Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-981/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və bəraət almış (həmçinin cinayət məsuliyyətindən azad edilmiş) X iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 1(106)-795/2024 nömrəli hökmündən və eyni tarixli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protes tinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 1(057)-72/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: A.Y.Vəliyev) xx xxxxxx 1970-ci il tarixdə Biləsuvar rayonu, İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 01 gün hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən apellyasiya şikayəti, müdafiəçi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən isə apellyasiya şikayətinə dəy işiklik verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Y.X.Həşimov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) 09 oktyabr 2024-cü il tarixli, 1(106)-795/2024 nömrəli hökmü ilə apellyasiya şikayəti (şikayətə edilmiş dəyişiklik nəzərə alınmaqla) təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilmiş və Məhkum CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət verilmiş, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin eyni tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə aid hissədə Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməklə, həmin ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınaraq sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli hökmündən və eyni tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən kassasiya protesti verilmişdir. İşin ha lları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək 8000 manat pul verəcəyi halda ona əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs2 2022-ci il fevralın 24-də yaşadığı Salyan rayonu Dayıkənd kəndində 500 manat, 2023-cü ilin yanvar ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Marışlı kəndinin örüş sahəsində 1300 manat, 2023-cü ilin fevral ayının sonlarında ist intaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndinin girişində 1300 manat, 2023-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 800 manat, 2023-cü ilin mart ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 1700 manat, 2023-cü ilin mart ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda yaşadığı Salyan rayonu Dayıkənd kəndində yerləşən fərdi yaşayış evində 400 manat, 2023cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Bakı- Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Hacıoğlu” restoranının yaxınlığında 2000 manat pulu alaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 8000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 3000 manat pul verəcəyi halda ona əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verib inandırmaq məqsədilə istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondu adından 2-ci dərəcəli əlillik ilə bağlı pensiya təyin olunacağı məzmunda yazılmış 2 ədəd vərəqin üzərində çap mətni, imza və möhür əksi montaj edərək elektrofotoqrafik çap qurğusundan çap etməklə hüquq verən rəsmi sənəd hesab olunan saxta sənədi istifadə etmək məqs ədilə qanunsuz hazırlamış, həmin saxta sənədi Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərərək aldatdıqdan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs1 2023-cü il martın 12-də yaşadığı Salyan rayonu Dayıkənd kəndinin girişində yerləşən dayanacaqda 1500 manat, 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda həmin ünvanda 500 manat, 2023-cü ilin aprel ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda həmin ünvanda 200 manat, öz istəyi əsasında Zərərçəkmiş şəxs1 2023-cü il mayın 30-da "Kapital bank”a məxsus "X” adına olan XXXXX saylı hesaba 100 manat köçürtdürmüş, 2023-cü ilin may ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evində 400 manat, 2023-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Salyan rayonu Dayıkənd kəndinin girişində yerləşən dayanacaqda 300 manat pulu alaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 manat məbləğində pulunu ələ keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yekun qənaəti razılaşmamış, hazırki qərarın “Müəyyən etdi” bölməsində təsvir edilmiş nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməs i hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, yekunda əsassız olaraq Məhkum CM-in 320.1-ci maddəsi ilə bəraət verilməsi barədə əsassız nəticəyə gəlmişdir. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya məhkəməsi işin obyektiv hallarına tam uyğun gələn ifadələri, protokolları və digər sübutların qəbul edilməməsinin səbəbini göstərmədən yekun qərar qəbul etmiş və gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən işin bütün faktiki hallarını araşdırmamışdır. Halbuki bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Kassasiya protestində dövlət ittihamçısı eyni zamanda apellyasiya məhkəm əsinin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyini iddia edir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə zidd olaraq, daha əvvəl eyni əsaslarla məsuliyyətdən azad edilmiş Məhkum təkrarən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə görə - şəxs bu Məcəllənin 72 -73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymət ləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli hökmünün və eyni tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlilləri ndən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146- cı maddələrinin tələblərini pozmaqla Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, eyni zamanda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata qanunsuz xitam verməklə sonuncunun əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etdiyini iddia edərək, mübahisələndirilən hökmün və qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə hökmünün və qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli hökmünün və eyni tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi ci nayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüq uqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sü but olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət- prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsi tərəfindən hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 320.1-ci maddəsi ilə bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Hazırkı işin xüsusiyyətlərindən çıxış edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasında hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəa liyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Cinayət obyektiv cəhətdən formal tərkibli cinayət olmaqla (dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur), alternativ əməllərdə ifadə olunur, o cümlədən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırmada; Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlamada; hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satmada. Subyektiv cəhətdən isə cinayət birbaşa qəsdlə törə dilir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. Cinayətin subyekti qismində ümumi subyekt olmaqla 16 yaşına çatmış anlaqlı fiziki şəxs çıxış edə bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd bar əsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Həmçinin həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittihama diqqət etdikdə onun Zərərçəkmiş şəxs1 əlillik ilə bağlı pensiya düzəldəcəyi barədə yalan vəd verib inandırmaq məqsədilə istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs1 Dövlət Sosial Müdafiə Fondu adından 2-ci dərəcə li əlillik ilə bağlı pensiya təyin olunacağı məzmunda yazılmış 2 ədəd vərəqin üzərində çap mətni, imza və möhür əksi montaj edərək elektrofotoqrafik çap qurğusundan çap etməklə hüquq verən rəsmi sənəd hesab olunan saxta sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış, həmin saxta sənədi Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərərək aldatdıqdan sonra vahid niyyətlə...... ümumilikdə 3000 manat məbləğində pulunu ələ keçirdiyi müəyyən olunur. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs1 "Whatsapp” sosial şəbəkə vasitəsilə aşağıdakı məzmunlu saxta sənədləri göndərmişdir. _ Dövlət Sosial Müdafiə fondunun adına yazılmış "Zərərçəkmiş şəxs1 üçün verilmiş müayinə rəyinə əsasən onun fiziki işləməsi qeyri-mümkündür, bunu nəzərə alaraq onun 2-ci dərəcəli "Əlil qrupu” birdəfəlik təyin edildi” məzmunlu sənəd. _ Azərbaycan Respublikası Səhiyyə Nazirliyi adından Pensiya Fonduna “Göndəriş” adı ilə yazılmış “X6, ondan ötrü ki, onu tərəfimizdən müayinə edərək müəyyən etdik ki, fiziki işlərlə məşğul olması qeyri mümkündür. Xahiş edirik ki, ona 2-ci qrup Əlillik dərəcəsi təyin edilsin” məzmunlu sənəd. İttiham tərəfi Məhkum Zərərçəkmiş şəxs1 göndərdiyi həmin sənədləri hüquq verən rəsmi sənəd kimi qəbul etməklə, qeyd olunan sənədlərin Məhkum tərəfindən istifadə etmək məqsədilə qanunsuz hazırladığında israr etmişdir. Lakin qeyd olunan sənədlərin hüquq verən rəsmi sənədə aid edilməsi üçün onlar, bir sıra əlamətlərə, o cümlədən həmin sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müə yyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri malik olmalıdır. Məhkum Zərərçəkmiş şəxs1 "Whatsapp” vasitəsilə göndərdiyi saxta sənədlərdə sənədin doğruluğunu təyin edən və ona yasal status verən vacib məlumatlar (rekvizitlər) sənədin tərtib olunma yeri və tarixi, onu verən orqanın adı, vəzifəli şəxsin atasının adı, sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı qeyd olunmadığı müəyyən olunur ki, bu da həmin sənədlərin hüquq verən rəsmi sənəd kimi qəbul edilməsini istisna edir. Digər tərəfdən Məhkum həmin saxta sənədləri Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefonuna "Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərməklə yanaşı sonuncuya həmin sənədləri heç kimə göstərməməsini bildirmişdir ki (qeyd olunan hal həm Məhkum, hə mdə Zərərçəkmiş şəxs1 ifadələri ilə təsdiq olunur), bu da öz növbəsində həmin sənədlərin istifadə edilmə məqsədi ilə hazırlanmadığını, zərərçəkmiş şəxsi əlillik ilə bağlı pensiyasının düzəldiyinə inandırmaq, onu aldatmaq və yekunda sonuncuya məxsus vəsaitin ələ keçirilməsi məqsədi ilə hazırlandığını təsdiq edir. Başqa sözlə desək Məhkum saxta sənədləri hazırlamaqda məqsədi Zərərçəkmiş şəxs1 hüquqi vəziyyətini dəyişmək, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etmək və ya vəzifədən azad etmək, eləcə də sonuncunun hüquqlarının həyata keçirilməsində müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etmək olmamış, qeyd olunan hərəkətlər zərərçəkmiş şəxsə məxsus vəsaitin ələ keçirməsi üsulu (dələduzluğun üsulu) kimi çıxış etmişdir ki, bu da öz növbəsində Məhkum CM-in 320.1-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir. Belə olan halda apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 noyabr 2019-cu il tarixli qərarından çıxış edərək, haqlı olaraq Məhkum hazırladığı saxta sənədlərin hər hansı şəxsin hüquq münasibətlərinə təsir etməklə ona hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi halları olmadığı haqqında qənaətə gəlib Məhkum əməlində cinayət tərkibinin olmaması əsası ilə, ona Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət vermişdir. Kollegiya hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin yekun hökmü qanunsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə bu hissədə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə bu hissədə (Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət verilməsi hissədə) baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması üçün əsasların mövcud olmadığını göstərir. Dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi apellyasiya instansiyası məhkəməsinin (09 oktyabr 2024-cü il tarixli, 1(106)-795/2024 nömrəli qərarına münasibətdə) Məhk um cinayət məsuliyyətindən azad etməklə səhvə yol verməsi, cinayət və cinayətprosessual qanunlarının normalarının düzgün tətbiq etməməsi ilə bağlı dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu məsələdə kassasiya protestinin müəllifi ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Öyrənilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum müdafiəçisi Ulduzə Əhmədova apellyasiya instansiya məhkəməsində ödəniş qəbzi təqdim edərək, Məhkum cinay ət nəticəsində vurulmuş ziyanı tam ödədiyini və həmin ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirmişdir. "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, 16870 nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, Məhkum etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əldə etdiyi 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin 25 faizi miqdarında (2.750 manat) dövlət büdcəsinə ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə aid hissədə Salyan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli hökmünü ləğv etmiş, Məhkum cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməklə, həmin ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alaraq sonunc unun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam vermiş və onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməsini, həmin ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alıb Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edib, onun barəsində həmin hissədə olan cinayət təqibinə xitam verməkdə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası C inayət məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə görə - şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məhkum əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirildiyi əməl üzrə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə zidd olaraq daha əvvəl eyni əsaslar ilə məsuliyyətdən azad edilmiş Məhkum əsassız olaraq təkrarən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etmişdir. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin bu hissədə təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verildiyini göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərərçəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Qeyd olunan cinayət-prosessual norma faktiki olaraq yeni apellyasiya baxışının hədlərini göstərməklə, qəbul ediləcək qərarı əvvəlki qərarın mübahisələndirilməsinə həsr olunmuş kassasiya müraciətlərinin xarakterindən və onların kassasiya instansiyası məhkəməsində həllindən asılı etmişdir. Məhkəmə heyətinin fikrincə, həmin normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi yeni baxışda məhkumun vəziyyətinin əvvəlki qərarla müqayisədə pisləşdirilməsi barədə qərarı buna dair verilmiş kassasiya müraciəti t əmin olunduğu hissədə çıxara bilər. Hazırkı halda Məhkum cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldüyündən, məhkəmə baxışı nəticəsində apellyasiya məhkəməsi Məhkum münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraətverici əsaslarla, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə isə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəlmiş, yekunda isə bəraət hökmü ilə birlikdə ayrıca qərar qəbul etmişdir. Apellyasiya məhkəməsinin Məhkum münasibətdə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaəti əsassız olduğundan, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və qeyd olunan hissə daxil olmaqla vahid məhkəmə aktını n qəbul edilməsini labüd edir ki, belə olan halda kollegiya apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun məhkəmə hökmü ilə razılaşsa da, prosessual qanunvericiliyinin tələbləri baxımından ayrıca akt şəkilində qəbul edilmiş qərarla yanaşı həmin hökmü də ləğv edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsinə dair Məhkum çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 09 oktyabr 2024-cü il tarixli qərarı ləğv olunmalı, yekun məhkəmə ak tı ilə bağlı (vahid məhkəmə aktı) cinayət-prosessual normalarının düzgün tətbiq edilməsi üçün apellyasiya məhkəməsinin Məhkum barəsində olan 09 oktyabr 2024-cü il tarixli hökmü də ləğv olunmalı, cinayət işi Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsi hissəsində apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 09 oktyabr 2024-cü il tarixli, 1(106)-795/2024 nömrəli qə rarı və 09 oktyabr 2024-cü il tarixli, 1(106)-795/2024 nömrəli hökmü ləğv edilsin, cinayət işi Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-981/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-981/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver