Məhkəmə qərarları › İş №1(102)-981/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-981/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-981/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekab r 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Rzayev) 19 sentyabr 2022-ci il tarixli 1(001)-295/2022 nömrəli hökmü ilə xx.xx.1992-ci il tarixdə Naxçıvan MR-nin Babək rayonu, Şıxmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu Şıxmahmud kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən qanunsuz və əvəzsiz ələ keçirmə, yəni dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə bos.az sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun anası Şahid2 əlaqələrindən istifadə edib 1700 manat pulun müqabilində təqaüdün ayrılacağını yalandan vəd verib aldadaraq həmin vəsaitin tanışlarının hesabına köçürülməsini bildirdikdən sonra Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 21:25-də "xxxx" ASC- yə məxsus əvvəlcə ******************** hesab nömrəsinə göndərdiyi 750 manat məbləğində nağd pul vəsaitini, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə, saat 20:07-də "xxxx" ASC-yə məxsus eyni hesab nömrəsinə göndərdiyi 750 manat məbləğində nağd pul vəsaitini, eləcə də eyni vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 58a saylı yaşayış binasının qarşısında 200 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etiba rından sui-istifadə edib aldatmaqla guya özünə məxsus parfumeriya mağazalar şəbəkəsinin olduğunu və Zərərçəkmiş şəxs1 da həmin mağazalar şəbəkəsinə gələcəkdə qazanc əldə etmək üçün şərik kimi cəlb edəcəyini yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanın qarşısında sonuncudan 4000 manat pul alıb ələ keçirməklə zərərçəkmiş şəxs X3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək aldatmaqla 2050 manat müqabilində uşaq bağçasına tərbiyəçi kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində, “Azadlıq Prospekti” metro stansiyasının qarşısında sonuncudan 2000 manat, xx.xx.2021ci il tarixdə əlavə olaraq həmin işin düzəlməsi üçün vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində, “Azadlıq Prospekti” metro stansiyasının qarşısında 50 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla onun avtomobil almaq niyyətində olmasını bilib Amerika Birləşmiş Ştatlarından “Toyota Camry” markalı avtomobil gətizdirəcəyinə yalandan vəd verib həmin avtomobil üçün ödəniləcək 4000 ABŞ dollarından ilkin olaraq bir qisminin ödənilməsini vacib olmasını deyib inandırmaqla 2021-ci ilin avqust ayının sonlarında ünvan 1 ünvanında yerləşən binanın yanında 1200 manat pul alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldatmaqla yalandan Amerika Birləşmiş Ştatlarından “Toyota Camry” markalı avtomobil gətirdiyini, həmin avtomobilin gömrüklə bağlı olan xərclərinin ödənilməsi üçün pul lazım olmasını deyib aldadaraq həmin vəsaitin tanışlarının hesabına köçürülməsini bildirdikdən sonra Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 10:35-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “Neptun” hipermarketdən "xxxx" ASC-yə məxsus **********6047805199 hesab nömrəsinə göndərdiyi 550 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Cavid Hüseyn) 22 dekabr 2022-ci il tarixli, 1(103)-2345/2022 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarını Məhkum cəza verilməsi hissədə ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamış, hökm maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəza olduqca yüngül olmuş, habelə onun hərəkətlərində digər cinayət əməlinin olduğu nəzərə alınmamışdır. Odur ki, hökm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli, cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə v ə ya yeni məhkəmə baxışma göndərilməsi barədə qərar qəbul edilməlidir. Lakin təqsirləndirilən şəxs Məhkum təqsiri sübuta yetirilsə də, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı ödəməmiş, buna baxmayaraq ona həddindən artıq yüngül cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu zaman məhkəmə hökmdə əsassız olaraq qeyd edir ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Məhkum təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasın ı, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəməsini və həmin zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin cinayət işinin materiallarından faktiki olaraq görünür ki, təqsirləndirilən şəxs Məhkum ona qarşı törətdiyi epizod üzrə təqsirini etiraf etməmiş, dəymiş maddi ziyanın aradan qaldırılmasına təşəbbüs göstərməmiş, əksinə məsuliyyətdən yaxa qurtarmaq məqsədilə ziddiyyətli ifadələr vermiş, törətdiyi cinayətin guya mülki xarakter daşıdığını dəfələrlə önə çəkmiş, dəymiş maddi ziyanı heç vaxt ödəməyəcəyini bəyan etmişdir. Be lə olan halda hesab edirəm ki, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallardan yeganə öhdəsində azyaşlı övladlarının olması nəzərə alına bilər. O ki, qaldı məhkəmənin onun əməlində məsuliyyəti ağırlaşdıran halların olmaması qənaətinə gəlinməsi də iş materialları ilə təsdiqini tapmır. Belə olan halda hesab edirəm ki, təqsirləndirilən şəxs Məhkum əməlində cəzanı ağırlaşdıran hallar mövcuddur, habelə onun hərəkətlərində özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər olduğu aşkar olunur. Lakin məhkəmə və işdə iştirak edən dövlət ittihamçısı bu hallara diqqət yetirməmişlər, təqsirləndirilə n şəxsin əməlində daha ağır cinayətin olmasına baxmayaraq dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş vəsatət qaldırılmamışdır. Beləliklə, bu iş üzrə belə qənaətə gəlmək olur ki, məhkəmə səhv nəticəyə gəlmiş, Təqsirləndirilən şəxsə yüngül cəza verməkdə haqlı olmamış, prosessual normaları pozmuşdur. İşin faktiki halları apellyasiya instansiyası tərəfindən ətraflı araşdırılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq ola raq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətlərində əməlin tövsifi məsələsi mübahisələndirilmə-mişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayəti Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə daha ağır cəza təyin edilməsi barədə verilmişdir. Belə ki, kassasiya şikayətlərində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyyətinə öz yüngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başq a şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddə aları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum təqsirləndirilən şəxs Məhkum təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ödəməsini və həmin zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi n əzərə alaraq ona təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsinin sanksiyası (dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Bundan başqa kollegiyası hesab edir ki, məhkəmələr Məhkum tətbiq ediləcək cəza həcmini müəyyən edərkən düzgün olaraq onun ailə vəziyyətini, yəni onun himаyəsində оlаn 2 azyaşlı uşağının olmasını nəzərə almışdır. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadl ıqdan məhrum etmə növündə cəzanın daha da yuxarı həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətlərinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədə dəlili əsassızdır. Kassasiya şikayətlərinin dəlilləri ilə ə laqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətinin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas ver mir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respubli kası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar