoxdur. Belə nəticə isə həmçinin ona dəlalət edir ki, Məhkum barəsndəki cinayət işinin icraatına CPM-nin 42-ci maddəsində də nəzərdə tutulmuş hər hansı əsasla xitam verilməsi və kassasiya şikayətinin bu məsələlərə dair dəlillərin qəbul edilərək həmin şikayətin təmin edilməsi mümkün deyil. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və i şin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqla rının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarının təhlili göstərir ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etmiş, gəzdirmiş və saxlamış şəxs beş ildən on iki ilədək azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı əməllərini törətmiş şəxs isə beş ildən səkkiz ilədək ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı müdafiəçinin kassasiya şikayətində həm göstərdiyi, həm də göstərmədiyi halları törətdiyi əməlləri etir af edərək səmimi peşmançılıq çəkməsini, müsbət xasiyyətləndirilməsini, himayəsində azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu hallar, həm də iş üzrə məhkumun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cinayətlərin məcmusu birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsini məqsədə uyğun hesab edərək həmin cəzanımüddətini 10 (on) il həddində müəyyən etmişdir. Bu qərarla da razılaşmayan Məhkum müdafiəçisi kassasiya şikayətində məhkum tərəfindən ona narkotik vasitələrin və psixotop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı itiham olunmuş cinayətlərin törədilməsinin sübuta yetirilmədiyi üçün onun əməllərinin CMnin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəs inə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama kimi tövsif edilməlisini və CM-nin 62-ci maddəsini tətbiq etməklə aşağı həddə qəti cəza təyin edilməsini xahiş etsə də, kassasiya kollegiyası məhkumun müdafiəçisinin irəli sürdüyü dəlilləri qəbul edilməz sayır və qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissə sinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində təsbit edilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və müdafiəçinin irəli sürdüyü dəlilləri təhlil edən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş və həmin məhkəmələrin istinad etdikləri cəzanı yüngülləşdirən hallar müstəsna xarakter daşımır, adı çəkilən məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyini əh əmiyyətli dərəcədə azaldan başqa hallar isə müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi, yəni onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların aşağı həddindən də az müddətlərdə cəzaların təyin edilməsi, yaxud da ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın başqa cəzalarla əvəz edilməsi üçün əsaslar görmür və buna görə də müdafiəçinin kassasiya şikayətinin bu hissədə də təmin edilməsini mümkünsüz sayır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-981/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-981/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver