Məhkəmə qərarları › İş №1(102)-981/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-981/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-981/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Resp ublikası CM-in və ya CM-in) 177.2.3-1 və 185.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-2259/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 2005-ci ildə Yevlax rayonunda anadan olmuş, Yevlax Rayon Məhkəməsinin 1(039)-5/2023 saylı, 17 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilin ib 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən Məhkum təkrarən talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırmış, habelə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, zərəçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Belə ki, Məhkum 24 sentyabr 2022-ci ildə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıv anski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır.

4. Bundan başqa o, təkrarən 22 oktyabr 2022-ci ildə saat 22-23 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış, daha sonra avtomobilin salonunda olan Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan “UniBank”a aid plastik kartı qanunsuz olaraq götürüb xx.xx.2022-ci il tarixdə saat 07:31-dən saat 22:42dək olan müddət ərzində Bakı şəhəri, Səbail rayonu 20-ci Sahə, ünvan 3 ünvanda yerləşən “Bravo” marketdən müxtəlif çeşidli ərzaq məhsulları alaraq həmin məhsulların dəyərini Zərərçəkmiş şəxs məxsus “Unibank”a aid kart vasitəsi ilə vahid niyyətlə hissəhissə olmaqla ümumilikdə 491,08 manat məbləğində ödəyərək cinayəti başa çatdırıb elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 491,08 (dörd yüz doxsan bir manat səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhk əməsinin (sədrlik edən hakim X4) 27 sentyabr 2023-cü il tarixli, 1(009)-149/2023 nömrəli hökmü ilə Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 185.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.3-1, 185.1-ci maddələrinə tövsif edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq dövründə 18 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum 24 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırması epizodu Məhkum irəli sürülmüş ittihamdan xaric edilməsi, Məhkum təkrarən 22 oktyabr 2022-ci ildə saat 22-23 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 80 nömrəli yaşayış binasının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs sahibliyində olan 1998-ci il istehsallı, “Mercedes-Benz C180-minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili açar ilə sol qabaq qapısını açıb avtomobili hərəkətə gətirib idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırması epizodu üzrə “təkrarən” ifadəsinin Məhkum irəli sürülmüş ittihamın məzmunundan xaric edilm əsi, Şəki Apellyasiya Məhkəməsinin 1(107)-128/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum təyin edilmiş 02 (iki) il sınaq müddətinin çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) gün hissəsinin müstəqil icra olunması müəyyən edilmişdir.

6. Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxsin CM-in 185.1-ci maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv olunması və cinayət qanunu normasının düzgün tətbiq olunmaqla iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət məhkəmə tərkibində) 28 noyabr 2023-cü il tarixli, 1(103)2259/2023 nö mrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 185.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-149/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-2259/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

9. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək, apellyasiya inst ansiya məhkəməsi tərəfindən qanunvericiliyin yanlış şərh edilməsini qeyd edib, protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.20-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-1 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-2259/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı yazlı etiraz verilməmişdir.

11. Qərardan məhkum və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti v erilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya protestinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu m addəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxsin CM-in 185.1-ci maddəsi ilə məhkum olunmasına dair hissədə ləğv olunması və cinayət qanunu normasının düzgün tətbiq olunmaqla iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun qərar qəbul edilməsini, həmin tələbinin apellyasiya instansiya məhkəməsi tərəfindən yanlış şərh edilərək qanuni olmayan nəticəyə gəlinməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.20-ci maddəsində nəzərdə tutulmuş halla ə laqələndirmişdir.

19. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-2259/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

21. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci ins tansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

22. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyaisya protestinin dəlillərindən müəyyən edilir ki, onun məğzi birinci instansiya məhkəməsi tərəfindən məhkum barəsində cəza təyin edilərkən cinayət və cinayət-prosessual qanunvericiliyin normasının düzgün tətbiq edilməməsi olmuşdur.

23. Belə ki, cinayət işi materiallarından müəyyən edilir ki, birinci instansiya m əhkəməsində icraat zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə 02 il, 185.2.2- ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəmişdir. Birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 177.2.3-1 və 185.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.3-1 və 185.1-ci maddələrinə tövsif etmişdir.

24. CM-in 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

25. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin apellyasiya protestinin buna hüququ olm ayan şəxs tərəfindən verilməsi əsası ilə icraata qəbul edilməsindən imtina edilməsinə dair gəldiyi nəticə ilə razılaşmır.

26. Belə ki, CPM-in 383.2-ci maddəsinə əsasən apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci inst ansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir.

27. Göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısının məhkuma qarşı CM-in 185.2.2-ci maddəsi ilə “təklif etdiyi” cəza, onun həmin epizoda münasibətdə “gəldiyi nəticənin” qənaəti olmuşdur. Lakin bu o demək deyildir ki, dövlət ittihamçısı, onun “gəldiyi nəticədən” əməlin daha yüngül maddəyə tövsif edilməsinə dair fərqli qənaətə gəlmiş birinci instansiya məhkəməsinin yekun məhkəmə aktını cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının düzgün tətbiqi hissəsində mübahisələndirə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı əməlin CM-in 185.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmış, belə halda onun CM-in 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etməsini bildirməməsi məntiqi başa düşüləndir.

28. Bununla yanaşı, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin məzmununun ifadə şəklinə (“məhkəmə kollegiyası apellyasiya protestinin məğzini “anlamamış””, “cinayət q anunu normalarının tətbiqində çətinlik çəkmiş” kimi nəqli cümlələr və bir sıra aqressiv formalı qrammatik sual cümlələri) tənqidi yanaşaraq onu Azərbaycan Respublikası prokurorluğunun əməkdaşına yaraşmayan üslub kimi qiymətləndirir.

29. Belə ki, təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.20-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir.

30. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin icraata qəbul edilməsindən imtina edilməsinə dair 28 noyabr 2023-cü il tarixli, 1(103)-2259/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 185.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya pro testinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-2259/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə ləğv edilsin, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar